Oliqarx-məmurlar daha bir asan qazanc ünvanlarını itirirlər... - Avtosalon biznesi bir ələ cəmləşir?
Tarix: 13-08-2015, 12:44 | Çap et
Avtomobillərin bahalaşması və kredit şərtlərinin sərtləşdirilməsi nəticəsində avtomobillərin satışı 55%, yeni avtomobillərin satışı isə 80%-ə yaxın azalıb. Bu barədə KİA Motors Azərbaycan şirkətinin icraçı direktoru Zəka Əlibəyov bildirib. Şirkət rəsmisinin sözlərinə görə, satışların azalması səbəbindən “KİA Motors” bəzi satış mərkəzlərini bağlamalı olub, bu proses davam edəcək. Z.Əlibəyov deyib ki, “Avtomobillərin qiymətlərinin artması və kredit şərtlərinin çətinləşdirilməsi satışları 50-55 % azaldıb. Yeni avtomobil bazarında isə azalma 75- 80 %-dir. Bizdə isə ötən illə müqayisədə 50-60 % azalma müşahidə olunurdu. Ancaq iyun ayından etibarən reklama üstünlük verdik. Yay endirim kampaniyalarına başlamışıq. Və nəticədə may ayı ilə müqayisədə iyun ayında satışlarımız 20 %-ə yaxın artıb. İyul ayında da bir o qədər artım müşahidə olunur”. “Avtomobil bazarındakı krizis “KİA Motors Azərbaycan”a necə təsir göstərib” sualına cavabda şirkət rəsmisi bildirib: “Satışlar azaldığı üçün Badamdar, “Amay Ticarət Mərkəzi”nin yaxınlığında və Masallıdakı rəsmi dillerlərimiz bağlanıb. Bu normal haldır ki, satışlar azalanda xərcləri ödəyə bilmədiyi üçün dillerlər bağlanır. İlin sonuna kimi də 2-3 rəsmi dillerin də bağlanması gözlənilir”. Vəziyyətdən çıxış yolu olaraq daha ucuz modellərin gətirilməsi məqsədəuyğundurmu? Bu suala cavab olaraq, Z. Əlibəyov deyib ki, satışların payına görə əvvəlki modellərlə ilə müqayisədə fərq yoxdur: “Bizdə hər zaman yaxşı satılan avtomobillər sırasında “Rio”, “Cerato” və “Sportage” olub. Əvvəl bu modellərdə maraq necə idisə indi də elədir. Yəni satışların artırılmasını bununla bağlamaq olmaz. Əvvəlcə satışlar yaxşı olanda rəsmi dillerlər daha arxayın işləyirdi. Ancaq hazırkı krizis işin səmərəsini artırır. Məsələn, xarici zavodlarda bir avtomobili 5 nəfər yığırsa, sovet dönəmində bu işi 10 nəfər görürdü. Krizis olduqca fikirləşiblər ki, 3 işi bir nəfər görə bilirlərsə, digər işçiləri ixtisar etmək lazımdır. Ona görə də, rəsmi dillerlər müasirləşməlidir. Reklama, marketinq tədbirlərinə üstünlük verməlidir. Alıcı üzərində mübarizə olmalıdır. Azərbaycan avtomobil bazarının potensialı çox böyükdür. Təxminən 1000 nəfərə 100-110 avtomobil düşür ki, digər ölkələrlə müqayisədə çox aşağı göstəricidir. Müştəri potensialını daha ağıllı yollarla özünə cəlb etmək lazımdır. Bundan əlavə avtomobil kreditlərində ilkin ödənişi orta hesabla 50 %-yə yaxındır. Bu isə böyük məbləğdir. Dövlət ilkin ödənişin məbləğini 20-30 % civarında müəyyənləşməsində dəstək göstərsə, bu rəsmi dillerlərin vəziyyətini bir qədər yaxşılaşdırar”. Qeyd edək ki, Azərbaycanda avtomobil satışını həyata keçirən rəsmi dilerlərin arxasında bir qayda olaraq, nüfuzlu məmurlar dayanırlar. Onlar belə dilerləri ya himayə edir, ya da həmin dilerlər birbaşa hansısa oliqarx-məmurun biznes imperiyasına daxil olur. “Unikal”ın araşdırmasına görə, Azərbaycanın avtomobil bazarında yüksək paya sahib olan nazirlər, nazir müavinləri, hətta icra başçıları var. Bundan başqa, sabiq əmək və əhalinin sosial müdafiəsi naziri Füzuli Ələkbərov bir sıra tanınmış, eyni zamanda bahalı, bir çox hallarda dəyəri hətta 1 milyon dollara çatan avtomobillərin idxalını və satışını həyata keçirməklə məşğuldur. İndi isə görünən budur ki, ölkənin neft hasilatının aşağı düşməsi, neft qiymətlərinin kəskin azalması, manatın devalvasiyası və bu kimi bir sıra başqa amillər bəzi iri məmurların daha bir ciddi gəlir mənbəyini sıradan çıxarır. Onların birbaşa və dolayı yolla nəzarətində olan avtosalonlar bağlanmağa, dilerlər öz fəaliyyətinə xitam verməyə başlayıb. Prosesin davamlı olacağı və dilerlərin qapanmasının davam edəcəyi artıq bu sahənin içində olan şəxslər tərəfindən açıq şəkildə dilə gətirilirsə, vəziyyətin ciddiliyi və ağırlığı aydındır. Bir sözlə, bu gedişlə biz bəzi oliqarx-məmurlarımızın maliyyə qaynaqları, gəlir mənbələri, maddi resurslar baxımından tədricən tamamilə çöküşünü izləyə bilərik.
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• “Azərişıq” 1,5 milyon manatlıq tenderinin - QALİBİNİ AÇIQLADI
Bu gün, 00:05 |
|
|
|
• Bu şirkət Qubadlıda 117,3 hektar ərazini suvaracaq, 1 milyona yaxın - PUL QAZANACAQ
Bu gün, 00:02 |
|
|
|
• Azərbaycana qarşı plan üzə çıxır: - “Sülhə mane olmaq üçün...”
Dünən, 19:00 |
|
|
|
• Rusiya nüvə silahı tətbiq edə bilərmi? - AKTUAL
Dünən, 18:11 |
|
|
|
• Sən Allah, gedin ayıbınıza kor olun...
Dünən, 18:06 |
|
|
|
• “Səhiyyəmizdəki problemləri paylaşdığım üçün səhifəm bağlandı” - AXI NİYƏ?..
Dünən, 18:03 |
|
|
|
• İki nazir Paşinyanın həyat yoldaşının fondundan ayrılıb - KİV
Dünən, 18:00 |
|
|
|
• Bakı Avropa Liseyi direktoru cərimələnir - BUNA GÖRƏ...
Dünən, 17:58 |
|
|
|
• Vitse-Spikerin köməkçisi hakim təyin edildi - FOTO
Dünən, 17:58 |
|
|
|
• Tərtərdə "Azərbaycan Bayrağı" ordenli Elnur Salahovun qardaşının toy mərasimi keçirilib - FOTO
Dünən, 17:55 |
|
|
|
• SDU-da işdən çıxarılan fəlsəfə doktoru məhkəməyə üz tutdu - QALMAQAL
Dünən, 17:52 |
|
|
|
• Qadın ərinin dayısı oğluna şəkillərini göndərdi, gecəyarısı isə… - TƏFƏRRÜAT
Dünən, 17:43 |
|
|
|
• Paşinyan revanşist rəqiblərini SIRADAN ÇIXARIR
Dünən, 17:37 |
|
|
|
• “Müharibədə yalnız Putin günahkar deyil” - Zelenski
Dünən, 17:34 |
|
|
|
• Aktyor Müşfiq Şahverdiyev məhkum edildi - TƏFƏRRÜAT
Dünən, 17:32 |
|
|
|
• İranın 40 illik casus şəbəkəsi aktivləşdi: Risk var, təqib başladı - İLGİNC
Dünən, 17:29 |
|
|
|
• "Başım toylara qarışdı, ikinci övladım olmadı"
Dünən, 17:27 |
|
|
|
• Paşinyan üçün son seçim: Referenduma getmədən Bakının tələbi icra edilir - NƏ BAŞ VERİR?
Dünən, 17:22 |
|
|
|
• Turizm mərkəzi 529 minlik spesifik xüsusi geyimləri - BU ŞİRKƏTDƏN ALDI
Dünən, 17:19 |
|
|
|
• “Milli dövlətçiliyi dağıtmaq üçün qadınlardan istifadə edilir” - Akif İslamzadə
Dünən, 17:14 |
|
|
|
• I, yoxsa II Qarabağ müharibəsində daha çox veteran olub? – Rəsmi məlumat
Dünən, 17:12 |
|
|
|
• "Nazir olmayan yerdə nazirdir..." - FAKT BELƏDİR...
Dünən, 17:09 |
|
|
|
• Konqresmensayağı abırsızlıq: - yaxud Pallonenin pulunu verin kirisin, haylar!
Dünən, 17:06 |
|
|
|
• Ağdam şəhərində 23,7 milyon manatlıq layihənin icrasına başlanılır
Dünən, 17:04 |
|
|
|
• 101 minlik qızılı Azərbaycana keçirmək istəyən "Duty Free"nin keçmiş əməkdaşlarının cinayət işi - TƏFƏRRÜAT
Dünən, 17:01 |
|
|
|
• MN-in Hərbi-Texniki Təchizat Baş İdarəsinin rəisi vəzifəsi Fərid Əliyevə həvalə edilib - ƏMR
Dünən, 16:40 |
|
|
|
• "Adamın Lənkərana qonağı gələndə utanır..." - FAKT BUDUR!
Dünən, 16:39 |
|
|
|
• Vergi borcu olan şirkət rəhbərinin ölkədən çıxışına qadağa qoyula bilər - TƏFƏRRÜAT
Dünən, 16:25 |
|
|
|
• Bir sıra birinci instansiya məhkəmələrinə hakimlər təyin edilib - SƏRƏNCAM
Dünən, 16:22 |
|
|
|
• Yüksək bal toplayan müəllimlərə YENİ GÜZƏŞTLƏR?
Dünən, 16:04 |
|
|
|
• Azərbaycanda polislərin maaşı gələn il artırıla bilər
Dünən, 15:55 |
|
|
|
• Nə vaxt və kimdən təzminat ala bilərik? - Vəkil danışdı
Dünən, 15:40 |
|
|
|
• Azərbaycan Ordusunun Baş Qərargah rəisi Pakistanda işgüzar səfərdədir
Dünən, 15:35 |
|
|
|
• “Düşünürlər, deputat kiminsə evinin damını düzəltməlidir…” – Tənzilə Rüstəmxanlı
Dünən, 15:33 |
|
|
|
• Qarpız satan şərikinin arvadıyla "eşq" yaşadı: - "Gördüm darvazanın ağzında..."
Dünən, 15:30 |
|
|
|
• Onlar da Əfqanıstanda döyüşüb, ora at sürməyə getməyiblər ki? - Siyavuş Novruzov
Dünən, 15:25 |
|
|
|
• "Çantalara iş imitasiyası yaratmaq üçün lent yapışdırırlar" - Aparıcı DGK ilə bağlı araşdırma aparılmasını tələb edir
Dünən, 15:23 |
|
|
|
• “Unibank”da yeni təyinat - ƏMR
Dünən, 15:19 |
|
|
|
• "Bolt" gediş haqqını niyə ikiqat çıxır? – Əlavə vəsaitin tutulması...
Dünən, 15:15 |
|
|
|
• Rayon xəstəxanalarında ölümlər buna görə çoxalıb – Həkimdən şok açıqlama
Dünən, 15:11 |
|
|
|
• Bakıdan qaçan Pallone görün nə dedi – Paşinyan da gəlsəydi, qovulardı?..
Dünən, 15:03 |
|
|
|
• İki təqaüdçü daxil 4 nəfəri piramida şəbəkəsinə cəlb etdi - Həbs olundu
Dünən, 14:43 |
|
|
|
• Paşinyan Vatikandan dəstək umur - ŞƏRH
Dünən, 14:00 |
|
|
|
• "BMT-nin Komissiyasında qətnamənin qəbul edilməsi itkin düşmüş soydaşlarımızın taleyini müəyyənləşdirəcək"
Dünən, 13:58 |
|
|
|
• “Çox insanlar tənqidlə təhqir etməyi səhv salırlar”
Dünən, 13:20 |
|
|
|
• Ermənistan və Türkiyə diplomatları görüşdü – Sərhədlər açılacaq?
Dünən, 13:09 |
|
|
|
• Aİ-nin müşahidə missiyası Azərbaycanla sərhəddən gedir? - Rəsmi açıqlama
Dünən, 13:04 |
|
|
|
• Kiyevin Qərbin qeyri-nüvə raketlərindən Rusiyaya qarşı istifadə etməsi nüvə reaksiyasına səbəb ola bilər - Kreml açıq şəkildə HƏDƏLƏDİ
Dünən, 13:02 |
|
|
|
• Paşinyan Alagöz dağını paylaşdı, ermənilər etiraz etdi - FOTO
Dünən, 12:59 |
|
|
|
• Təhlükəli proses başlayır, Ermənistan ordusu... - Abramyan
Dünən, 12:56 |
|
|
|
|