Bu kəndlər Azərbaycana qaytarılır... .....                     BAKIDA avtobus zolağı tıxaca səbəb olur .....                     Şah İsmayıl Xətainin atasının türbəsi uçulur: “İcra Hakimiyyəti deyir ki, ora bizim ərazimiz deyil” .....                     "Deyirdilər ki, Elnarənin bundan başqa paltarı yoxdur" .....                     Tramp USAID-in fəaliyyətini saxtakarlıq adlandırıb .....                     "Azərbaycan olmadan bu layihələrin reallaşması mümkünsüzdür" .....                     Moskva diş qıcıyır: Terrorçu ovu nədən xəbər verir? .....                     Əməkdar artist əməliyyat olundu .....                     "Veteran pulu" nə zaman artırılacaq? .....                     Daha hansı məhsullar bahalaşacaq? .....                     BDU rektoru BMT-nin illik yığıncağında çıxış etdi .....                     Neft Daşları - Dübəndi neft xəttində sızma baş verib, təmir işləri hava şəraitindən asılıdır .....                     “Pislərin ən pisi” Quantanamoya: .....                     Azərbaycanda rusdilli məktəblər niyə pulsuzdur? .....                     Kremlin "sözçüləri" Rusiya telekanallarında Azərbaycana qarşı hədyanlar yağdırırlar .....                     Məşhur alim oğlunun nazir təyin olunmasından danışdı: .....                     Tağı İbrahimovun tikinti şirkəti çökür: .....                     Azərbaycanda şirkətlər unu neçəyə satırlar? .....                     “Təmiz Şəhər” ASC-nin rəhbərliyinə yeni təyinat olub .....                     Tramp ABŞ-nı HARA GÖTÜRÜR? .....                     Bir yanda hava şərtaiti... bir yandan da... .....                     "Sənətkar satılmamalıdır" .....                     “7 aydır Kürdəxanıda oturmuşam, 25 yaşında deyiləm ki...” .....                     4 aydır Eritreyada girov saxlanılan azərbaycanlılar niyə azad edilmir? .....                     Həyatın yaşam sığortası: Ödənişlərdə kəskin artım, yeni müqavilələrdə azalma .....                     Cəlal Harutyunyan 5 il 5 ay müddətinə azadlıqdan məhrum edilib .....                     Elm və Təhsil Nazirliyində yeni təyinat olub .....                     Azərbaycan sərhədçiləri Aİ müşahidəçilərinin Laçın və Zəngilanla sərhəddə hərəkətlərini qeydə alıb .....                     Bakıda yuvalanmış AGENTURA ŞƏBƏKƏLƏRİ... .....                     "İran Çin və Rusiyadan istifadə etməyə çalışacaq və..." .....                     Kürdəmir məktəbində bıçaqlanan şagirdin ATASI .....                     “Retems Group” dələduzluqda ittiham olunur .....                     Rusiya təbliğatının ənənəvi aqressiyası .....                     "Naxçıvanda xaosmu yaratmaq istəyir?" .....                     Azərbaycan başdan-başa QUMARXANADIR... .....                     “Kupça”sız evlər necə satılır? .....                     Aliment fondu layihəsi reallaşır .....                     Ermənistan arxa-dayaq axtarışında: .....                     Yeni nazir bu məşhur alimin oğludur .....                     Dövlət istiqrazları üzrə dövriyyəsi 10 milyon manatdan yüksək olan .....                 

TANINMIŞ KULTUROLOQ ÜSYAN PÜSKÜRDÜ
Tarix: 2-07-2012, 13:11 | Çap et
TANINMIŞ KULTUROLOQ ÜSYAN PÜSKÜRDÜ

“BİRDƏN MİTİNQLƏRƏ QATILARSINIZ!”

"Mən burada Rüstəm İbrahimbəyovun vəkili kimi çıxış etmirəm.

Mən həqiqətin vəkili kimi çıxış etmək istəyirəm.

Görürəm ki, bu aksiya iyrəncdir.

Heç kim açıq söz demir.

Hamıya aydındır ki, yeni qurum insanların təşəbbüsü ilə yaranmayıb..."


Ötən həftə Azərbaycan Kinematoqrafçılar İttifaqına alternativ qurum yaradıldı. Ölkədə hətta adı belə köhnə qurumla eyni olan bu yeni təşkilata münasibət birmənalı deyil. Kinematoqrafçılar İttifaqının keçmiş katibi kulturoloq Rəhman Bədəlov verilişimizə üz tutub yeni yaradılmış qurum barədə fikirlərini bildirmək istədi.

- Rəhman müəllim, ölkədə alternativ kino ittifaqı yarandı. Yəqin ki, buna münasibət bildirəcəksiniz. Amma icazə verin soruşum, siz uzun illər bu təşkilatın katibi deyildinizmi?

- Elədir. O təşkilatın katiblərindən biri idim. Son qurultayda rəsmi istefaya çıxdım. Səbəbini də deyə bilərəm. Mən əslində kino tənqidi və kinoşünaslığa müəyyən bir təkan verməliydim. Gördüm ki, öhdəsindən gələ bilmirəm. Məsələ mənim zəif işləməyimlə bağlı deyildi. Bəlkə də, daha fəal ola bilərdim. Bunu inkar etmirəm. Amma bu da heç nəyi dəyişə bilməzdi. Kino ilə bağlı jurnalistlər yazır, İncəsənət Universiteti mütəxəssis hazırlayır. Orada kafedralar var, dərs keçirlər. Akademiyada şöbə var. Yəni bunlar rəsmi, bu peşəylə məşğul olan adamlardır. Onlar bir iş görməsələr, heç nəyi dəyişmək mümkün deyil. Əgər kimsə desə ki, ittifaq zəif işləyir, ona görə bu sahə zəifdir, olduqca gülünc arqument olar. Mən gördüm acizəm və rəsmi olaraq ittifaqdan çıxdım. Bu, bir. İkincisi də, dinləyicilərə demək istəyirəm ki, mən özüm danışmaq üçün bura gəldim.

İstədim ki, bu aksiya ilə bağlı öz sözümü deyim. Mən burada Rüstəm İbrahimbəyovun vəkili kimi çıxış etmirəm. Mən həqiqətin vəkili kimi çıxış etmək istəyirəm. Görürəm ki, bu aksiya iyrəncdir. Heç kim açıq söz demir. Hamıya aydındır ki, yeni qurum insanların təşəbbüsü ilə yaranmayıb. Çox istərdim ki, bizdə müxtəlif təşkilatlar yaransın. Vətəndaş təşəbbüsləri olsun. Amma təəssüf ki «yeni ittifaq» vətəndaşların, sənət adamlarının təşəbbüsü ilə yaranmayıb. Biz yaxşı başa düşürük ki, bu aksiyanın arxasında dayanan müəyyən adamlar var.

- Rəhman müəllim, katiblikdən getməyinizin səbəbini açıqladınız. Bayaq adını çəkdiyiniz təşkilatlar—birbaşa bu peşəylə məşğul olanlar niyə kinoya kömək etmək istəmirlər?

- Məsələ onda deyil ki, kömək etmək istəmirlər. Ondadır ki, işlər belə qurulub.

Mədəniyyət Universiteti hər il kinoşünaslar hazırlayır. Amma bizdə demək olar ki, kinoşünas yoxdur...Deməli, işlər normal qurulmayıb. Bəs onlar niyə boşuna işləyirlər? Akademiyada da kino ilə bağlı ciddi işlər aparmaq qeyri-mümkündür. Səbəbi odur ki, real kino çoxdan problemlərdən uzaqdır. Dövlətdən, büdcədən maliyyələşən belə təşkilatlarda ciddi islahata ehtiyac olduğu bir zamanda belə bir gülünc aksiyanın keçirilməsi təəccüb doğurur. Guya konfrans çağırılır. Tədbirin adına baxın—«Kino və konseptual məsələlər». Bu nə deməkdir? Çox savadsız bir addır. O tədbirdə bu barədə - kinonun konseptual məsələləri barədə kim danışıb? Bilmirəm, məlumatım yoxdur.

Mətni çap eləməyiblər. Demək, əsas səbəb aydındır: Rüstəm İbrahimbəyova zərbə vurulsun! Biz onsuz da o qədər parçalanmışıq ki, təzədən kino dünyasına nifaq salmağın, bir qrupu o birinə qarşı qoymağın xeyri olmayacaq. Onu da deyim ki R. İbrahimbəyovla heç vaxt dost olmamışam. Hətta münasibətlərimizdə müəyyən gərginlik də var. Amma belə hallarda söhbət şəxsi münasibətlərdən getməməlidir. Mənə əvvəllər də deyən vardı ki, Rüstəm istefaya getməlidir! Soruşurdum, yaxşı, onda arqumentinizi mənə deyin. Mənə deyirlər ki, elə adam gəlməlidir ki, o dövlətin adamı olsun, onu dövlət dəstəkləsin. Elə olsa, bizə də kömək olacaq. Deməli, kimsə ağalıq edir və o ağa deyir ki, sən mənə qulluq elə, mən də sənə pul verim...Hamı bu məntiqlə hərəkət edir. Və bunu deyənlər hər şeyə tam təbii baxırlar. Belə çıxır, bütün cəmiyyət ağaya və nökərə dönməlidir. Hər şey o prinsiplə qurulmalıdır. Heç kəs etiraz etmir ki, bu mümkün deyil. Ağa-nökər münasibətləri ilə cəmiyyət qurulmaz! Məsələn, Şəfiqə Məmmədova ilə mənim normal münasibətlərim var...

- ...Məncə, hətta qohumluğunuz çatır...

- Hə, həm də qohumuq. Əzizim Şəfiqə! Sən 31 il qabaq kinoda çəkilmisən. Heç demirəm, ona görə çəkilmisən ki, Rüstəm vardı...Sən 31 il kino ilə bağlı olmamısan. Bəs necə rəhbərlik edəcəksən? Artıq eşidirəm ki, Nikita Mixalkov ona təbrik göndərib.
Yəni Nikita Mixalkovu da Azərbaycan kinosunun taleyi maraqlandırır, həqiqət maraqlandırır. Belə iyrənc işlər görüləndə, özümə borc bilirəm ki, sözümü deyim. Hətta tək olsam da, Don-Kixota bənzəsəm də, sözümü deməliyəm.

- Rəhman müəllim, sizin dediyinizdən belə çıxır ki, onlar bu qurumun yaranmasına ona görə razı olublar ki, başçısı Rüstəm bəy olmasın və dövlət bu quruma maliyyə ayırsın?

- Təbii. Bizdə Sovet vaxtından qəribə prinsip qalıb. Yaradıcı təşkilatları dövlət yaradır. Bu gizli deyil. Amma bizdə iki təşkilat—Yazıçılar və Bəstəkarlar İttifaqları büdcədən maliyyələşir. O birilər pul almır. Deyirlər ki, Kino İttifaqı pis işləyir. Müqayisə edin görək kimdən pis işləyir? Fikrimcə, o birilərlə müqayisədə heç də pis işləmir. Əksinə, 90-cı illərdən başlayaraq bu təşkilatın nəzdində kinonun islahatı ilə bağlı xeyli təkliflər olub. Festivallar keçirilib, Kino məktəbi yaranıb.

Demirəm ki o işlər parlaq olub, ciddi tənqidə ehtiyac var.

Bir adama zərbə vurmaq üçün o qədər adamı yığıb onlardan iyrənc hərəkət tələb edirsiniz. Onlar da müəyyən məqsədlərlə bu tələblə razılaşır. Biri deyir, bəlkə film verdilər çəkdim, o biri deyir bəlkə vəzifə verdilər, başqası fikirləşir ki, bəlkə əmlaklarını da əlindən aldılar, mən ondan istifadə elədim...Həm də bu adamların çoxu cavan deyillər! Ömürlərinin son mərhələsini yaşayırlar mənim kimi...Fikirləşirəm ki, doğrudanmı bir manat qazanmaq naminə vicdan əzabını unutmaq olar? Bax, bu məni sarsıdır...

- Yeri gəlmişkən, o tədbirdə olanların biri—rejissor Vaqif Mustafayev açıq deyib ki, Kino İttifaqı yaxşı işləmir...

- Vaqif Mustafayev yeganə adamdır ki, tədbirdə riyakarcasına danışmayıb. O birbaşa Rüstəmə qarşı çıxış edib, adını çəkib və mətləbini gizlətməyib. Məsələ bundadır ki, Vaqif Mustafayev heç bir təşkilatda işləyə bilməz. Tanınmış sənətkardır, bir neçə yaxşı filmi var. Amma intriqa sevəndir. İntriqa olan yerdə o özünü sərbəst hiss edir. Aydındır ki, belə bir ab-hava onun üçün normaldır. Əgər siz kinonu fitnə-fəsad üstündə qurmaq istəyirsinizsə, bu başqa məsələ. Mən inanıram ki, o təşkilatda bir ildən sonra xeyli fitnə-fəsad qaynayacaq. İttifaqda da o həmişə dağıdıcı rol oynayıb. İndi o adam guya həqiqəti, ədaləti müdafiə edir. Əslində isə bu, iyrənc hərəkətlərdir. Təəssüf ki, mən başqa söz tapmıram.

- Bizim müxbirimiz Şahnaz Bəylərqızı Rüstəm İbrahimbəyovdan müsahibə alıb. Soruşub ki, birdən yeni quruma hökumət maliyyə ayırsa, bu həmin qurumun hökumətin sifarişi ilə yaradılması deməkdirmi?

- Təbii...

- Elə Rüstəm bəy də belə cavab verib.

- İndi özünüz fikirləşin, o tədbirdə Nazirlər Kabinetinin müavini, nazirlər iştirak ediblər. Onlar adətən, elə tədbirlərə gəlmirlər. Demək, bu aksiya düşünülüb, bu aksiya heç də kino işçilərinin təşəbbüsü deyil. Açıq-aydın bizim hər birimizə deyirlər ki, siz vətəndaş mövqeyinizi göstərməyin. Birdən fərqli fikirlər deyərsiniz! Birdən mitinqlərə qatılarsınız! Düzdür, orada olanların heç biri müxalif mövqedə olan deyillər. Amma hər bir halda cavanlar üçün bu bir dərsdir ki, əgər başqa fikrə düşsəz, hər şeydən məhrum olacaqsınız...Etiraf edək ki, Rüstəm İbrahimbəyov bizim mədəniyyətimizdə nəhəng simadır. O yaşda, o nəsildən, o səviyyəli adamlarımız azdır. Hətta buna da baxmadılar. Nə Oskara, nə Legion Ordeninə, nə Moskvadakı nüfuzuna. Bildirdilər ki, kim bizə qarşı söz deyəcəksə, sonu belə olacaq...O adamlarınsa köləlik xoşlarına gəlir. Yenə vurğulayıram ki, ağa-nökər münasibətləri təkcə kino üçün yox, bütün cəmiyyət üçün dağıdıcıdır.

- Rəhman Bədəlov niyə «Bizim cəmiyyətdə nonkomformistlərə ehtiyac var?–dedi?

- Niyə «Ayaz Salayev bu dəstəyə girsə də, sabah heç bir iş görə bilməyəcək, normal kino çəkə bilməycək»—fikrinə gəldi?

- Jan Jak Russonun «İnsanlar əvvəlcə məcburən kölə olublar, sonra isə öz xoşlarıyla» - məşhur deyimini xatırladı?

- Və nəhayət, yeni qurumun qurucularına hansı mesajı göndərdi?

Ən yaxşısı, verilişə bu səhifədən qulaq asmaqdır. Həftənin ən son mədəniyyət xəbərlərindən də soraq ala bilərsiniz. / Azadlıq Radiosu /









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Bu kəndlər Azərbaycana qaytarılır... - Görünəni odur ki...
Bu gün, 00:30
BAKIDA avtobus zolağı tıxaca səbəb olur – Sürücülərdən ŞİKAYƏT
Bu gün, 00:27
Şah İsmayıl Xətainin atasının türbəsi uçulur: “İcra Hakimiyyəti deyir ki, ora bizim ərazimiz deyil” - BU NƏDİ BELƏ?
Bu gün, 00:24
"Deyirdilər ki, Elnarənin bundan başqa paltarı yoxdur"
Bu gün, 00:22
Tramp USAID-in fəaliyyətini saxtakarlıq adlandırıb
Bu gün, 00:20
"Azərbaycan olmadan bu layihələrin reallaşması mümkünsüzdür" - GƏLİŞMƏ
Bu gün, 00:18
Moskva diş qıcıyır: Terrorçu ovu nədən xəbər verir? - GƏRGİNLİK
Bu gün, 00:16
Əməkdar artist əməliyyat olundu
Bu gün, 00:14
"Veteran pulu" nə zaman artırılacaq? - AKTUAL
Bu gün, 00:12
Daha hansı məhsullar bahalaşacaq? - Qiymət artımı sürətlənir
Dünən, 21:33
BDU rektoru BMT-nin illik yığıncağında çıxış etdi - FOTO
Dünən, 21:22
Neft Daşları - Dübəndi neft xəttində sızma baş verib, təmir işləri hava şəraitindən asılıdır - Azneft-dən AÇIQLAMA
Dünən, 21:18
“Pislərin ən pisi” Quantanamoya: - “Bu, insan haqları fəlakəti yaradacaq”
Dünən, 19:19
Azərbaycanda rusdilli məktəblər niyə pulsuzdur? - BU SUALI VERƏN DƏ VAR...
Dünən, 19:00
Kremlin "sözçüləri" Rusiya telekanallarında Azərbaycana qarşı hədyanlar yağdırırlar - REAKSİYA
Dünən, 18:58
Məşhur alim oğlunun nazir təyin olunmasından danışdı: - “O pullar gözbəbəyi kimi qorunmalıdır”
Dünən, 18:17
Tağı İbrahimovun tikinti şirkəti çökür: - Maaşlar verilmir, borc...
Dünən, 18:15
Azərbaycanda şirkətlər unu neçəyə satırlar? - SİYAHI
Dünən, 18:14
“Təmiz Şəhər” ASC-nin rəhbərliyinə yeni təyinat olub - BUNDAN SONRA...
Dünən, 18:12
Tramp ABŞ-nı HARA GÖTÜRÜR? - Görünəni odur ki...
Dünən, 18:07
Bir yanda hava şərtaiti... bir yandan da... - NHMT sədrindən SOS!!!
Dünən, 18:04
"Sənətkar satılmamalıdır"
Dünən, 17:56
“7 aydır Kürdəxanıda oturmuşam, 25 yaşında deyiləm ki...” - MƏHKƏMƏ
Dünən, 17:53
4 aydır Eritreyada girov saxlanılan azərbaycanlılar niyə azad edilmir? - HƏQİQƏTƏN DƏ...
Dünən, 17:51
Həyatın yaşam sığortası: Ödənişlərdə kəskin artım, yeni müqavilələrdə azalma – Nə baş verir?
Dünən, 17:49
Cəlal Harutyunyan 5 il 5 ay müddətinə azadlıqdan məhrum edilib - "Sputnik-Armenia"
Dünən, 17:45
Elm və Təhsil Nazirliyində yeni təyinat olub - FOTO
Dünən, 17:43
Azərbaycan sərhədçiləri Aİ müşahidəçilərinin Laçın və Zəngilanla sərhəddə hərəkətlərini qeydə alıb - VİDEO
Dünən, 17:00
Bakıda yuvalanmış AGENTURA ŞƏBƏKƏLƏRİ... - “Yaxın vaxtlarda...”
Dünən, 16:58
"İran Çin və Rusiyadan istifadə etməyə çalışacaq və..." - ŞƏRH
Dünən, 16:55
Kürdəmir məktəbində bıçaqlanan şagirdin ATASI – “Məktəbdə uşağı qan içində gördüm”
Dünən, 16:52
“Retems Group” dələduzluqda ittiham olunur – ŞİRKƏTİN BAŞ DİREKTORU İSƏ İDDİALARI QƏBUL ETMİR...
Dünən, 16:49
Rusiya təbliğatının ənənəvi aqressiyası – Azərbaycanın haqlı tələblərinə şantajla cavab
Dünən, 16:42
"Naxçıvanda xaosmu yaratmaq istəyir?" - BU NƏDİ BELƏ?..
Dünən, 16:38
Azərbaycan başdan-başa QUMARXANADIR... - FAKT BUDUR!
Dünən, 16:35
“Kupça”sız evlər necə satılır? - AKTUAL
Dünən, 16:30
Aliment fondu layihəsi reallaşır – Ödəniş etməyənlərin aqibəti necə olacaq?
Dünən, 16:25
Ermənistan arxa-dayaq axtarışında: - Tram adminstrasiyası Nikola "krışa" duracaq?
Dünən, 16:21
Yeni nazir bu məşhur alimin oğludur
Dünən, 16:19
Dövlət istiqrazları üzrə dövriyyəsi 10 milyon manatdan yüksək olan - 3 ŞİRKƏT
Dünən, 16:13
Sonunda çanaq öz başlarında çatladı - Mövqe
Dünən, 16:11
Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovun xatirəsi yad edilib - VİDEO
Dünən, 16:09
Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurasının sədri dəyişib
Dünən, 16:05
Yeni əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyev kimdir? - DOSYE
Dünən, 16:02
Xamenei Trampa xəbərdarlıq etdi
Dünən, 15:01
“Yelo Bank”a yeni baş direktor təyin edilib - BUNDAN SONRA...
Dünən, 14:59
Adı şagirdlərin zəhərlənməsində hallanan şirkət yenə şagirdlərə yemək verəcək – 10 milyonluq müqavilə
Dünən, 14:57
“Putin təyyarə qəzası ilə bağlı açıqlama verməyi planlaşdırmır” - BU DA ONLARIN MÖVQEYİ...
Dünən, 14:52
Dünyanın idarəçiliyi onların əlinə KEÇDİ - ŞOK DETAL
Dünən, 14:35
“Meşə qardaşları”nı kim “oyatdı”? - Cavab tələb edən bir neçə sual
Dünən, 14:00
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru