“Nəinki bu il, heç gələn il də sülh sazişinin imzalanması gözlənilmir” .....                     Əmək müqavilələrinin sayının artmasının səbəbi nədir? .....                     Ermənistan hakim partiyasının iclası niyə Paşinyansız keçdi?.. .....                     AZAL və “CarbonClick” aviasiya sahəsində karbon emissiyalarının azaldılması yollarını müzakirə edib .....                     Qərbin agent-provokatoru ifşa edildi .....                     Bu da “qərbyönlü” Ermənistanın göstəriciləri .....                     Aşıq Ələsgərin Basarkeçərdə dağıdılmış qəbri .....                     "Belə tibbi xidmətlə xəstəni yalnız öldürmək mümkündür" .....                     Beynəlxalq axtarışa verilən azərbaycanlı növbəti cinayətdə tutuldu .....                     “Azərbaycan “Miss Universe 2024”dən çıxarıldı” .....                     AMB “Azər-Türk Bank”ın vəzifəli şəxsini cərimə edib .....                     Trampın komandasında KİM OLURSA-OLSUN... .....                     XXI əsrdə bu təşkilatın yalnız iki üzvdən ibarət qalması realdır... .....                     Adil Əliyevdən şikayət edənlərin SAYI ARTIR... .....                     İranın Azərbaycana şantajı dayanmır: SEPAH yenə özünə əl qatdı... .....                     Ən çox hüququ pozulan peşələrdən biri "Mühafizəçi" peşəsidir... .....                     Jurnalistdən AzParking -ə SƏRT ETİRAZ... .....                     "Rusiya öz ərazisində bu cür təxribatın həyata keçirilməsinə imkan verməz" .....                     Ən çox İT OVÇULARI Avropa və ABŞ-də olsa da... .....                     “Turan Bank” vətəndaşı rəsmən QURU YURDDA QOYDU .....                     Gədəbəydə İBTİDAİ-İCMA ŞƏRTLƏRİ... .....                     Şəhər Gününüz mübarək, əziz Ağdamlılar! .....                     Ağdam rayonunun işğaldan azad olunması tarixi hadisədir .....                     “Onlar 2020-ci ildə məcbur qalıb saziş imzaladılar” .....                     Bakıdakı bu çıxış Avropanı silkələdi: Fransa hansı silaha əl atacaq? .....                     Şoltsun zəngi: “Qızıl milyard” Rusiyaya uduzur .....                     Ermənistan real addımlar atmalı və Zəngəzur dəhlizini açmalıdır .....                     Azərbaycanlı nazirin oğlu ilə sevgili olan müğənni "Tramp"dan görün nə istədi .....                     "Wolt"un velosipedçisi "Dihaj"ın anasını vurub .....                     TAKSİ DƏLƏDUZLUĞU... .....                     Erməni aktrisanın qardaşı dəlixanada öldürüldü .....                     "Kişilər sanki sosial şəbəkədə ov axtarışına çıxıblar" .....                     Ali nümayəndədən ibtidai fikirlər .....                     Mərkəzi Xəstəxananın direktor müavini işdən çıxarıldı .....                     "Naxçıvanda əməlli-başlı dərəbəylikdir, kim nə istəyir edir..." .....                     “Bəli, küsmüşəm, incimişəm, rollar oynamaq istəyirəm, amma ortada heç nə yoxdur” .....                     Biznesmenlər bürokratiyaya qarşı: “Tramp Maska vəzifə verməklə...” .....                     Eyni şirkət dövlət qurumunun 4 tenderini uddu .....                     Paşinyan sülh müqaviləsinin bir hissəsini açdı .....                     Paşinyan xarici auditoriyaya hansı siqnallar ötürür? .....                 

"Sonra "tibb bacısı çoxdur" dedilər, bəzilərimiz işdən çıxarıldıq..." - GİLEY
Tarix: 13-12-2023, 11:37 | Çap et
"Sonra "tibb bacısı çoxdur" dedilər, bəzilərimiz işdən çıxarıldıq..."
"Azərbaycan Tibb Universitetindən ilk dəfə gələn il (2024-cü il) 30-dan çox tibb bacısı məzun olacaq və iş axtarmağa başlayacaq. Yəqin ki, tapa bilməyəcək. Beş ildir kollec bitirən, tibb bacısı olan mən də iş tapa bilmirəm. Dövlət bu qədər tibb bacısının yetişməsinə pul ayırır, amma sonra onların iş ilə təmin edilməsi mümkün olmur", - bunu AzadlıqRadiosuna iş axtaran onlarla tibb bacısından biri – Aytən Abbasova deyir.

Dövlət Statistika Komitəsi 2023-cü ilin əvvəlinə ölkədə 38 min 479 tibb bacısı olduğunu açıqlayıb. Buraya yalnız dövlət tibb müəssisələrində çalışanlar daxildir, özəl xəstəxanalarda işləyənlərin dəqiq statistikası yoxdur. Bununla paralel, hər il yüzlərlə tibb bacısı orta-ixtisas təhsili müəssisələrindən məzun olur və onların sayı hər ötən il artır. Məsələn, 2021-ci ildə 794 nəfər məzun olmuşdusa, bu rəqəm 2022-ci ildə 909-a bərabər idi. 2020-ci ildən ölkədə ali tibb təhsili verən tək universitet də tibb bacısı ixtisasını yaratdı. Tibb Universitetində bu ixtisas üzrə 100-ə yaxın tələbə təhsil alır. Bundan savayı, universitet və kolleclərlə yanaşı, ölkənin müxtəlif bölgələrində tibb bacısı ixtisası bilgiləri öyrətməyi hədəfləyən 50-200 manatlıq kurslar mövcuddur.

Dörd il təhsil al, sonra...
A.Abbasova düşünür ki, ölkədə tibb bacılarının sayı artdıqca bu sahədə işsizlik problemi dərinləşir, özü kimi yüzlərlə gənc işsiz qalır. O, məzun olduqdan sonra iş üçün bir sıra tibb ocağına CV (iş ərizəsi) göndərib, amma heç birindən cavab almayıb.

"Dövlət xəstəxanaları kurs keçənləri götürmürdü. Amma özəl klinikaların bəzilərində üç aya tibb bacısı olanlar işə götürülürdü, biz qalırdıq kənarda. Yalnız qohum-qonşu işinə yarayıb, ayda bir dəfə iki sistem köçürüb üç-beş manata möhtac idim", - Abbasova gileylənir.

Abbasova 24 keçmiş qrup yoldaşından 17-sinin də işsiz olduğunu deyir, hər il yüzlərlə tibb bacısı yetişdirməyə xərc çəkən dövlətin onları işlə təmin etməsini vacib sayır.

Aya 400 manatadək maaş
Gülay Orucova isə əvvəlcə 200 manatından keçib tibb bacısı kursunu bitirib, sonra bu sahə üzrə orta ixtisas təhsili alıb. Bir il özəl klinikada işləyən Orucova ixtisara düşüb. O, üç ildir ki iş tapa bilmədiyini dilə gətirir.

"Koronavirus pandemiyası dönəmində qazancımız yaxşı idi, işimiz riskli olsa da, gəlirimiz olurdu. Həmin dövrdə altı aya kimi dövlət xəstəxanasında çalışıb maaş ilə yanaşı əlavələr də alırdım. Yoluxmalar azaldıqca gəlirimiz də azaldı və, nəhayət, maaş 370 manat oldu. Az idi, amma dolanırdım. Sonra "tibb bacısı çoxdur" dedilər, bəzilərimiz işdən çıxarıldıq. Digər özəl tibb müəssisəsindən məsafəyə görə ayrılmalı oldum, çünki maaşım yollara gedirdi. Bir il yaxınlıqda özəl klinikada çalışdım, orda da ixtisar...", - deyən Orucova yenə iş axtarışındadır, ilsonuna kimi iş tapa bilməsə, fərqli ixtisasda özünü sınamaq niyyətindədir. O, əksər sahələrdə olduğu kimi, tibb bacısı maaşının da bugünkü qiymətlərlə ayaqlaşmadığını deyir.

Hazırda dövlət tibb müəssisələrində tibb bacılarının maaş aralığı, əsasən, belədir:

- Baş tibb bacısı - minimum 398, maksimum 560 manat.

- Böyük tibb bacısı - minimum 383, maksimum 497 manat

- Tibb bacısı - 383-441 manat arası

- Çağırış üzrə tibb bacısı - minimum 353, maksimum 458 manat

- Xəstələrə qulluq edən kiçik tibb bacısı - 338-389 manat aralığı

Əmək stajı tələbi olmadan tibb bacı/qardaşları 406 manata kimi maaş alır, xəstəxanalarda maaş aralığı isə tibb bacıları üçün 300-400 manat arası dəyişir. Bu əmək haqlarını Səhiyyə Nazirliyi təklif edir, əlavələr, yaxud dəyişikliklər də istisna edilmir.

Tibb qardaşları da gileylidir
Tibb bacıları ilə müqayisədə sayları nisbətən az tibb qardaşları da iş tapa bilmədiklərini deyirlər. Rauf Xəlilli Masallıda işləyəndə qohum-əqrəba, tanışlarının dadına qaçıb, aya 100-150 manata kimi qazanırmış. Bakıya köçüncə gəlirinin artacağına ümidli imiş, amma əksi baş verib. Şəhərdə kollec, kurs bitirən həmkarlarının çoxluğu onun gəlirinə təsir edib: "Oğlanlar tibb kursları keçsə də, psixoloji cəhətdən tibb bacısı/qardaşı kimi çalışmağa həmişə hazır olmurlar. Əsasən, təcili yardım maşınlarında işləmək olur bizimki. Son vaxtlar burada boş vakansiya yoxdur".

Digər tərəfdən, bəzi tibb bacıları çalışdıqları müəssisələrdə kadr çatışmazlığına baxmayaraq, rəhbərliyin vakansiya elan etmədiyini deyirlər. Bunu 15 ildir dövlət xəstəxanalarında tibb bacısı işləyən T.A. söyləyir: "Xüsusən də, virusların çox yayıldığı zamanlar, eləcə də qış aylarında tibb bacısı azlığı özünü göstərir, biz deyəndə isə yola verirlər".

"Hər yeni məzun yeni işsiz deməkdir"
Tibb sahəsi üzrə ixtisaslaşan Sevinc Məmmədova dövlət sifarişi ilə təhsil alanlar başda olmaqla məzunların iş ilə təminatını vacib sayır. Mütəxəssisin fikrincə, tədricən tibb kolleclərində tibb bacısı ixtisası yığışdırılaraq ali təhsilli tibb işçiləri ilə əvəzlənəcək, çünki ali təhsilli tibb bacıları hətta ucqar yerlərdə həkim olmadıqda xəstəyə tibbi yardım edəcək savada malik olmalıdır: "Orta ixtisas təhsili alanları da tövsiyə edirik ki, kollec sənədi ilə ali təhsil üçün müraciət etsinlər. İşsiz tibb bacılarının artmasını da nəzərə alaraq bir müddət kolleclərə qəbul dayandırıla, yaxud yer az ayrıla bilər. Çünki hər yeni məzun yeni işsiz deməkdir".

Dövlət İmtahan Mərkəzinin (DİM) Direktorlar Şurasının sədri Məleykə Abbaszadə 2022-ci ildə abituriyentlərə tibb bacısı ixtisasını da qeyd etməyi məsləhət görürdü. O deyirdi ki, ali təhsilli tibb bacılarına böyük ehtiyac var, bir-iki ildən sonra həmin şəxslər daha tez iş tapacaqlar, nəinki tibb ixtisasını bitirənlər:

S.Məmmədova tibb bacılarının işsizlik probleminin həlli üçün xəstəxanalarda əlavə ştatlar açmağı, məktəblərdə tibbi xidmətin təşkilini yaxşılaşdırmağı, tibb bacılarını orada işə cəlbini təklif edir. Daha bir təklif əmək haqlarını artırmaqla tibb bacı/qardaşlarını bölgələrdə işləməyə cəlb etməkdir.

Xaricə getmək...
A.Abbasova kimi iş tapa bilməyən bəzi tibb bacıları isə çıxış yolunu digər ölkələrə getməkdə görürlər. Axı, Azərbaycanın qonşularında tibb bacılarının əməkhaqqı və iş imkanları daha yüksəkdir.

Məsələn, Türkiyədə 2023-cü ilin ilk altı ayı ərzində digər dövlət qulluqçuları ilə yanaşı, tibb bacılarının da maaşları 30 faiz artırılıb. Buna uyğun olaraq, bakalavr dərəcəsi olan tibb bacısının maaşı 13 min 115 TL (769 manata) yüksəlib. Tibb bacısının maaşları əməkhaqqı dərəcəsindən, işlədikləri bölmədən və təhsil səviyyəsindən asılı olaraq dəyişir. Tibb bacısı evlidirsə və ya uşaqları varsa, maaşlara əlavə müavinət verilir.

Gürcüstanda bu il edilən artımla tibb bacıları ortalama 792 lari (505 manat) alır və bu məbləğin növbəti il artacağı bildirilir. Ermənistanda da məbləğ oxşardır – 120 min ADM ( 507 manat).

Avropa ölkələrində, Amerikada isə tibb bacısı/qardaşının maaşı daha yüksəkdir.

Di gəl, azərbaycanlı tibb bacısının xaricdə işləməsi üçün diplomu tanınmalıdır. Xaricdə işləmək istəyən tibb bacısı ilk növbədə dil təhsili almalıdır. Ünsiyyət dilini öyrənməkdən əlavə, gündəlik iş terminlərinin xarici dildəki qarşılığını mənimsəməlidir. Bu, bir sıra ölkələrdə qoyulan tələblərdəndir.

Mənbə: AzadlıqRadiosu ©
Təqdim etdi: DİA-AZ.COM (Ərsoyun Bloqu)

Səhifəmiz bütün maraqlı tərəflərin rəyləri üçün açıqdır...









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
“Nəinki bu il, heç gələn il də sülh sazişinin imzalanması gözlənilmir” - FAKT BUDUR!
Bu gün, 10:24
Əmək müqavilələrinin sayının artmasının səbəbi nədir? - AKTUAL
Bu gün, 10:22
Ermənistan hakim partiyasının iclası niyə Paşinyansız keçdi?.. - “Yəqin, təraş vaxtıdır...”
Bu gün, 10:18
AZAL və “CarbonClick” aviasiya sahəsində karbon emissiyalarının azaldılması yollarını müzakirə edib
Bu gün, 10:12
Qərbin agent-provokatoru ifşa edildi - Tiflis və İrəvanda Azərbaycana qarşı xüsusi əməliyyat
Bu gün, 10:05
Bu da “qərbyönlü” Ermənistanın göstəriciləri – Şok rəqəm
Bu gün, 10:01
Aşıq Ələsgərin Basarkeçərdə dağıdılmış qəbri - FOTO, VİDEO
Bu gün, 09:58
"Belə tibbi xidmətlə xəstəni yalnız öldürmək mümkündür" - BU NƏDİ BELƏ?..
Bu gün, 09:48
Beynəlxalq axtarışa verilən azərbaycanlı növbəti cinayətdə tutuldu - TƏFƏRRÜAT
Bu gün, 09:39
“Azərbaycan “Miss Universe 2024”dən çıxarıldı” - Səmra
Bu gün, 09:35
AMB “Azər-Türk Bank”ın vəzifəli şəxsini cərimə edib
Bu gün, 09:33
Trampın komandasında KİM OLURSA-OLSUN... - YOXSA?..
Bu gün, 09:25
XXI əsrdə bu təşkilatın yalnız iki üzvdən ibarət qalması realdır... - Fransanın özündən, bir də “frankofon” Ermənistandan!
Bu gün, 09:24
Adil Əliyevdən şikayət edənlərin SAYI ARTIR... - BELƏ DAVAM EDƏRSƏ...
Bu gün, 09:19
İranın Azərbaycana şantajı dayanmır: SEPAH yenə özünə əl qatdı... - ZİBİLƏ DÜŞMÜŞÜK...
Bu gün, 09:16
Ən çox hüququ pozulan peşələrdən biri "Mühafizəçi" peşəsidir... - Ekspert danışır...
Bu gün, 09:14
Jurnalistdən AzParking -ə SƏRT ETİRAZ... - "Məni hər gün 20 manat cərimə edəcəksiniz?"
Bu gün, 09:09
"Rusiya öz ərazisində bu cür təxribatın həyata keçirilməsinə imkan verməz" - Çingiz Qənizadə
Bu gün, 09:02
Ən çox İT OVÇULARI Avropa və ABŞ-də olsa da... - Bizə qarşı bir bəhanədir...
Bu gün, 08:59
“Turan Bank” vətəndaşı rəsmən QURU YURDDA QOYDU - ÖZBAŞINALIQ!
Bu gün, 08:55
Gədəbəydə İBTİDAİ-İCMA ŞƏRTLƏRİ... - Dİ GƏL YAŞA...
Bu gün, 08:52
Şəhər Gününüz mübarək, əziz Ağdamlılar! - MƏQALƏ
Bu gün, 08:49
Ağdam rayonunun işğaldan azad olunması tarixi hadisədir - İsrafil Kərimovun yazısı
Bu gün, 08:48
“Onlar 2020-ci ildə məcbur qalıb saziş imzaladılar” - NƏ ETMƏLİ?
Bu gün, 07:35
Bakıdakı bu çıxış Avropanı silkələdi: Fransa hansı silaha əl atacaq? - Görünəni odur ki...
Bu gün, 07:22
Şoltsun zəngi: “Qızıl milyard” Rusiyaya uduzur - İNCƏLƏMƏ
Bu gün, 07:19
Ermənistan real addımlar atmalı və Zəngəzur dəhlizini açmalıdır - ÇAĞIRIŞ
Bu gün, 02:00
Azərbaycanlı nazirin oğlu ilə sevgili olan müğənni "Tramp"dan görün nə istədi
Bu gün, 01:54
"Wolt"un velosipedçisi "Dihaj"ın anasını vurub - TƏFƏRRÜAT
Bu gün, 01:29
TAKSİ DƏLƏDUZLUĞU... - BUNUN BAŞQA ADI YOXDUR...
Bu gün, 01:26
Erməni aktrisanın qardaşı dəlixanada öldürüldü
Bu gün, 01:24
"Kişilər sanki sosial şəbəkədə ov axtarışına çıxıblar" - PSİXOLOQDAN SENSASİON AÇIQLAMA
Bu gün, 01:22
Ali nümayəndədən ibtidai fikirlər - FAKT BUDUR!
Bu gün, 00:26
Mərkəzi Xəstəxananın direktor müavini işdən çıxarıldı - ƏMR
Bu gün, 00:23
"Naxçıvanda əməlli-başlı dərəbəylikdir, kim nə istəyir edir..." - NARAZILIQ VAR
Bu gün, 00:17
“Bəli, küsmüşəm, incimişəm, rollar oynamaq istəyirəm, amma ortada heç nə yoxdur” - GİLEY
Bu gün, 00:09
Biznesmenlər bürokratiyaya qarşı: “Tramp Maska vəzifə verməklə...” - GƏLİŞMƏ
Bu gün, 00:06
Eyni şirkət dövlət qurumunun 4 tenderini uddu - 5 MİLYON MANAT QAZANDI
Bu gün, 00:02
Paşinyan sülh müqaviləsinin bir hissəsini açdı - NƏ BAŞ VERİR?
Dünən, 23:14
Paşinyan xarici auditoriyaya hansı siqnallar ötürür? - Ovannisyan sirləri açdı
Dünən, 23:11
Gənc şair faciəvi şəkildə öldü
Dünən, 23:07
Parisin SAXTA MAHİYYƏTİ... - ŞƏRH
Dünən, 21:36
Azərbaycanda artan varlı görünmək xəstəliyi: Psixoloji problem imiş - AXI NİYƏ?..
Dünən, 21:33
ABŞ-nin dövlət borcu tarixdə ilk dəfə 36 trilyon dolları keçdi
Dünən, 19:52
Məktəbdə qızı döyən azərbaycanlı şagirdə cinayət işi açıldı - FOTO
Dünən, 19:45
Paşinyanın sözləri havaya atılan güllələr kimidir - HƏQİQƏTƏN DƏ...
Dünən, 19:00
Qanunların himayəsində - “Avropa yaşlanır, amma qocalmır”
Dünən, 18:58
"Zelenskinin alternativi yoxdur" - Zərdüşt Əlizadə
Dünən, 18:37
Tehran Vaşinqtona məxfi mesaj göndərib - KİV
Dünən, 18:32
Azərbaycan kiçik ada dövlətlərinə özünün birmənalı dəstəyini nümayiş etdirir - MƏQALƏ
Dünən, 18:30
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru