Gədəbəyin icra başçısı özünə yığışacaqmı... - Əgər sahibkar yenə də əzilirsə...
Tarix: 22-10-2015, 11:17 | Çap et
Bu günədək Gədəbəyin möcüzələr diyarı olması haqda nələrisə eşitmişdik, amma əsl həqiqətlər haqda o qədər də xəbərdar deyildik. Elə ki, bir çox sahibkarlar kimi, əslən Gədəbəy rayonundan olan Əliyev Oqtay Qara oğluna məxsus 38 kvm-lik mağaza da, 12 fevral 2015-ci il tarixdə rayon rəhbərliyinin vermiş olduğu qanunsuz tapşırıq əsasında yerlə-yeksan edildi, o halda bilib başa düşdük ki, belə bir olayların baş verməsini eşitdikcə, heç də hər kəs təəccüblənməməlidir. Çünki, bu günədək təkcə Oqtay Əliyev deyil, neçə-neçə sahibkarlar Ramiz Yediyarovun tətbiq etdiyi zorakı idarəçiliyin iztirabından zinhara gəlmiş və son anda olmazın müsibətlərlə də üz-üzə qalmışlar. Məsələn, Oqtay Əliyevin mağazasını icra başçısından aldığı tapşırıq əsasında yerlə-yeksan etdirən və bu gün də Gədəbəy şəhər icra nümayəndəliyinə rəhbərlik edən Şahbaz Bayramovdan soruşmaq lazımdır ki, mağazanın içərisində, hansı ki, ərzaqla dolu dəmirdən olan seyf anbarı neynəyib? Əgər bunun araşdırılmasına ehtiyac yaranarsa, o halda “Rabitə Bank”a müraciət edib, vaxtilə həyata keçirilmiş çəklişlərə bir daha istinad etmək olar.
Onu da qeyd edək ki, Oqtay Əliyev ötən ilin sentyabrında ona məxsus mağazanın söküləcəyi barədə əvvəlcədən xəbər tutur və dərhal “Rabitə Bank”ın rəhbərliyinə bu haqda məlumat da verir. Çünki, o, mağazasını vaxtilə banka girov qoymuş və sahibkarlıq fəaliyyətini daha da genişləndirmək məqsədilə, qeyd olunan bankdan 50 min manat məbləğində kredit götürübmüş. Bank rəhbərliyi çox keçmir ki, səlahiyyət verdiyi Mansur Osmanovun icra başçısı ilə görüşməsini və problemin varlığına birlikdə aydınlıq gətirilməsi qərarına gəlir. Və həmin şəxs də, məlumatı verən Oqtay Əliyevlə Ramiz Yediyarovun qəbulunda olub, onun iştirakı ilə birlikdə müzakirə aparmaq istəsə də, həmin vaxt elə şərait yaradılır ki, Mansur müəllim icra başçısı ilə təkbətək görüşməli olur. Ümumi söhbət zamanı icra başçısı bankın səlahiyyətlisinə bildirir ki, “biz mağazaya onun qiymətləndirilmiş dəyəri məbləğində kompensasiya verə bilməyəcəyik. Hətta, bu barədə fikirləşib ona məlumat verilməsi üçün, Ramiz Yediyarov şəxsi mobil nömrəsini Mansur Osmanova da verir. Elə ki, ümumi söhbətin məğzi barədə Oqtay Əliyev ətraflı məlumatlandırılır və o, həmin an bankın səlahiyyətlilərinə bildirir ki, “mən artıq heçnə istəmirəm. Yalnız istəyim sahiblik etdiyim və tam mülkiyyətimdə olan mağazamın dəyərləndirilmiş qiymətini, xarab edilmiş ərzaqla bərabər, tam yarasız hala salınmış şəxsi avadanlıqlarımın müəyyən edilmiş dəyərini, mağazada qalan otuz illik hesabat sənədlərimi tələb edirəm. Bu mənim həm haqqım, həm də qanunla müəyyən edilmiş hüququmdur” deyir.
Faciəli hal odur ki, olmazın olaylarla üz-üzə qalan Oqtay Əliyevin, bu günədək döymədiyi qapı, narahat etmədiyi vəzifə sahibləri qalmayıb. Amma, nə fayda! Çünki, sahibkarlıq fəaliyyəti ilə məşğul olan bu şəxsin, ötən səkkiz ay müddətində ayrı-ayrı qurumlara ünvanladığı müraciətlərə bir kimsə, o cümlədən rayon rəhbərliyi də cavab vermir. Belə olan halda ortaya çoxsaylı suallar çıxır ki, görəsən Ramiz Yediyarov və digər vəzifə sahibləri kimə arxalanırlar ki, bu qədər saymazyanalıq edirlər?
Onu da qeyd edək ki, Oqtay Əliyev etdiyi müraciətlə bağlı bu ilin 01 oktyabr günü PA olur və təsadüf nəticəsində Ramiz Yediyarovla həmin qurumda üz-üzə gəlir. Heç on dəqiqə vaxt keçmir ki, ona icra hakimiyyəti aparatında aparıcı vəzifə sahibi olan şəxs tərəfindən iki dəfə zəng olunur və bildirilir ki, “sən ora getmə, gəl bura, üzləşdiyin problemləri biz burada həll edəcəyik”. Həmin vəzifə sahibinin etdiyi telefon zəngi əsasında o, 02 oktyabrda Gədəbəydə olur və istəyir ki, şəxsən Ramiz Yediyarovla görüşüb üzləşdiyi problemlərin varlığına birlikdə aydınlıq gətirə bilsin. Çox təəssüflər olsun ki, nahar fasiləsindən sonra Oqtay Əliyev təkrar icra hakimiyyəti aparatına getsə də, o rəhbərliklə deyil, müavinlə görüşməli olur. Çünki, Oqtay Əliyevin istəyini icra başçısına çatdıran müavin, son anda rəhbərliyin yanından əliboş qayıdır.
Buna səbəb “mənim onu qəbul etməyə vaxtım yoxdur” deyə, icra başçısının verdiyi tapşırıq əsas gətirilir. O, 05 oktyabr günü səhər saatlarında təkrar Gədəbəydə olsa da, yenə də oxşar stiuasiya ilə üz-üzə qalır. Yəni, başçı bu dəfə də onu qəbul etmir. Baxmayaraq ki, bu ilin 14 sentyabr günü Oqtay Əliyev PA olarkən, həmin qurumun yüksək çinli vəzifə sahibləri ona bildirirlər ki, “sənin müraciətlərinə baxmışıq və problemlərinin həlli üçün Gədəbəy rayon rəhbərliyinə müvafiq tapşırıqlarımızı da vermişik. Sən get ora, rəhbərlik səni qəbul edib problemlərinin həllinə köməklik edəcək” deyirlər.
Artıq Ramiz Yediyarovun bu cür addımları onu sübut etməyə tam əsas verir ki, o, PA-nın səlahiyyətlilərini də saya salmır. Bu da birbaşa ölkə rəhbərinin yürütdüyü siyasətə xəyanət etməkdən başqa bir şey deyil. Çünki, cənab İlham Əliyev dəfələrlə televiziya çıxışlarında vurğulayıb ki, “mən kimi hansı vəzifəyə təyin edirəmsə, ilk növbədə belə bir tapşırığımı verirəm ki, gedin əhali ilə işləməyi bacarın, onların problemlərini həll edin, qayğılarına qalın” deyir. Bu belə olduğu halda, görəsən ölkə rəhbərinin verdiyi tapşırıq niyə Gədəbəydə yerinə yetirilmir? 35 ilik iş təcrübəsi olan sahibkar, bu gün səbəb nədir ki, problemlərinin həlli üçün qapıları döyməyə məcbur qalır?
Bir məqama da toxunaq ki, Oqtay Əliyev 05 oktyabr günü Gədəbəydə olarkən, ona növbəti dəfə “tor” qurulduğunu hiss edir və tez də rayonu tərk etməyə məcbur olur. Çünki, o, haqqını tələb etmək məqsədilə, bu ilin 20 iyun günü icra hakimiyyətində olarkən, rayon rəhbərliyinin hüquq-mühafizə orqanı əməkdaşlarına vermiş olduğu tapşırıq əsasında, onu 15 sutka həbs də edirlər. Guya ki, həmin gün Oqtay Əliyev xırda xuliqanlığa yol vermiş və ictimai asayişi də hansısa formada pozubmuş.
Diqqəti cəlb edən hal odur ki, “Rabitə Bank” bu gün də Oqtay Əliyevlə qərəzçiliyə getmir və öz nümayəndəsini nə vaxt icra hakimiyyətinə göndərirsə, həmin şəxsə qeyd olunan qurumdan yalnız boş-boş vədlər verilir. Belə olan halda bankın səlahiyyətliləri ona bildirirlər ki, “əgər istəyirsənsə səni efirə çıxaraq və efirdə qanuni sənəd-sübutunla danış. Qoy hər kəs, o cümlədən ölkə rəhbəri də, Gədəbəydə tətbiq olunan və əksər sahibkarları gözümçıxdıya salan Ramiz Yediyarovun zorakı idarəçiliyi haqda, ətraflı məlumat əldə edə bilsin”.
Bütün bunlara baxmayaraq, problemlərinin həll olunacağına hələ də ümid bəsləyən Oqtay Əliyev, bu gün də inanır ki, haqq-ədalət qalib gələcək və Azərbaycan qanunlarının aliliyi, ona üzləşdiyi problemlərin həllində yardımçı da olacaq.
Bu gün elə bir vəziyyət əmələ gəlib ki, təkcə Oqtay Əliyev deyil, Ramiz Yediyarov idarəçiliyindən zinhara gələn və əslən Gədəbəydən olan Mahmudov Natiq Nuru oğlu, Səfərov Vaqif Qara oğlu, Sarıyev Mübariz İsrafil oğlu, Əbilov Nizami Xəlil oğlu, Məmmədov Qasım Nəriman oğlu, Qafarov Elyar Həşim oğlu, Elman İbrahimov və digər şəxslər, artıq qərara gəliblər ki, yaxın vaxtlarda 40-50 nəfər ailə üzvlərinin iştirafı ilə birlikdə PA-nın qarşısında etiraz aksiyası keçirsinlər.
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Moskva və Vaşinqton arasındakı qaynar xətt istifadə olunmur - Peskov
Bu gün, 07:28 |
|
|
|
• Azərbaycanda cəmi 9 min əcnəbi tələbə var - ŞƏRH
Bu gün, 07:14 |
|
|
|
• 4 ildir ki haqqı tapdanan Qazimiz .. - GİLEY
Bu gün, 07:10 |
|
|
|
• Bankdan xarici valyuta alan vergi ödəyicisi üçün məzənnə fərqi xərc kimi nəzərə alınırmı? - AKTUAL
Bu gün, 06:56 |
|
|
|
• Qarakənd faciəsindən 33 il ötür - UNUTMARIQ!
Bu gün, 06:43 |
|
|
|
• Sabunçuda kim nə gəldi edir? - FOTOFAKT
Bu gün, 06:39 |
|
|
|
• Yaşlı qadını aldadaraq, evini bankda girov qoydular... - BU NƏDİ BELƏ?
Bu gün, 06:32 |
|
|
|
• “Bu gün deyə bilərik ki, məqsədimizə nail olduq” - deputat
Bu gün, 06:23 |
|
|
|
• "Bəzi məmurlar dövlət və xalq arasındakı güvəni məhv edir" - FAKT BUDUR!
Bu gün, 06:20 |
|
|
|
• "Mən xəngəl, piti yemirəm... - ...Xaşı heç dilimə vurmaram"
Bu gün, 06:15 |
|
|
|
• Dörd ölkənin generalı Bakıda görüşür? – Azərbaycan müharibənin dayanması üçün…
Bu gün, 06:10 |
|
|
|
• Baş nazir avtoritar hakimiyyət qurmağı sınaqdan keçirir, yoxsa... - Paşinyan nəyə hazırlaşır?
Bu gün, 06:06 |
|
|
|
• Putin qorxusundan Rio-de-Janeyroya getmədi, Cinpin xəbərdarlıq etdi, Bayden isə...
Bu gün, 06:03 |
|
|
|
• “NATO ölkələri hərbi xərclərini 340 milyard dollar artıra bilər” - "Bloomberg"
Bu gün, 06:00 |
|
|
|
• “Azərişıq” 1,5 milyon manatlıq tenderinin - QALİBİNİ AÇIQLADI
Bu gün, 00:05 |
|
|
|
• Bu şirkət Qubadlıda 117,3 hektar ərazini suvaracaq, 1 milyona yaxın - PUL QAZANACAQ
Bu gün, 00:02 |
|
|
|
• Azərbaycana qarşı plan üzə çıxır: - “Sülhə mane olmaq üçün...”
Dünən, 19:00 |
|
|
|
• Rusiya nüvə silahı tətbiq edə bilərmi? - AKTUAL
Dünən, 18:11 |
|
|
|
• Sən Allah, gedin ayıbınıza kor olun...
Dünən, 18:06 |
|
|
|
• “Səhiyyəmizdəki problemləri paylaşdığım üçün səhifəm bağlandı” - AXI NİYƏ?..
Dünən, 18:03 |
|
|
|
• İki nazir Paşinyanın həyat yoldaşının fondundan ayrılıb - KİV
Dünən, 18:00 |
|
|
|
• Bakı Avropa Liseyi direktoru cərimələnir - BUNA GÖRƏ...
Dünən, 17:58 |
|
|
|
• Vitse-Spikerin köməkçisi hakim təyin edildi - FOTO
Dünən, 17:58 |
|
|
|
• Tərtərdə "Azərbaycan Bayrağı" ordenli Elnur Salahovun qardaşının toy mərasimi keçirilib - FOTO
Dünən, 17:55 |
|
|
|
• SDU-da işdən çıxarılan fəlsəfə doktoru məhkəməyə üz tutdu - QALMAQAL
Dünən, 17:52 |
|
|
|
• Qadın ərinin dayısı oğluna şəkillərini göndərdi, gecəyarısı isə… - TƏFƏRRÜAT
Dünən, 17:43 |
|
|
|
• Paşinyan revanşist rəqiblərini SIRADAN ÇIXARIR
Dünən, 17:37 |
|
|
|
• “Müharibədə yalnız Putin günahkar deyil” - Zelenski
Dünən, 17:34 |
|
|
|
• Aktyor Müşfiq Şahverdiyev məhkum edildi - TƏFƏRRÜAT
Dünən, 17:32 |
|
|
|
• İranın 40 illik casus şəbəkəsi aktivləşdi: Risk var, təqib başladı - İLGİNC
Dünən, 17:29 |
|
|
|
• "Başım toylara qarışdı, ikinci övladım olmadı"
Dünən, 17:27 |
|
|
|
• Paşinyan üçün son seçim: Referenduma getmədən Bakının tələbi icra edilir - NƏ BAŞ VERİR?
Dünən, 17:22 |
|
|
|
• Turizm mərkəzi 529 minlik spesifik xüsusi geyimləri - BU ŞİRKƏTDƏN ALDI
Dünən, 17:19 |
|
|
|
• “Milli dövlətçiliyi dağıtmaq üçün qadınlardan istifadə edilir” - Akif İslamzadə
Dünən, 17:14 |
|
|
|
• I, yoxsa II Qarabağ müharibəsində daha çox veteran olub? – Rəsmi məlumat
Dünən, 17:12 |
|
|
|
• "Nazir olmayan yerdə nazirdir..." - FAKT BELƏDİR...
Dünən, 17:09 |
|
|
|
• Konqresmensayağı abırsızlıq: - yaxud Pallonenin pulunu verin kirisin, haylar!
Dünən, 17:06 |
|
|
|
• Ağdam şəhərində 23,7 milyon manatlıq layihənin icrasına başlanılır
Dünən, 17:04 |
|
|
|
• 101 minlik qızılı Azərbaycana keçirmək istəyən "Duty Free"nin keçmiş əməkdaşlarının cinayət işi - TƏFƏRRÜAT
Dünən, 17:01 |
|
|
|
• MN-in Hərbi-Texniki Təchizat Baş İdarəsinin rəisi vəzifəsi Fərid Əliyevə həvalə edilib - ƏMR
Dünən, 16:40 |
|
|
|
• "Adamın Lənkərana qonağı gələndə utanır..." - FAKT BUDUR!
Dünən, 16:39 |
|
|
|
• Vergi borcu olan şirkət rəhbərinin ölkədən çıxışına qadağa qoyula bilər - TƏFƏRRÜAT
Dünən, 16:25 |
|
|
|
• Bir sıra birinci instansiya məhkəmələrinə hakimlər təyin edilib - SƏRƏNCAM
Dünən, 16:22 |
|
|
|
• Yüksək bal toplayan müəllimlərə YENİ GÜZƏŞTLƏR?
Dünən, 16:04 |
|
|
|
• Azərbaycanda polislərin maaşı gələn il artırıla bilər
Dünən, 15:55 |
|
|
|
• Nə vaxt və kimdən təzminat ala bilərik? - Vəkil danışdı
Dünən, 15:40 |
|
|
|
• Azərbaycan Ordusunun Baş Qərargah rəisi Pakistanda işgüzar səfərdədir
Dünən, 15:35 |
|
|
|
• “Düşünürlər, deputat kiminsə evinin damını düzəltməlidir…” – Tənzilə Rüstəmxanlı
Dünən, 15:33 |
|
|
|
• Qarpız satan şərikinin arvadıyla "eşq" yaşadı: - "Gördüm darvazanın ağzında..."
Dünən, 15:30 |
|
|
|
• Onlar da Əfqanıstanda döyüşüb, ora at sürməyə getməyiblər ki? - Siyavuş Novruzov
Dünən, 15:25 |
|
|
|
|