Ruslan Əliyevin İDARƏETMƏ ÜSULU... - "Onun "Açıq Mikrofon"ları da əsl şoudur..."
Tarix: 29-12-2023, 10:04 |
Çap et
"Mən "Azəriqaz"da 1978-ci ildən işləyirdim. Bu il pensiyaya çıxdım.
Ruslan Əliyev və onun dəstəsi mənə Əmək Veteranı Adı və Vəsiqəsi verməmək üçün hər oyundan çıxdılar.
Özünə məni qəbul etməsi üçün müraciətim belə onun acığına getdi və məni susdurmaq üçün pensiyaya çıxmağıma 1-2 ay qalmış vəzifəsindən istifadə edərək xəbərdarlıq verdi.
Savadı və mədəni səviyyəsi aşağı olanlar hər zaman özlərini insanlardan uzaq, yaltaqlara yaxın tuturlar.
Mən qanunlarımızın aaliliyinə inanaraq Əmək Veteranı Adı Və Vəsiqəsini aldım... Məhkəmə yolu ilə...
Allah Ali Baş Komandanımıza kömək olsun. Allah Şəhidlərimizi rəhmət eləsin, Qazilərimizə kömək olsun. Şəhid və Qazilərə, Ailələrinə biganəlik göstərən hər bir kəs inanın ki, bizdən deyil. Belələrinə şübhəli yanaşmaq lazımdır... Çünki bu adam işçini incitməyi qarşısına məqsəd qoyub. Onun "Açıq Mikrofon"ları da əsl şoudur..."
Müəllif: Yunis Camalov
Təqdim etdi: DİA-AZ.İNFO (Ərsoyun Bloqu)
Səhifəmiz bütün maraqlı tərəflərin rəyləri üçün açıqdır...