Culfada Qarabağ qazisinə deyirlər ki... - DƏRƏBƏYLİKDİR...
Tarix: 14-12-2023, 11:43 |
Çap et
Culfa rayonundan olan qazi Məhəmməd Əsədov Şuşa uğrundakı döyüşlərdə yaralansa da, yoldaşlarını tək qoymayıb, xəstəxanaya getməkdən imtina edib. Lakin, keçmiş snayperçinin bu nümunəvi hərəkəti indi ona böyük problemlər yaradır.
Aldığı travmalardan bir müddət sonra onda qıcolmalar başlayıb və ona ağır epilepsiya diaqnozu qoyulub. Bu səbəbdən onu ordudan təxris ediblər. Lakin, döyüşdə yaralanarkən xəstəxanaya getmədiyi və travmasını rəsmi qeydiyyata aldırmadığı üçün, onun xəstəliyi hərbi xidməti yerinə yetirərkən alınan xəsarət kimi nəzərə alınmayıb. Bu səbəbdən o, təxris olunduqdan sonra müavinət və bir sıra imtiyazlardan məhrum olub.
Məhəmməd Əsədov „Gündəlik Naxçıvan“a deyir ki, bu azmış kimi, mülki olsa da belə, ona əlillik dərəcsi verilmir. Ondan travmanın mənbəyini sübut etmək tələb olunur.
Əlaqədar video: baxmaq üçün bura tıklayın...
Mənbə: „Gündəlik Naxçıvan“
Təqdim etdi: DİA-AZ.COM (Ərsoyun Bloqu)
Səhifəmiz bütün maraqlı tərəflərin rəyləri üçün açıqdır...