Demokratiyanın heç vaxt olmadığı partiya
Tarix: 23-07-2015, 10:17 | Çap et
O hansı partiyadır ki, 2014-cü ilin 27 sentyabrından etibarən didişmələr meydanına çevrilib və orada partiyanın durumu yox, kimlərin qovulacağı müzakirə olunur? O hansı qurumdur ki, dəftərxanası görüləcək işlər deyil, yazılan istefa ərizələri ilə dolur? Faktiki olaraq, bu gün Müsavat Partiyası haqda xəbərlər yalnız bu mövzulardan ibarətdir və oradakı vəziyyət ağır olaraq qalmaqdadır. Partiyadan uzaqlaşan, istefa verən şəxslərin sırası hər gün daha da genişlənir və son olay isə budur ki, partiyanın əsas simalarından biri, zamanında əsas funkioner şəxslərdən olmuş, “Yeni Müsavat” qəzetinin baş redaktoru Rauf Arifoğlu Müsavat Partiyasından istefa verib. Partiyadan uzaqlaşacağını öncədən bəyan edən baş redaktor istefasını doğum günündən sonra reallaşdıracağını söyləsə də, bunu daha tez həyata keçirib və ərizəsini başqana ayın 15-də təqdim edib. Partiya sədri Arif Hacılı da bu haqda özünün Facebook profilində məlumat verərək, istefa ərizəsinin artıq bir müddət əvvəl verildiyini elan edib: “Son gəlişmələrlə bağlı yersiz müzakirələrə, bəzi siyasi alver meyllərinə son qoymaq üçün bildirirəm ki, Rauf Arifoğlu ötən həftə mənimlə görüşərək Müsavat Partiyasından çıxmaq barədə ərizəsini təqdim edib”.
İki gün öncə yayılan mətndə isə R.Arifoğlu partiyadan çoxdan istefa vermək istədiyini bildirib: “Müsavat Partiyasının Bərpa Mərkəzinin üzvü olmuşam, partiyanın rəhbər strukturlarında vəzifələr daşımışam; bundan əvvəlsə, 1989-cu ilin oktyabrında qurulan (AMDP) Yeni Müsavat Partiyasının qurucularından və rəhbərlərindən biri olmuşam. Bir sözlə, partiyaya 26 il xidmət etmişəm. Bildiyiniz kimi, mətbuata hərəkatdan, daha sonra isə Müsavat Partiyasının funksioneri olaraq gəlmişəm. Lakin zaman keçdikcə bəlli oldu ki, mahiyyətcə bir-birinə zidd olan bu sahələrdə eyni anda fəaliyyət göstərmək kifayət qədər mürəkkəb məsələdir. Uzun illərdir ki, media və partiya fəaliyyətinin bərabər zamanlılığının mənə yaratdığı diskomfortu, problemləri yaşamaqdayam. Qarşımda 3 dəfə seçim olub: 1992-ci və 2001-ci illərdə partiya fəaliyyətini seçərək, mətbu fəaliyyəti arxa plana atmışam. 2006-cı ildən etibarən isə, partiyadakı funksiyalarımdan imtina edərək, çox ağır durumda olan “Yeni Müsavat” qəzetinin yaşamasını təmin etmək üçün qəzetçilik fəaliyyətinə üstünlük verməyi seçmişəm. Düz o zamandan - artıq 9 ilə yaxındır ki, Müsavat Partiyasında nəzərə çarpan fəaliyyətim olmayıb. Təəssüflə qeyd etməliyəm ki, mənim azad qəzetçi kimi fəaliyyətim, bir şirkət sahibi kimi bəzən biznes çıxarlarından; korporativ maraqlardan, ya da geniş ictimaiyyətə, hətta sizlərə belə açıqlaya bilmədiyim həyati əhəmiyyətli məsələlərdən doğan manevr və gedişlərim Müsavat Partiyasının və şəxsən özümün bədxahlarımızda, bəzənsə hətta bir sıra dostların özündə qıcıq və suallar yaradır”.
Onu da deyək ki, R.Arifoğlunun partiyadan istefa verməsi birmənalı qarşılanmayıb və onu gedişi haqda müxtəlif fikirlər bildirilib. Hətta bəzi şəxslər qeyd ediblər ki, onun istefa ərizəsi verməsinə şərait yaradılmamalı idi və R.Arifoğlu da digərləri kimi partiyadan qovularaq, aşağılanaraq göndərilməli idi. Məsələyə eks başqan İsa Qəmbər də münasibət bildirib və R.Arifoğlu haqda xoş olmayan fikirlər bölüşüb: “Gənc dostlarımızdan Turxan Qarışqa mənə belə bir sualla müraciət edib - “İsa bəy, gözlər həm də sizdədir. Rauf Arifoğlunun partiyadan istefası haqda nə deyə bilərsiniz? Günün ən çox müzakirə olunan məsələsidir”. Turxan bəy, məncə proses kifayət qədər şəffaf gedib və Rauf Arifoğlu öz mövqeyini, qərarlarını dəfələrlə aydın şəkildə ifadə edib, xüsusən də partiyadan çıxmasını ətraflı izah edib”.
İ.Qəmbər R.Arifoğlunun Prezident tərəfindən mükafatlandırılmasına da münasibət bildirib və yaranmış mənzərəni hakimiyyətlə barışıq kimi qiymətləndirib. Təbii ki, bu cür fikirlər qarşı tərəfdə hiddət doğurub və əks cavab özünü çox gözlətməyib. Belə ki, baş redaktorun müavini və kiçik qardaşı Azər Ayxan bildirib ki, bu sözləri deyənlər öz barışdıqlarına da baxsınlar, bizim də: Siz bizim dövlətin 1-ci şəxsi ilə normal, şəffaf münasibətimizə kölgə salmaq istəyirsiniz. “Bu, rejimlə barışmaqdır” deyib Dədə Qorqudluq iddiasına düşürsünüz. P.S. "Yeni Müsavat" və Rauf Arifoğlu olmasaydı, Azərbaycan müxalifəti neynərdi görəsən”.
R.Arifoğlu özü də məsələyə münasibət bildirib və ortada gözlənilməyən ssenari olmadığını deyib. O, sabiq başqanından belə münasibət gözləyib-gözləmədiyi ilə bağlı suala cavabında bildirib ki, “filankəsdən bunu gözləmirdim” cümləsini ünvanına işlədəcəyi dostlarının sayı həddindən çox azdır. İ.Qəmbərin bir zamanlar “Rauf Arifoğluna hücum Müsavat Partiyasına hücumdur” yanaşmasının niyə dəyişdiyi barədə isə baş redaktor “o, bu sözləri deyəndə Müsavat Partiyasının başqanı idi, indi isə başqan deyil” cavabını verib. Onu da deyək ki, bir partiya üzvünün istefası ətrafında bu qədər ajiotaj yaradılmasının özü də diqqət çəkən məqamdır. Bütün hallarda, istənilən bir şəxs partiya üzvlüyündən istefa verirsə, demək ki, onu qane etməyən, maraqları ilə üst-üstə düşməyən məsələlər var. Müsavat Partiyasının qurultaydan sonra, yəni Arif Hacılı başqan postuna gə(tiri)ləndən sonra hansı durumlara düşdüyü isə məlum məsələdir. Yeni başqanın gəlişi ilə üzvlərə azad söz və fikir bildirmək, başqanla eyni olmayan mövqe sərgiləməyin qadağan olunduğu hamıya bəllidir. Faktiki olaraq, partiyada qeyri-demokrat, avtoritar rejim hökm sürür və üzvlərin bir-bir bu cür qurumdan istefa verib getməsində təəccüblü nəsə yoxdur. R.Arifoğlunun oradan hələ 1998-ci ildən getmək istəməsini açıqlaması isə orada vəziyyətin heç zaman ürəkaçan olmadığını ortaya qoyur. Buradan belə başa düşmək olur ki, hazırda İ.Qəmbərlə R.Arifoğlu arasında gedən söz atışması da səbəbsiz deyil və hələ ki, bizə tam təfərrüatı ilə məlum olmayan məqamlar var. Aydın olan budur ki, hər zaman özünü xalqın partiyası kimi təqdim edən Müsavat heç zaman, heç İsa Qəmbərin dövründə də iddia etdikləri kimi bir təşkilat olmayıb və demokratik dəyər və prinsiplərdən çox uzaq olub. Göründüyü kimi, partiyanın iç üzü hər gün bir az da açılır və onların mahiyyət etibarı ilə nə olduqları, hansı “dəyər”lərə xidmət etdikləri elə öz açıqlamalarında faş olunur. Yəqin partiyanın hazırda bu dərəcədə əyilərək məhv olmağa doğru getməsi də qoyulan əyri təməlin nəticəsidir. Hazırda orada barmaq sayında üzvlərin qalması hər şeyi ifadə edir.
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Moskva və Vaşinqton arasındakı qaynar xətt istifadə olunmur - Peskov
Bu gün, 07:28 |
|
|
|
• Azərbaycanda cəmi 9 min əcnəbi tələbə var - ŞƏRH
Bu gün, 07:14 |
|
|
|
• 4 ildir ki haqqı tapdanan Qazimiz .. - GİLEY
Bu gün, 07:10 |
|
|
|
• Bankdan xarici valyuta alan vergi ödəyicisi üçün məzənnə fərqi xərc kimi nəzərə alınırmı? - AKTUAL
Bu gün, 06:56 |
|
|
|
• Qarakənd faciəsindən 33 il ötür - UNUTMARIQ!
Bu gün, 06:43 |
|
|
|
• Sabunçuda kim nə gəldi edir? - FOTOFAKT
Bu gün, 06:39 |
|
|
|
• Yaşlı qadını aldadaraq, evini bankda girov qoydular... - BU NƏDİ BELƏ?
Bu gün, 06:32 |
|
|
|
• “Bu gün deyə bilərik ki, məqsədimizə nail olduq” - deputat
Bu gün, 06:23 |
|
|
|
• "Bəzi məmurlar dövlət və xalq arasındakı güvəni məhv edir" - FAKT BUDUR!
Bu gün, 06:20 |
|
|
|
• "Mən xəngəl, piti yemirəm... - ...Xaşı heç dilimə vurmaram"
Bu gün, 06:15 |
|
|
|
• Dörd ölkənin generalı Bakıda görüşür? – Azərbaycan müharibənin dayanması üçün…
Bu gün, 06:10 |
|
|
|
• Baş nazir avtoritar hakimiyyət qurmağı sınaqdan keçirir, yoxsa... - Paşinyan nəyə hazırlaşır?
Bu gün, 06:06 |
|
|
|
• Putin qorxusundan Rio-de-Janeyroya getmədi, Cinpin xəbərdarlıq etdi, Bayden isə...
Bu gün, 06:03 |
|
|
|
• “NATO ölkələri hərbi xərclərini 340 milyard dollar artıra bilər” - "Bloomberg"
Bu gün, 06:00 |
|
|
|
• “Azərişıq” 1,5 milyon manatlıq tenderinin - QALİBİNİ AÇIQLADI
Bu gün, 00:05 |
|
|
|
• Bu şirkət Qubadlıda 117,3 hektar ərazini suvaracaq, 1 milyona yaxın - PUL QAZANACAQ
Bu gün, 00:02 |
|
|
|
• Azərbaycana qarşı plan üzə çıxır: - “Sülhə mane olmaq üçün...”
Dünən, 19:00 |
|
|
|
• Rusiya nüvə silahı tətbiq edə bilərmi? - AKTUAL
Dünən, 18:11 |
|
|
|
• Sən Allah, gedin ayıbınıza kor olun...
Dünən, 18:06 |
|
|
|
• “Səhiyyəmizdəki problemləri paylaşdığım üçün səhifəm bağlandı” - AXI NİYƏ?..
Dünən, 18:03 |
|
|
|
• İki nazir Paşinyanın həyat yoldaşının fondundan ayrılıb - KİV
Dünən, 18:00 |
|
|
|
• Bakı Avropa Liseyi direktoru cərimələnir - BUNA GÖRƏ...
Dünən, 17:58 |
|
|
|
• Vitse-Spikerin köməkçisi hakim təyin edildi - FOTO
Dünən, 17:58 |
|
|
|
• Tərtərdə "Azərbaycan Bayrağı" ordenli Elnur Salahovun qardaşının toy mərasimi keçirilib - FOTO
Dünən, 17:55 |
|
|
|
• SDU-da işdən çıxarılan fəlsəfə doktoru məhkəməyə üz tutdu - QALMAQAL
Dünən, 17:52 |
|
|
|
• Qadın ərinin dayısı oğluna şəkillərini göndərdi, gecəyarısı isə… - TƏFƏRRÜAT
Dünən, 17:43 |
|
|
|
• Paşinyan revanşist rəqiblərini SIRADAN ÇIXARIR
Dünən, 17:37 |
|
|
|
• “Müharibədə yalnız Putin günahkar deyil” - Zelenski
Dünən, 17:34 |
|
|
|
• Aktyor Müşfiq Şahverdiyev məhkum edildi - TƏFƏRRÜAT
Dünən, 17:32 |
|
|
|
• İranın 40 illik casus şəbəkəsi aktivləşdi: Risk var, təqib başladı - İLGİNC
Dünən, 17:29 |
|
|
|
• "Başım toylara qarışdı, ikinci övladım olmadı"
Dünən, 17:27 |
|
|
|
• Paşinyan üçün son seçim: Referenduma getmədən Bakının tələbi icra edilir - NƏ BAŞ VERİR?
Dünən, 17:22 |
|
|
|
• Turizm mərkəzi 529 minlik spesifik xüsusi geyimləri - BU ŞİRKƏTDƏN ALDI
Dünən, 17:19 |
|
|
|
• “Milli dövlətçiliyi dağıtmaq üçün qadınlardan istifadə edilir” - Akif İslamzadə
Dünən, 17:14 |
|
|
|
• I, yoxsa II Qarabağ müharibəsində daha çox veteran olub? – Rəsmi məlumat
Dünən, 17:12 |
|
|
|
• "Nazir olmayan yerdə nazirdir..." - FAKT BELƏDİR...
Dünən, 17:09 |
|
|
|
• Konqresmensayağı abırsızlıq: - yaxud Pallonenin pulunu verin kirisin, haylar!
Dünən, 17:06 |
|
|
|
• Ağdam şəhərində 23,7 milyon manatlıq layihənin icrasına başlanılır
Dünən, 17:04 |
|
|
|
• 101 minlik qızılı Azərbaycana keçirmək istəyən "Duty Free"nin keçmiş əməkdaşlarının cinayət işi - TƏFƏRRÜAT
Dünən, 17:01 |
|
|
|
• MN-in Hərbi-Texniki Təchizat Baş İdarəsinin rəisi vəzifəsi Fərid Əliyevə həvalə edilib - ƏMR
Dünən, 16:40 |
|
|
|
• "Adamın Lənkərana qonağı gələndə utanır..." - FAKT BUDUR!
Dünən, 16:39 |
|
|
|
• Vergi borcu olan şirkət rəhbərinin ölkədən çıxışına qadağa qoyula bilər - TƏFƏRRÜAT
Dünən, 16:25 |
|
|
|
• Bir sıra birinci instansiya məhkəmələrinə hakimlər təyin edilib - SƏRƏNCAM
Dünən, 16:22 |
|
|
|
• Yüksək bal toplayan müəllimlərə YENİ GÜZƏŞTLƏR?
Dünən, 16:04 |
|
|
|
• Azərbaycanda polislərin maaşı gələn il artırıla bilər
Dünən, 15:55 |
|
|
|
• Nə vaxt və kimdən təzminat ala bilərik? - Vəkil danışdı
Dünən, 15:40 |
|
|
|
• Azərbaycan Ordusunun Baş Qərargah rəisi Pakistanda işgüzar səfərdədir
Dünən, 15:35 |
|
|
|
• “Düşünürlər, deputat kiminsə evinin damını düzəltməlidir…” – Tənzilə Rüstəmxanlı
Dünən, 15:33 |
|
|
|
• Qarpız satan şərikinin arvadıyla "eşq" yaşadı: - "Gördüm darvazanın ağzında..."
Dünən, 15:30 |
|
|
|
• Onlar da Əfqanıstanda döyüşüb, ora at sürməyə getməyiblər ki? - Siyavuş Novruzov
Dünən, 15:25 |
|
|
|
|