Kölə siyasətinin qurbanı
Tarix: 1-08-2015, 11:23 | Çap et
Neftçala şəhər sakini Abdullayev Ağabəy Yusif oğlu yaxın qohumları və ailə üzvlərinin adından Prezident İlham Əliyevə müraciət edib. A.Abdullayev müraciətində bildirib ki, qohum-əqrəbası “Meydan” TV-nin direktoru Emin Millinin anti-Azərbaycan siyasətini dəstəkləmir və onu Azərbaycana xəyanət etdiyinə görə qohumluqdan çıxardıqlarını bəyan edirlər. E.Millinin əmisi oğlu yaydığı müraciətində onu da qeyd edib ki, qohumları ölkə rəhbərinin siyasətini birmənalı dəstəkləyir və qanunların doğru-düzgün tətbiq edildiyi bir cəmiyyətdə yaşamaq üçün ölkənin daxili, xarici siyasət kursunu bundan sonra da birmənalı olaraq dəstəkləməkdə davam edəcəklər.
23 nəfərin imza atdığı müraciətdə bildirilib ki, E.Milli bu gün güclü sosial siyasətə və iqtisadiyyata malik olan Azərbaycanın böyük uğurlarına, inkişaf və tərəqqisinə, xarici ölkələrə inteqrasiyasına şübhə ilə yanaşaraq, kənar xarici təsirlərə düşüb, mənfur fikirlərə malik olmaqla öz çirkin yazıları və çıxışları ilə özünü “qəhrəman” kimi qələmə vermək istəyir. Müraciət müəllifləri bu çirkin əməl sahibinə pis işlərdən uzaq olması üçün dəfələrlə xəbərdarlıq etdiklərini diqqətə çatdıraraq, iradəsindən asılı olmayaraq əqidəsini dəyişən E.Millinin onlara əhəmiyyət vermədiyini, “Məni birdəfəlik unudun” kimi mesajlar çatdırdığını qeyd ediblər. Müraciətdə qohumlar adından bu kimi bir çox məsələlər əsas gətirilib və sonda E.Millidən imtina edildiyi vurğulanıb. E.Millinin qohumlarının ondan imtina etməsi məsələsi ilə bağlı “Kaspi”yə fikirlərini bölüşən Demokratik Maarifçilik Partiyasının (DMP) sədri, siyasi şərhçi Elşən Musayev deyib ki, insan hər hansı bir ideya uğrunda mübarizəyə qoşularkən çox şeyi nəzərə almalıdır. Onun sözlərinə görə, hər kəs elə bir əmələ qulluq etməlidir ki, sabah həmin şəxsin ətrafındakılar, o cümlədən dostlar, qohumlar, öz qanından olanlar ona görə utanıb xəcalət çəkməsinlər, yaxud da hansısa addım atmaq məcburiyyətində qalmasınlar. E.Musayev deyib ki, E.Millinin qohumları tərəfindən Azərbaycan Prezidentinə ünvanlanan bəyanat (müraciət) da təxminən eyni qəbildən olan mənzərənin bariz təcəssümüdür: “Adam bütün həyatı və fəaliyyəti boyunca bir müsbət, bir xoş, bir başucaldan işə əl qoymadı. Və bu da nəticə: ailə, qohum - əqrəba üsyan edir. Emin Millinin Azərbaycan əleyhinə fəaliyyətinə, nadan, antimilli çıxışlarına üsyan edir. Allah gerçəkdən kimsəyə bu cür urvatsız əqrəba qismət eləməsin! Mənimsə diqqətimi Prezidentə ünvanlanan müraciətdə bir cümlə çəkdi: “Ən yaxşı fərd özündən çox mənsub olduğu cəmiyyəti düşünən, onun varlığı və xoşbəxtliyi üçün həyatını verən insandır. Emin Millinin fəaliyyətində isə bütün bunların daim əksini gördük”. Bax bunu artıq biz demirik. Bunu Emininin onlarla qohumu adından Abdullayev Ağabəy Yusif oğlu deyir. Artıq öz doğmaları belə fərqindədir ki, Emin bir başqa dövlətin (ya da dövlətlərin) kölə siyasətinin qurbanıdır, öz millətinin mənafeyini çoxdan şəxsi mənafeyinin güdazına verib, 3-5 manat dilənçi payı müqabilində Azərbaycan adını, Azərbaycan marağını, Azərbaycan haqqını yad ellərin hərracına çıxarmağa hər an cidd-cəhdlə hazırdır. Məncə, rəzalətin pik həddidir bu. Bundan ötəsi isə yerin dibinə girib elə oradaca qalmaqdır”.
Orta Asiya və Güney Qafqaz Söz Azadlığı Şəbəkəsinin (CASCFEN) sədri, Əməkdar jurnalist Azər Həsrət hesab edir ki, E.Millinin başına bu cür utancverici bir hadisənin gələcəyini əvvəlcədən də təxmin etmək mümkün idi. Onun fikrincə, xeyli müddətdir ki, Azərbaycanın ictimai-siyasi həyatında kifayət qədər tanınan adamlar E.Milliyə media üzərindən müraciət edərək, onu tutduğu yanlış yoldan daşınmağa səsləyiblər. Lakin E.Milli öz dövlətinə, xalqına, ölkəsinə qarşı çıxışlarını, fəaliyyətini dayandırmayıb. Hadisələrin bu cür gedişi, hətta ətrafındakı insanlara da əhəmiyyət verməmək sonda yaxın qohumların ondan imtina etməsi ilə nəticələnib: “Emin Milli davamlı olaraq Azərbaycan dövlətinə və dövlətçiliyinə qarşı əsassız, qeyri-obyektiv çıxışlarını dayandırmırdı. Hətta öz nüfuzunu artırmaq, gündəmdə qalmaq üçün Azərbaycan Prezidentinə şər atmaqdan belə çəkinmirdi. Xatırlayırsınızsa, I Avropa Oyunlarının gedişi zamanı ermənipərəst dairələrin təsiri altında olan bəzi media qurumları, o cümlədən Almaniya mediası da Azərbaycan əleyhinə qarayaxma kampaniyası aparırdı. Həmin vaxt ölkəmizə qarşı səsləndirilən fikirlərin heç birinin əsası olmadığından məkrli qüvvələrin Azərbaycanın beynəlxalq nüfuzuna xələl gətirmək, Avropa məkanında ilk dəfə Bakıda keçirilən dünya miqyaslı idman tədbirinin əhəmiyyətini azaltmaq cəhdləri baş tutmadı. Bu zaman Emin Milli Almaniya mətbuatına geniş müsahibə verərək, Azərbaycan reallıqları barədə yanlış təsəvvür formalaşdırmağa cəhd etdi. O, hətta Azərbaycanın gənclər və idman naziri Azad Rəhimovun onu öldürməklə hədələməsi barədə yalan və şər-böhtanı ictimailəşdirməyə başladı. Emin Milli o zaman iddia edirdi ki, guya bu sifarişin arxasında Azərbaycan Prezidenti dayanır. Təbii ki, bu, çox absurd iddia idi. Belə bir iddiada bulunan adamın dövlətə və dövlətçiliyə münasibəti açıq-aşkar özünü büruzə verirdi. Bu baxımdan qohumlarının Emin Millidən imtina etməsi başadüşüləndir. Şəxsən mənim də belə bir qohumum olsaydı, heç tərəddüd etmədən ondan imtina edərdim. Öz dövlətinə, millətinə, xalqına, ölkəsinə, Vətəninə arxa çevirən bir adamın qohumluğumda olmasına dözə bilməzdim. Ona görə də Emin Millinin qohumlarının atdığı addımı düzgün hesab edirəm. Belə bir addımı Emin Milli tipində olan digərlərinin qohumlarının da atmasını lazım bilirəm. Onun kimi bir neçə nəfər var ki, Azərbaycandan kənarda oturub ermənilərlə ortaq mövqedən çıxış edərək, ölkəmizi, dövlətimizi baltalamaqla məşğuldurlar. Bizim əsgərlərimizi şəhid edən, torpaqlarımızı işğal altında saxlayan ermənilərlə işbirliyi içərisində olanlarla qohumluq heç kimə şərəf gətirmir”.\\kaspi.az\\
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Moskva və Vaşinqton arasındakı qaynar xətt istifadə olunmur - Peskov
Bu gün, 07:28 |
|
|
|
• Azərbaycanda cəmi 9 min əcnəbi tələbə var - ŞƏRH
Bu gün, 07:14 |
|
|
|
• 4 ildir ki haqqı tapdanan Qazimiz .. - GİLEY
Bu gün, 07:10 |
|
|
|
• Bankdan xarici valyuta alan vergi ödəyicisi üçün məzənnə fərqi xərc kimi nəzərə alınırmı? - AKTUAL
Bu gün, 06:56 |
|
|
|
• Qarakənd faciəsindən 33 il ötür - UNUTMARIQ!
Bu gün, 06:43 |
|
|
|
• Sabunçuda kim nə gəldi edir? - FOTOFAKT
Bu gün, 06:39 |
|
|
|
• Yaşlı qadını aldadaraq, evini bankda girov qoydular... - BU NƏDİ BELƏ?
Bu gün, 06:32 |
|
|
|
• “Bu gün deyə bilərik ki, məqsədimizə nail olduq” - deputat
Bu gün, 06:23 |
|
|
|
• "Bəzi məmurlar dövlət və xalq arasındakı güvəni məhv edir" - FAKT BUDUR!
Bu gün, 06:20 |
|
|
|
• "Mən xəngəl, piti yemirəm... - ...Xaşı heç dilimə vurmaram"
Bu gün, 06:15 |
|
|
|
• Dörd ölkənin generalı Bakıda görüşür? – Azərbaycan müharibənin dayanması üçün…
Bu gün, 06:10 |
|
|
|
• Baş nazir avtoritar hakimiyyət qurmağı sınaqdan keçirir, yoxsa... - Paşinyan nəyə hazırlaşır?
Bu gün, 06:06 |
|
|
|
• Putin qorxusundan Rio-de-Janeyroya getmədi, Cinpin xəbərdarlıq etdi, Bayden isə...
Bu gün, 06:03 |
|
|
|
• “NATO ölkələri hərbi xərclərini 340 milyard dollar artıra bilər” - "Bloomberg"
Bu gün, 06:00 |
|
|
|
• “Azərişıq” 1,5 milyon manatlıq tenderinin - QALİBİNİ AÇIQLADI
Bu gün, 00:05 |
|
|
|
• Bu şirkət Qubadlıda 117,3 hektar ərazini suvaracaq, 1 milyona yaxın - PUL QAZANACAQ
Bu gün, 00:02 |
|
|
|
• Azərbaycana qarşı plan üzə çıxır: - “Sülhə mane olmaq üçün...”
Dünən, 19:00 |
|
|
|
• Rusiya nüvə silahı tətbiq edə bilərmi? - AKTUAL
Dünən, 18:11 |
|
|
|
• Sən Allah, gedin ayıbınıza kor olun...
Dünən, 18:06 |
|
|
|
• “Səhiyyəmizdəki problemləri paylaşdığım üçün səhifəm bağlandı” - AXI NİYƏ?..
Dünən, 18:03 |
|
|
|
• İki nazir Paşinyanın həyat yoldaşının fondundan ayrılıb - KİV
Dünən, 18:00 |
|
|
|
• Bakı Avropa Liseyi direktoru cərimələnir - BUNA GÖRƏ...
Dünən, 17:58 |
|
|
|
• Vitse-Spikerin köməkçisi hakim təyin edildi - FOTO
Dünən, 17:58 |
|
|
|
• Tərtərdə "Azərbaycan Bayrağı" ordenli Elnur Salahovun qardaşının toy mərasimi keçirilib - FOTO
Dünən, 17:55 |
|
|
|
• SDU-da işdən çıxarılan fəlsəfə doktoru məhkəməyə üz tutdu - QALMAQAL
Dünən, 17:52 |
|
|
|
• Qadın ərinin dayısı oğluna şəkillərini göndərdi, gecəyarısı isə… - TƏFƏRRÜAT
Dünən, 17:43 |
|
|
|
• Paşinyan revanşist rəqiblərini SIRADAN ÇIXARIR
Dünən, 17:37 |
|
|
|
• “Müharibədə yalnız Putin günahkar deyil” - Zelenski
Dünən, 17:34 |
|
|
|
• Aktyor Müşfiq Şahverdiyev məhkum edildi - TƏFƏRRÜAT
Dünən, 17:32 |
|
|
|
• İranın 40 illik casus şəbəkəsi aktivləşdi: Risk var, təqib başladı - İLGİNC
Dünən, 17:29 |
|
|
|
• "Başım toylara qarışdı, ikinci övladım olmadı"
Dünən, 17:27 |
|
|
|
• Paşinyan üçün son seçim: Referenduma getmədən Bakının tələbi icra edilir - NƏ BAŞ VERİR?
Dünən, 17:22 |
|
|
|
• Turizm mərkəzi 529 minlik spesifik xüsusi geyimləri - BU ŞİRKƏTDƏN ALDI
Dünən, 17:19 |
|
|
|
• “Milli dövlətçiliyi dağıtmaq üçün qadınlardan istifadə edilir” - Akif İslamzadə
Dünən, 17:14 |
|
|
|
• I, yoxsa II Qarabağ müharibəsində daha çox veteran olub? – Rəsmi məlumat
Dünən, 17:12 |
|
|
|
• "Nazir olmayan yerdə nazirdir..." - FAKT BELƏDİR...
Dünən, 17:09 |
|
|
|
• Konqresmensayağı abırsızlıq: - yaxud Pallonenin pulunu verin kirisin, haylar!
Dünən, 17:06 |
|
|
|
• Ağdam şəhərində 23,7 milyon manatlıq layihənin icrasına başlanılır
Dünən, 17:04 |
|
|
|
• 101 minlik qızılı Azərbaycana keçirmək istəyən "Duty Free"nin keçmiş əməkdaşlarının cinayət işi - TƏFƏRRÜAT
Dünən, 17:01 |
|
|
|
• MN-in Hərbi-Texniki Təchizat Baş İdarəsinin rəisi vəzifəsi Fərid Əliyevə həvalə edilib - ƏMR
Dünən, 16:40 |
|
|
|
• "Adamın Lənkərana qonağı gələndə utanır..." - FAKT BUDUR!
Dünən, 16:39 |
|
|
|
• Vergi borcu olan şirkət rəhbərinin ölkədən çıxışına qadağa qoyula bilər - TƏFƏRRÜAT
Dünən, 16:25 |
|
|
|
• Bir sıra birinci instansiya məhkəmələrinə hakimlər təyin edilib - SƏRƏNCAM
Dünən, 16:22 |
|
|
|
• Yüksək bal toplayan müəllimlərə YENİ GÜZƏŞTLƏR?
Dünən, 16:04 |
|
|
|
• Azərbaycanda polislərin maaşı gələn il artırıla bilər
Dünən, 15:55 |
|
|
|
• Nə vaxt və kimdən təzminat ala bilərik? - Vəkil danışdı
Dünən, 15:40 |
|
|
|
• Azərbaycan Ordusunun Baş Qərargah rəisi Pakistanda işgüzar səfərdədir
Dünən, 15:35 |
|
|
|
• “Düşünürlər, deputat kiminsə evinin damını düzəltməlidir…” – Tənzilə Rüstəmxanlı
Dünən, 15:33 |
|
|
|
• Qarpız satan şərikinin arvadıyla "eşq" yaşadı: - "Gördüm darvazanın ağzında..."
Dünən, 15:30 |
|
|
|
• Onlar da Əfqanıstanda döyüşüb, ora at sürməyə getməyiblər ki? - Siyavuş Novruzov
Dünən, 15:25 |
|
|
|
|