Salyanın məşhur iş adamı hədəfdə: Hacı Qurban Azərbaycandan qaçmaq istəyir - Qalmaqallı iş adamı ilə bağlı ilginc faktlar...
Tarix: 7-04-2015, 12:17 | Çap et
DİA.AZ: - Salyanda uşaqdan tutmuş böyüyə qədər Hacı Qurbanı ən varlı adam kimi tanıyırlar. Vurğulayaq ki, iş adamının biznes fəaliyyətindəki qanun pozuntuları ilə bağlı ötən saylarımızda geniş yazılar dərc etmişdik. Bu gün isə apardığımız araşdırmaların davamında əldə etdiyimiz növbəti ilginc faktları sizinlə paylaşmaq istəyirik. Əldə etdiyimiz məlumatlara görə, özünü xeyriyyəçi kimi təqdim edən iş adamı əslində, Salyanda sadə vətəndaşların hüquqlarını tapdalayan biri kimi tanınır.
DİA.AZ-a daxil olan məlumata əsasən, onun şirkətində işləyən Salyan və qonşu rayonların sakinlərinə qarşı xoşagəlməz münasibət göstərilir, əmək hüquqları pozulur, bəzi hallarda isə şəxsiyyətlərinə toxunan sözlərdən istifadə olunur. İş adamının biznes şəbəkəsinə «İlkin N», «XXI-əsr», «CSM Nix», «Sevinc 96», «Nigar LTD», «Halal İnşaat MMC», “A+B OİL Servis” kimi böyük şirkətlərin daxil olduğu bildirilir: «Sözügedən şirkətlərin illik maliyyə dövriyyəsi çox böyük məbləğlərlə ölçülür. Şirkətlər hər ay ona külli miqdarda gəlir qazandırsa da, biznesmen dövlətə düz-əməlli vergi keçirmir. Hacı Qurbanın Salyan rayonunun Qarabağlı kəndində 90, Kərimbəyli kəndində 60, Təzəkənd kəndində 120, 5-ci şöbə adlanan ərazidə 250, Qırxçıraq kəndində isə 120 hektar torpaq sahəsi var. Bu torpaqlar bir zamanlar əhalinin örüş sahəsi olub. Lakin iş adamı hansısa yollardan istifadə edərək həmin torpaqları özəlləşdirib. Bu adam rayonda kənd təsərrüfatının inkişafına birbaşa mane olur. Harda boş torpaq sahəsi görürsə, dərhal oranı ələ keçirir. Hacının fermer təsərrüfatlarında işləyən şəxslər bəzi hallarda problemlə üzləşirlər. İş adamı ya onların maaşını vermir, ya da ağır şəraitdə işlədir». Araşdırmalar nəticəsində aydın oldu ki, Qurban Abbasovun oğlunun adını daşıyan “İlkin N” şirkəti “Qarasu Oil” və “Salyan Oil”a podratçı xidmət göstərir. “İlkin N” şirkəti Salyanın Qarabağlar kəndində yerləşir və 350 nəfər işçisi var: «İş adamının həmçinin Salyanda beton zavodu, çoxlu sayda texnikası, Cəlilabad, Şirvan və Yasamal rayonlarında avtobazaları var. Hacının sahibi olduğu şirkətlər Salyanda həyata keçirilən tikinti işlərinin əsas podratçısıdır. Onun adı dəfələrlə tender əməliyyatlarında hallandırılıb. Belə ki, iş adamının rəhbəri olduğu şirkət bir müddət əvvəl «Meliorasiya və Su Təsərrüfatı» ASC-nin xətti ilə dəyəri 350 min manatdan çox olan tenderlərin qalibi olub. Bu tenderlərdən biri sözügedən dövlət qurumunun Salyan Suvarma Sistemləri İdarəsinin işlərini görmək məqsədi ilə keçirilib. Elektrik mühərriklərinin əsaslı təmirini həyata keçirmək üçün Hacı Qurbanın nəzarətində olan «İlkin N» şirkətinə 56760 manat pul ayrılıb. Yenə həmin dövlət qurumu Salyan Suvarma Sistemləri İdarəsi üçün mexanizmlərin ehtiyat hissələrinin satın alınması məqsədilə «İlkin N» firmasına 44321 manat pul verib. Nasos aqreqatlarının təmiri üçün ehtiyat hissələrinin alınmasına «İlkin N» firmasına ayrılmış məbləğ isə bir qədər çox, yəni 128610 manat olub.
ASC-nin sonuncu belə əməliyyatı yenə Salyan Suvarma Sistemləri İdarəsi ilə bağlı olub. Bu dəfə idarəyə təmir-tikinti işləri üçün tikinti materiallarının alınması məqsədi ilə «İlkin N» firmasına 115162 manat pul verilib. Amma bu vəsaitlərin müəyyən hissəsi nəzərdə tutulan işlərin icra edilməsinə sərf olunmayıb. Aidiyyəti üzrə yoxlama aparıb büdcə vəsaitlərinin hara xərcləndiyini üzə çıxarmaq lazımdır». Araşdırmalara görə, biznesmenin Qarabağlı kəndində “Samir” kənd təsərrüfatı məhsulları, çörək və çörək məmulatları istehsal edən müəsissəsi fəaliyyət göstərir: «Çörək zavodunda işləyən şəxslərin əmək hüquqları tez-tez pozulur. Bu müəssisədə vergi ilə bağlı çoxsaylı problemlər mövcuddur. Onun həmçinin Şirvan şəhərində ümumilikdə sahəsi 6 hektar olan «Qarasu» Əməliyyat Şirkətinin yaxınlığındakı qaraj və tikililəri, Lənkəran rayonunda istirahət kompleksi var». Salyanlı iş adamının haqqında yayılan maraqlı məlumatlardan biri də bir neçə ay öncə Şirvan Milli Parkında baş verən yanğınla bağlıdır. Xatırladaq ki, “Salyan Oil” şirkətinə məxsus olan aqreqatın nasazlığı ucbatından parkda yanğın baş vermişdi. İddialara görə, həmin aqreqata da dolayı yolla Hacının oğlunun adını daşıyan “İlkin N” şirkəti nəzarət edir. Əldə etdiyimiz məlumatlara əsasən, Qurban Abbasov bütün imkanlarından istifadə edərək aidiyyəti qurumlardan gələn ekspertlərə nəysə verib rəyi dəyişib ki, guya yanğına səbəb ehtiyatsızlıq olub. Araşdırmalar zamanı guya parkdan kibrit və içərisində neft məhsulu olan şüşə də tapılıb.
Bununla da Hacı Qurban məsuliyyətdən yayına bilib. Qeyd edək ki, yanğın nəticəsində parka 300 min manata yaxın ziyan dəyib. Bayaq da qeyd etdiyimiz kimi, iş adamının rəhbərlik etdiyi şirkət və müəssisələrdə külli miqdarda vəsaitin vergidən yayındırıldığı deyilir. Məlumatlara görə, Qurban Abbasovun sahibi olduğu şirkətlərdə bu günə qədər vergi yoxlamalarının aparılmamasına səbəb onun 5 saylı Ərazi Vergilər İdarəsinin rəis müavini Pənah Qurbanovun dayısı oğlu olmasıdır. Belə ki, iş adamı dayısı oğlunun himayəsi altında vergi yoxlamalarından yayınmağı bacarır.
DİA.AZ-a rayondakı qaynaqlardan verilən son xəbərdə isə ilginc məqamlar açıqlanır. Belə ki, məlumatlı mənbə artıq Hacı Qurbanın şirkətlərində vergi yoxlamalarının başladığıni bildirirlər. Bu prosesin məşhur iş adamına baha başa oturacağını söyləyən mənbə dia-az.life-a açıqlamasında Hacı Qurbanın Azərbaycanı birdəfəlik tərk etmək niyyətinə düşdüyünü də bildirib.
Qaynağın redaksiyamıza söylədikləri: "Vəziyyət artıq dəyişib. Son proseslər də təsdiqləyir ki, dövlət dünənə qədər göz yumduğu vergi cinayətlərinin artıq ört-basdır edilməsinə şərait yaratmaqda maraqlı deyil. Hazırda Hacı Qurbanın dövlətdən 3 milyon manata yaxın vəsaiti gizlətdiyi təxmin olunur. Bu məbləğ təxminidir və arta da bilər".
Mənbə dia-az.life-a bildirib ki, bu səbəbdən başının daha çox ağrıyacağını yaxşı bilən Hacı Qurban kapitulyasiya qərarı verib: "Ona aid şirkətlərdən birinin Türkiyənin Ziraat Bankında hesabı var. Həmin hesabı müvafiq dövlət qurumları nəzarətə alsalar, çox faktlar aşkarlanar".
Bütün bu iddia olunanlarla bağlı qarşı tərəfi də dinləməyə hazırıq...
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• “Azərişıq” 1,5 milyon manatlıq tenderinin - QALİBİNİ AÇIQLADI
Bu gün, 00:05 |
|
|
|
• Bu şirkət Qubadlıda 117,3 hektar ərazini suvaracaq, 1 milyona yaxın - PUL QAZANACAQ
Bu gün, 00:02 |
|
|
|
• Azərbaycana qarşı plan üzə çıxır: - “Sülhə mane olmaq üçün...”
Dünən, 19:00 |
|
|
|
• Rusiya nüvə silahı tətbiq edə bilərmi? - AKTUAL
Dünən, 18:11 |
|
|
|
• Sən Allah, gedin ayıbınıza kor olun...
Dünən, 18:06 |
|
|
|
• “Səhiyyəmizdəki problemləri paylaşdığım üçün səhifəm bağlandı” - AXI NİYƏ?..
Dünən, 18:03 |
|
|
|
• İki nazir Paşinyanın həyat yoldaşının fondundan ayrılıb - KİV
Dünən, 18:00 |
|
|
|
• Bakı Avropa Liseyi direktoru cərimələnir - BUNA GÖRƏ...
Dünən, 17:58 |
|
|
|
• Vitse-Spikerin köməkçisi hakim təyin edildi - FOTO
Dünən, 17:58 |
|
|
|
• Tərtərdə "Azərbaycan Bayrağı" ordenli Elnur Salahovun qardaşının toy mərasimi keçirilib - FOTO
Dünən, 17:55 |
|
|
|
• SDU-da işdən çıxarılan fəlsəfə doktoru məhkəməyə üz tutdu - QALMAQAL
Dünən, 17:52 |
|
|
|
• Qadın ərinin dayısı oğluna şəkillərini göndərdi, gecəyarısı isə… - TƏFƏRRÜAT
Dünən, 17:43 |
|
|
|
• Paşinyan revanşist rəqiblərini SIRADAN ÇIXARIR
Dünən, 17:37 |
|
|
|
• “Müharibədə yalnız Putin günahkar deyil” - Zelenski
Dünən, 17:34 |
|
|
|
• Aktyor Müşfiq Şahverdiyev məhkum edildi - TƏFƏRRÜAT
Dünən, 17:32 |
|
|
|
• İranın 40 illik casus şəbəkəsi aktivləşdi: Risk var, təqib başladı - İLGİNC
Dünən, 17:29 |
|
|
|
• "Başım toylara qarışdı, ikinci övladım olmadı"
Dünən, 17:27 |
|
|
|
• Paşinyan üçün son seçim: Referenduma getmədən Bakının tələbi icra edilir - NƏ BAŞ VERİR?
Dünən, 17:22 |
|
|
|
• Turizm mərkəzi 529 minlik spesifik xüsusi geyimləri - BU ŞİRKƏTDƏN ALDI
Dünən, 17:19 |
|
|
|
• “Milli dövlətçiliyi dağıtmaq üçün qadınlardan istifadə edilir” - Akif İslamzadə
Dünən, 17:14 |
|
|
|
• I, yoxsa II Qarabağ müharibəsində daha çox veteran olub? – Rəsmi məlumat
Dünən, 17:12 |
|
|
|
• "Nazir olmayan yerdə nazirdir..." - FAKT BELƏDİR...
Dünən, 17:09 |
|
|
|
• Konqresmensayağı abırsızlıq: - yaxud Pallonenin pulunu verin kirisin, haylar!
Dünən, 17:06 |
|
|
|
• Ağdam şəhərində 23,7 milyon manatlıq layihənin icrasına başlanılır
Dünən, 17:04 |
|
|
|
• 101 minlik qızılı Azərbaycana keçirmək istəyən "Duty Free"nin keçmiş əməkdaşlarının cinayət işi - TƏFƏRRÜAT
Dünən, 17:01 |
|
|
|
• MN-in Hərbi-Texniki Təchizat Baş İdarəsinin rəisi vəzifəsi Fərid Əliyevə həvalə edilib - ƏMR
Dünən, 16:40 |
|
|
|
• "Adamın Lənkərana qonağı gələndə utanır..." - FAKT BUDUR!
Dünən, 16:39 |
|
|
|
• Vergi borcu olan şirkət rəhbərinin ölkədən çıxışına qadağa qoyula bilər - TƏFƏRRÜAT
Dünən, 16:25 |
|
|
|
• Bir sıra birinci instansiya məhkəmələrinə hakimlər təyin edilib - SƏRƏNCAM
Dünən, 16:22 |
|
|
|
• Yüksək bal toplayan müəllimlərə YENİ GÜZƏŞTLƏR?
Dünən, 16:04 |
|
|
|
• Azərbaycanda polislərin maaşı gələn il artırıla bilər
Dünən, 15:55 |
|
|
|
• Nə vaxt və kimdən təzminat ala bilərik? - Vəkil danışdı
Dünən, 15:40 |
|
|
|
• Azərbaycan Ordusunun Baş Qərargah rəisi Pakistanda işgüzar səfərdədir
Dünən, 15:35 |
|
|
|
• “Düşünürlər, deputat kiminsə evinin damını düzəltməlidir…” – Tənzilə Rüstəmxanlı
Dünən, 15:33 |
|
|
|
• Qarpız satan şərikinin arvadıyla "eşq" yaşadı: - "Gördüm darvazanın ağzında..."
Dünən, 15:30 |
|
|
|
• Onlar da Əfqanıstanda döyüşüb, ora at sürməyə getməyiblər ki? - Siyavuş Novruzov
Dünən, 15:25 |
|
|
|
• "Çantalara iş imitasiyası yaratmaq üçün lent yapışdırırlar" - Aparıcı DGK ilə bağlı araşdırma aparılmasını tələb edir
Dünən, 15:23 |
|
|
|
• “Unibank”da yeni təyinat - ƏMR
Dünən, 15:19 |
|
|
|
• "Bolt" gediş haqqını niyə ikiqat çıxır? – Əlavə vəsaitin tutulması...
Dünən, 15:15 |
|
|
|
• Rayon xəstəxanalarında ölümlər buna görə çoxalıb – Həkimdən şok açıqlama
Dünən, 15:11 |
|
|
|
• Bakıdan qaçan Pallone görün nə dedi – Paşinyan da gəlsəydi, qovulardı?..
Dünən, 15:03 |
|
|
|
• İki təqaüdçü daxil 4 nəfəri piramida şəbəkəsinə cəlb etdi - Həbs olundu
Dünən, 14:43 |
|
|
|
• Paşinyan Vatikandan dəstək umur - ŞƏRH
Dünən, 14:00 |
|
|
|
• "BMT-nin Komissiyasında qətnamənin qəbul edilməsi itkin düşmüş soydaşlarımızın taleyini müəyyənləşdirəcək"
Dünən, 13:58 |
|
|
|
• “Çox insanlar tənqidlə təhqir etməyi səhv salırlar”
Dünən, 13:20 |
|
|
|
• Ermənistan və Türkiyə diplomatları görüşdü – Sərhədlər açılacaq?
Dünən, 13:09 |
|
|
|
• Aİ-nin müşahidə missiyası Azərbaycanla sərhəddən gedir? - Rəsmi açıqlama
Dünən, 13:04 |
|
|
|
• Kiyevin Qərbin qeyri-nüvə raketlərindən Rusiyaya qarşı istifadə etməsi nüvə reaksiyasına səbəb ola bilər - Kreml açıq şəkildə HƏDƏLƏDİ
Dünən, 13:02 |
|
|
|
• Paşinyan Alagöz dağını paylaşdı, ermənilər etiraz etdi - FOTO
Dünən, 12:59 |
|
|
|
• Təhlükəli proses başlayır, Ermənistan ordusu... - Abramyan
Dünən, 12:56 |
|
|
|
|