Eldar Mahmudovun vergidəki "sağ əli" də işdən atıldı - Təmizləmə davam edir...
Tarix: 24-10-2015, 13:07 |
Çap et
Azərbaycan Vergilər Nazirliyinin baş idarə rəisi işdən çıxarılıb.
APA-nın əldə etdiyi məlumata görə, Vergilər Nazirliyinin cinayət xarakterli vergi hüquqpozmalarının təhlili və vergi borclarının alınması işinin təşkili baş idarəsinin rəisi Vidadi Məmmədov vəzifəsindən azad edilib.
Hazırda Vergilər Nazirliyinin cinayət xarakterli vergi hüquqpozmalarının təhlili və vergi borclarının alınması işinin təşkili baş idarəsinin rəisi vəzifəsini Ramiz Ağayev icra edir.
Nazirliyin ictimaiyyətlə əlaqələr mərkəzindən məlumat almaq mümkün olmayıb.
DİA.AZ bildirir ki, Vidadi Məmmədovun adı həbs olunan MTN polkovniki İlqar Əlyevlə birgə hallanırdı...