Xalqımızın qədim bayramlarından olan Novruzu hər kəs sevinclə qarşılayır. Amma bəzi dövlət qurumları bu sevincə kölgə salmaqla məşğuldur.
Qaradağ rayonunun Müşfiqabad qəsəbəsinin sakinlərinin FaktXəbər-ə verdiyi məlumata görə, mart ayının əvvəlindən başlayaraq 2 həftə qazın bütün günü kəsərək, axşam saat 7-8 radələrində veriblər: "İndi də fərq eləmir. Axşam saat 9-dan qazı kəsirlər səhər saat 10-a kimi. 10-da qaz şam kimi yanır. "JEK"ə müraciət edirik, onlar da deyirlər bizə qulaq asan yoxdur."