Sərdar Cəlaloğlu hələ də o partiyanın adını açıqlamır - "Tanınmışdır"
Tarix: 7-08-2015, 12:25 |
Çap et
““Qarabağ” seçki blokuna qoşulmaq istəyən partiya rəhbərliyi ilə müzakirələrimiz olub. Amma qərara almışıq ki, yekun nəticə olmadan proses haqqında mətbuata məlumat verib ictimaiyyətin diqqətini yayındırmayaq”.
Bunu Modern.az saytına açıqlamasında Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu deyib. ADP lideri bildirib ki, yeni partiya “Qarabağ” blokunun tərkibinə daxil olacağı təqdirdə, təfərrüatı ilə əlavə məlumatlar veriləcək.
Sərdar Cəlaloğlu həmin partiyanın adını açıqlamasa da, onun tanınmış bir təşkilat olduğunu bildirib.
“Tanınmış və təcrübəli bir partiyadır”,-deyə o söyləyib.