AZƏRBAYCANIN “NEFT DİPLOMATİYASI” İFLASA UĞRADI?
Tarix: 13-06-2012, 12:05 | Çap et
NEFT-QAZ SƏRGİSİ: GEOSİYASƏTDƏN KOMMERSİYAYA
İyunun 5-dən 8-dək keçirilən XIX beynəlxalq Caspian Oil & Gas sərgisi Bakı Ekspo Mərkəzinə 35 ölkədən 304 şirkət topladı. Sərginin təşkilatçısı ITE Group Plc şirkəti və onun Azərbaycandan olan tərəfdaşı Iteca Caspian-dır. Əlbəttə, bu, marağın son həddi deyil (xatırladaq ki, iştirakçıların maksimal sayı 1998-ci ildə qeydə alınıb - 431). Əvvəllər olduğu kimi, iştirakçıların çoxu ARDNŞ-nin tərəfdaşı olan xarici şirkətlər və neft-servis şirkətləri, eləcə də Azərbaycanda mənfəətli biznesdə iştirakda maraqlı olan və hələ işə başlamamış şirkətlərdir. Sərgiyə marağın azalmadığını göstərən maraqlı fakt odur ki, ekspozisiyanın 10%-i indiyəcən Azərbaycan bazarına daxil olmayan şirkətlərdir. Onların arasında Vyetnam şirkətləri seçilir. Bu sosialist respublikasında yüksək inkişaf tempini (böhran öncəsi 8,2%) nəzərə alanda bu, izah ediləndir. Qeyd edilir ki, ilk dəfə sərgidə 100-ə yaxın yerli şirkət iştirak edir. MDB, Avropa və Şərqi Asiyadan şirkət sayı artıb. Sərginin 40%-dən çox ərazisini dünyada məşhur şirkətlər tutur. Onların çoxu Caspian Oil & Gas-ın daimi iştirakçılardır. Ümumilikdə, ötən ilə nisbətən ekspozisiya sayı 15% artıb. Həmişə olduğu kimi, sərginin açılışında prezident İlham Əliyev və yüksək rütbəli xarici nümayəndələr iştirak edib. Onların sırasında İranın neft və qaz naziri Rüstəm Kazimi, Gürcüstanın energetika naziri Aleksandr Xetaquri, Litvanın energetika naziri Arvidas Sikmokas və başqaları var. 6 iyunda Azərbaycana rəsmi səfər edən ABŞ dövlət katibi Hillari Klintonun sərgiyə gəlməsi mühüm hadisə sayıla bilər. Amma onun sərginin açılışında iştirak etməməsi konkret Amerika şirkətlərinin Azərbaycanın neft-qaz sahəsində iştirakına dəstəyin dövlət katibinin gündəliyində ikinci dərəcəli olduğunu göstərir. Bu, Azərbaycanda hasilatın azalması ilə, yoxsa ABŞ isteblişmentinin prioritetinin dəyişməsi ilə bağlıdır? Yəqin ki, heç biri ilə. Amma bu faktdır ki, Azərbaycanın “neft diplomatiyası” haqqında KİV-də əvvəlki kimi təmtəraqlı və tərifli yazılar getmir. Amma Azərbaycanın enerji resurslarının aktuallığı bununla azalmır. Belə ki, Aİ Azərbaycanı regionda əsas tərəfdaş sayır. Bunu energetika üzrə avrokomissar Günter Ottingerin 19-cu CASPIAN OIL & GAS 2012 iştirakçılarına təbrik məktubu da göstərir. Əlbəttə, iqtisadi məqsəduyğunluq cəhətdən Azərbavcan alternativi Avropa enerji tədarükçüləri üçün aktualdır, amma bu tələbat onlar arasındakı mübahisə üzündən (əsasən kommersiya xarakterli) nəql etmə üzrə tərəfdaş ölkələr tərəfindən həyata keçirilmir. Bu fakt Bakıdakı konfransda da qeyd edilib. Nəql məsələsi konfransın gündəliyində daha vacib məsələ kimi qalır. Bu dəfə “Şahdəniz” təbii qazının Anadolu qaz kəməri ilə (TANAP) nəqli və usandırıcı “Tarnsxəzər qaz kəməri” məsələsi diqqəti cəlb edib. Növbəti, 19-cu sərginin gedişi və onun ətrafındakı hadisələr bir daha təsdiq etdi ki, əsas enerji istehlakçısı olan ölkələrin və onların kommersiya təmsilçilərinin siyasəti dəyişib. Məsələ daha az geosiyasiləşib və daha çox kommersiyalaşıb. Artıq şübhə yoxdur ki, təkcə Azərbaycanda yeni qaz yataqlarının kəşfi barədə nikbin bəyanatlarla öz siyasətini cəlbedici edə bilməzsən. Kommersiya maraqları və yeni siyasətə əsaslanan yeni, ayıq qərarlar lazımdır və onlar daha çox şəffaflıq tələb edir.
Turan Analitik Xidməti

|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Putin hesab edir ki... - GƏLİŞMƏ
Bu gün, 16:20 |
|
|
|
• “Paşinyana qarşı impiçment məsələsi boş və mənasızdır...” - GƏLİŞMƏ
Bu gün, 16:16 |
|
|
|
• “Türkiyədə işləyir, niyə gəlib burada iş axtarsın ki?” - Cahangir Novruzov Azərbaycana gələcək?
Bu gün, 15:51 |
|
|
|
• Paralimpiya çempionumuz beynəlxalq yarışlardan uzaqlaşdırıldı - QALMAQAL
Bu gün, 15:38 |
|
|
|
• "Bu nə münasibətdir, bu nə biganəlikdir?" - ETİRAZ VAR...
Bu gün, 15:16 |
|
|
|
• Ermənistan və 26 ölkənin səfirləri Ukrayna XİN-ə çağırıldı
Bu gün, 15:07 |
|
|
|
• Simonyan 44 günlük müharibə barədə: - Ayağına yıxılmağa adam axtarırdım ki...
Bu gün, 15:05 |
|
|
|
• Ukrayna Silahlı Qüvvələri dörd dəfə Kursk və Belqorod vilayətlərinə girməyə cəhd göstərib - Rusiya MN
Bu gün, 15:02 |
|
|
|
• Mertz Rusiyanı sanksiyalarla hədələyib - “Bild”
Bu gün, 15:00 |
|
|
|
• Azərbaycan mühüm vasitəçi kimi - Strateji görüş nöqtəsi
Bu gün, 14:00 |
|
|
|
• "Protech Electronics"in 219 min manat - VERGİ BORCU VAR
Bu gün, 13:58 |
|
|
|
• Qazaxda Heydər Əliyevin xatirəsi yad edilib - FOTO
Bu gün, 13:30 |
|
|
|
• “Sabrania” siqaretləri bahalaşır - Marketlərə təlimat göndərildi
Bu gün, 13:03 |
|
|
|
• “Qaçaq Nəbinin toyu”na dönən parad – 200 dövlətdən Moskvaya cəmi 20-yə yaxınının lideri gəlib
Bu gün, 13:02 |
|
|
|
• UNEC-in rektoru Ədalət Muradov biznesizi belə idarə edir? - FOTOFAKT
Bu gün, 12:58 |
|
|
|
• “BİZİM QANUNVERİCİLİKDƏ "KARANTİN REJİMİ" ANLAYIŞI YOXDUR” - “Rusiyaya getmək istəyənlərə viza rejimi tətbiq olunsun”
Bu gün, 12:52 |
|
|
|
• Bakıda gecə klubundan çıxan qızlar əcnəbilərlə dava etdilər, onlardan biri... - TƏFƏRRÜAT
Bu gün, 12:43 |
|
|
|
• “Qala Maşınqayırma”nın vəziyyəti MƏLUM OLDU - HESABAT
Bu gün, 12:35 |
|
|
|
• "Bunlar hamısı siyasətin təzahürləridir" - KXCP sədri
Bu gün, 12:11 |
|
|
|
• Rusiya tərəfindən vurulan Azərbaycan təyyarəsi ilə bağlı istintaq davam edir - CAVAB GÖZLƏYİRİK
Bu gün, 12:06 |
|
|
|
• İcra başçısı köməkçisini özünə birinci müavin təyin etdi - ƏMR
Bu gün, 12:05 |
|
|
|
• Bəzi yerlərdə arabir duman olacaq - belə deyirlər...
Bu gün, 12:03 |
|
|
|
• Türkiyə və İsrail bu döyüşdə qarşılaşdı: Qalib bəlli oldu - ŞƏRH
Bu gün, 11:52 |
|
|
|
• Paşinyan hökumətə Şuşa ilə bağlı göstəriş verib - Erməni KİV
Bu gün, 11:51 |
|
|
|
• Şərur rayon Mərkəzi Xəstəxanasında ŞIDIRĞI PULYIĞIMI... - BU NƏDİ BELƏ?..
Bu gün, 11:47 |
|
|
|
• “Boradigah tarixi qaynaqlarda” kitabı çap olunub
Bu gün, 11:37 |
|
|
|
• Mövqelərimiz Çəmbərək istiqamətindən atəşə tutulub - Müdafiə Nazirliyi
Bu gün, 11:34 |
|
|
|
• Polkovnik-leytenant Rəşad Məlikzadə MÜLK DAVASINA ÇIXIB - DETALLAR
Bu gün, 11:29 |
|
|
|
• Hindistan-Pakistan münaqişəsinin nizamlanmasında konstruktiv rol oynamağa hazırıq - Çin XİN
Bu gün, 11:27 |
|
|
|
• Bakıda 23 yaşlı oğlan yaşlı qadınla sevgili oldu, qızına hədə-qorxu gəldi - TƏFƏRRÜAT
Bu gün, 11:10 |
|
|
|
• "Bura gələndə Tolik idim, bura gəlib Tolik olmamışam..."
Bu gün, 11:09 |
|
|
|
• Si Cinpin ağır xəstəlikdən əziyyət çəkir? - “Chinese Threat”
Bu gün, 11:01 |
|
|
|
• Erməni əsgərləri BELƏ QAŞINIR... - VİDEO
Bu gün, 10:55 |
|
|
|
• Pakistanlı jurnalistin Hindistanla müharibə mesajı ortaya çıxdı – Zəngəzur detalı
Bu gün, 10:29 |
|
|
|
• Hindistan bizi boykot edir: BƏS BİZ? - "Azərbaycandan heç kimə heç bir təhlükə yoxdur"
Bu gün, 10:19 |
|
|
|
• "Rusiyaya nota verilməlidir" - ÇAĞIRIŞ
Bu gün, 10:10 |
|
|
|
• Fransanın Ermənistana dəstəyi təəccüblü deyil... - ÇÜNKİ...
Bu gün, 10:05 |
|
|
|
• İşçi buna görə məsuliyyət daşıyır... - Ekspert danışır...
Bu gün, 10:03 |
|
|
|
• "Özümə qapanmışdım, depressiyaya düşmüşdüm" - VİDEO
Bu gün, 09:54 |
|
|
|
• Yardımlıda cinsi zorakılığa məruz qalan qız və qardaşı sığınacağa yerləşdirildi - AÇIQLAMA
Bu gün, 09:33 |
|
|
|
• Naxçıvan səhiyyəsində OYUNBAZLIQ... - "...vaxtında Ceyhunu qəşəng yedirdib"
Bu gün, 09:24 |
|
|
|
• DSK sədri vəfat etdi - FOTO
Bu gün, 09:17 |
|
|
|
• Kadırov getsə, yerinə kim gələcək? - Oğlu, yoxsa döyüş komandiri?
Bu gün, 09:14 |
|
|
|
• İşçilərin şəxsi həyatının toxunulmazlığı... - Ekspert danışır...
Bu gün, 08:26 |
|
|
|
• "Paşinyan bunu etsə, Ermənistan üçün ağır müharibə baş verəcək" - ŞƏRH
Bu gün, 08:23 |
|
|
|
• Qarabağ Qazisi Prezidentdən KÖMƏK İSTƏYİR - VİDEOMÜRACİƏT
Bu gün, 08:22 |
|
|
|
• Hindistan təcavüzünü Pakistan necə önləyir? - Uçurumun astanasında...
Bu gün, 07:35 |
|
|
|
• Pakistan Hindistanda bir aviabazanı sıradan çıxarıb
Bu gün, 07:21 |
|
|
|
• "Efirim canlı olduğu üçün yanında ola bilmədim"
Bu gün, 07:06 |
|
|
|
• Trampın Qrenlandiya ilə bağlı yeni planı: Bu dəfə fərqli... - “Röyters”
Bu gün, 07:04 |
|
|
|
|