“AMAY” ŞEFİNİN DƏRDİ VAR
Tarix: 21-10-2011, 16:21 | Çap et
“DEMOKRAT”A ŞEVRİLƏN SAHİBKAR BAŞ PROKURORA YAZDI
Demokratik İslahatlara Vətəndaş Dəstəyi İctimai Birliyinin sədri Abdulla Abdullayevin Azərbaycan Respublikasının Baş Prokuroru Cənab Zakir Qaralova
Hörmətli Baş Prokuror!
Siz, Azərbaycan Respublikasının qanunvericilik hakimiyyətini həyata keçirən Milli Məclisi tərəfindən, Azərbaycan Respublikasının Prezidentinin təqdimatına əsasən, Azərbaycan Respublikasının Baş Prokuroru vəzifəsinə təyin olunmuşsunuz. Baş Prokuror, Prokurorluq haqqında Azərbaycan Respublikasının Qanunun 4-cü maddəsində nəzərdə tutulan vəzifələri yerinə yetirir, prokurorluq orqanlarına rəhbərlik edir, aşağı prokurorların qanuna zidd, əmr, göstəriş və digər aktlarını ləğv edir, dəyişdirir və ya geri götürür.
Tabeçiliyinizdə olan Korrupsiyaya qarşı Mübarizə İdarəsinin bir sıra əməkdaşlarının qanunsuz əməlləri barəsində biz dəfələrlə Sizi məlumatlandırsaqsa, prokurorluq tərəfindən heç bir əməli tədbir görülməmiş, ümumiyyətə müraciət və sorğularımız cavablandırılmamışdır. Müasir demokratik ölkələrdə, insanlar prokurorluq orqanlarına, pozulmuş hüquqlarının bərpa edilməsi və qorunması məqsədilə müraciət edirlər. Əgər, hüquq pozuntuları, hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən baş verirsə, hüquqları pozulan, haqsızlıqlara düçar olmuş bu zavallı insanlar kimlərə və hansı təşkilatlara müraciət etməlidirlər ki, onların haqq səsləri eşidilsin və düşdükləri acınacaqlı vəziyyətdən çıxarılsınlar.
Bir daha nəzərinizə çatdırırıq ki, Azərbaycan Respublikası Baş Prokurorluğu yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsi “Texnika Bank” ASC-nin əsassız şikayəti və erməni xislətli (özgəsinin əmlakını və mülkini zəbt etmək istəkli) himayədarlarının marağı və sifarişi əsasında vətəndaşlar: Kərimov Yusif Eldar oğlu və Məmmədov Zakir Tofiq oğlu barəsində Azərbaycan Respublikası CM-nin 178.3.2 ; 320.1 və 320.2-ci maddələri, Novruzov Elşən Firudin oğlu barəsində isə Azərbaycan Respublikası CM-nin 178.3.2 və 313-cü maddələri ilə cinayət işi başlamış və tamamlayaraq, 30 dekabr 2010-cu il tarixində, baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərmişdir. Məhkəmə təqsirləndirilən şəxslər barəsində ağır hökm çıxararaq, Kərimov Yusif Eldar oğlu və Məmmədov Zakir Tofiq oğlunu 10 (on) il müddətinə, Novruzov Elşən Firudin oğlunu isə 11 (on bir ) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum etmişdir.
Keçmiş məktublarımızda təqsirləndirilən şəxslərin əməllərində dələduzluq və sənədlərin saxtalaşdırması kimi cinayətlərin tərkibi olmamaqları barəsində kifayət qədər məntiqli faktları sadalamışdıq və yenidən fikirlərimizi təkrarlamaq istəmirəm. Ümumiyyətlə tərəflər arasında mülki qaydada həll olunmalı olan kreditin təyinatı üzrə istifadə olunmamağı ilə bağlı olan mübahisə, istintaq tərəfindən məqsədyönlü şəkildə şişirdilərək, cinayət işinə çevrilməsi istintaqın qərəzli olduğunu və sifarişlə işlədiyini sübuta yetirir. Dələduzluq, etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etməkdir. Əgər kredit verməni “Texnika Bank” ASC-nin özü təklif edirsə və istənilən məbləği, bir firmaya deyil, bir neçə firmaya verilməsi şərtini irəli sürürsə və bunu necə etməyin yolunu göstərirsə, burada hansı aldatmadan söhbət gedə bilər. Əksinə “Texnika Bank” ASC-nin verdiyi təkliflər, bankın hələ 2007-ci ildən düşünülmüş və planlı şəkildə himayədarlarının köməkliyi ilə həyata keçirməyə başladıqları “piramida” tipli dələduzluq cinayətindən xəbər verir. Yəni, “Texnika Bank” ASC firmaların etibarından sui-istifadə edərək əvvəl onlara küllü miqdarda kredit verir, sonra onları aldadaraq faiz borclarının ödənilməsi üçün yeni firmaların yaradılmasına inandırır, banka olan ümumi borcu artırır və bundan sonra münasib zaman və şəraitdə hücuma keçərək firmaların əmlak hüquqlarını əldə edir. Xüsusi proqramla düşünülmüş bu ssenaridə Azərbaycan Respublikası Baş Prokurorluğu yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsinə də məxsusi yer verilmişdir. Keçən müddət ərzində baş verənlərə nəzər yetirdikdə, istintaqın necə canfəşanlıqla onlara ayrılmış rolu ustalıqla oynadıqlarını görmək olur. Bunun üçün hətta hüquq elmində xüsusi biliyə malik olmağa da ehtiyac yoxdur. Tükü-tükdən seçən, vəzifələri korrupsiyaya qarşı mübarizə olan bir İdarənin əməkdaşları nədənsə bankın yuxarıda deyilən fırıldağını görmür, his etmir və onları məsuliyyətə cəlb etmək istəmirlər. Təəccüblü, həm də maraqlı olanı budur ki, apardıqları cinayət işlərində hamının əməllərini saf çürük etməklə qaşınmayan yerdən qan çıxartmağa qabil olan müstəntiqlər bir dəfə də olsa maraqlanmamışlar ki, birinə 5 manat pul verdikdə yüzlərlə sənəd toplayan bank əməkdaşları nəyin və kimlərin marağına uyğun olaraq heç bir fəaliyyət göstərməyən, hətta bir gün əvvəl yaradılmış firmalara küllü miqdarda kredit vermişlər. Bəlkə də, belə hal bir dəfə baş vermiş olsaydı, bunu təsadüf və ya da bank əmakdaşlarının aldanaraq, dələduzların qurbanı olmalarını demək olardı, ancaq belə halın, ardıcıllıqla 35 dəfə təkrarlanması “Texnika Bank”ın aldadılmasını deyil, əksinə bilərəkdən aldatmasını sübut edir. Bunu görməmək isə prokurorluq əməkdaşlarına başucalığı gətirmir, əksinə bu işdə onların xüsusi maraqlarının olmasını təsdiqləyir.
Müstəntiqlərin sifarişlə cinayət işinin başlamalarını sübut edən digər bir fakt isə, cinayət işinin hansı səbəbə görə, Azərbaycan Respublikası CM-nin 178 və 320–ci maddələri ilə başlanmasıdır. Belə ki, əgər kredit alanların əməlində cinayət tərkibi olsaydı, “Texnika Bank” ASC-nin şikayətində göstərildiyi kimi kreditdən təyinatı üzrə istifadə edilməməyinə görə, kredit alan firmaların məsul şəxsləri barəsində, Azərbaycan Respublikası CM-nin 195-ci maddəsi ilə cinayət işi başlanmalı və onların qanunsuz kredit alaraq onu təyinatı üzrə istifadə etməməkləri sübuta yetirilməli idi. İstintaq isə bilərəkdən buna getməmişdir. Çünki, bu maddə ilə cinayət işi aparıldıqda firma əməkdaşlarının heç bir cinayət əməlini törətmədikləri, əksinə “Texnika Bank” ASC–nin əməkdaşlarının cinayət törətdikləri aydınlaşar və sübuta yetirilərdi. Çünki, şikayətçi “Texnika Bank” ASC əməkdaşları heç bir məntiqlə, fəaliyyət göstərməyən firmalara kredit verilmə səbəblərini, kredit məbləğini bir dəfəyə və nağd şəkildə verilmə səbəblərini, verilmiş pulun bank köçürmələri vasitəsilə istifadə olunmasına israrlı olmamaqlarının səbəblərini və nəhayət, kredit resurslarının vaxtlı-vaxtında qaytarılması təhlükəsi duyduqda, verdiyi krediti Kredit Müqaviləsinin “kredit təminatı” bölümündə göstərilən qaydada girov (ipoteka) qoyulmuş əmlak hesabına təmin etməməklərini səbəblərini izah edə bilməzdilər. Başqa sözlə desək, bankın nəhayətsiz imkanları olsa da, o, bunları etməmişdir. Bankın bircə arzusu olmuşdur, nəyin bahasına olursa olsun başqasının küllü miqdarda əmlak və mülkini ələ keçirmək. Son illər ölkəmizdə rüşvətxorluğa və korrupsiyaya qarşı kəskin mübarizə başlanmışdır. Bu mübarizədə əsas rol oynamalı olan Azərbaycan Respublikası Baş Prokurorluğu yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsi isə, əksinə, mülki qaydada həll edilməli olan mübahisələri saxta cinayət işinə çevirərək, özlərini yorulmadan cənab İlham Əliyevin tapşırıq və göstərişlərini yerinə yetirməkdə israrlı olmalarını ictimaiyyətə aşılamaq istəyirlər. Siz, 4 fevralda keçirdiyiniz geniş kollegiya iclasında demişdiniz: “Korrupsiyaya qarşı mübarizəyə biz özümüzdən başlamalıyıq ki, başqalarından belə münasibət tələb etməyə, onların korrupsioner fəaliyyətlərini araşdırmağa mənəvi haqqımız olsun”. Yuxarıda söylədiyimiz faktdan tam aydın olur ki, prokurorluq orqanlarının bəzi nümayəndələri nəinki korrupsiya ilə mübarizə edir, əksinə nəyinsə naminə onları müdafiə edərək, məsum insanların hüquq və azadlıqlarına qəsd edirlər. Bu gün bəzi məmurların qanunsuz əməllərindən qorxuya düşmüş insanlar mülk və mal sahibi olmaqdan qorxur, fəaliyyətlərini dondururlar. Son vaxtlar Azərbaycan Respublikası Baş Prokurorluğu yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsi tərəfindən məhkəməyə göndərilən cinayət işləri dediklərimizi tam təsdiq edir. Prezident İlham Əliyev Qərb bölgəsinə səfəri zamanı vətəndaşlara müraciət edərək onları korrupsiyaya qarşı mübarizəyə səsləmişdir. Dövlət başçısının bu siyasi iradəsini, bir ictimai birlik olaraq dəstəkləyərək, onun yanındayıq və korrupsiyaya qurşanmış məmurların ifşa olunması üçün daim mübarizə aparacaq və bu yoldan Siz prokurorluq orqanlarından getdikdən sonra belə geri çəkilməyəcəyik. Bu məqsədlə qanun çərçivəsində bütün sənədləri toplayırıq. Haqlı müraciətlərimiz öz qanunu həllini tapmasa, biz Azərbaycan Respublikasının da qəbul etdiyi beynəlxalq qanunlar çərçivəsində, qaldırdığımız məsələlərin həllini reallaşdıracağıq.
Cənab Baş Prokuror!
Mərhum Ulu öndərimiz H. Əliyev demişdir: “Dövlət iki şeydən sarsılar: cinayətkar cəzasız qalanda, günahsız cəzalandırıldıqdа”.
Bu səbədən Sizə, Azərbaycan Respublikasının Baş Prokuroruna müraciət edir və ümidvarıq ki, Azərbaycanın dünyadakı nüfuzuna xələl gətirən məmurlar barəsində tədbir görəcək, onların cinayət məsuliyyətinə cəlb edilməsi barədə müvafiq göstəriş verəcək, Azərbaycanda Demokratiyanın möhkəmlənməsi, hüquqi islahatların həyata keçirilməsi, insan hüquq və azadlıqlarının qorunması naminə əlinizdən gələn köməkliyi əsirgəməyərək, günahsız insanlar barəsində əsassız ittihamlarla cinayət işlərinin aparılmasının qarşısını alacaqsınız.
Demokratik İslahatlara Vətəndaş Dəstəyi İctimai Birliyinin Sədri A. Abdullayev
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Təyyarə qəzası ilə bağlı ilginc məqam – Rusiyanın planı düz getmədi?
Bu gün, 23:54 |
|
|
|
• Əclaf Qaro Paylan bilirsinizmi kimdir? - Qasparyan
Bu gün, 23:52 |
|
|
|
• Xairə İslamdan Nicat haqda sərt ittihamlar - “Adımdan beh alır”
Bu gün, 23:50 |
|
|
|
• Paşinyan Azərbaycandan “yox” cavabı alacaq - GƏLİŞMƏ
Bu gün, 20:00 |
|
|
|
• "Bu müzakirələr mənə daha da stimul verdi..." - VİDEO
Bu gün, 19:56 |
|
|
|
• Azərbaycanda bu iki nazir postu boşdur - TƏYİNAT GÖZLƏNİLİR
Bu gün, 19:53 |
|
|
|
• Flora Kərimovanın vəkili Sevinc Heydərovanın lisenziyasının ləğvindən danışdı
Bu gün, 19:51 |
|
|
|
• "Avrasiya Hospitalı"nın sahibi ölkədən nə qədər valyuta çıxarıb?
Bu gün, 19:02 |
|
|
|
• İlkin hesabatda müəmmalı QALANLAR: - “Burada nəyisə gizlətmək, ört-basdır etmək mümkün deyil”
Bu gün, 19:00 |
|
|
|
• "Əxlaqı olmayan efirə çıxıb əxlaqdan, ədəbi olmayan da ədəbdən danışır" - MALƏSƏF...
Bu gün, 18:58 |
|
|
|
• Səməd Vurğuna yaltaq deyənlərin babaları Stalini sevirdi - Sabir Rüstəmxanlı
Bu gün, 18:07 |
|
|
|
• "Toy gözləməyin" - VİDEO
Bu gün, 18:05 |
|
|
|
• Jurnalist Şahnaz Bəylərqızı saxlanılıb
Bu gün, 18:01 |
|
|
|
• “Qazaxlı Alik”in oğlu və daha iki nəfərin məhkəməsi təxirə salındı
Bu gün, 17:59 |
|
|
|
• Gürcüstanın hakim partiyası “xarici agentlər” qanununun daha sərt versiyasını qəbul edəcək
Bu gün, 17:55 |
|
|
|
• “PashaPay”dən “FINCA Azerbaijan”a transfer - BUNDAN SONRA...
Bu gün, 17:53 |
|
|
|
• AMEA-nın müxbir üzvü Rüfət Mir-Əsədulla oğlu Mir-Qasımov vəfat edib - DOSYE
Bu gün, 17:52 |
|
|
|
• Nəsimidə bu dəfə AĞACLARIN DƏRİSİNİ SOYURLAR... - BU NƏDİ BELƏ?..
Bu gün, 17:48 |
|
|
|
• FHN-nin SİRLİ OLİQARXI nəyin tədarükündədir?.. - İLGİNC FAKT
Bu gün, 17:40 |
|
|
|
• Məcidova bacıları ilə ferma sahibinin itməsi arasında əlaqə var? - Şabranda müəmma
Bu gün, 17:35 |
|
|
|
• Rusiyanın “Bi-2” rok qrupunun vokalisti Bakıya gəlməkdən imtina etdi... BÖHTAN ATDI - Guya burda həbs olunacaqmış...
Bu gün, 17:33 |
|
|
|
• Muxtar Babayev Prezidentin iqlim məsələləri üzrə nümayəndəsi TƏYİN OLUNDU
Bu gün, 17:30 |
|
|
|
• Muxtar Babayev ekologiya və təbii sərvətlər naziri vəzifəsindən azad edilib - SƏRƏNCAM
Bu gün, 17:28 |
|
|
|
• İrəvan Bakını yeni “avantüra”ya çəkmək istəyir: - Ermənistan bəşəri cinayətlərini “siyasi bazarlığa” çıxarır
Bu gün, 17:24 |
|
|
|
• Taktiki hava desantı qrupları dağlıq ərazidə döyüş tətbiqi üzrə tapşırıqları icra ediblər - MN
Bu gün, 17:21 |
|
|
|
• Bakıda həbs edilən rusiyalı sabiq hakim sərbəst buraxıldı - TƏFƏRRÜAT
Bu gün, 17:01 |
|
|
|
• Bu universitetlərin diplomları Azərbaycanda tanınmır – Ekspertdən abituriyentlərə XƏBƏRDARLIQ
Bu gün, 16:59 |
|
|
|
• Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi yanında İctimai Şuraya sədr seçilib - BUNDAN SONRA...
Bu gün, 16:55 |
|
|
|
• "Hazırda Rusiyadan asılı vəziyyətdə olan Ermənistan, NATO və Avropa İttifaqı ilə əməkdaşlığa can atır"
Bu gün, 16:53 |
|
|
|
• Deputata məxsus olduğu deyilən şirkət zəhərli tüstüyə görə cərimələndi - DETALLAR
Bu gün, 16:51 |
|
|
|
• “Avropa İttifaqı missiyasının təxribatlarına sonsuza qədər biganə qala bilmərik” - HƏQİQƏTƏN DƏ...
Bu gün, 16:45 |
|
|
|
• Ağdaşın yeni icra başçısı “siftəsi”ni elədi: tender ləğv olundu - FOTO
Bu gün, 16:42 |
|
|
|
• İran müəllimləri Pezeşkiana səsləndi: - Trampla görüş!
Bu gün, 16:35 |
|
|
|
• “Artıq Zəngəzur dəhlizinə qarşı deyilik” - İranlı diplomat
Bu gün, 16:33 |
|
|
|
• Ağdərədə silah-sursat aşkar edilib
Bu gün, 16:31 |
|
|
|
• Tanınmış tarixçidən Əlisa Nicata: - “Niyə Süleyman Rüstəm, Bəxtiyar Vahabzadənin adını çəkmir?”
Bu gün, 16:10 |
|
|
|
• Dövlət Məşğulluq Agentliyində struktur dəyişikliyi olub
Bu gün, 16:09 |
|
|
|
• Kəlbəcərdə 2,2 milyon manatlıq layihələndirmə işlərini - BU ŞİRKƏTLƏR GÖRƏCƏK
Bu gün, 16:07 |
|
|
|
• "Siyavuş Novruzovun "düzgün yola gətirdik" deyərkən, nəyi nəzərdə tutduğunu bilmirəm" - Razi Nurullayev
Bu gün, 16:04 |
|
|
|
• Həbsdə olan azərbaycanlı vəkilə qarşı YENİ İTİTHAM: - narkotaciri də aldadıb
Bu gün, 15:58 |
|
|
|
• Bakı metrosunda maliyyə oyunu: çanaq yenə vətəndaşın başında çatlayır - FAKT BUDUR!
Bu gün, 15:57 |
|
|
|
• Şəhla Hüseynli tiktoker "Bəniz"i bağışladı - Uzun sürən məhkəmə BİTDİ
Bu gün, 15:55 |
|
|
|
• Tanınmış ziyalılar Prezidentə müraciət etdilər - SƏBƏB
Bu gün, 15:50 |
|
|
|
• Tramp İranı çökdürmə planı: - Azərbaycan və digər Cənubi Qafqaz ölkələri üçün TƏHLÜKƏ
Bu gün, 15:47 |
|
|
|
• İranda hakimiyyət qadın musiqiçiyə görə konserti ləğv edib
Bu gün, 15:45 |
|
|
|
• Kağız reseptlərdən istifadə ləğv ediləcək - AÇIQLAMA
Bu gün, 15:35 |
|
|
|
• Ötən il qazlaşdırılan Samux məktəbində niyə istilik YOXDUR? - Valideynlərdən ŞİKAYƏT
Bu gün, 15:28 |
|
|
|
• Həbs olunan "qumar kralı" Bakıdakı bu məşhur restoranların SAHİBİ İMİŞ - SİYAHI
Bu gün, 15:24 |
|
|
|
• Qəza baş verəndən sonra icra başçısı vətəndaşların qarşısına çıxıb, məsələ ilə maraqlanıb - İmişli RİH
Bu gün, 15:23 |
|
|
|
• Gürcüstan parlamenti 49 müxalif deputatın mandatını ləğv etdi - AÇIQLANDI
Bu gün, 15:10 |
|
|
|
|