Azərbaycanda cəmi 9 min əcnəbi tələbə var .....                     4 ildir ki haqqı tapdanan Qazimiz .. .....                     Bankdan xarici valyuta alan vergi ödəyicisi üçün məzənnə fərqi xərc kimi nəzərə alınırmı? .....                     Qarakənd faciəsindən 33 il ötür .....                     Sabunçuda kim nə gəldi edir? .....                     Yaşlı qadını aldadaraq, evini bankda girov qoydular... .....                     “Bu gün deyə bilərik ki, məqsədimizə nail olduq” .....                     "Bəzi məmurlar dövlət və xalq arasındakı güvəni məhv edir" .....                     "Mən xəngəl, piti yemirəm... .....                     Dörd ölkənin generalı Bakıda görüşür? .....                     Baş nazir avtoritar hakimiyyət qurmağı sınaqdan keçirir, yoxsa... .....                     Putin qorxusundan Rio-de-Janeyroya getmədi, .....                     “NATO ölkələri hərbi xərclərini 340 milyard dollar artıra bilər” .....                     “Azərişıq” 1,5 milyon manatlıq tenderinin .....                     Bu şirkət Qubadlıda 117,3 hektar ərazini suvaracaq, 1 milyona yaxın .....                     Azərbaycana qarşı plan üzə çıxır: .....                     Rusiya nüvə silahı tətbiq edə bilərmi? .....                     Sən Allah, gedin ayıbınıza kor olun... .....                     “Səhiyyəmizdəki problemləri paylaşdığım üçün səhifəm bağlandı” .....                     İki nazir Paşinyanın həyat yoldaşının fondundan ayrılıb .....                     Bakı Avropa Liseyi direktoru cərimələnir .....                     Vitse-Spikerin köməkçisi hakim təyin edildi .....                     Tərtərdə "Azərbaycan Bayrağı" ordenli Elnur Salahovun qardaşının toy mərasimi keçirilib .....                     SDU-da işdən çıxarılan fəlsəfə doktoru məhkəməyə üz tutdu .....                     Qadın ərinin dayısı oğluna şəkillərini göndərdi, gecəyarısı isə… .....                     Paşinyan revanşist rəqiblərini .....                     “Müharibədə yalnız Putin günahkar deyil” .....                     Aktyor Müşfiq Şahverdiyev məhkum edildi .....                     İranın 40 illik casus şəbəkəsi aktivləşdi: Risk var, təqib başladı .....                     "Başım toylara qarışdı, ikinci övladım olmadı" .....                     Paşinyan üçün son seçim: Referenduma getmədən Bakının tələbi icra edilir .....                     Turizm mərkəzi 529 minlik spesifik xüsusi geyimləri .....                     “Milli dövlətçiliyi dağıtmaq üçün qadınlardan istifadə edilir” .....                     I, yoxsa II Qarabağ müharibəsində daha çox veteran olub? .....                     "Nazir olmayan yerdə nazirdir..." .....                     Konqresmensayağı abırsızlıq: .....                     Ağdam şəhərində .....                     101 minlik qızılı Azərbaycana keçirmək istəyən "Duty Free"nin keçmiş əməkdaşlarının cinayət işi .....                     MN-in Hərbi-Texniki Təchizat Baş İdarəsinin rəisi vəzifəsi Fərid Əliyevə həvalə edilib .....                     "Adamın Lənkərana qonağı gələndə utanır..." .....                 

İlqar Qasımov vaxtilə ADP-də Ali Məclis sədri postuna necə gəlibmiş - sərt ittihamlar
Tarix: 4-08-2015, 09:53 | Çap et
İlqar Qasımov vaxtilə ADP-də Ali Məclis sədri postuna necə gəlibmiş
Keçmiş milli təhlükəsizlik naziri Nəriman İmranovun və Rusiyanın sabiq ədliyyə işçisi İlqar Qasımovun “Avrasiya Hərəkatı” yaratması ölkəmiz əleyhinə daha bir təhlükənin anonsu kimi qiymətləndirilir. Azərbaycan mətbuatı bu hərəkatı birmənalı olaraq Rusiyanın ölkəmizə qarşı növbəti provokasiyası, Putinin yaratdığı Avrasiya İttifaqının Azərbaycan cəmiyyəti arasında təbliğatı üçün ortaya çıxdığı qurum olaraq təqdim edir.

Parlament seçkiləri ərəfəsində, eyni zamanda Rusiyanın Azərbaycanı Avrasiya İttifaqına qoşmaq üçün böyük səylər göstərdiyi zamanda adları Rusiya kəşfiyyatına, hərbi dairələrinə bağlı olan şəxslərin təşəbbüs qrupu yaratması təsadüfi deyil. “General” ayamalı İlqar Qasımov Azərbaycanı yenidən Kremlin təsir dairəsinə qaytarmağa çalışan siyasətçilərdən biri kimi tanınır. Onun yeni ideyadaşı, sabiq milli təhlükəsizlik naziri Nəriman İmranov haqda isə bunu demək olmaz.

Ömrünü Rusiya Dövlət Təhlükəsizlik Komitəsinin (DTK-KQB) divarları arasında keçirən çekist N.İmranov 1992-ci ilin yazında, fəxri təqaüdə çıxmasına 6 ay qalmış doğma DTK divarları onu sıxmağa başlayıb. 24 il 6 aylıq xidmətdən sonra N.İmranov istefa verib və Azərbaycana gəlib. N.İmranovun bu hərəkətinin vətənpərvərlik hisslərindən qaynaqlandığını deyənlər az keçmədi ki, yanıldıqlarını başa düşdülər.

Ölkədə siyasi gərginliyin olduğu bir vaxtda N.İmranovun dönüşü haqda o dövrün siyasi hakimiyyəti, AXC iqtidarı da məlumatlı olub. Bu dönüşün heç də yaxşı nəticələr verməyəcəyini təxmin etsələr də, lazımi addım atmağa tələsməyiblər. Hakimiyyətdəkilər qərar qəbul etməyə tələsmədikləri bir vaxtda N.İmranov gözlənilənlərin əksinə olaraq Gəncəyə yollanıb.

Milli hakimiyyət devrildikdən sonra məlum olur ki, N.İmranov qiyamçı polkovnik Surət Hüseynovun əsas məsləhətçilərindən olub.

1993-cü ilin yayında AXC hakimiyyətinin süqutundan sonra, iyulun 3-də Nəriman İmranov milli təhlükəsizlik naziri vəzifəsinə təyin edilib. 1994-cü ilin may ayının 15-də ona general-mayor rütbəsi verilib.

1994-cü il oktyabr ayının 15-də N.İmranov bir qrup şəxsin MTN-in təcridxanasından qaçırılmasının təşkilində iştirakda, vətənə xəyanətdə təqsirləndirilərək həbs olunub və ömürlük azadlıqdan məhrum edilib. 2002-ci ildə prezident Heydər Əliyev N.İmranovu əfv edib və o, azad olunandan sonra Rusiyaya yollanıb. Bu illər ərzində N.İmranovun adı gündəmə 4 iyun qiyamı ilə bağlı xatirələrdə gətirilirdi. N.İmranov isə Rusiyada oturub susmağa üstünlük verirdi.

Onun yenidən siyasi səhnəyə qayıtmasını öz saatını, vaxtını gözləməsi kimi də dəyərləndirmək olar.

Nəriman İmranovun gözlənilmədən ictimai-siyasi fəaliyyətə başlaması yeni və daha təcrübəli kadrların Azərbaycan uğrunda mübarizəyə qoşulması kimi də qiymətləndirilir. Görünən odur ki, Rusiya siyasi dairələri Azərbaycanı öz nüfuz dairəsinə qaytarmaq üçün yeni oyuna başlayıblar. Komandanın başçıları ortadadır, onların ətrafına toplaşacaq üzvlərinin meydana çıxmasına da elə də çox vaxt qalmayıb.

Azərbaycanın demokratik müxalifət qüvvələrinin "Avrasiya Hərəkatı"na münasibəti isə sərtdir.

Bu barədə danışan ADP sədri Sərdar Cəlaloğlu bildirdi ki, "Avrasiya Hərəkatı" Azərbaycanı Rusiyanın köləliyinə salmaq üçün təbliğat aparmağa xidmət eləyən qurum kimi yaradılıb: “1996-cı ildə ADP ilə Ədalət Partiyası birləşəndən sonra İlqar Qasımov təxminən iki il bizim partiyanın Ali Məclisinin sədri olub. O, Ədalət Partiyasının üzvü kimi gəlmişdi. Sonra İlyas İsmayılova da xəyanət etdi. Onu partiyadan uzaqlaşdırdıqdan sonra Azərbaycanı tərk edib Rusiyaya getdi. Moskvada fırıldaq yolu ilə ədliyyə sisteminə daxil oldu və özünün dediyinə görə ədliyyə generalı rütbəsi alıb. Həmin status altında da çox maxinasiyalar həyata keçirib. Rusiya kəşfiyyatı da ardıcıl olaraq ondan istifadə edib. Mən onu çox yaxşı tanıyıram, yalançının, fırıldaqçının biridir. Onun ADP-dən çıxarıldıqdan sonrakı dövrlərdəki fəaliyyətini də izləyirəm. O, Rusiya kəşfiyyat orqanları tərəfindən ”verbovka" olunmuş bir adamdır. İlqar Qasımov yalnız Azərbaycanda Rusiyanın maraqlarını müdafiə edir. Azərbaycandakı demokratik güclərin zəiflədilməsinə xidmət eləyən proseslərin içindədir. Təsadüfi deyil ki, KQB-nin Rusiyaya bağlı olan keçmiş rəhbəri ilə təşkilat yaradır. Hər ikisi təbii ki, Rusiya ilə bağlıdır. Moskva burada ən müxtəlif qurumlar yaradır, hakimiyyətin özünün içində Rusiyaya xidmət eləyən insanlar var. Hətta demokratik ad ilə Rusiyanın maraqları ilə uzlaşan qüvvələr var, belə qüvvələri tapıb təşkilatlandırırlar, məsələn, Milli Şura kimi. Eyni zamanda Avrasiya Hərəkatı kimi aç-aydın şəkildə Rusiyanı müdafiə eləyən qüvvələr də yaradılır. Azərbaycanda kifayət qədər keçmiş rus imperiyasının köləliyi xiffəti ilə yaşayan insanlar var. Psixologiya sübut edib ki, köləlikdən azad olan insanların sırasında dərin köləliyə məruz qalmış insanlar köləlik xiffəti ilə yaşayırlar. Rusiya da həmin insanları öz ətrafına çəkib özünün buradakı maraqlarının müdafiəçisinə çevirə bilir. İndiki halda İlqar Qasımov da birmənalı şəkildə Rusiyanın maraqlarını müdafiə məqsədi güdən birisidir".

AMİP sədri Yusif Bağırzadə də "Avrasiya Hərəkatı"nı yaradan adamların Rusiya tərəfindən təlimatlandırıldığını və onlara cəmiyyətin birmənalı olaraq yox deyəcəyini bildirdi: “İlqar Qasımov həmişə Azərbaycanda seçkilər öncəsi hansısa təşkilatlar yaratmaq, nələrsə etmək cəhdində bulunur. Ancaq Nəriman İmranovun 15 il sonra qəfil peyda olması artıq başqa şeylərdən xəbər verir. Onların yaratdığı quruma cəmiyyətdə, müxalifətdə inam yoxdur və ola bilməz. Azərbaycan dövləti Avropaya inteqrasiya etməlidir. Azərbaycanı Rusiyanın əsarəti altına sürükləmək istəyən qurumlara və şəxslərə dəstək ola bilməz. Biz AMİP olaraq belə təşəbbüsləri pisləyirik. Aidiyyəti dövlət orqanları Avrasiya Hərəkatı kimi qurumların fəaliyyətini, onu yaradanların addımlarını ciddi nəzarətdə saxlamalıdır, gərəkəndə ciddi tədbirlərə əl atmalıdır”.

Müsavat Partiyası İcra Aparatının rəhbəri Gülağa Aslanlı bildirdi ki, təmsil olunduğu partiya heç bir halda, heç bir şərtlə "Avrasiya Hərəkatı" adlanan bir quruma qoşulmaq, ona müsbət münasibət bəsləmək niyyətində deyil: "Çünki həmin qurumun dəstək verdiyi Avrasiya İttifaqı ideyası Azərbaycana uğur gətirən məsələ deyil. Müsavat Partiyasının həmin adla olan hər hansı bir təşkilatda olması, ona müsbət yanaşması mümkün deyil. Biz dəfələrlə bəyan etmişik ki, Azərbaycanın yolu avrointeqrasiya olmalıdır. Azərbaycanın çıxış yolunu, gələcəyini Avropaya ineqrasiyada görürük. Avrasiya məsələsi isə heç vaxt Müsavat tərəfindən dəyərləndirilməyib. Əgər kimlərsə, Avrasiya adı altında təşkilat yaradırsa, biz hesab edirik ki, həmin təşkilat Azərbaycan dövlətinə zərərli işlərlə məşğul olan qurum olacaq. Onun adından da bu qənaətə gəlmək mümkündür. Müsavat Partiyası bu məsələni yəqin ki, Divanda da müzakirə edib mövqeyini ortaya qoyacaq. Mən hesab edirəm ki, Avrasiya adı altında yaradılmış təşkilat Azərbaycan dövlətçiliyinin möhkəmlənməsi, demokratiyanın qurulması istiqamətində hər hansı müsbət addım atmayacaq".









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Azərbaycanda cəmi 9 min əcnəbi tələbə var - ŞƏRH
Bu gün, 07:14
4 ildir ki haqqı tapdanan Qazimiz .. - GİLEY
Bu gün, 07:10
Bankdan xarici valyuta alan vergi ödəyicisi üçün məzənnə fərqi xərc kimi nəzərə alınırmı? - AKTUAL
Bu gün, 06:56
Qarakənd faciəsindən 33 il ötür - UNUTMARIQ!
Bu gün, 06:43
Sabunçuda kim nə gəldi edir? - FOTOFAKT
Bu gün, 06:39
Yaşlı qadını aldadaraq, evini bankda girov qoydular... - BU NƏDİ BELƏ?
Bu gün, 06:32
“Bu gün deyə bilərik ki, məqsədimizə nail olduq” - deputat
Bu gün, 06:23
"Bəzi məmurlar dövlət və xalq arasındakı güvəni məhv edir" - FAKT BUDUR!
Bu gün, 06:20
"Mən xəngəl, piti yemirəm... - ...Xaşı heç dilimə vurmaram"
Bu gün, 06:15
Dörd ölkənin generalı Bakıda görüşür? – Azərbaycan müharibənin dayanması üçün…
Bu gün, 06:10
Baş nazir avtoritar hakimiyyət qurmağı sınaqdan keçirir, yoxsa... - Paşinyan nəyə hazırlaşır?
Bu gün, 06:06
Putin qorxusundan Rio-de-Janeyroya getmədi, Cinpin xəbərdarlıq etdi, Bayden isə...
Bu gün, 06:03
“NATO ölkələri hərbi xərclərini 340 milyard dollar artıra bilər” - "Bloomberg"
Bu gün, 06:00
“Azərişıq” 1,5 milyon manatlıq tenderinin - QALİBİNİ AÇIQLADI
Bu gün, 00:05
Bu şirkət Qubadlıda 117,3 hektar ərazini suvaracaq, 1 milyona yaxın - PUL QAZANACAQ
Bu gün, 00:02
Azərbaycana qarşı plan üzə çıxır: - “Sülhə mane olmaq üçün...”
Dünən, 19:00
Rusiya nüvə silahı tətbiq edə bilərmi? - AKTUAL
Dünən, 18:11
Sən Allah, gedin ayıbınıza kor olun...
Dünən, 18:06
“Səhiyyəmizdəki problemləri paylaşdığım üçün səhifəm bağlandı” - AXI NİYƏ?..
Dünən, 18:03
İki nazir Paşinyanın həyat yoldaşının fondundan ayrılıb - KİV
Dünən, 18:00
Bakı Avropa Liseyi direktoru cərimələnir - BUNA GÖRƏ...
Dünən, 17:58
Vitse-Spikerin köməkçisi hakim təyin edildi - FOTO
Dünən, 17:58
Tərtərdə "Azərbaycan Bayrağı" ordenli Elnur Salahovun qardaşının toy mərasimi keçirilib - FOTO
Dünən, 17:55
SDU-da işdən çıxarılan fəlsəfə doktoru məhkəməyə üz tutdu - QALMAQAL
Dünən, 17:52
Qadın ərinin dayısı oğluna şəkillərini göndərdi, gecəyarısı isə… - TƏFƏRRÜAT
Dünən, 17:43
Paşinyan revanşist rəqiblərini SIRADAN ÇIXARIR
Dünən, 17:37
“Müharibədə yalnız Putin günahkar deyil” - Zelenski
Dünən, 17:34
Aktyor Müşfiq Şahverdiyev məhkum edildi - TƏFƏRRÜAT
Dünən, 17:32
İranın 40 illik casus şəbəkəsi aktivləşdi: Risk var, təqib başladı - İLGİNC
Dünən, 17:29
"Başım toylara qarışdı, ikinci övladım olmadı"
Dünən, 17:27
Paşinyan üçün son seçim: Referenduma getmədən Bakının tələbi icra edilir - NƏ BAŞ VERİR?
Dünən, 17:22
Turizm mərkəzi 529 minlik spesifik xüsusi geyimləri - BU ŞİRKƏTDƏN ALDI
Dünən, 17:19
“Milli dövlətçiliyi dağıtmaq üçün qadınlardan istifadə edilir” - Akif İslamzadə
Dünən, 17:14
I, yoxsa II Qarabağ müharibəsində daha çox veteran olub? – Rəsmi məlumat
Dünən, 17:12
"Nazir olmayan yerdə nazirdir..." - FAKT BELƏDİR...
Dünən, 17:09
Konqresmensayağı abırsızlıq: - yaxud Pallonenin pulunu verin kirisin, haylar!
Dünən, 17:06
Ağdam şəhərində 23,7 milyon manatlıq layihənin icrasına başlanılır
Dünən, 17:04
101 minlik qızılı Azərbaycana keçirmək istəyən "Duty Free"nin keçmiş əməkdaşlarının cinayət işi - TƏFƏRRÜAT
Dünən, 17:01
MN-in Hərbi-Texniki Təchizat Baş İdarəsinin rəisi vəzifəsi Fərid Əliyevə həvalə edilib - ƏMR
Dünən, 16:40
"Adamın Lənkərana qonağı gələndə utanır..." - FAKT BUDUR!
Dünən, 16:39
Vergi borcu olan şirkət rəhbərinin ölkədən çıxışına qadağa qoyula bilər - TƏFƏRRÜAT
Dünən, 16:25
Bir sıra birinci instansiya məhkəmələrinə hakimlər təyin edilib - SƏRƏNCAM
Dünən, 16:22
Yüksək bal toplayan müəllimlərə YENİ GÜZƏŞTLƏR?
Dünən, 16:04
Azərbaycanda polislərin maaşı gələn il artırıla bilər
Dünən, 15:55
Nə vaxt və kimdən təzminat ala bilərik? - Vəkil danışdı
Dünən, 15:40
Azərbaycan Ordusunun Baş Qərargah rəisi Pakistanda işgüzar səfərdədir
Dünən, 15:35
“Düşünürlər, deputat kiminsə evinin damını düzəltməlidir…” – Tənzilə Rüstəmxanlı
Dünən, 15:33
Qarpız satan şərikinin arvadıyla "eşq" yaşadı: - "Gördüm darvazanın ağzında..."
Dünən, 15:30
Onlar da Əfqanıstanda döyüşüb, ora at sürməyə getməyiblər ki? - Siyavuş Novruzov
Dünən, 15:25
"Çantalara iş imitasiyası yaratmaq üçün lent yapışdırırlar" - Aparıcı DGK ilə bağlı araşdırma aparılmasını tələb edir
Dünən, 15:23
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru