“Avropa İttifaqı missiyasının təxribatlarına sonsuza qədər biganə qala bilmərik” .....                     Ağdaşın yeni icra başçısı “siftəsi”ni elədi: tender ləğv olundu .....                     İran müəllimləri Pezeşkiana səsləndi: .....                     “Artıq Zəngəzur dəhlizinə qarşı deyilik” .....                     Ağdərədə silah-sursat aşkar edilib .....                     Tanınmış tarixçidən Əlisa Nicata: .....                     Dövlət Məşğulluq Agentliyində struktur dəyişikliyi olub .....                     Kəlbəcərdə 2,2 milyon manatlıq layihələndirmə işlərini .....                     "Siyavuş Novruzovun "düzgün yola gətirdik" deyərkən, nəyi nəzərdə tutduğunu bilmirəm" .....                     Həbsdə olan azərbaycanlı vəkilə qarşı YENİ İTİTHAM: .....                     Bakı metrosunda maliyyə oyunu: çanaq yenə vətəndaşın başında çatlayır .....                     Şəhla Hüseynli tiktoker "Bəniz"i bağışladı .....                     Tanınmış ziyalılar Prezidentə müraciət etdilər .....                     Tramp İranı çökdürmə planı: .....                     İranda hakimiyyət qadın musiqiçiyə görə konserti ləğv edib .....                     Kağız reseptlərdən istifadə ləğv ediləcək .....                     Ötən il qazlaşdırılan Samux məktəbində niyə istilik YOXDUR? .....                     Həbs olunan "qumar kralı" Bakıdakı bu məşhur restoranların SAHİBİ İMİŞ .....                     Qəza baş verəndən sonra icra başçısı vətəndaşların qarşısına çıxıb, məsələ ilə maraqlanıb .....                     Gürcüstan parlamenti 49 müxalif deputatın mandatını ləğv etdi .....                     Qusar xəstəxanası 20 min, direktoru 3 min manat cərimə edilib .....                     Daha iki plastik cərrahın lisenziyası LƏĞV EDİLDİ .....                     Zelenskinin legitimliyi ilə bağlı problemi olmasına baxmayaraq Rusiya danışıqlara açıqdır .....                     “Məni bu cinayətə Tahir Qədəşov sürükləyib” .....                     "Niyə bu gün həmin musiqilər oxunur?" .....                     Vahid Əhmədov təkzib etdi: .....                     Putinin sözçüsü Tramp administrasiyası ilə təmasları təsdiqləyib .....                     “Əlisa Rəsul Rzaya atdığı balıq şəri ilə özünü gözdən elə saldı ki…” .....                     “Niyyət terrorla Azərbaycana təzyiq göstərmək olub” .....                     Paşinyanın ABŞ-yə plansız səfəri... .....                     Putin üçün tribunal layihəsi təsdiq edilib .....                     "Məsul şəxslər cəzalarını alacaqlar" .....                     İki dost həbs edildi: Biri nazirlikdə, digəri İdarədə işləyirdi .....                     Ən böyük yaltaq Əlisa Nicatın özüdür, atamın ətrafında fırlanırdı .....                     Şirinlik kimi hind toyuğu, quzu da verilirmiş .....                     Professordan özlərini reklam edən həkimlərə xəbardarlıq: .....                     USAİD-in Cənubi Qafqaz planının detalları ÜZƏ ÇIXDI .....                     ABŞ Mərkəzi Kəşfiyyat İdarəsində .....                     USAID rəhbərliyi dəyişdirilirsə, .....                     Direktorun hədəf aldığı tələbə nazirə müraciət etdi: .....                 

“Niyyət terrorla Azərbaycana təzyiq göstərmək olub” - Şimaldan gələn təhlükə
Tarix: Bu gün, 14:02 | Çap et
“Niyyət terrorla Azərbaycana təzyiq göstərmək olub”
Fevralın 3-də Dövlət Təhlükəsizliyi Xidməti və Daxili İşlər Nazirliyi birgə məlumat yayaraq bildirib ki, Azərbaycan ərazisində beynəlxalq terror təşkilatları ilə əlaqəli olan radikal dini-ekstremist qruplaşma üzvlərinin terror-təxribat əməllərinin müəyyən edilməsi və qanunazidd fəaliyyətlərinin qarşısının alınması istiqamətində sözügedən qurumların əməkdaşları tərəfindən birgə kompleks tədbirlər görülüb. Bildirilib ki, həyata keçirilmiş əməliyyat-istintaq tədbirləri ilə əvvəllər “Meşə qardaşları" adlı terror qruplaşmasının fəaliyyətində iştirak etdiyinə görə məhkum olunmuş Qədir Hacıyevin Qusar rayon sakinləri - Kamran Kərimxanov, Ümüd Güləliyev, Valerik Adilov, Riyad Səfərəliyev, Rövşən Laçınov, Nazim Zəkiyev və qeyriləri ilə cinayət əlaqəsinə girməsi, onların birlikdə Qusar rayonu ərazisində terror aktları hazırlamaları, həmin rayonun Hil, Cibir və Yasab kəndlərini əhatə edən meşə massivində yeraltı sığınacaqlar yaratmaları, bu sığınacaqları silah-sursat, partlayıcı maddələr, texniki qurğular və digər zəruri ləvazimatlarla təchiz etmələri təsbit olunub.

İlkin mərhələdə, qruplaşma üzvü olan Əlipaşa Kamilovun yeri müəyyən edildikdən sonra istintaqa cəlb edilməsi məqsədilə keçirilmiş əməliyyat zamanı o, Qusar şəhərində gizləndiyi ünvanda xüsusi təyinatlı əməkdaşlara silahlı müqavimət göstərərək 2 ədəd “RGO-78” markalı əl qumbarası atmış, nəticədə xüsusi təyinatlılardan biri yaralanmış, Əlipaşa Kamilov isə zərərsizləşdirilib. Davam etdirilən əməliyyat-axtarış və istintaq tədbirləri nəticəsində Cibir kəndi yaxınlığında yerləşən meşəlik ərazidə gizli şəkildə yaradılmış sığınacaqlar və saxlanc yerləri aşkar olunmuş, həmin yerlərdə gizlənən qanunsuz silahlı birləşmənin üzvləri - Qədir Hacıyev, Riyad Səfərəliyev, Valerik Adilov və Ümüd Güləliyev silahlı müqavimət göstərərək partlayıcı vasitələri işə salarkən məhv olublar. Aşkar edilmiş sığınacaqlara keçirilən baxış zamanı oradan partlayıcı qurğuların hazırlanması üçün nəzərdə tutulan torf, aseton, detonatorlar, məsafədən idarə edilə bilən partlayıcı mexanizmlər, qəlpə qismində istifadə edilən armatur və qurğuşun hissələri, 2 ədəd “Kalaşnikov” avtomatı, 3 ədəd ov tüfəngi, patronlar və avtomat güllələri, eləcə də beynəlxalq səviyyədə terror təşkilat kimi tanınmış qanunsuz silahlı birləşmənin simvolu olan bayraq müəyyən edilərək götürülüb.

Həmçinin, görülmüş təxirəsalınmaz tədbirlərlə terrorçu qruplaşmanın üzvlərindən olan Nazim Zəkiyevin Hil kəndinin yaxınlığında yerləşən fermada, Kamran Kərimxanov və Rövşən Laçınovun isə Hil kəndi ərazisində gizlənmələri müəyyənləşdirilib və onlar hüquq-mühafizə orqanlarının əməkdaşlarına qarşı silahlı müqavimət göstərərkən zərərsizləşdiriliblər. Araşdırmalarla cinayətkar birliyə daxil olan şəxslərin dairəsi, təşkilatlanma forması, təchizatı, planları ilə bağlı detallar və dəlillər müəyyən edilib. Qanunsuz olaraq amonium-nitrat, güclü yandırıcı xüsusiyyətə malik torf, detonatorlar və od ötürən qaytanlar əldə edib onlardan istifadə etməklə kustar üsulla partlayıcı qurğular hazırlayan və onları Qusar şəhərində yerləşən “Motel” adlı qonaq evində və onun yaxınlığındakı avtoyuma məntəqəsinin damında gizlədərək saxlayan Etibar Əhmədov qeyd olunan əməlləri davam etdirərkən həmin qurğuların partlaması nəticəsində xəsarət alıb.

Məlumatda o da vurğulanıb ki, Qusar rayon sakinləri olan Şərafəddin Mahmudov, Etibar Əhmədov və qeyrilərinin Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmayan silahlı birləşmənin fəaliyyətində iştiraklarına, o cümlədən bu silahlı birləşməni partlayıcı maddələrlə və digər ləvazimatlarla təchiz etmələrinə əsaslı şübhələr müəyyən edilib. Qeyd olunan cinayətkar dəstənin üzvləri - Etibar Əhmədov, Rəhim Mirzəbəyov, David Rəşidov, Şərafəddin Mahmudov, Abugül Babayev və Elçin Əlirzayev Cinayət Məcəlləsinin cinayətkar təşkilat halında odlu silahdan və silah qismində istifadə olunan predmetlərdən istifadə etməklə dini düşmənçilik, dini radikalizm və dini fanatizm zəminində terrorçuluğa hazırlıq və digər maddələri ilə istintaqı aparılan cinayət işi üzrə təqsirləndirilən şəxs qismində məsuliyyətə cəlb edilərək, məhkəmənin qərarı ilə barələrində həbs qətimkan tədbiri seçilib. Hazırda cinayət işləri üzrə istintaq-əməliyyat tədbirləri davam etdirilir.

Həmin gün internet resurslarda Azərbaycanın Rusiya ilə sərhədyanı rayonlarının ərazisində blok-post qoyulması ilə bağlı məlumatlar yayılıb. Daxili İşlər Nazirliyindən bildirilib ki, “Sərhəd-Sipər” şərti adı altında sərhədyanı rayonlarının ərazisində keçirilən tədbirlərdə Azərbaycan tərəfində hər hansı blok-post qoyulması zərurəti yoxdur, ölkələr arasında qarşılıqlı razılaşmaya əsasən informasiya mübadiləsi aparılır”.

“Uzun illərdir keçirilən bu tədbirlərin əsas məqsədi sərhədyanı əməkdaşlıq məsələləri ilə bağlı qəbul edilmiş qərarların icra mexanizminin diqqətdə saxlanılmasıdır”, - deyə qeyd olunub.

Ekspertlər bildirirlər ki, Azərbaycanda terror-təxribat əməlləri törətmək, ölkədə qarışıqlıq yaratmaq və dövlətin təhlükəsizliyinə zərər gətirmək üçün xarici qüvvələrin hərəkətə keçdiyi ehtimalı artıb. Azərbaycan hüquq-mühafizə orqanlarının qabaqlayıcı tədbirləri intensivləşdirməsi də bununla əlaqədardır.

Mövzunu AYNA-ya müsahibəsində şərh edən təhlükəsizlik məsələləri üzrə ekspert İlham İsmayıl əvvəlcə Rusiya ilə sərhəddə blok-post qoyulması barədə danışıb. Ekspert deyib ki, deməli, konkret informasiya, əməliyyat məlumatı var:

- Bu məlumatlar etibarlı olduğuna görə qarşı tərəfə də informasiya verilir və əməliyyat aparılır. Hesab edirəm ki, burada əsas təşəbbüskar Azərbaycan tərəfidir. Çünki son dövrlər Şimali Qafqazda dini fanatik qruplar aktivləşiblər. Görünür informasiyalar var ki, təkcə fanatik dindar qruplaşmalar deyil, eyni zamanda, transmilli cinayətkarlar da sərhədi keçirlər, gizli fəaliyyətlərini aktivləşdiriblər. Bu barədə səhih məlumatlar hüquq-mühafizə orqanlarında olmasa, belə profilaktik tədbirlər keçirilməz. Eyni zamanda, ortada artıq terror qruplaşmasının ifşası, onların həbsi və terror əməlinin qarşısının alınması faktı var. Bu tədbirlərin özü terror-təxribat hazırlayan qüvvələrə mesajdır ki, bu fəaliyyətin qarşısı Azərbaycan hüquq-mühafizə orqanları tərəfindən qətiyyətlə alınacaq.

Təsəvvür edin ki, Qusarda bir terror təşkilatının bayraq kimi qəbul etdiyi parçanın altında fəaliyyət göstərən terror qruplaşması yaxalanıb. Onlara qarşı əməliyyatla məlum oldu ki, bu qruplaşmanın əlində silah-sursat, partlayıcı maddələr və partlayıcıların hazırlanması üçün istifadə olunan maddələr, gizlənmək üçün yeraltı sığınacaqlar varmış. Bütün bunlar onu göstərir ki, qarşıdakı müddətdə Azərbaycanda ciddi terror hadisəsi baş verəcəkmiş.

Məlumdur ki, terror təzyiq vasitəsidir. Söhbət dövlətin apardığı siyasətə qarşı təzyiqdən gedir. Kimlərinsə terror törətməsi şəxsi zəmində deyil, dövlətin apardığı siyasətə başqa bir dövlətin, yaxud da hansısa beynəlxalq qüvvənin qarşı olmasından doğan haldır.

- Qusarda ələ keçirilən terror qruplaşması Azərbaycana təzyiq etmək üçün terrora hazırlaşırmış?

- Ələ keçirilən terror dəstəsi sadəcə icraçılardır. Bunların arxasında qüvvələr var. Onlara əmr verən beynəlxalq terror təşkilatıdır. Amma həmin terror təşkilatına da sifariş verən daha böyük güclər ola bilər. Sifarişi verən dövlət də ola bilər, hansısa siyasi fiqur da ola bilər. Yeri gəlmişkən, beynəlxalq terro təşkilatları ilə əlaqəsi olan siyasətçilər də var, xüsusi xidmət orqanları da var. Onlar hansısa dövlətə təzyiq etmək istəyəndə terror sifarişi verirlər. Bu, təkcə Azərbaycanla bağlı olan məsələ deyil. Məsələn, ötən il Moskvada “Crocus City”də terror akti həyata keçirildi və bunu İŞİD terror təşkilatı üzərinə götürdü. Amma bu, İŞİD-ə sifariş edilmişdi. Məsələ də bununla Rusiyanın apardığı siyasətə təzyiq etmək idi. Görünür, Azərbaycanın apardığı siyasətə qarşı təzyiq etmək niyyətində olan qüvvələr var ki, bu təzyiqi terror vasitəsilə etmək üçün hazırlıqlar görürmüşlər.

- Sizcə, belə bir terror nə zamana planlaşdırılıbmış?

- Zamanı terrorçular yox, sifarişçilər müəyyənləşdirirlər. Sifarişçi danışıq apardığı, terror aktına hazırlaşmaq üçün hər cür dəstəyi göstərdiyi qrupa tapşırıq verir ki, hazırlıqlı olsunlar, onlar dedikləri zaman hərəkətə keçsinlər. Bəzən hərəkətə keçmək əmri illərlə verilməyə bilər. Buna “yatmış agent” prinsipi deyilir. Onlar adətən terrorun “effekt” verə biləcəyi məqamı gözləyirlər. Məsələn, tutaq ki, Azərbaycanda terror törətmək hədəfi var. Faktiki olaraq da, ölkəmiz hədəfdədir. Terror elə bir anda həyata keçirilir ki, bununla təşviş, təlaş, kütləvi narazılıq başlasın. 2018-ci ildə Gəncədə baş verənləri xatırlatmaq istəyirəm. Həmin hadisələrdən bir gün qabaq Mingəçevir SES-də qəza olmuşdu, ölkə demək olar ki, işıqsız qalmışdı. Bundan narazılıq var idi və bu narazılığın ardınca terror baş verdi. Ola bilsin ki, Qusarda ifşa edilən terror qruplaşması da hansısa zamanı, sifarişin gələcəyi günü gözləyirmişlər. Azərbaycan hüquq-mühafizə orqanlarının çox böyük uğurudur ki, perspektivdə baş verəcək terrorun qarşısını aldı. Zərərsizləşdirilən qrupun hazırlıqlarından, silah-sursatlarından görünür ki, törədəcəkləri terror xırda, əyalət səviyyəsində olmayacaqdı. Çox güman ki, hədəf Bakıda böyük hadisə törətmək olub, yaxud hansısa həyati vacib obyekt imiş. Təbii ki, bunlar ehtimallardır. İstintaqla məsələlər aydınlaşacaq. Əlbəttə, bütün bunların arxasında dayanan qüvvə və ya qüvvələr var. Söhbət xarici qüvvələrdən gedir.

- Azərbaycanın siyasətindən narahat olan və terror vasitəsilə təzyiq göstərmək istəyən həmin qüvvə kimdir?

- Bu qüvvə çox da uzaqda deyil. Bu, Şimali Qafqazdan gələn məsələdir. Ona görə də, birmənalı şəkildə demək lazımdır ki, Rusiya ilə bağlıdırlar. Yaxud da, Rusiyanın müəyyən dairələri ilə bağlı ola bilərlər. Mən demirəm ki, bu, birbaşa Kremlin göstərişidir, dolayısı ilə də ola bilər. Baxın, Çeçenistan rəhbəri Ramzan Kadırov AZAL təyyarəsinin vurularaq qəzaya uğradılması hadisəsinə çox qeyri-sivil münasibət sərgilədi. Biz bilirik ki, Kadırovun Şimali Qafqazdakı terror qruplaşmaları ilə sıx əlaqəsi var. Xüsusilə də, radikal dindar qruplaşmalarla. Biz nə bilək ki, Çeçenistan rəhbəri perspektivdə Azərbaycanda terror haqqında düşünmürdü?!

Biz sevinməliyik ki, perspektiv terror hadisəsinin qarşısı alındı. Hesab edirəm ki, Azərbaycan hüquq-mühafizə orqanları daha intensiv tədbirlər həyata keçirməlidir və keçirir də.

AYNA.az









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
“Avropa İttifaqı missiyasının təxribatlarına sonsuza qədər biganə qala bilmərik” - HƏQİQƏTƏN DƏ...
Bu gün, 16:45
Ağdaşın yeni icra başçısı “siftəsi”ni elədi: tender ləğv olundu - FOTO
Bu gün, 16:42
İran müəllimləri Pezeşkiana səsləndi: - Trampla görüş!
Bu gün, 16:35
“Artıq Zəngəzur dəhlizinə qarşı deyilik” - İranlı diplomat
Bu gün, 16:33
Ağdərədə silah-sursat aşkar edilib
Bu gün, 16:31
Tanınmış tarixçidən Əlisa Nicata: - “Niyə Süleyman Rüstəm, Bəxtiyar Vahabzadənin adını çəkmir?”
Bu gün, 16:10
Dövlət Məşğulluq Agentliyində struktur dəyişikliyi olub
Bu gün, 16:09
Kəlbəcərdə 2,2 milyon manatlıq layihələndirmə işlərini - BU ŞİRKƏTLƏR GÖRƏCƏK
Bu gün, 16:07
"Siyavuş Novruzovun "düzgün yola gətirdik" deyərkən, nəyi nəzərdə tutduğunu bilmirəm" - Razi Nurullayev
Bu gün, 16:04
Həbsdə olan azərbaycanlı vəkilə qarşı YENİ İTİTHAM: - narkotaciri də aldadıb
Bu gün, 15:58
Bakı metrosunda maliyyə oyunu: çanaq yenə vətəndaşın başında çatlayır - FAKT BUDUR!
Bu gün, 15:57
Şəhla Hüseynli tiktoker "Bəniz"i bağışladı - Uzun sürən məhkəmə BİTDİ
Bu gün, 15:55
Tanınmış ziyalılar Prezidentə müraciət etdilər - SƏBƏB
Bu gün, 15:50
Tramp İranı çökdürmə planı: - Azərbaycan və digər Cənubi Qafqaz ölkələri üçün TƏHLÜKƏ
Bu gün, 15:47
İranda hakimiyyət qadın musiqiçiyə görə konserti ləğv edib
Bu gün, 15:45
Kağız reseptlərdən istifadə ləğv ediləcək - AÇIQLAMA
Bu gün, 15:35
Ötən il qazlaşdırılan Samux məktəbində niyə istilik YOXDUR? - Valideynlərdən ŞİKAYƏT
Bu gün, 15:28
Həbs olunan "qumar kralı" Bakıdakı bu məşhur restoranların SAHİBİ İMİŞ - SİYAHI
Bu gün, 15:24
Qəza baş verəndən sonra icra başçısı vətəndaşların qarşısına çıxıb, məsələ ilə maraqlanıb - İmişli RİH
Bu gün, 15:23
Gürcüstan parlamenti 49 müxalif deputatın mandatını ləğv etdi - AÇIQLANDI
Bu gün, 15:10
Qusar xəstəxanası 20 min, direktoru 3 min manat cərimə edilib
Bu gün, 15:08
Daha iki plastik cərrahın lisenziyası LƏĞV EDİLDİ - siyahı 5-ə çatdı
Bu gün, 15:06
Zelenskinin legitimliyi ilə bağlı problemi olmasına baxmayaraq Rusiya danışıqlara açıqdır - Kreml
Bu gün, 15:04
“Məni bu cinayətə Tahir Qədəşov sürükləyib” – 171 nəfərin ələ keçirilən 14 milyon manatının yeri bilindi
Bu gün, 14:47
"Niyə bu gün həmin musiqilər oxunur?" - ETİRAZ
Bu gün, 14:43
Vahid Əhmədov təkzib etdi: - “Hazırda evimdəyəm, yalandır”
Bu gün, 14:41
Putinin sözçüsü Tramp administrasiyası ilə təmasları təsdiqləyib
Bu gün, 14:40
“Əlisa Rəsul Rzaya atdığı balıq şəri ilə özünü gözdən elə saldı ki…” - Seyran Səxavətdən sərt sözlər
Bu gün, 14:22
“Niyyət terrorla Azərbaycana təzyiq göstərmək olub” - Şimaldan gələn təhlükə
Bu gün, 14:02
Paşinyanın ABŞ-yə plansız səfəri... - AKTUAL
Bu gün, 14:00
Putin üçün tribunal layihəsi təsdiq edilib
Bu gün, 13:58
"Məsul şəxslər cəzalarını alacaqlar" - Sektor müdiri məktəbdəki biabırçılıqdan danışdı
Bu gün, 13:05
İki dost həbs edildi: Biri nazirlikdə, digəri İdarədə işləyirdi - TƏFƏRRÜAT
Bu gün, 13:02
Ən böyük yaltaq Əlisa Nicatın özüdür, atamın ətrafında fırlanırdı – Anar SƏRT DANIŞDI
Bu gün, 13:00
Şirinlik kimi hind toyuğu, quzu da verilirmiş – Xəstəxanadakı rüşvət sxeminin TƏFƏRRÜATI
Bu gün, 12:59
Professordan özlərini reklam edən həkimlərə xəbardarlıq: - "Şoumenin verilişində oturub..."
Bu gün, 12:56
USAİD-in Cənubi Qafqaz planının detalları ÜZƏ ÇIXDI – “Ermənistanda hakimiyyət çevrilişi...”
Bu gün, 12:54
ABŞ Mərkəzi Kəşfiyyat İdarəsində QALMAQAL
Bu gün, 12:46
USAID rəhbərliyi dəyişdirilirsə, Azərbaycanla agentlik arasında münasibətlər yenidən qurula bilər
Bu gün, 12:38
Direktorun hədəf aldığı tələbə nazirə müraciət etdi: - “Pulumu qaytarın”
Bu gün, 12:34
Qanunlar Həbibullayevin UMRUNDA DEYİL... - ÖZBAŞINA QALIB...
Bu gün, 12:30
Arabir güclənən şimal-qərb küləyi əsəcək - belə deyirlər...
Bu gün, 12:26
Tanınmış plastik cərrah Sevinc Heydərovanın lisenziyası LƏĞV OLUNDU
Bu gün, 12:20
Kadinin "Qarabağ"a transferinin detalları bəlli oldu
Bu gün, 12:18
Pulumuz cinsi azlıqların təbliğinə gedib, xalqımız bunu istəmir! - ETİRAF
Bu gün, 12:15
Abşeron-Xızı təhsilində yepyeni macəralar... - İTTİHAM VAR...
Bu gün, 12:11
"Atamın vəziyyəti yaxşı deyil, danışa bilmir, əl və ayaqları işləmir" - Xalq artistinin qızı
Bu gün, 12:09
Ermənistan futbolunda həbslər başlayır: - Qanunsuz mərc, hərbi xidmətdən yayınma...
Bu gün, 12:06
İrəvan meriyasında əməliyyat keçirilib, saxlanılanlar var
Bu gün, 11:59
Məşhur Məmmədova məxsus olduğu bildirilən şirkətə ətraf mühiti çirkləndirdiyinə görə yazılan protokola baxılacaq tarix açıqlandı
Bu gün, 11:55
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru