“Rabitəbank”ın səhmdarları toplanır .....                     ADNSU rektorundan şikayət etməyin xeyri yoxdur... .....                     Ceyhun Cəlilov camaatın pulunu qaytaracaq? .....                     Nazir Vaşinqtonda, müavini Ankaradadır .....                     Moskva və Vaşinqton arasındakı qaynar xətt istifadə olunmur .....                     Azərbaycanda cəmi 9 min əcnəbi tələbə var .....                     4 ildir ki haqqı tapdanan Qazimiz .. .....                     Bankdan xarici valyuta alan vergi ödəyicisi üçün məzənnə fərqi xərc kimi nəzərə alınırmı? .....                     Qarakənd faciəsindən 33 il ötür .....                     Sabunçuda kim nə gəldi edir? .....                     Yaşlı qadını aldadaraq, evini bankda girov qoydular... .....                     “Bu gün deyə bilərik ki, məqsədimizə nail olduq” .....                     "Bəzi məmurlar dövlət və xalq arasındakı güvəni məhv edir" .....                     "Mən xəngəl, piti yemirəm... .....                     Dörd ölkənin generalı Bakıda görüşür? .....                     Baş nazir avtoritar hakimiyyət qurmağı sınaqdan keçirir, yoxsa... .....                     Putin qorxusundan Rio-de-Janeyroya getmədi, .....                     “NATO ölkələri hərbi xərclərini 340 milyard dollar artıra bilər” .....                     “Azərişıq” 1,5 milyon manatlıq tenderinin .....                     Bu şirkət Qubadlıda 117,3 hektar ərazini suvaracaq, 1 milyona yaxın .....                     Azərbaycana qarşı plan üzə çıxır: .....                     Rusiya nüvə silahı tətbiq edə bilərmi? .....                     Sən Allah, gedin ayıbınıza kor olun... .....                     “Səhiyyəmizdəki problemləri paylaşdığım üçün səhifəm bağlandı” .....                     İki nazir Paşinyanın həyat yoldaşının fondundan ayrılıb .....                     Bakı Avropa Liseyi direktoru cərimələnir .....                     Vitse-Spikerin köməkçisi hakim təyin edildi .....                     Tərtərdə "Azərbaycan Bayrağı" ordenli Elnur Salahovun qardaşının toy mərasimi keçirilib .....                     SDU-da işdən çıxarılan fəlsəfə doktoru məhkəməyə üz tutdu .....                     Qadın ərinin dayısı oğluna şəkillərini göndərdi, gecəyarısı isə… .....                     Paşinyan revanşist rəqiblərini .....                     “Müharibədə yalnız Putin günahkar deyil” .....                     Aktyor Müşfiq Şahverdiyev məhkum edildi .....                     İranın 40 illik casus şəbəkəsi aktivləşdi: Risk var, təqib başladı .....                     "Başım toylara qarışdı, ikinci övladım olmadı" .....                     Paşinyan üçün son seçim: Referenduma getmədən Bakının tələbi icra edilir .....                     Turizm mərkəzi 529 minlik spesifik xüsusi geyimləri .....                     “Milli dövlətçiliyi dağıtmaq üçün qadınlardan istifadə edilir” .....                     I, yoxsa II Qarabağ müharibəsində daha çox veteran olub? .....                     "Nazir olmayan yerdə nazirdir..." .....                 

Nazirə hakimdən ŞİKAYƏT OLUNDU
Tarix: 15-02-2017, 10:17 | Çap et
Nazirə hakimdən ŞİKAYƏT
Fevralın 7-də Bakı Apellyasiya Məhkəməsində hakim Fuad Talışinskinin sədrliyilə, jurnalist Rüfət Əhmədzadə və “Legion İnformasiya Agentliyi” MMC ilə bağlı Nərimanov RM-in 8 noyabr tarixli qətnaməsindən “İlin Dörd Fəsli” MMC-nin apellyasiya şikayətinə baxılıb.

Məhkəmədə jurnalist Rüfət Əhmədzadə və “Legion İnformasiya Agentliyi” MMC-nin hüquqlarını tanınmış hüquqşünas, Qafqaz Hüquq Mərkəzinin baş direktoru İlqar Abbasov təmsil edib.

“İlin Dörd Fəsli” MMC-nin nümayəndəsi kimi isə məhkəmədə Mehman Muradlı çıxış edib.

Fevralın 14-də Qafqaz Hüquq Mərkəzinin baş direktoru İlqar Abbasov Qafqaznews.az-a bildiib ki, hakimin məsələyə yanaşmasından və yol verdiyi nöqsanlarla bağlı Məhkəmə-Hüquq Şurasının sədri, ədliyyə naziri Fikrət Məmmədova müraciət edib.

Müraciətin mətnini oxuculara təqdim edirik:

“Hörmətli Məhkəmə-Hüquq Şurasının Sədri,Siz daim hakimlərin məhkəmə işlərinə qərəzsiz və ədalətli yanaşmalarına tələbkarlığınızla bərabər, tərəfkeşlik və biganəlik hallarına qarşı barışmaz mövqe nümayiş etdirirsiniz.

Lakin, təəssüflər olsun ki, Bakı Apellyasiya Məhkəməsində hakim Fuad Talışinski tərəfindən hüquqlarını müdafiə etdiyim jurnalist Rüfət Əhmədzadə və “Legion İnformasiya Agentliyi” MMC-yə qarşı anlaşılmaz, eyni zamanda iddiaçı olan “İlin Dörd Fəsli” MMC-nin nümayəndəsi Mehman Muradlıya isə aşkarcasına tərəfkeşlik münasibəti bizdə yalnız təəccüb və təəssüf hissi yaratmamışdır.

Bu səbəbdən, jurnalist Rüfət Əhmədzadəyə və “Legion İnformasiya Agentliyi” MMC-yə qarşı məhkəmə tərəfindən görülə biləcək hər hansı bir neqativ xarakterli tədbirin qarşısının alınması məqsədi ilə Sizə müraciət edirəm.

Belə ki, 2016-cı ilin oktyabr ayında Nərimanov Rayon Məhkəməsində “İlin Dörd Fəsli” MMC-nin Rüfət Əhmədzadə və “Legion İnformasiya Agentliyi” MMC-yə qarşı 243.367 manatlıq təzminata dair iddiasına baxılarkən, “İlin Dörd Fəsli” MMC-nin nümayəndəsi Mehman Muradlı jurnalist Rüfət Əhmədzadəyə sosial şəbəkədə ünvanladığı yazılarda təhqir və təhdid etmiş, “sənin işinə mən çıxacam, görəcəksən …” deyərək, nalayiq sözlər işlətmişdi.

Bu faktla əlaqədar jurnalist Rüfət Əhmədzadə Daxili İşlər Naziri cənab Ramil Usubova müraciət etmiş, məsələ DİN Baş MCMİ-də araşdırılmışdır. Hazırda isə Mehman Muradlının məhkəmə vasitəsi ilə “qisas” xarakterli addımlarından, habelə 7 fevral 2017-ci il tarixdə keçirilmiş Apellyasiya məhkəməsi iclasında hakim Fuad Talışinski tərəfindən nümayiş etdirilən yanaşmadan narahat olaraq, Sizə müraciət etməyi qərara aldıq.

Hakim Fuad Talışinskinin bizim haqlı təklif və əsaslı vəsatətlərimizə əhəmiyyət vermədən, yəni, mənim çıxışımı dinləmək əvəzinə iddiaçının nümayəndəsi Mehman Muradlı ilə “domen nədir və necə əldə olunur, haradan alındığını necə müəyyən etmək olar” mövzusuda söhbətləşərək işi onlara lazım olan tərəfə yönəltməyə çalışması və verdiyi suallardan işin materialları ilə tələb olunan dərəcədə tanış olmadığı, Qətnamənin əsas hissələrinə isə nəzər yetirmədiyi özünü büruzə verdi. Çünki:

Bakı şəhəri Nərimanov rayon Məhkəməsi 2(005)-7341/2016 saylı mülki iş üzrə 08.11.2016-cı il tarixli Qətnaməsi ilə iddiaçı “İlin Dörd Fəsli” MMC-nin cavabdeh “Legion İnformasiya Agentliyi” MMC-yə və Əhmədzadə Rüfət Seyidəhməd oğluna qarşı işgüzar nüfuzun müdafiəsi və maddi zərərin ödənilməsi tələbinə dair iddianı rədd etmişdir.

Apellyasiya şikayəti vermiş olan iddiaçının nümayəndəsi Mehman Muradlı öz çıxışında, birinci instansiya hakiminin maddi və prosessual hüquq normaları pozmaqla bərabər, öz qanunsuz qətnaməsini əsaslandırmaq üçün cavabdeh “Legion İnformasiya Agentliyi” MMC-nin özünün 25.07.2016-cı ildə qeydiyyatdan keçməsini, “Legion.az” domenini isə 28.07.2016-cı ildə əldə etməsini göstərməklə, hakimin yanlışlığa yol verdiyini, “Legion.az” saytının hansı vaxtlarda kimə məxsus olmasını “məhkəmə sorğusu” vasitəsi ilə müəyyən edilməsi barədə öz “Vəsatət”ini hakim Fuad Talışinskiyə təqdim etdi və “Vəsatət”i təmin edildi.

Hakim işin materialları ilə mükəmməl tanış olsaydı, cavabdehin birinci instansiya məhkəməsinə təqdim etmiş olduğu rəsmi sənədlərdən və Qətnamədə bu barədə xüsusən qeyd edilməsindən (Qətnamə, səh.6, abzas-2,3) məlumatlı olsaydı iddiaçının“Vəsatət”inin əsassız olduğu üçün rədd edərdi.

Mən cavabdeh tərəf kimi çıxışımda hakimə bildirdim ki, Nərimanov rayon məhkəməsinin hakimi, məhkəmə baxışında iş üzrə cavabdeh olan “Legion İnformasiya Agentliyi” MMC-nin özünün 25 iyul 2016-cı il tarixdə hüquqi şəxs kimi dövlət qeydiyyatına alınmasını, “Legion.az” domenini isə “İname” şirkətindən 28 iyul 2016-cı il tarixdə 40 manat məbləğində pula aldığını tədqiq olunmuş sübutlarla müəyyən etmişdir.

İddiaçının tələbi isə məhz 15 iyul 2016-ci il tarixdə “Legion.az” saytında dərc edilmiş məqalədən olduğu üçün, yəni “Legion İnformasiya Agentliyi” MMC-nin özünün yaranmasından 10 gün əvvəl, “Legion.az” domenini isə “İname” şirkətindən rəsmi əldə etməsindən 12 gün əvvəl baş vermiş hadisəyə görə, iş üzrə cavabdeh olmadığının və mülki məsuliyyət daşımasının mümkün olmadığını nəzərə alan hakim, Qətnamədən sitat: “Qeyd edilən məsələ ilə bağlı iddiaçı tərəfə mülki prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq cavabdehi əsil cavabdehlə əvəz etməyi təklif etmişdir. Lakin iddiaçı tərəf öz ilkin tələbini müdafiə etmiş və belə bir vəstələ məhkəməyə müraciət etməmişdir. Bununla belə, iddia tələbi “Legion Informasiya Agentliyi” Məhdud Məsuliyyətli Cəmiyyətinə aid hissədə rədd edilməlidir”.(Nərimanov rayon Məhkəməsinin 2(005)-7341/2016 saylı mülki iş üzrə 08.11.2016-cı il tarixli Qətnaməsi, səh.6, abzas -2,3).

Yəni, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM) 54, 54.1 və 54.2 maddələrinin tələblərinə uyğun olaraq, iddiaya cavab verməli olmayan ilk cavabdehi əsl cavabdeh ilə əvəz etmək iddiaçıya təklif olunmuş, lakin o, razılaşmayaraq öz ilkin tələbinin iddiasını tələb etmişdir.

Yəni, iddiaçı tərəfin apellyasiya məhkəməsinə müraciət etdiyi “Vəsatət”lə bağlı, birinci instansiya məhkəməsinin hakimi qanunauyğun olaraq iddiaçıya təklif etsə də, iddiaçı hakimin təklifini rədd etməklə indi müraciət etdiyi “Vəsatət”dən faktiki olaraq imtina etdiyi üçün, yenidən qəbul edilə bilməz.

Daha sonra, mən əlavə etdim ki, MPM-nin 372.4. maddəsinin tələbinə əsasən Apellyasiya instansiyası məhkəməsi tərəfindən birinci instansiyada işə baxılmanın predmeti olmayan yeni tələblər qəbul edilmir və onlara baxılmır.

Hakim Fuad Talışinski mənim sözümü kəsərək iddiaçının nümayəndəsi Mehman Muradlıya “Nə üçün 1-ci instansiya məhkəməsində”Vəsatət” vermədiniz?” sualı ilə müraciət etdi, o isə “Verdim, hakim götürmədi” deyə cavablandırdıqda, Fuad Talışinskinin növbəti “Niyə götürmədi?” sualına, Mehman Muradlı “Nə bilim?”deyə suala sualla cavab verdi.

Mən isə Mehman Muradlıya “Vəsatəti dəftərxana vasitəsi ilə verəydiniz” dedim və hakim Fuad Talışinskiyə isə MPM-nin:

Maddə 371. Apellyasiya instansiyası məhkəməsində yeni sübutların qəbul edilməsi. Yeni sübutlar apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın

Maddə 372.2. Əlavə faktlar və sübutlar məhkəmə tərəfindən o halda qəbul edilir ki, ərizəçi onların birinci instansiya məhkəməsində təqdim edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın;

iddiaçının nümayəndəsi Mehman Muradlının “Nə bilim?” sual yönlü cavabının göstərilən maddələrin tələblərinə zidd olduğunu, “Vəsatət”inin də baxılan işə heç bir dəxli omadığı üçün qəbul edilməməsini bildirdim.

Lakin, hakim Fuad Talışinski MPM-nin maddələrinə zidd oalraq iddiaçı tərəfin əsassız “Vəsatət”ini təmin etsə də, hansı Qanuna istinad etdiyini bidirmədi.

Bundan sonra, mən iddiaçının qaldırdığı 2-ci tələb üzrə, yəni 15.07.2016-cı il tarixdə dərc edilmiş “Yeni Bakı”da binaların çökməsi təsdiqləndi” başlıqlı yazıda Abşeron rayonu İH-nin baş memarı Akif Əliyevin “İlin Dörd Fəsli” MMC-nin inşa etdiyi binaların çökməsi ilə əlaqədar və MMC-nin işgüzar nüfuzuna xələl gətirən heç bir ifadə işlətmədiyi barədə onların şirkətinə məktub təqdim etdiyini və həmin məktub iddiaçı tərəfindən guya birinci instansiya Məhkəməsinə təqdim olunsa da, Hakimin məktuba qiymət vermədiyini bildirdi. Yazı müəllifinin isə jurnalist etikasını pozaraq heç bir araşdırma aparmadan, məhkəməyə məlum olmayan şəxslərə istinad edərək, “İlin Dörd Fəsli” MMC barədə həqiqətə uyğun olmayan, işgüzar nüfuzu ləkələyən məlumatları dərc etməklə vurulmuş zərərin ödənilməsini, yəni 243.367 manat məbləğində pulun cavabdehlərdən tutularaq “İlin Dörd Fəsli” MMC-nin hesabına ödənilməsi, təkzib verilməsi və üzr istənilsin idiasına cavab olaraq hakim Fuad Talışinskiyə bildirdim ki, “İlin Dörd Fəsli” MMC-nin inşa etdiyi “Yeni Bakı” yaşayış binalarının bir sıra sakinləri “Legion.az” saytına müraciət edərkən, özlərinin ölkə rəhbərliyinə, müxtəlif nazirliklərə, mətbuata və sairə aidiyyəti ünvanlara şikayətlərinin, müraciətlərinin və məktublarının kserosurətlərini də təqdim etmişlər. Həmin sənədlər əsasında vəzifəli, məsul, cavabdeh və digər aidiyyəti şəxslərlə sorğu, müsahibə, həmçinin qarşı tərəflərin fikir və rəylərini “KİV” vasitəsi ilə ölkə rəhbərliyinə, müxtəlif nazirliklərə, aidiyyəti qurumlara çatdırmaqla, jurnalist Əhmədzadə Rüfət Seyidəhməd oğlu “Kütləvi İnformasiya Vasitələri haqqında Qanun”un tələblərini pozmamışdır.

Bütün sənədlər cavabdehlər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilmiş və məhkəmə baxışı zamanı araşdırılaraq təsdiqini tapmışdır. Odur ki, iddiaçının “məhkəməyə məlum olmayan şəxslərə istinad edərək” apellyasiya məhkəməsinə bildirməsində nəyə əsaslandığı və hakim Fuad Talışinskinin bunu razılıqla qəbul etməsi, Qətnamədə göstərilən sübutlarin mülki işdə olmasından xəbərsiz olduğuna dəlalət edir.

Çünki, yuxarıda göstərilən sənədlərdən başqa, istinad etdiyi “Yeni Bakı”da binalar çat verir?” başlıqlı məqaləni oxumuş olan iddiaçı tərəf, həmin məqaləyə əlavə edilmiş bir neçə foto, audio-video yazıları da mütləq izləmişdir. Həmin sənədlərin, yəni “İlin Dərd Fəsli” MMC-nin rəsmi saytında qeyd olunan mobil nömrələrdən birinə cavab verən və özünü şirkətin satış meneceri kimi təqdim edən Zamiq adlı şəxslə binalara dair 11.07.2016 tarixli telefon söhbətinin səs yazısının, o cümlədən Abşeron rayonu İH-nin baş memarı Akif Əliyevin jurnalistə vermiş olduğu müsahibədə “Bəli, “Yeni Bakı”dakı vəziyyətlə tanış olmuşuq, araşdırmışıq. Həqiqətən çatlar var, binalarda çökmə əlamətlərinin olduğunu müəyyən etmişik… …Amma bir daha deyə bilərəm ki, sizdə olan məlumatlar doğrudur, fakt olaraq həmin binalarda çatlar və çökmə əlamətləri var.” sözlərini də ifadə etməsini sübut edən audioyazısının, məqalə dərc olunduqdan 1 gün sonra binanın çatlarını suvayıb-malalayan ustanın və başqa təcili təmir-bərpa işlərinin aparılmasının, bundan başqa, bir qrup bina sakinlərinin komendanta şikayətlənməsinin videogörüntülərinin onun üçün açıq-aşkar məlum olduğu halda, iddiaçı tərəfin nümayəndəsi Mehman Muradlının apellyasiya şikayətini əsassız hesab etdiyimizi bildirərək, aşağıdakı “Vəsatət”lə hakim Fuad Talışinskiyə müraciət etdim:

“Jurnalist Rüfət Əhmadzadəyə “Yeni Bakı”dakı binaların çat verməsi və çökmə əlamətləri barədə müsahibə vermiş Abşeron rayon İH-in baş memarı Akif Əliyev məhkəməyə şahid qismində çağırılaraq izahatı dinlənilsin və əgər o, dediklərini inkar edərsə, jurnalist Rüfət Əhmədzadənin Akif Əliyevdən aldığı müsahibənin bizdə olan audioyazısı səsləndirilsin, əgər zərurət yaranarsa, müvafiq ekspertiza təyin edilsin”.

Hakim Fuad Talışinski mənim “Vəsatət”imə dair qarşı tərəfin fikrini öyrənmədən, Abşeronun rayon İH-nin baş memarı Akif Əliyevin jurnalistlə “Çat vermiş binalar barəsində müsahibə”sinin audioyazısını məhkəmədə səsləndirməyi “Akif Əliyevin şəxsi həyatına müdaxilə” olduğunu bildirərək, mənim “Vəsatət”imi qəbul etmədi və iclası yekunlaşdıraraq 07 mart 2017-ci il tarixinə təyin etməklə məhkəmə baxışını bitirdi.

Cənab Nazir!

Apellyasiya məhkəməsi baxışı zamanı hüquqlarını müdafiə etdiyim jurnalist Rüfət Əhmədzadə və “Legion İnformasiya Agentliyi” MMC-nin barəsində ədalətsiz qərar qəbul edilməsinin qarşısının alınması barədə müvafiq tədbirlərin görülməsini Sizdən xahiş edirəm.

Hörmətlə, Abbasov İlqar Şiraslan oğlu

“Qafqaz Hüquq Mərkəzi” MMC-nin baş direktoru“.









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
“Rabitəbank”ın səhmdarları toplanır
Bu gün, 08:26
ADNSU rektorundan şikayət etməyin xeyri yoxdur... - Çünki şikayətlərə də özü cavab verir...
Bu gün, 08:24
Ceyhun Cəlilov camaatın pulunu qaytaracaq? - İLGİNC...
Bu gün, 08:17
Nazir Vaşinqtonda, müavini Ankaradadır - NƏ BAŞ VERİR?
Bu gün, 08:12
Moskva və Vaşinqton arasındakı qaynar xətt istifadə olunmur - Peskov
Bu gün, 07:28
Azərbaycanda cəmi 9 min əcnəbi tələbə var - ŞƏRH
Bu gün, 07:14
4 ildir ki haqqı tapdanan Qazimiz .. - GİLEY
Bu gün, 07:10
Bankdan xarici valyuta alan vergi ödəyicisi üçün məzənnə fərqi xərc kimi nəzərə alınırmı? - AKTUAL
Bu gün, 06:56
Qarakənd faciəsindən 33 il ötür - UNUTMARIQ!
Bu gün, 06:43
Sabunçuda kim nə gəldi edir? - FOTOFAKT
Bu gün, 06:39
Yaşlı qadını aldadaraq, evini bankda girov qoydular... - BU NƏDİ BELƏ?
Bu gün, 06:32
“Bu gün deyə bilərik ki, məqsədimizə nail olduq” - deputat
Bu gün, 06:23
"Bəzi məmurlar dövlət və xalq arasındakı güvəni məhv edir" - FAKT BUDUR!
Bu gün, 06:20
"Mən xəngəl, piti yemirəm... - ...Xaşı heç dilimə vurmaram"
Bu gün, 06:15
Dörd ölkənin generalı Bakıda görüşür? – Azərbaycan müharibənin dayanması üçün…
Bu gün, 06:10
Baş nazir avtoritar hakimiyyət qurmağı sınaqdan keçirir, yoxsa... - Paşinyan nəyə hazırlaşır?
Bu gün, 06:06
Putin qorxusundan Rio-de-Janeyroya getmədi, Cinpin xəbərdarlıq etdi, Bayden isə...
Bu gün, 06:03
“NATO ölkələri hərbi xərclərini 340 milyard dollar artıra bilər” - "Bloomberg"
Bu gün, 06:00
“Azərişıq” 1,5 milyon manatlıq tenderinin - QALİBİNİ AÇIQLADI
Bu gün, 00:05
Bu şirkət Qubadlıda 117,3 hektar ərazini suvaracaq, 1 milyona yaxın - PUL QAZANACAQ
Bu gün, 00:02
Azərbaycana qarşı plan üzə çıxır: - “Sülhə mane olmaq üçün...”
Dünən, 19:00
Rusiya nüvə silahı tətbiq edə bilərmi? - AKTUAL
Dünən, 18:11
Sən Allah, gedin ayıbınıza kor olun...
Dünən, 18:06
“Səhiyyəmizdəki problemləri paylaşdığım üçün səhifəm bağlandı” - AXI NİYƏ?..
Dünən, 18:03
İki nazir Paşinyanın həyat yoldaşının fondundan ayrılıb - KİV
Dünən, 18:00
Bakı Avropa Liseyi direktoru cərimələnir - BUNA GÖRƏ...
Dünən, 17:58
Vitse-Spikerin köməkçisi hakim təyin edildi - FOTO
Dünən, 17:58
Tərtərdə "Azərbaycan Bayrağı" ordenli Elnur Salahovun qardaşının toy mərasimi keçirilib - FOTO
Dünən, 17:55
SDU-da işdən çıxarılan fəlsəfə doktoru məhkəməyə üz tutdu - QALMAQAL
Dünən, 17:52
Qadın ərinin dayısı oğluna şəkillərini göndərdi, gecəyarısı isə… - TƏFƏRRÜAT
Dünən, 17:43
Paşinyan revanşist rəqiblərini SIRADAN ÇIXARIR
Dünən, 17:37
“Müharibədə yalnız Putin günahkar deyil” - Zelenski
Dünən, 17:34
Aktyor Müşfiq Şahverdiyev məhkum edildi - TƏFƏRRÜAT
Dünən, 17:32
İranın 40 illik casus şəbəkəsi aktivləşdi: Risk var, təqib başladı - İLGİNC
Dünən, 17:29
"Başım toylara qarışdı, ikinci övladım olmadı"
Dünən, 17:27
Paşinyan üçün son seçim: Referenduma getmədən Bakının tələbi icra edilir - NƏ BAŞ VERİR?
Dünən, 17:22
Turizm mərkəzi 529 minlik spesifik xüsusi geyimləri - BU ŞİRKƏTDƏN ALDI
Dünən, 17:19
“Milli dövlətçiliyi dağıtmaq üçün qadınlardan istifadə edilir” - Akif İslamzadə
Dünən, 17:14
I, yoxsa II Qarabağ müharibəsində daha çox veteran olub? – Rəsmi məlumat
Dünən, 17:12
"Nazir olmayan yerdə nazirdir..." - FAKT BELƏDİR...
Dünən, 17:09
Konqresmensayağı abırsızlıq: - yaxud Pallonenin pulunu verin kirisin, haylar!
Dünən, 17:06
Ağdam şəhərində 23,7 milyon manatlıq layihənin icrasına başlanılır
Dünən, 17:04
101 minlik qızılı Azərbaycana keçirmək istəyən "Duty Free"nin keçmiş əməkdaşlarının cinayət işi - TƏFƏRRÜAT
Dünən, 17:01
MN-in Hərbi-Texniki Təchizat Baş İdarəsinin rəisi vəzifəsi Fərid Əliyevə həvalə edilib - ƏMR
Dünən, 16:40
"Adamın Lənkərana qonağı gələndə utanır..." - FAKT BUDUR!
Dünən, 16:39
Vergi borcu olan şirkət rəhbərinin ölkədən çıxışına qadağa qoyula bilər - TƏFƏRRÜAT
Dünən, 16:25
Bir sıra birinci instansiya məhkəmələrinə hakimlər təyin edilib - SƏRƏNCAM
Dünən, 16:22
Yüksək bal toplayan müəllimlərə YENİ GÜZƏŞTLƏR?
Dünən, 16:04
Azərbaycanda polislərin maaşı gələn il artırıla bilər
Dünən, 15:55
Nə vaxt və kimdən təzminat ala bilərik? - Vəkil danışdı
Dünən, 15:40
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru