ABŞ-IN YENİ SƏFİRİ BAKIYA GƏLMƏYƏ HAZIRLAŞIR
Tarix: 13-07-2012, 13:49 |
Çap et
MORNİNQSTAR AND İÇƏCƏK
Riçard Morninqstar ABŞ-ın Azərbaycandakı səfiri vəzifəsinə başlamaq üçün iyulun 20-də and içəcək.
Bu barədə APA ABŞ Dövlət Departamentinin rəsmi saytına istinadən məlumat yayıb.
Riçard Morninqstar and içdikdən sonra vəzifəsinin icrasına başlaya bilər. Yeni səfirin ölkəmizə yaxın həftələrdə gələcəyi gözlənilir.
Xatırladaq ki, prezident Barak Obama aprelin sonlarında Azərbaycana səfir postuna ABŞ Dövlət Departamentinin Avrasiyada energetika məsələləri üzrə xüsusi nümayəndəsi Riçadr Morninqstarın namizədliyini irəli sürüb. İyunun 29-da ABŞ Senatı Morninqstarın bu posta namizədliyini təsdiqləyib.