ƏLİ KƏRİMLİ İRANLA DİALOQUN TƏRƏFDARIDIR
Tarix: 1-06-2012, 12:36 | Çap et
“AZƏRBAYCANLA İRAN ARASINDA CİDDİ FİKİR AYRILIQLARI VAR”
AXCP sədri Əli Kərimli “Obyektiv” televiziyasına (www.Obyektiv.tv) müsahibəsində Amerika dövlət katibi Hilari Klintonun Azərbaycana səfəri, Azərbaycan müxalifətinin təzyiqlər altında olması, 2013-cü ildə keçiriləcək prezident seçkiləri, İctimai Palatanın qarşıdakı aylarda fəaliyyəti, dövlət başçısını ailə üzvlərinin biznesi ilə bağlı İctimai Palatanın keçirəcəyi müzakirələr və digər məsələlərə toxunub.
Ə.Kərimli Amerika dövlət katibinin səfəri ilə bağlı deyib ki, müxalifət Azərbaycanın ABŞ ilə, bütövlükdə qərb dünyası, o cümlədən NATO ilə əlaqələrinin genişlənməsində maraqlıdır: “Hesab edirik ki, dövlət katibinin səfəri bu münasibətləri dərinləşdirmək üçün bir fürsətdir. Amerika Dövlət Departamenti hər zaman bəyan edir ki, Azərbaycanla siyasətdə əsasən üç prioritet var: enerji, təhlükəsizlik və demokratik islahatlarla bağlı əməkdaşlıq. Amerika ilə Azərbaycan arasında enerji və təhlükəsizlik sahəsində əməkdaşlıqla bağlı müəyyən uğurlar olsa da, təəssüflə qeyd edirəm ki, demokratik islahatlarla bağlı aparılan dialoq heç bir nəticə verməyib”.
Onun sözlərinə görə, bir neçə il bundan öncə dövlət katibinin müavinlərindən biri demokratiya sahəsində Azərbaycanla dialoq prosesinə rəhbərlik edirdi: “Çox təəssüf ki, nəticə yoxdur. Biz hesab edirik ki, dövlət katibinin Azərbaycana səfəri həm də Amerika-Azərbaycan münasibətlərindəki bu zəif, axsayan tərəfi gücləndirməyə istifadə olunmalıdır. Hesab edirəm ki, dövlət katibi Azərbaycana səfəri zamanı ölkə hökumətinə güclü bir mesaj verməlidir ki, demokratik islahatların alternativi yoxdur. Amerika-Azərbaycan münasibətləri üçün də demokratik islahatlar, insan haqları, siyasi məhbusların taleyi, sərbəst toplaşmaq azadlığı, azad seçki kimi məsələlər olduqca önəmlidir. Azərbaycan cəmiyyəti məhz belə mesajların verilməsini gözləyir”.
O, dövlət katibinin müxalifətlə görüşəcəyi ilə bağlı dəvət almadığını deyib. “Təbii ki, belə bir dəvət olarsa biz bu prosesdə iştirak edəcəyik”, - o qeyd edib.
Ə.Kərimli hesab edir ki, Amerika da Avropa Parlamenti kimi Azərbaycanda insan haqlarını pozan vəzifəli şəxslərə, onların əmlakına, hesablarına sanksiyaların tətbiq edilməsi məsələsinə baxmalıdır: “Mən Avropa Birliyinin parlamentinin qətnaməsi ilə tamamilə həmrəyəm. Parlament xarici siyasət üzrə ali səlahiyyətli nümayəndə xanım Ketrin Eştona tapşırıb ki, Azərbaycan üzərində monitorinq təşkil etsin və ehtiyac yaranarsa ölkədəki vəziyyətlə bağlı müvafiq qərarlar verilsin. Hesab edirəm ki, yaxşı olar ki, ABŞ-da da müvafiq qərarlar verilsin. Eurovision-dan sonra Azərbaycanın atdığı addımlar ciddi monitorinq olunmalıdır. Azərbaycanda siyasi müxalifətə, vətəndaş cəmiyyətinə, media institutlarına, yerli fəallara qarşı olan təzyiqlər ciddi reaksiyaya səbəb olmalıdır”.
AXCP sədri həmçinin İctimai Palatanın prezidentin ailə üzvlərinin qanunsuz biznesi və demokratiyaya yumşaq keçidin “Yol xəritəsi” ilə bağlı dinləmələr keçirəcəyini deyib. O, ailə üzvlərinə, qohumlarına, müxalifət fəallarına təzyiqlərdən danışıb, ölkədə media, toplaşmaq azadlığının pozulmada davam etdiyini bildirib.
Ə.Kərimli prezident seçkilərində namizədliyini irəli sürəcəyi ilə bağlı suala isə birmənalı “hə” cavabını verməyib. “2006-cı ildən mən pasport ala bilmirəm. Azərbaycandakı bütün məhkəmə instansiyalarını keçmişəm. 2009-cu ildə işim Avropa Məhkəməsində icraata götürülüb. İndi işə baxılmasını gözləyirəm. Çox təəssüf ki, Avropa Məhkəməsi belə işlərə təcili qaydada baxmır. Yeri gəlmişkən, buna öz narazılığımı ifadə edirəm. Çox ciddi sanksiyalar altındayıq. Xalq Cəbhəsinin binası əlimizdən alınıb, yeni bina icarəyə götürməyimizə imkan verilmir, AXCP-nin üzvlərinə, fəallarına, şəxsən mənim ailə üzvlərimə böyük basqılar var. Axırıncı dəfə daha bir qohumumu, qaynımı uydurma ittihamla həbs ediblər. Özümə qarşı təzyiqlər isə son günlərədək davam edib”, - o bildirib.
AXCP sədri Azərbaycanla İran arasında son gərginliyin daha çox şəxsi ambisiyalarla bağlı olduğunu bildirib: “Azərbaycanla İran arasında bir sıra məsələlərdə obyektiv olaraq fikir ayrılığı var, maraqlar fərqlidir. Birincisi, Azərbaycanın müstəqil dövlət olaraq var olması, İranda bir çox dairələri narahat edir. Çünki İranda çoxlu sayda azərbaycanlılar yaşayır. İranın xarici işlər naziri iddia edir ki, bu ölkədə azərbaycanlılar əhalinin 40 faizindən artıqdır. Amma bizim bir çox həmvətənlilərimiz deyir ki, azərbaycanlılar 50 faiz və onun üzərindədir. Bunlar hamısı obyektiv problem yaradır. Eyni zamanda Xəzərin bölgüsü, Azərbaycanın Avroatlantik məkana qoşulma perspektivləri ilə bağlı Azərbaycanla İran arasında ciddi fikir ayrılıqları var. Bu məsələlərin hamısı Azərbaycan dövlətinin maraqlarına uyğun şəkildə, amma dialoq yolu ilə həllini tapmalıdır”.
O, təəssüflə qeyd edib ki, son vaxtlar Azərbaycan-İran münasibətləri daha gərginləşib, amma daha əhəmiyyətli prinsipial məsələlər üzrə yox: “Münasibətlərin gərginləşməsində şəxsi ambisiyalara görə bir-birini söyüb təhqir etmək, dövlət başçılarının, məmurların bir-birini aşağılaması əsas səbəbə çevrilib. Münasibətlərin gərginləşməsi də, nizama salınması da milli maraqlara görə müəyyən edilməlidir, milli maraqlar əsas olmalıdır. Amma çox təəssüf ki, son günlər baş verənlər daha çox münasibətləri qura bilməmək və milli maraqların təmin edilməsi ilə deyil, şəxsi zəmində qarşılıqlı təhqir və tənqidlərin artırılması ilə bağlıdır”.
Ə.Kərimli müxalifətin məsələnin nizamlanmasında çağırışlarını da bildirib: “Bütün bu mübahisələr dialoq yolu ilə həllini tapmalıdır, Azərbaycana yeni bir konflikt lazım deyil. Azərbaycanı idarə edənlər məsuliyyətli olmalıdırlar, yeni bir konfliktə, o cümlədən İranla münasibətlər konflikt həddinə gəlib çıxmamalıdır. Bu o demək deyil ki, Azərbaycan köklü maraqlarını qurban verməlidir. Qətiyyən yox, Azərbaycan öz köklü maraqlarını müdafiə etməlidir. Amma bütün mübahisəli məsələləri də diplomatiya yolu ilə həll etməlidir. Bəs diplomatiya nə üçündür? Məhz uyğun gəlməyən çarpaz maraqların uyğunlaşdırılmasından ibarətdir. Hesab edirəm ki, Azərbaycanın İran siyasəti daha aktiv, daha diplomatik olmalıdır ki, Azərbaycan həm öz milli maraqlarını qorusun, həm də onsuz da bir qonşu ilə ciddi müharibə vəziyyətindədir, başqa bir qonşu ilə də münasibətlər ciddi konflikt həddinə gətirilməsin”, - o vurğulayıb.
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Vətəndaşın 100 manatına rəsmən `ƏL QOYDU` - GİLEY
Bu gün, 02:02 |
|
|
|
• Azərbaycanda Milli Dirçəliş Günü qeyd edilir - Bayramınız mübarək...
Bu gün, 00:45 |
|
|
|
• “Finex Kredit” BOKT-da yığıncaq keçiriləcək, Müşahidə şurasının tərkibi müzakirə ediləcək
Bu gün, 00:02 |
|
|
|
• İki yerdə işləyənlər niyə hər iki işdə ayrıca icbari tibbi sığorta haqqı ödəyir? - HƏQİQƏTƏN DƏ...
Dünən, 18:00 |
|
|
|
• Dövriyyələri 1 milyard manatı keçən 7 şirkət - SİYAHI
Dünən, 17:58 |
|
|
|
• “Daşnaksütyun” Paşinyanı öldürmək istəyir – SENSASİON İDDİA
Dünən, 17:06 |
|
|
|
• Hakimiyyətə bu şəxs hazırlanır – “Varis planı” işə düşüb
Dünən, 17:02 |
|
|
|
• Azərbaycanda sabah banklar və “Azərpoçt” fəaliyyət göstərəcək - DİQQƏT
Dünən, 16:58 |
|
|
|
• Zəngəzur dəhlizi ilə bağlı yenilik: -Bu halda məqbul sayıla bilər!
Dünən, 16:07 |
|
|
|
• Moskva Tiflisin ümidini kəsdi - Separatçı bölgələrlə bağlı inanılmaz tələb
Dünən, 16:04 |
|
|
|
• Xocalının Ballıca və Ağdərənin Həsənriz kəndlərinə köç olacaq
Dünən, 15:59 |
|
|
|
• Problemlər bəllidir, onlarla mübarizəyə pul lazımdır... - COP29-dan REPORTAJ
Dünən, 15:41 |
|
|
|
• Şərur Tibb Mərkəzinin Doğuş şöbəsi ləğv edilir? - AÇIQLAMA
Dünən, 15:36 |
|
|
|
• "Qadın gözəl görünəndə deyirlər, bunu kim xoşbəxt edir?"
Dünən, 15:34 |
|
|
|
• 70 yaşdan yuxarı insanlara kredit niyə verilmir? - ŞƏRH
Dünən, 15:26 |
|
|
|
• Paşinyanın beş doğrusunu aparan bir səhvi - İNCƏLƏMƏ
Dünən, 15:25 |
|
|
|
• Ermənipərəst Pallone jurnalistlərin suallarından qaçdı - VİDEO
Dünən, 15:17 |
|
|
|
• Paşinyanın zəmanət almaq istədiyi “strateji saziş” NƏDİR? - GƏLİŞMƏ
Dünən, 15:15 |
|
|
|
• Qarabağ Universitetinində ilk sədr SEÇKİSİ
Dünən, 15:10 |
|
|
|
• “Prezident” doğulduğu kəndə qaçdı: - Qafqazda ikinci Kələki olayı
Dünən, 14:57 |
|
|
|
• Mağazalardakı “Qara cümə” FIRILDAĞI – Nələri bilməliyik?
Dünən, 14:52 |
|
|
|
• Naxçıvanda gerçək durum: Bazarlar da boş qalıb... - "Satıcı var, mal da var, alıcı yox..."
Dünən, 14:47 |
|
|
|
• Ölkə COP29 şölənində... “Az-Lead” MMC ekoloji böhran yaradır... - vergi borcu da KƏLLƏ-ÇARXDA...
Dünən, 14:38 |
|
|
|
• Xameneyini əvəzləmək üçün düymə basılıb? - NƏ BAŞ VERİR?
Dünən, 14:19 |
|
|
|
• Mənzil sahibi ilə icarəçilər arasında kirayə haqqı davası... - Qanun nə deyir?
Dünən, 14:16 |
|
|
|
• Təbii qaza limit təyin etmək, anlaşılan deyil - ETİRAZ VAR...
Dünən, 14:13 |
|
|
|
• Bu paltarları uşaqlara qətiyyən geyindirmək olmaz! - ÇAĞIRIŞ
Dünən, 13:57 |
|
|
|
• Dünyanın ən böyük siyasi təşkilatı dağıla bilər – Aİ üçün sonun başlanğıcı…
Dünən, 13:52 |
|
|
|
• AMXM-da "İqlimlər və ilmələr" sərgisi açılıb
Dünən, 13:49 |
|
|
|
• "Burada Ermənistan bir bəhanə və bir vasitədir" - deputat
Dünən, 13:16 |
|
|
|
• Naxçıvan MSK-nın üzvləri seçilib - ADLAR
Dünən, 13:09 |
|
|
|
• “Makron niyə Bakıya gəlmədi?... Qarayaxmaya görə məsuliyyəti kim daşıyır?”
Dünən, 13:03 |
|
|
|
• "Qınaqdan çox qorxuram, yoxsa istədiyim kimi geyinərəm"
Dünən, 12:56 |
|
|
|
• Trampın komandasındakı "erməni aşiq"ləri: onlar kimdir? - İNCƏLƏMƏ
Dünən, 12:54 |
|
|
|
• Ərazi Tikinti Planlaşdırma Mərkəzinin tender maxinasiyalarının baş “qəhrəmanı”: “Dollar Cavid” - İTTİHAM VAR...
Dünən, 12:50 |
|
|
|
• "COP29-da küçə itləri ilə bağlı aksiya keçirən şəxs öyrədilmiş adamdır" - deputat
Dünən, 12:47 |
|
|
|
• MSK seçkilərin yekun nəticələrini təsdiqləyib, “Gürcü Arzusu” qalib olub - YEKUN QƏRAR
Dünən, 12:41 |
|
|
|
• Dağlıq ərazilərdə qar yağacağı gözlənilir - belə deyirlər...
Dünən, 12:39 |
|
|
|
• Azərbaycanda iki kollecə təyinat olub - ƏMR
Dünən, 12:38 |
|
|
|
• 10 ayda ən çox birja əməliyyatı aparan 5 şirkət - ADLAR
Dünən, 12:24 |
|
|
|
• Gələn il müharibənin diplomatik yolla başa çatması üçün hər şeyi etməliyik - Zelenski YOLA GƏLİR...
Dünən, 12:22 |
|
|
|
• "Paşinyan gecikir, sonda Əliyevin dediyi olacaq" - Ekspert erməni mediasını məyus etdi
Dünən, 12:14 |
|
|
|
• Dövlətin dərmanları qara yollarla apteklərə verilir - AXI NİYƏ?..
Dünən, 12:01 |
|
|
|
• Şərur sakinləri TƏHLÜKƏDƏ: “Cəhənnəmə ölsün” - ŞOK İDDİA
Dünən, 11:47 |
|
|
|
• İrəvan Bakının əsas tələbini qəbul etdi – Paşinyan açıqladı
Dünən, 11:39 |
|
|
|
• COP29-a qarşı çıxanlar kim idi? - Vitse-spiker bu ölkələrin adını çəkdi
Dünən, 11:34 |
|
|
|
• FRANSALI SABİQ NAZİR FRANS 24-də RƏSMİ PARİSİ TƏNQİD ETDİ - “Makron Bakıya getməli idi”
Dünən, 11:32 |
|
|
|
• Ermənistan KTMT-nin bütün formatlarından uzaqlaşıb - Rusiya XİN
Dünən, 11:29 |
|
|
|
• Səfərbərlik Xidmətində yeni korrupsiya FAKTLARI AŞKARLANDI
Dünən, 11:21 |
|
|
|
• Azərbaycanlı 2 milyonluq qızılla aeroportda tutuldu - TƏFƏRRÜAT
Dünən, 11:19 |
|
|
|
|