Siyəzən rayon sakini Ruslan Quliyev Azinfo.tv-yə yeni Video-müsahibə göndərib. Şikayətçi rayon səhiyyəsinin bərbad vəziyyətdə olmasını gündəmə gətirir. Rayon mərkəzi xəstəxanasının müdiri Dadaş Hümbətov və poliklinikanın müdiri Əhməd Quliyev rayon səhiyyəsinin belini qırıblar. Dövlət tərəfindən şəkər və xərçəng xəstələri üçün ayrılan dərmanlar apteklərdə satılır və pulu mənimsənilir. Səhiyyədə təsərrüfat müdiri Nadir Əsədov istənilən qeyri-qanuni işlərə əl atır. Çünki Dadaş Hümbətov və Əhməd Quliyevin dili Nadir Əsədovun yanında qısadır. Səhiyyəyə 4000-5000 manata işə adam qəbul edirlər. Bütün sahələr üzrə saxta statistika hökm sürür. Buna görə dəfələrlə prezident administrasiyasına, baş prokurorluğa və sair yerlərə xeyli müraciətlər etmişik, ancaq təəssüf ki, nəticə yoxdur.
Redaksiyadan: Yazıda adları çəkilən şəxslərin də mövqeyini dərc etməyə hazırıq. Sonda Ruslan Quliyevin Video-müsahibəsini izləməyi unutmayın.