Rusiyanın Ukrayna ilə sülh danışıqlarına ev sahibliyi etməyə hazırıq .....                     Trampdan Azərbaycanla bağlı mühüm tapşırıq .....                     Paşinyanın gizli müqaviləsi .....                     Paşinyan müharibədə məğlub olduğu üçün belə deyir .....                     “Ramiz Fətəliyev və İhsan Nəcəfov nakişi hərəkət ediblər, Elmira Axundova isə…” .....                     Dollara tələbat artır, rəsmilər susur: Örtülü bazar .....                     Putin üçün 22 bəndlik ÇIXIŞ YOLU .....                     Xanım Qafarovanın anası dünyasını dəyişib .....                     "Onkoloji xəstə üçün 811-ci növbə nə deməkdir?" .....                     Paşinyan üçün 3 kritik ssenari cızıldı .....                     Xalq artistinin keçmiş həyat yoldaşı axtarışa verildi .....                     Qaradağda 15 yaşlı qıza restoranda toy ediblər .....                     Tramp Kəşmir probleminin həllinə çalışacaq .....                     «Gold Residence»lə KİMSƏ BACARMIR? .....                     “Elm ocağı hara, çayxana hara?!” .....                     Azərbaycanlı müğənni açıq-saçıq fotoları ilə gündəmə gəldi .....                     “Bu, Makron rejiminin öz vətəndaşlarına qarşı ədalətsiz siyasətinin təzahürüdür” .....                     ABŞ-ın Rusiya qazı ilə bağlı hədəfi... .....                     Bu gün ali təhsil müəssisələrinin magistraturalarına qəbul imtahanı keçiriləcək .....                     Pakistanda 150 uçuş reysi ləğv edildi .....                     "Həbsxanada əlacsızlıqdan ağladığım o günü xatırladım" .....                     Saat hesabı qazanc: həm aylıq maaş sistemi qalır, həm də... .....                     “Milyonluq saray”ın sahibi Bəxtiyar Dali çəkiliş etməməsi üçün .....                     İranı nüvəsizləşdirmək yalnız danışıqlar yolu ilə mümkündür .....                     İnformasiya “fırtınası” .....                     "Hər bir sənət adamı buna fikir verməlidir" .....                     Ermənistan MN-in keçmiş sözçüsündən SƏRSƏM AÇIQLAMA .....                     "Prezident Tofiq Yaqublunu əfv edə bilər" .....                     “Türkiyədə işləyir, niyə gəlib burada iş axtarsın ki?” .....                     Putin hesab edir ki... .....                     “Paşinyana qarşı impiçment məsələsi boş və mənasızdır...” .....                     “Türkiyədə işləyir, niyə gəlib burada iş axtarsın ki?” .....                     Paralimpiya çempionumuz beynəlxalq yarışlardan uzaqlaşdırıldı .....                     "Bu nə münasibətdir, bu nə biganəlikdir?" .....                     Ermənistan və 26 ölkənin səfirləri Ukrayna XİN-ə çağırıldı .....                     Simonyan 44 günlük müharibə barədə: .....                     Ukrayna Silahlı Qüvvələri dörd dəfə Kursk və Belqorod vilayətlərinə girməyə cəhd göstərib .....                     Mertz Rusiyanı sanksiyalarla hədələyib .....                     Azərbaycan mühüm vasitəçi kimi .....                     "Protech Electronics"in 219 min manat .....                 

DEPUTATIN ŞİRKƏTİNİ KİMLƏR ÇÖKDÜRÜR?
Tarix: 1-06-2012, 10:32 | Çap et
DEPUTATIN ŞİRKƏTİNİ KİMLƏR ÇÖKDÜRÜR?

«QASİD» MƏTBUAT YAYIMI FIRMASI TƏNƏZZÜLÜN ASTANASINDA

DİA.AZ: - Neçə müddətdir ki, mətbuat yayımı sistemində çox ciddi silkələnmələr müşahidə olunmaqdadır. Bu barədə oxucularımızı dəfələrlə məlumatlandırmışıq və bildirmişik ki, hələ də hansısa dövlət qurumunun sahib çıxmadığı, arxasında kimin dayandığı rəsmən bəlli olmadığı «Press Köşk»lər qəzet yayımı bazarında at oynatmaqdadır. Əslində qəzet yayımı bazarında yox, ərzaq malları bazarında. Sadəcə olaraq, bu köşklərin normal qəzet kökşlərinin yerləşdikləri əraziləri zəbt etməsi qəzet yayımı işini böhranlı həddə çatdırır.

Məlumdur ki, «Press Köşk»lərlə bağlı qalmaqal mətbuatda hələ xeyli müddətdir ki, müzakirə mövzusu olub. Bu köşklərin arxasında birbaşa olaraq Prezident Administrasiyasının şöbə müdiri Əli Həsənovun dayandığı söylənilsə də, bu barədə mətbuata şəxsən açıqlama verən PA rəsmisi deyilənləri təkzib etməklə yanaşı, bildirdi ki, «Qasid», «Qaya» və digər mətbuat yayımı firmalarının köşklərinin yerində qoyulan «Press Köşk»lər əslində Bakı Şəhər İcra Hakimiyyətinin Ticarət Departamentinə aiddir. Biz də inandıq. Amma sonradan baş verən olaylar Əli Həsənovun verdiyi izahatı ciddi şəkildə şübhəyə aldı.

Məlum oldu ki, Əli Həsənovun Bakı meri Hacıbala Abutalıbovun ayağına yazdığı «Press Köşk»lər Sumqayıt şəhərində də qoyulmağa başlayıb. Burdan isə iki nəticə hasil olurdu. Ya Sumqayıtın ayrıca şəhər statusu ləğv olunub və bu ərazilər Bakı Şəhər İcra Hakimiyyətinin balansına verilib ki, icra başçısı Hacıbala Abutalıbov da həmin prosesdən sonra əldə etdiyi səlahiyyətlərindən istifadə edərək Sumqayıtda da «Bakı Şəhər İcra Hakimiyyətinin Ticarət Departamentinə aid olan» (ifadə Əli Həsənova məxsusdur -S.) «Press Köşk»ləri yerləşdirib, ya da ki, sadəcə olaraq Əli Həsənov yalan danışıb. Bu iki versiyadan hansı inandırıcıdır, bunu isə oxucuların öhdəsinə buraxırıq.

İndi isə gələk «Press Köşk»lərin yaradılma məqsədlərinə. Dəfələrlə verdiyimiz məlumatlarda da vurğulamışıq ki, həmin yeni köşklər qoyularkən rəsmi dairələr açıqlama verərək bildirmişdilər ki, bəs onların yerləşdirilməsi zərurəti köhnə köşklərin şəhərin yeniləşən, modernləşən qiyafətinə uyğun gəlməməsi ilə əlaqədardır. Biz buna da inanmaq istərdik. Amma ortada olan dəlillər hətta ən sadəlövh olanımızı belə tərəddüd içinə salır.

Birincisi, ona görə ki, əgər həqiqətən də məsələn, «Qasid» mətbuat yayımı firmasının köhnə köşklərinin yerinə daha modern «Press Köşk»lərin yerləşdirilməsində əsas səbəb məhz şəhərin memarlıq imicinin qorunması ilə bağlı idisə, o zaman nədən belə bir tələb köşkləri yığışdırılan firmalar qarşısında qoyulmadan, onların köşklərinin əraziləri tamam başqa və yeni bir firmaya verilir? Yəni ola bilərdi ki, eyni tələbi - yeniləşmə, modernləşmə tələbini «Qasid» firmasının rəhbərliyinin qarşısında da səsləndirərdilər və həmin firmanın rəhbərliyi də köşklərini müasir standartlara uyğunlaşdırardı. Deməli, burada məqsəd tamam fərqlidir.

Digər tərəfdən, bu gün adı qəzet yayımı ilə bağlı olan həmin köşklərdə qəzet yerinə meyvə-tərəvəzin satılması faktı da təsdiqləyir ki, məqsəd tamam başqadır. Bu yolla sırf olaraq satış üzərində dayanan qəzetlərin fəaliyyəti məhdudlaşdırılır. Əgər qəzetlərin oxucu ilə təmasda ən böyük vasitə olan yayım siyasəti iflasa uğrayırsa, sadə dillə desək, qəzetlər satışa çıxmırsa, bu aşkar surətdə mətbuatın məhvi anlamını daşıyır.

Bu bir faktdır ki, bu gün «Press Köşk»lərdə qəzetdən daha çox qəzetçiliyə aidiyyatı olmayan mallar müştəriyə təqdim olunur. Qəzetlər mininci dərəcəli mal kimi yeni köşklərin piştaxtalarında yer alıb. Hətta Bakının elə əraziləri var ki, həmin yerlərdə qoyulmuş yeni «Press Köşk»lərdə ümumiyyətlə, qəzetlər satılmır. Konkret olaraq Bakıxanov ərazisini göstərə bilərik. Oxucularımız da dəfələrlə şikayətləniblər ki, əvvəllər həmin ərazidə «Qasid» firmasının köşkü yerləşirdi və onlar asanlıqla istədikləri qəzeti əldə edirlər. İndi isə qəzet köşkündən evlərinin ərzaq bazarlıqlarını edirlər. Bu bilirsinizmi nəyə bənzəyir? Elə bil ki, aptekdən maşınlarımız üçün ehtiyat hissələri alırıq…

Beləcə, ortalıqda müxtəlif bəhanələr olsa da, yeni, modern, dəbdəbəli «Press Köşk»lərin tədrici olaraq köhnə yayım firmalarının ərazilərini zəbt etməsinin əslində, mətbuata qarşı aparılan bir kampaniya oluduğu bir faktdır. Yuxarıda da vurğuladıq ki, kimlərinsə «köhnə köşklər şəhərin görünüşünü pozurdu» kimi sırf «obıvatel» təfəkkürünə hesablanmış açıqlamaları çox mənasız görünür. Əgər həqiqətən də yeganə səbəb budursa, o zaman bir neçə il əvvəl fəaliyyətinə qadağa qoyulmuş «Çapar» mətbuat yayımı firmasının günahı nə idi? Hər kəs xatırlayır ki, həmin firmanın köşkləri hətta indiki tələblər çərçivəsində də kifayət qədər modern hesab olunurdu. Halbuki üzərindən illər keçib. Amma «Çapar» firması fəaliyyətini dayandırdı. Və burada əsas üzərində dayanılası məqam isə odur ki, modernləşmə tələbi əraziləri yeni köşklər tərəfindən zəbt olunan firmaların rəhbərliyi qarşısında da qoyula bilərdi. Daha onların köşklərinin yeri yeni firmaya verilməzdi.

Təbii ki, burada digər vacib məqamlardan biri də pul qazanma ehtirasıdır. Bu bir faktdır ki, əslndə minimarket kimi (bəziləri hətta «ovoşnoy»u xatırladır -S.) fəaliyyət göstərən yeni «Press Köşk»lərin biri Bakı ərazisində 10 min manata satılır. Yəni ilk başdan 10 min manat pul verməlisən ki, belə bir dükan əldə edə biləsən. Bu da son deyil. Bundan əlavə, köşkü alan şəxs yerinə görə aylıq olaraq 1000-2000 manat haqq ödəməlidirlər. Həmin pulların isə Əli Həsənovun adamları tərəfindən yığıldığı bildirilir. Elə bunun özü də bir səbəb də ki, Əli Həsənovun Hacıbala Abutalıbova «perevod» etməyə cəhd etdiyi yeni köşklərin arxasında dayanan qüvvə barədə təsəvvür yaradasan.

Daha bərbad durum isə Sumqayıt şəhərində cərəyan edir. Elə bir neçə gün əvvəl də bu barədə oxucularımızı məlumatlandırmışdıq. Belə ki, Sumqayıtdan redaksiyamıza edilən müraciətlərdə bildirilirdi ki, yerli şəhər icra hakimiyyətinin rəhbərliyi «Qasid» firmasının köşklərini yığışdıraraq onların yerinə «Press Köşk»ləri yerləşdirir. Və hər bir yeni köşk də 17 min manata satışa çıxarılır. Diqqət yetirin, Bakıda 10 min manata olan köşklər, daha dəqiqi, minimarketlər Sumqayıtda 17 min manatadır. Bildirilir ki, burada alınan 17 min manatın təmiz 10 min manatı Bakıdakı adama - yəni Əli Həsənovun adamına ötürülür. 5 min manat isə Sumqayıtın icra başçısı Eldar Əzizova çatır. Yerdə qalan 2 min manat isə aradakı xırda məmurlar tərəfindən bölüşdürülür. Amma aylıq haqq məsələsində Sumqayıtda durum bir az ürəkaçandır. Bakıdan fərqli olaraq yeni minimarketləri işlədən şəxslər obyektlərinin ərazisinə uyğun olaraq 700-1000 manat arası aylıq haqq ödəyirlər.

İndi isə gələk əsas məqama. Yeni köşklərin qoyulması ilə köhnədən fəaliyyətdə olan mətbuat yayımı firmalarının çökdürülməsi siyasətinə. Bu barədə DİA.AZ-ın əldə etdiyi məlumatlardan aydın olur ki, «Press Köşk»lərin bir nömrəli hədəfi olan «Qasid» mətbuat yayımı firması artıq can üstündədir və firma hətta belə davam edərsə, fəaliyyətini durdura bilər. Bu barədə danışan mənbəmiz bildirir ki, mərhum prezident Heydər Əliyevin zamanında sayğı ilə yanaşdığı böyük ocağın nümayəndəsi, millət vəkili Mirkazım Kazımovun rəhbərlik etdiyi «Qasid» firması əslində qəzet bazarında mətbuatın bir nömrəli dayağı hesab olunurdu.

Amma təkcə son iki ayda «Qasid» firmasının onlarla köşkü ləğv edilərək, onların yerində yeni «Press Köşk»lər yerləşdirilib. Təbii ki, bu həm firmanın maliyyə siyasətinə vurulan zərbədir və həm də onlarla ailənin ac qalması deməkdir. Sürətlə davam etdirilən bu proses isə bütünlükdə olaraq «Qasid» firmasının işçilərinin işsiz qalması ilə nəticələnə bilər. Bu isə təxminən 400 ailənin yeganə dolanışıq yerindən məhrm edilməsi anlamına gəlir. Əgər bu gün hakimiyyət yeni iş yerlərinin açılması siyasətini yürüdürsə və bununla öyünürsə, artıq bəzi dairələr əslində bununla həm də hakimiyyətin sözügedən siyasətinə qarşı da çıxmış olurlar.

«Qasid» firmasının çökdürülməsinin digər aşkar sübutlarından biri də sözügedən yayım şirkətinin əlindəki abunə sahəsinin də iflasa uğradılmasıdır. Belə ki, artıq «Qasid» firması abunələrini də əlindən verir. Və həmin abunə işi Əli Həsənova yaxın firmalara ötürülməkdədir.

Bunun da nəticəsində «Qasid» firmasında ciddi maliyyə böhranının yarandığını bildirən məlumatlı mənbə redaksiyamıza onu da açıqladı ki, «Qasid» firması bu şəkilda proseslərin cərəyan edəcəyi təqdirdə özünü iflas elan edə bilər: «Təbii ki, arada ən böyük zərər qəzet redaksiyalarına dəyəcək. Bu gün normal qəzetlərin ən zəif olanının «Qasid» firmasından bir aylıq üçün 1000-1500 manat alacağı var. İflas olacaqsa, artıq bir neçə aydır qəzetlərə pul ödəməyən firmanın qəzet redaksiyalarının hər birinə ən azı 6-7 min manat borcu yaranacaq. Hətta elə qəzet var ki, bu məbləğ 10 min manata qədər yüksəlir».

Təbii ki, qəzet redaksiyaları pullarını ala bilməyəcəkləri təqdirdə onlar da eyni qaydada mətbəələr qarşısında borclanırlar ki, artıq bu proses də sürətlə inkişaf etməkdə, qəzetlərin nəşriyyatlara olan borcları şişməkdədir. Bu isə birbaşa olaraq qəzetlərin çöküşü ilə nəticələnən bir mərhələni diqtə edir.

Onu da bildirək ki, «Qasid» firmsının rəhbərliyi şəxsi nüfuzundan istifadə edib bu problemi yoluna qoya bilər. Yuxarıda da vurğuladıq ki, firmanın rəhbəri prezident ailəsi tərəfindən hörmətğlə qarşılanan bir seyid ocağının nümayəndəsidir. Amma bu gün qəzet köşklərindən minimarket kimi istifadə edərək eyni zamanda böyük pullara ümidli olan dairələr hətta Mirkazım Kazımovun bu statusunu belə sayğısız etdikləri bir şəraitdə başqa bir sözə lüzum qalmır.

Araşdırmalarımız davam edir. Mövzuya qayıdacağıq…









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Rusiyanın Ukrayna ilə sülh danışıqlarına ev sahibliyi etməyə hazırıq - Ərdoğan
Bu gün, 15:57
Trampdan Azərbaycanla bağlı mühüm tapşırıq - AÇIQLAMA
Bu gün, 15:52
Paşinyanın gizli müqaviləsi - Hamilə, uşaq, qoca və əlillər üzərində ÖLÜM SINAĞI
Bu gün, 15:00
Paşinyan müharibədə məğlub olduğu üçün belə deyir - FAKT BUDUR!
Bu gün, 14:57
“Ramiz Fətəliyev və İhsan Nəcəfov nakişi hərəkət ediblər, Elmira Axundova isə…” - Əli Ömərov
Bu gün, 14:52
Dollara tələbat artır, rəsmilər susur: Örtülü bazar - BELƏ DAVAM EDƏRSƏ...
Bu gün, 11:52
Putin üçün 22 bəndlik ÇIXIŞ YOLU - “NBC News”
Bu gün, 11:49
Xanım Qafarovanın anası dünyasını dəyişib
Bu gün, 11:47
"Onkoloji xəstə üçün 811-ci növbə nə deməkdir?" - ETİRAZ
Bu gün, 11:44
Paşinyan üçün 3 kritik ssenari cızıldı – Yaxın günlərdə…
Bu gün, 11:42
Xalq artistinin keçmiş həyat yoldaşı axtarışa verildi - TƏFƏRRÜAT
Bu gün, 11:40
Qaradağda 15 yaşlı qıza restoranda toy ediblər - Hər kəs göz yumub
Bu gün, 11:38
Tramp Kəşmir probleminin həllinə çalışacaq
Bu gün, 09:24
«Gold Residence»lə KİMSƏ BACARMIR? - NARAZILIQ VAR...
Bu gün, 09:22
“Elm ocağı hara, çayxana hara?!” - BU NƏDİ BELƏ?
Bu gün, 09:10
Azərbaycanlı müğənni açıq-saçıq fotoları ilə gündəmə gəldi - FOTO
Bu gün, 09:01
“Bu, Makron rejiminin öz vətəndaşlarına qarşı ədalətsiz siyasətinin təzahürüdür” - deputat
Bu gün, 08:58
ABŞ-ın Rusiya qazı ilə bağlı hədəfi... - “Voll Strit Jurnal”
Bu gün, 08:54
Bu gün ali təhsil müəssisələrinin magistraturalarına qəbul imtahanı keçiriləcək
Bu gün, 06:15
Pakistanda 150 uçuş reysi ləğv edildi
Bu gün, 06:08
"Həbsxanada əlacsızlıqdan ağladığım o günü xatırladım"
Bu gün, 02:48
Saat hesabı qazanc: həm aylıq maaş sistemi qalır, həm də... - ARAŞDIRMA
Bu gün, 02:45
“Milyonluq saray”ın sahibi Bəxtiyar Dali çəkiliş etməməsi üçün jurnalistə pul TƏKLİF EDİBMİŞ
Bu gün, 02:43
İranı nüvəsizləşdirmək yalnız danışıqlar yolu ilə mümkündür - GƏLİŞMƏ
Bu gün, 02:36
İnformasiya “fırtınası” - AKTUAL
Bu gün, 02:33
"Hər bir sənət adamı buna fikir verməlidir"
Bu gün, 02:30
Ermənistan MN-in keçmiş sözçüsündən SƏRSƏM AÇIQLAMA - "Hitler "Böyük Ermənistan"ı qura bilərdi"
Bu gün, 02:23
"Prezident Tofiq Yaqublunu əfv edə bilər" - Qüdrət Həsənquliyev
Dünən, 19:08
“Türkiyədə işləyir, niyə gəlib burada iş axtarsın ki?” - Cahangir Novruzov Azərbaycana gələcək?
Dünən, 19:05
Putin hesab edir ki... - GƏLİŞMƏ
Dünən, 16:20
“Paşinyana qarşı impiçment məsələsi boş və mənasızdır...” - GƏLİŞMƏ
Dünən, 16:16
“Türkiyədə işləyir, niyə gəlib burada iş axtarsın ki?” - Cahangir Novruzov Azərbaycana gələcək?
Dünən, 15:51
Paralimpiya çempionumuz beynəlxalq yarışlardan uzaqlaşdırıldı - QALMAQAL
Dünən, 15:38
"Bu nə münasibətdir, bu nə biganəlikdir?" - ETİRAZ VAR...
Dünən, 15:16
Ermənistan və 26 ölkənin səfirləri Ukrayna XİN-ə çağırıldı
Dünən, 15:07
Simonyan 44 günlük müharibə barədə: - Ayağına yıxılmağa adam axtarırdım ki...
Dünən, 15:05
Ukrayna Silahlı Qüvvələri dörd dəfə Kursk və Belqorod vilayətlərinə girməyə cəhd göstərib - Rusiya MN
Dünən, 15:02
Mertz Rusiyanı sanksiyalarla hədələyib - “Bild”
Dünən, 15:00
Azərbaycan mühüm vasitəçi kimi - Strateji görüş nöqtəsi
Dünən, 14:00
"Protech Electronics"in 219 min manat - VERGİ BORCU VAR
Dünən, 13:58
Qazaxda Heydər Əliyevin xatirəsi yad edilib - FOTO
Dünən, 13:30
“Sabrania” siqaretləri bahalaşır - Marketlərə təlimat göndərildi
Dünən, 13:03
“Qaçaq Nəbinin toyu”na dönən parad – 200 dövlətdən Moskvaya cəmi 20-yə yaxınının lideri gəlib
Dünən, 13:02
UNEC-in rektoru Ədalət Muradov biznesizi belə idarə edir? - FOTOFAKT
Dünən, 12:58
“BİZİM QANUNVERİCİLİKDƏ "KARANTİN REJİMİ" ANLAYIŞI YOXDUR” - “Rusiyaya getmək istəyənlərə viza rejimi tətbiq olunsun”
Dünən, 12:52
Bakıda gecə klubundan çıxan qızlar əcnəbilərlə dava etdilər, onlardan biri... - TƏFƏRRÜAT
Dünən, 12:43
“Qala Maşınqayırma”nın vəziyyəti MƏLUM OLDU - HESABAT
Dünən, 12:35
"Bunlar hamısı siyasətin təzahürləridir" - KXCP sədri
Dünən, 12:11
Rusiya tərəfindən vurulan Azərbaycan təyyarəsi ilə bağlı istintaq davam edir - CAVAB GÖZLƏYİRİK
Dünən, 12:06
İcra başçısı köməkçisini özünə birinci müavin təyin etdi - ƏMR
Dünən, 12:05
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru