![“Yelo Bank”a yeni baş direktor təyin edilib “Yelo Bank”a yeni baş direktor təyin edilib](https://dia-az.life/uploads/posts/2025-02/thumbs/1738925952_0001.jpg)
Eldəniz Verdiyev “Yelo Bank”da Kreditlərin Bərpası üzrə Baş direktor vəzifəsinə təyin olunub.
Banker.az xəbər verir ki, bundan öncə o, Kreditlərin Bərpası departamentində İdarə Heyəti sədrinin müşaviri kimi fəaliyyət göstərib.
O, Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Beynəlxalq iqtisadi münasibətlər üzrə həm bakalavr, həm də magistr təhsilinə malikdir. Uzun illər ərzində kreditlərin bərpası-maliyyə restrukturizasiyası və risklərin idarəedilməsi üzrə müxtəlif rəhbər vəzifələrdə çalışıb.