AZAL “şef”i böhrandan çıxış yolunu tapdı - Pul xərcləməyəcək, vəssalam...
Tarix: 11-02-2016, 11:14 | Çap et
Neftin dünya bazarlarında kəskin ucuzlaşması və Azərbaycanın gəlirlərinin azalması nəticəsində manatın bir il ərzində iki dəfə kəskin devalvasiyaya uğraması oliqarxların maddi durumuna da ciddi təsir göstərib. Bu səbəbdən də onlar bir çox əlavə xərcləri ixtisara salmağa qərar veriblər.
Belə iri məmurlardan biri də “Azərbaycan Hava Yolları” QSC-nin (AZAL) prezidenti Cahangir Əsgərovdur. O, idman sahəsinə ayırdığı pulları öncə azaltmaq, sonra da tamamilə dayandırmaq fikrindədir. Məsələ burasındadır ki, dünən yayılan məlumata görə, AZAL İdman Klubu ləğv olunub. Vergilər Nazirliyinin verdiyi məlumata görə, kreditorlar tələblərini iki ay ərzində Heydər Əliyev Beynəlxalq Hava Limanında yerləşən AZAL İdman Klubuna ünvanlaya bilərlər. Klub Azərbaycanın ağırlıqqaldırma üzrə yığma komandasının bazası sayılırdı. Burada digər növlər üzrə bölmələr də fəaliyyət göstərirdi. AZAL fəaliyyətini 2014-cü ilin aprelində dayandırmışdı. Səbəb kimi klubda məşğul olan çoxlu sayda ağırlıqqaldıranın dopinq-testdən keçə bilməmələri göstərilmişdi. Klubun direktoru isə AZAL “şef”inin yaxın qohumu olan İsgəndər Əsgərov idi. Qeyd edək ki, AZAL idman klubunun ləğvinə baxmayaraq, eyniadlı futbol klubu fəaliyyətini davam etdirir. Futbol komandası ev oyunlarını "AZAL Arena"da keçirir. AZAL İdman Klubunun ləğvi məhz “Azərbaycan Hava Yolları” QSC-nin prezidentinin “qənaət siyasəti” ilə bağlıdır. Məsələ burasındadır ki, adıçəkilən idman klubuna AZAL rəhbəri maddi dəstək verirdi. Klubun ləğvi nəticəsində o, ciddi məbləğlərlə ifadə olunan xərclərdən qurtula biləcək. “Unikal”ın əldə etdiyi məlumata görə, Cahangir Əsgərov prezidenti olduğu Ağır Atletika Federasiyasının (AAF) da maliyyəsini əhəmiyyətli şəkildə azaldıb. Belə ki, hələ ötən ilin sentyabrında mətbuat yazırdı ki, adıçəkilən fedarasiya ağır günlərini yaşayır. “Baxmayaraq ki, noyabr ayında dünya çempionatı onları gözləyir. Federasiyaya yaxın mənbədən aldığımız məlumata görə, milli komandada vəziyyət heç də ürəkaçan deyil. Vaxtilə milli komandada can yandırmış bəzi idmançılar komandadan uzaqda qalıb. Ağır atletlərimizin özləri də bu durumdan şikayətçidir. Lazımı vitaminlərlə təmin edilməyən komandada, məşqlərdə də problemlər yaşanır” - deyə həmin vaxt bildirilirdi. Məlumatlarda qeyd olunurdu ki, federasiyanın özündə də maaş problemi hökm sürür. Maaşları verilməyən heyət məşqlərə qatılmaqdan imtina edir... Elə millinin tərkibində idmançıların durumu da ürək açan deyil - bir iki atleti çıxarmaq şərti ilə... Bizə daxil olan məlumatlarda ötən müddət ərzində AAF-ın maliyyələşdirilməsi ilə bağlı ortaya çıxan problemlərin nəinki aradan qaldırıldığı, hətta bir qədər də artdığı deyilir. İddia edilir ki, AZAL prezidenti rəhbəri və himayəçisi olduğu federasiya üçün ayırdığı pulları kəskin azaldıb. Ötən ay yayılan məlumatlarda bir daha təsdiqlənirdi ki, Ağır Atletika Federasiyasında böhranlı durum davam edir. Huyustonda keçirilən dünya çempionatında 6 idmançının qanında dopinq tapılması bir yana, federasiyada maliyyə çatışmazlığı da yaşanır. Federasiyanın adını açıqlamaq istəməyən yetkilisinin verdiyi məlumata görə, vəziyyət o qədər acınacaqlıdı ki, qurumun prezidenti Cahangir Əsgərov Avstriyanın Zaybersdrof şəhərində yerləşən laboratoriyaya olan borcunu ödəyə bilmir. Həmin vaxt mətbuata açıqlama verən yığmanın sabiq baş məşqçisi Vahid Nəzərov da faktı təsdiqləmişdi. Onun sözlərinə görə, borc o qədər də çox deyil - cəmisi 180 avro. Federasiya bu laboratoriyada bir neçə idmançıdan götürülən qan nümunələrini yoxlatdırıb, ancaq pulunu ödəməyib. Pulunu ala bilməyən laboratoriya rəhbərliyi bununla bağlı federasiyaya məktub göndərib. Nəzərov bildirib ki, laboratoriya hələ sentyabrda federasiyaya borcun ödənilməsilə bağlı xəbərdarlıq məktubu göndərib. Ancaq Cahangir Əsgərovun prezidenti olduğu federasiya borcu hələ də ödəməyib. Yuxarıdakı faktın özü də ölkədə yaşanan maliyyə böhranının Cahangir Əsgərov üçün ciddi fəsadlar yaratdığını və bu səbəbdən onun qənaət rejiminə keçdiyini, bu məqsədlə də idman sahəsinə ayırdığı pulları kəsdiyini təsdiqləyir. Nəticədə isə həm ölkənin ağır atletləri ciddi problemlərlə üzləşir, həm də xeyli insanın maaş və iş sarıdan çətinlikləri meydana gəlir.
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• “COP29-un Azərbaycana qazandıracağı perspektivlər geniş sahələri əhatə edir” - RƏY
Bu gün, 13:03 |
|
|
|
• Fitat Məmmədovanın nəvəsi faciəvi şəkildə öldü
Bu gün, 13:01 |
|
|
|
• Özəl klinikalar bu məsələdə dövlətə dəstək versələr... - AÇIQLAMA
Bu gün, 12:56 |
|
|
|
• Zoologiya institutu ilə Agentlik arasında məhkəmə çəkişməsi
Bu gün, 12:52 |
|
|
|
• Rəşad Dağlı həbs olunmadan bir neçə gün öncə... - FOTO
Bu gün, 12:49 |
|
|
|
• Azərbaycanda bu məşhurlara qarşı polis əməliyyat keçirə bilər — Adları qanunsuz mərc və şans oyunlarında hallanır...
Bu gün, 12:47 |
|
|
|
• “Dedim ki, Rəmiş, Ağdam alındı, gözündən yaş axıtdı... dedi ki, inanmıram...”
Bu gün, 12:37 |
|
|
|
• `Baku Electronics ` QARA CÜMƏYƏ QARA FİKİRLƏRLƏ GEDİR... - ETİRAZ VAR...
Bu gün, 12:26 |
|
|
|
• "Uşaqları meydançalarda vaxt keçirməyə təşviq etməliyik" - ÇAĞIRIŞ
Bu gün, 12:20 |
|
|
|
• "Partiyaların sayı çoxaldıqca vəsaitlərin bölüşdürülməsində problem yaşanır" - deputat
Bu gün, 12:15 |
|
|
|
• Paşinyan xaç oğlunu nazir təyin edir
Bu gün, 12:13 |
|
|
|
• Mirzoyanın yalanı üzə çıxdı - Bakı üçün gələn qonağı...
Bu gün, 12:10 |
|
|
|
• Mülayim cənub-qərb küləyi əsəcək - belə deyirlər...
Bu gün, 12:08 |
|
|
|
• Hərbi institutda elmi-praktik konfrans keçirilib
Bu gün, 12:06 |
|
|
|
• Kərə yağı niyə yenidən bahalaşmağa başlayıb - SİYAHI
Bu gün, 12:03 |
|
|
|
• Kənd təsərrüfatı texnikaları satan şirkət iki yerə bölündü
Bu gün, 12:00 |
|
|
|
• Keçmiş direktorun cinayət əməllərinin detalları - Saxtakarlıq, rüşvət və dələduzluq
Bu gün, 11:48 |
|
|
|
• Sahibkarın ölkədən çıxışına "stop" qoyulur - DETALLAR
Bu gün, 11:44 |
|
|
|
• Böyük şəbəkələr necə "pambıqla baş kəsir"? - DÖVLƏT SUBSİDİYA VERİR, SAHİBKAR BADAM BAĞINI LƏĞV EDİR
Bu gün, 11:40 |
|
|
|
• Bakı və İrəvan razılaşdı: Paşinyan son tələbi qəbul etdi - “Hraparak”
Bu gün, 11:24 |
|
|
|
• Əsrin duelindən kim qalib çıxacaq? - İNCƏLƏMƏ
Bu gün, 11:15 |
|
|
|
• Vətən müharibəsi iştirakçısı hakim təyin olunub
Bu gün, 11:09 |
|
|
|
• Azərbaycan-Pakistan hərbi əlaqələrinin yeni perspektivləri müzakirə edilib
Bu gün, 11:07 |
|
|
|
• Amerikalı konqresmen Bakıdan buna görə qaçıbmış - TƏFƏRRÜAT
Bu gün, 11:04 |
|
|
|
• "Məndən soruşursan ki, bu, Makrona niyə lazımdır?"
Bu gün, 11:00 |
|
|
|
• Deputat "Vətəndaş A" serialından danışdı - "Bu, çox müsbət haldır və dəyərləndirilməlidir..."
Bu gün, 10:50 |
|
|
|
• “Hovers Group” MMC Naxçıvandan 12 milyonluq tender uddu – Şirkətin arxası kimlərə bağlıdır?
Bu gün, 10:43 |
|
|
|
• COP29-da danışıqlar heç də asan keçməyib - Almaniya XİN rəhbəri
Bu gün, 10:40 |
|
|
|
• Təcili tədbirlər görülməzsə, turizm sektorunda da emissiyalar arta bilər - Fuad Nağıyev
Bu gün, 10:39 |
|
|
|
• "110 manat ödənişə məcbur etmək fiber-optik soyğunçuluq deyilmi?" - NARAZILIQ VAR...
Bu gün, 10:23 |
|
|
|
• İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin zərəri artıb - BÜDCƏYƏ YÜKƏ ÇEVRİLİR...
Bu gün, 10:19 |
|
|
|
• Minimum əmək haqqı təyin edilərkən bunlar mütləq nəzərə alınmalıdr... - ÇAĞIRIŞ
Bu gün, 10:13 |
|
|
|
• Ermənistanda referendumun keçirilməsi zəruridir - GƏLİŞMƏ
Bu gün, 10:01 |
|
|
|
• Enerji Məsələlərini Tənzimləmə Agentliyi sığortaçı seçib
Bu gün, 09:58 |
|
|
|
• "İsa Həbibbəylini, təəssüf ki, ölkənin nə elmi, nə də alimi maraqlandırır" - FAKT BUDUR!
Bu gün, 09:54 |
|
|
|
• Ermənistanıda daxili işlər naziri Sarkisyan olacaq - FOTO
Bu gün, 09:44 |
|
|
|
• Rusiya azərbaycanlı iş adamının oğlunun qəzasından danışır - VİDEO
Bu gün, 09:37 |
|
|
|
• “Biz bir simfonik əsəri sata bilmirik, o bir mahnı ilə...” - xalq artistindən ETİRAZ
Bu gün, 09:34 |
|
|
|
• Paşinyan seçim qarşısında: Bakının təkliflərinə cavab... - NƏ BAŞ VERİR?
Bu gün, 09:27 |
|
|
|
• Azərbaycan səfiri Fransa XİN-ə çağırıldı
Bu gün, 09:24 |
|
|
|
• Amilinin ZƏHƏRLİ AMALI... - REAKSİYALAR
Bu gün, 09:21 |
|
|
|
• "Aqroservis" ASC səhmdarlarının toplantısı keçiriləcək
Bu gün, 09:19 |
|
|
|
• Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinə sədr müavini təyin edilib - ƏMR
Bu gün, 09:18 |
|
|
|
• ADAU-da təhsilin evini yıxanlar KİMDİR? - İTTİHAM VAR...
Bu gün, 09:16 |
|
|
|
• "Məşədi Dadaş"ın imamına sui-qəsd etmək istəyən şəxs özünü 12-ci imam adlandırıb – MƏHKƏMƏ
Bu gün, 09:04 |
|
|
|
• Azərbaycana qarşı qlobal qara piarın pərdəarxası - ZİBİLƏ DÜŞMÜŞÜK...
Bu gün, 08:58 |
|
|
|
• Seul Şimali Koreya əsgərlərinin Rusiya tərəfdə döyüşə girdiyini açıqlayıb
Bu gün, 08:47 |
|
|
|
• Nikol niyə nazirləri işdən çıxarıb, Vatikana uçdu? – Sensasiya
Bu gün, 08:42 |
|
|
|
• ABŞ təkcə senatorlarını yox, itlərini də üstümüzə hürdürür… - Kiçik qrantların küçük sevdalıları…
Bu gün, 08:37 |
|
|
|
• “Rabitəbank”ın səhmdarları toplanır
Bu gün, 08:26 |
|
|
|
|