Rusiya vətəndaşı ucarlı məmurdan niyə narazıdır? - ŞİKAYƏT
Tarix: 23-02-2017, 09:31 | Çap et
Rəşad Xudaverdi oğlu Qafarov Hurriyyet.org-a müraciət edib. Deyir ki, Rusiya Federasiyasının vətəndaşıdır. 2009-2010-cu illərdə Rusiyada hərbi xidmət keçib. Bu barədə rəsmi sənədləri də var. Ötən ilin oktyabrında Azərbaycana gəlib, noyabrda geri qayıdanda o, Heydər Əliyev adına Bakı hava limanından geri qaytarılıb ki, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Ucar rayon şöbəsindən vətəndaşın ölkəni tərk etməsinə qadağa qoyulub. Çünki Azərbaycan vətəndaşı olduğu üçün hərbi xidmət keçməlidir. Rəşad Qafarov deyir ki, dövlət xidmətinin Ucar rayon şöbəsinə müraciət edib, amma onun Rusiya vətəndaşı olması haqqında sənədinə baxılmayıb. Rusiyanın Azərbaycandakı səfriliyinə müraciət edib. Oradan isə ona Rusiya vətəndaşı olması barəsində sənəd verilərək bildirilib ki, bu qanunsuzluqdur, vətəndaş öz hüququnun bərpası üçün təkrar aidiyyəti quruma müraciət etsin. Ucar rayon şöbəsi isə təkrar müracitə də baxmır: “Özü də mən 2011-ci ildə də, 2014-cü ild də Azərbaycana gəlmişəm, heç bir problem yaranmayıb, indi bəhanələri nədir, bilmirik”. Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Ucar rayon şöbəsilə əlaqə saxladıq. Kapitan Novruzov bildirdi ki, yalnız poçt vasitəsilə cavab vermək səlahiyyətləri var, yazılı sual göndərək. Eelektron poçt ünvanı ilə maraqlandıq. Sorğumuza “rayonda elektron ünvanı olur?” sualını verdi və dedi ki, yuxarı instansiya ilə əlaqə saxlayaq. Rəşad Qafarovun qardaşı Qafur Qafarov deyir ki, məsələ ilə əlaqədar ölkə başçısına müraciət ediblər. Onlara verilən cavabı olduğu kimi təqdim edirik: “Övladınız Qafarov Rəşad Xudaverdi oğlunun Rusiya Federasiyasının vətəndaşı olduğu halda, Azərbaycan Respublikası ərazisindən çıxışına qadağa qoyulması səbəbinin müəyyən edilməsi barədə Azərbaycan Respublikasının Prezidentinə ünvanlanan müraciətinizə aidiyyəti üzrə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətində baxılmışdır. Müəyyən edilmişdir ki, Qafarov Rəşad Xudaverdi oğlu 02.12.1988-ci il tarixdə Ucar rayonunda anadan olmuş və 17.02.2004-cü il tarixdə Xidmətin Ucar rayon şöbəsi (keçmiş Ucar rayon hərbi komissarlığı) tərəfindən ilkin hərbi qeydiyyata alınmışdır. Çağırışçı Azərbaycan Respublikasında həqiqi hərbi xidmətə çağırışdan yayındığına görə, 17.01.2007-ci il tarixdən etibarən barəsində dəfələrlə Ucar rayon polis şöbəsinə sorğular edilmiş, eləcə də 16.11.2016-cı il tarixdə sənədləri material şəklində toplanaraq, hüquqi qiymət verilməsi üçün rayon prokurorluğuna göndərilmişdir. Bununla yanaşı, Qafarov Rəşad Xudaverdi oğlunun Rusiya Federasiyasının Yaroslavl şəhərində təhsil alması, eyni zamanda 16.12.2009-cu il tarixdən 27.12.2010-cu il tarixədək Rusiya Federasiyasının Silahlı Qüvvələrində xidmət etməsi nəzərə alınaraq, onun Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin araşdırılması məqsədilə Xidmətin Ucar rayon şöbəsi tərəfindən 17.02.2014-cü il tarixdə Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidmətinə sorğu məktubu göndərilmiş və alınmış 03.04.2014-cü il tarixli cavab məktubuna əsasən, şəxsin 30.09.1998-ci il tarixli “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq Azərbaycan Respublikasının vətəndaşı olduğu müəyyən edilmişdir. Bildiririk ki, “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 12.9-cu maddəsinə əsasən, xarici dövlətin vətəndaşlığını qəbul etmiş, lakin Azərbaycan Respublikasının vətəndaşlığına xitam verilməmiş çağırışçılar ümumi əsaslarla müddətli həqiqi hərbi xidmətə çağırılırlar”. Cavabdan belə məlum olur ki, Rəşad Qafarovun ikili vətəndaşlığı var. Rəşad Qafarov isə deyir ki, 2007-ci ildə Rusiya vətəndaşlığını qəbul edib, bununla əlaqədar Azərbaycana sorğu göndərilib: “Azərbaycan vətəndaşlığı haqqında sənədlərim ləğv olunaraq, mənə Rusiya vətəndaşlığı haqqında sənəd verildi. Amma o zaman Rusiya tərəfin sorğusuna Azərbaycan tərəfdən cavab verilməyib. Bunda isə mən heç bir məsuliyyət daşımıram. Rəsmi sorğuya rəsmi cavab verilməyib”. Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin İctimaiyyətlə əlaqələr şöbəsindən isə bildirildi ki, əgər həmin şəxs Azərbaycan vətəndaşı ola-ola digər ölkə vətəndaşlığını qəbul edibsə, bu, qanun pozuntusudur: “Dövlət Xidməti yarandığı 2012-ci ildən axtarışda olan çağırışçıların sərhəddən keçməsinə ciddi nəzarət olunur. Əgər həmin şəxs Azərbaycan vətəndaşlığından çıxıbsa, rəsmi sənədini yerli rayon şöbəsinə təqdim etsin. Belə olan halda ona heç bir maneə yaradıla bilməz. Əks təqdridə, vətəndaşın Azərbaycan Respublikası vətəndaşlığına xitam verilməlidir. Xitam verilməyənədək, onun hərbi xidmət keçməsi qüvvədə qalacaq”. Hərbi ekspert Üzeyir Cəfərov isə Hurriyyet.org-a bildirdi ki, Azərbaycan qanunları ikili vətəndaşlığı qəbul etmir, amma şəxsin təqdim etdiyi sənədlər həqiqətən RF vətəndaşı olduğunu təsdiq edirsə, avtomatik olaraq onun Azərbaycan Respublikası vətəndaşlığına xitam verilməlidir: “Onun Rusiya vətəndaşı olması sənədlərlə sübut olunursa, onda biz tərəfdən sadəcə, onu vətəndaşlıqdan çıxarmalıydılar. Vətəndaş Rusiyada qanuni əsaslarla hərbi xidmətdə olubsa, onun Azərbaycanda hərbi xidmətə aparılması düzgün deyil və bu bizə başağrısı verə bilər”.
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• “Rabitəbank”ın səhmdarları toplanır
Bu gün, 08:26 |
|
|
|
• ADNSU rektorundan şikayət etməyin xeyri yoxdur... - Çünki şikayətlərə də özü cavab verir...
Bu gün, 08:24 |
|
|
|
• Ceyhun Cəlilov camaatın pulunu qaytaracaq? - İLGİNC...
Bu gün, 08:17 |
|
|
|
• Nazir Vaşinqtonda, müavini Ankaradadır - NƏ BAŞ VERİR?
Bu gün, 08:12 |
|
|
|
• Moskva və Vaşinqton arasındakı qaynar xətt istifadə olunmur - Peskov
Bu gün, 07:28 |
|
|
|
• Azərbaycanda cəmi 9 min əcnəbi tələbə var - ŞƏRH
Bu gün, 07:14 |
|
|
|
• 4 ildir ki haqqı tapdanan Qazimiz .. - GİLEY
Bu gün, 07:10 |
|
|
|
• Bankdan xarici valyuta alan vergi ödəyicisi üçün məzənnə fərqi xərc kimi nəzərə alınırmı? - AKTUAL
Bu gün, 06:56 |
|
|
|
• Qarakənd faciəsindən 33 il ötür - UNUTMARIQ!
Bu gün, 06:43 |
|
|
|
• Sabunçuda kim nə gəldi edir? - FOTOFAKT
Bu gün, 06:39 |
|
|
|
• Yaşlı qadını aldadaraq, evini bankda girov qoydular... - BU NƏDİ BELƏ?
Bu gün, 06:32 |
|
|
|
• “Bu gün deyə bilərik ki, məqsədimizə nail olduq” - deputat
Bu gün, 06:23 |
|
|
|
• "Bəzi məmurlar dövlət və xalq arasındakı güvəni məhv edir" - FAKT BUDUR!
Bu gün, 06:20 |
|
|
|
• "Mən xəngəl, piti yemirəm... - ...Xaşı heç dilimə vurmaram"
Bu gün, 06:15 |
|
|
|
• Dörd ölkənin generalı Bakıda görüşür? – Azərbaycan müharibənin dayanması üçün…
Bu gün, 06:10 |
|
|
|
• Baş nazir avtoritar hakimiyyət qurmağı sınaqdan keçirir, yoxsa... - Paşinyan nəyə hazırlaşır?
Bu gün, 06:06 |
|
|
|
• Putin qorxusundan Rio-de-Janeyroya getmədi, Cinpin xəbərdarlıq etdi, Bayden isə...
Bu gün, 06:03 |
|
|
|
• “NATO ölkələri hərbi xərclərini 340 milyard dollar artıra bilər” - "Bloomberg"
Bu gün, 06:00 |
|
|
|
• “Azərişıq” 1,5 milyon manatlıq tenderinin - QALİBİNİ AÇIQLADI
Bu gün, 00:05 |
|
|
|
• Bu şirkət Qubadlıda 117,3 hektar ərazini suvaracaq, 1 milyona yaxın - PUL QAZANACAQ
Bu gün, 00:02 |
|
|
|
• Azərbaycana qarşı plan üzə çıxır: - “Sülhə mane olmaq üçün...”
Dünən, 19:00 |
|
|
|
• Rusiya nüvə silahı tətbiq edə bilərmi? - AKTUAL
Dünən, 18:11 |
|
|
|
• Sən Allah, gedin ayıbınıza kor olun...
Dünən, 18:06 |
|
|
|
• “Səhiyyəmizdəki problemləri paylaşdığım üçün səhifəm bağlandı” - AXI NİYƏ?..
Dünən, 18:03 |
|
|
|
• İki nazir Paşinyanın həyat yoldaşının fondundan ayrılıb - KİV
Dünən, 18:00 |
|
|
|
• Bakı Avropa Liseyi direktoru cərimələnir - BUNA GÖRƏ...
Dünən, 17:58 |
|
|
|
• Vitse-Spikerin köməkçisi hakim təyin edildi - FOTO
Dünən, 17:58 |
|
|
|
• Tərtərdə "Azərbaycan Bayrağı" ordenli Elnur Salahovun qardaşının toy mərasimi keçirilib - FOTO
Dünən, 17:55 |
|
|
|
• SDU-da işdən çıxarılan fəlsəfə doktoru məhkəməyə üz tutdu - QALMAQAL
Dünən, 17:52 |
|
|
|
• Qadın ərinin dayısı oğluna şəkillərini göndərdi, gecəyarısı isə… - TƏFƏRRÜAT
Dünən, 17:43 |
|
|
|
• Paşinyan revanşist rəqiblərini SIRADAN ÇIXARIR
Dünən, 17:37 |
|
|
|
• “Müharibədə yalnız Putin günahkar deyil” - Zelenski
Dünən, 17:34 |
|
|
|
• Aktyor Müşfiq Şahverdiyev məhkum edildi - TƏFƏRRÜAT
Dünən, 17:32 |
|
|
|
• İranın 40 illik casus şəbəkəsi aktivləşdi: Risk var, təqib başladı - İLGİNC
Dünən, 17:29 |
|
|
|
• "Başım toylara qarışdı, ikinci övladım olmadı"
Dünən, 17:27 |
|
|
|
• Paşinyan üçün son seçim: Referenduma getmədən Bakının tələbi icra edilir - NƏ BAŞ VERİR?
Dünən, 17:22 |
|
|
|
• Turizm mərkəzi 529 minlik spesifik xüsusi geyimləri - BU ŞİRKƏTDƏN ALDI
Dünən, 17:19 |
|
|
|
• “Milli dövlətçiliyi dağıtmaq üçün qadınlardan istifadə edilir” - Akif İslamzadə
Dünən, 17:14 |
|
|
|
• I, yoxsa II Qarabağ müharibəsində daha çox veteran olub? – Rəsmi məlumat
Dünən, 17:12 |
|
|
|
• "Nazir olmayan yerdə nazirdir..." - FAKT BELƏDİR...
Dünən, 17:09 |
|
|
|
• Konqresmensayağı abırsızlıq: - yaxud Pallonenin pulunu verin kirisin, haylar!
Dünən, 17:06 |
|
|
|
• Ağdam şəhərində 23,7 milyon manatlıq layihənin icrasına başlanılır
Dünən, 17:04 |
|
|
|
• 101 minlik qızılı Azərbaycana keçirmək istəyən "Duty Free"nin keçmiş əməkdaşlarının cinayət işi - TƏFƏRRÜAT
Dünən, 17:01 |
|
|
|
• MN-in Hərbi-Texniki Təchizat Baş İdarəsinin rəisi vəzifəsi Fərid Əliyevə həvalə edilib - ƏMR
Dünən, 16:40 |
|
|
|
• "Adamın Lənkərana qonağı gələndə utanır..." - FAKT BUDUR!
Dünən, 16:39 |
|
|
|
• Vergi borcu olan şirkət rəhbərinin ölkədən çıxışına qadağa qoyula bilər - TƏFƏRRÜAT
Dünən, 16:25 |
|
|
|
• Bir sıra birinci instansiya məhkəmələrinə hakimlər təyin edilib - SƏRƏNCAM
Dünən, 16:22 |
|
|
|
• Yüksək bal toplayan müəllimlərə YENİ GÜZƏŞTLƏR?
Dünən, 16:04 |
|
|
|
• Azərbaycanda polislərin maaşı gələn il artırıla bilər
Dünən, 15:55 |
|
|
|
• Nə vaxt və kimdən təzminat ala bilərik? - Vəkil danışdı
Dünən, 15:40 |
|
|
|
|