DAHA BİR JURNALİST HƏBS OLUNDU
Tarix: 13-06-2012, 10:59 |
Çap et
BU HƏBSİN TƏZYİQLƏRƏ XİDMƏT ETDİYİ BİLDİRİLİR
DİA.AZ: - Neçə müddətdir ki, əleyhinə ifadələr alınan Reportyorların Azadlığı və Təhlükəsizliyi İnstitutunun (RATİ) əməkdaşı Mehman Hüseynov polis tərəfindən saxlanılıb.
Bildirək ki, o, dünən saat 18.00-da Səbail rayon polis idarəsinə çağrılmışdı. Üç saatlıq dindirmədən sonra ona qarşı 221.1-ci maddə ilə - xuliqanlıq maddəsi ilə ittiham irəli sürülüb.
Bildirək ki, Mehman Hüseynov RATİ-nin rəhbəri Emin Hüseynovun qardaşıdır və ekspertlər belə hesab edir ki, o, məhz qardaşına təzyiqlər üçün həbs olunub.