Bakı-Naxçıvan reysindən NARAZILIQ... VAR!
Tarix: 27-12-2023, 10:57 |
Çap et
Naxçıvandan Bakıya və əks istiqamətə avtobusla səfər edən sərnişinlər Nəqliyyat Nazirliyindən şikayətçidirlər. Onlar deyir ki, nazirlik gömrük əməkdaşları ilə əlbir olub, avtobuslarda sərnişin yerinə, tacirlərdən rüşvət alıb, alver məqsədili yükləri daşıyırlar. Bu səbəbdən avtobuslarda yer olmur. Buna etiraz edən sərnişinlər isə təhqir olunduqlarını deyirlər.
Naxçıvandan Bakıya və əks istiqamətə sərnişin daşıyan avtobuslar İran ərazisindən tranzit istifadə edirlər. Təyyarəyə bilet tapılmadığından, yaxud baha olduğundan bir çox naxçıvanlı bu avtobusların ümidinə qalıb.
Əlaqədar VİDEO: baxmaq üçün bura tıklayın...
Mənbə: `Gündəlik Naxçıvan`
Təqdim etdi: DİA-AZ.İNFO (Ərsoyun Bloqu)
Səhifəmiz bütün maraqlı rəy və mövqe ifadəsi üçün açıqdır...