Azercell-in eksklüziv təklifləri “Bakutel 2017” sərgisində
Tarix: 6-12-2017, 17:09 | Çap et
DİA.AZ: - Ölkənin lider mobil operatoru biznes və asudə üçün bir sıra texnoloji yeniliklər nümayiş etdirir.
Hər ilin sonunda regionun və dünyanın ən son texnoloji yenilikləri BAKI EKSPO mərkəzində keçirilən Beynəlxalq Telekommunikasiya və İnformasiya Texnologiyaları sərgisində təqdim olunur. “Bakutel 2017” çərçivəsində həm biznes, həm də asudə üçün faydalı olan mobil rabitə və telekommunikasiya sahəsinin ən innovativ layihələri isə Azercell-in stendində sərgilənir. Artıq illərin adətinə çevrilmiş bu ənənə 23-cü Azərbaycan Beynəlxalq Telekommunikasiya və İnformasiya
DİA.AZ xəbər verir ki, texnologiyaları Sərgi və Konfransında da davam edir. Azercell Telekom MMC bu il “Bakutel” –in nəinki əsas iştirakçılarından biri, həmçinin, Baş Sponsorudur.
Azercell Telekom dörd gün ərzində “Bakutel” pavilyonunun mərkəzində yerləşən ənənəvi stendində innovativ, həm biznes, həm də asudə vaxt üçün faydalı yenilikləri ziyarətçilərə təqdim edir. Stendin bir hissəsi yeni “Azercell Exclusive" konsepsiyasına aiddir. Bu hissədə yeni nəsil İT üzrə həll variantları, 4G və 5G texnologiyalara aid müxtəlif innovativ mobil xidmətlər, müasir mobil cihazlar nümayiş olunur. Burada sərgi ziyarətçiləri, həmçinin, Azercell tərəfindən təqdim olunan son model telefonlarla tanış olub, onları yerində test edə, məhsul, xidmətlər haqqında peşəkar təmsilçilərdən ətraflı məlumat ala bilərlər.
Budəfəki “Bakutel” sərgisində Azercell öz yeni biznes həllini tam gücü ilə müştərilərin ixtiyarına verir. Belə ki, ölkəmizdə ilk dəfə tətbiq olunan “Virtual ATS” həlli ilə şirkətlər rabitənin yeni səviyyəsindən yararlanacaqlar. Bu həll ilə şirkətlər smartfonlar üçün ATS-in təşkili, müştəri xidmətləri mərkəzinin yaradılması və reklam kampaniyaları keçirilən zaman çoxkanallı "qaynar xətt"-in qurulmasına nail ola biləcəklər. Bundan başqa, Virtual ATS həlli fərdi telesekretar, konfrans zəng, zənglərin idarə edilməsi və digər 10-a yaxın funksiyalarla bizneslərə eksklüziv imkanlar verir. Hazırda əsas diqqətin xərclərə qənaətə yönəldiyi bir zamanda, bu həll ilə şirkətlər əlavə avadanlıq xərcləri çəkmədən səmərəliliyi artıracaqlar.
Azercell-in stendində ən maraqlı bölmələrdən biri son nəsil texnologiyaların nümayiş olunduğu sahədir. Burada telefonla “Bulud” texnologiyaları üzərindən idarə olunan robot ziyarətçilərin xüsusi marağına səbəb olur. Belə ki, onlar təkərlərin üzərindəki kiçik robotun asanlıqla tarazlığını saxlaya bildiyinin şahidi olurlar. Digər proqram isə qarışıq və virtual reallığın köməyilə real həyatda təhlükəsizliyin nə cür qoruna biləcəyini göstərir. Məsələn, virtual reallıq vasitəsilə fövqəladə hallarda konkret məkandan çıxış yollarını axtarıb tapmaq, digər halda isə istehsalı artırmaq üçün vizual yollar əldə etmək olar. Bu sistem, həm də, qəzadan qurtulmaq üçün yol hərəkəti qaydalarına riayət olunmasına nəzarət edir, qarşıdan gələn maşın haqqında sürücüyə xəbər verir. “Smart parking” adlı digər bir texnologiya isə küçədəki kameraların köməyilə maşın üçün parklama yerinin axtarılıb tapılmasına yardım edir.
“Texnologiya” bölməsində sərgilənən kiçik bir kubun – “Connected cube” köməyilə ağıllı idarəetmənin şahidi olmaq mümkündür. Ziyarətçilər kubun kənarındankı QR kodlarını telefonda skanerdən keçirməklə, həmin yerdəki temperaturu, rütubətliliyi ölçən cihazlara qoşulur, heç bir proqram yükləmədən asanlıqla bu göstəricilərin qeyd olunduğu portala keçmiş olurlar.
Kibertəhlükəsizlik və internetdən təhlükəsiz istifadə son illər cəmiyyət üçün ən aktual məsələlərdən birinə çevrilib. Mobil kommunikasiyada təhlükəsizliklə bağlı problemləri həll edən “Azercell Plus Təhlükəsizlik” xidməti ilə şirkətin stendində ətraflı tanış olmaq olar. Bu proqram fayllar, proqramlar və saytların təhlükəsizliyini dərhal yoxlayır, viruslara və digər təhdidlərə qarşı müdafiəni təmin edir, naməlum saytlar tərəfindən şəxsi məlumatların əldə edilməsinin qarşısını alır. Proqram arzuolunmaz saytlara keçid, habelə virusa yoluxmuş və saxta saytlara keçiddən qoruyur, təhlükəsiz onlayn ödəniş imkanı verir. Həmçinin, açıq Wi-Fi şəbəkələrinin təhlükəsizliyini yoxlayır, veb kameraya icazəsiz keçidə imkan vermir. “Azercell Plus Təhlükəsizlik” xidmətinin üstün cəhətlərindən biri də İnternetdə uşaqların təhlükəsizliyinin təmin edilməsidir. Yuxarıda sadalanan özəlliklərdən başqa, "Valideyn Nəzarəti", həmçinin, uşağın sosial şəbəkələrdə postlarını və dostlar siyahısındakı dəyişiklikləri izləməyə, övladların qoşulduğu qruplardan xəbərdar olmağa, uşaqların yerini müəyyənləşdirmək və onlar üçün təhlükəsiz ərazi yaratmaq imkanı verir.
Azercell musiqisevər abunəçilərini də unutmayıb. Sərgidə təqdim olunan "Azercell Plus Musiqi" xidməti hər kəsə sevimli musiqi parçalarını, müxtəlif melodiya və mahnılarını istənilən vaxt və istənilən yerdə dinləmək imkanı verir. Bu xidmətlə 28 milyondan artıq musiqi parçasını telefonda toplamaq mümkündür. "Azercell Plus Musiqi" ilə populyar mahnıların siyahılarını yaratmaq, onları sosial şəbəkələrdə paylaşmaq imkanını əldə etmək olar. Üç dil seçimi verən xidmətdən Azercell abunəçiləri, həm də, bir ay ərzində pulsuz istifadə edə bilirlər.
“Bakutel 2017” sərgisinin keçdiyi dörd gün ərzində Azercell stendinin ən aktiv və şən guşəsi olan əyləncə zonası ziyarətçiləri üçün xoş sürpriz, hədiyyələr qazandıran müsabiqə və viktorinalarla zəngin olacaq. Odur ki, hamını Azercell stendini ziyarət etməyə və buradakı ən son yeniliklərdən həm iş, həm də əyləncə üçün istifadə etməyə dəvət edirik!
Daha ətraflı məlumat üçün [email protected] ünvanına müraciət edə bilərsiniz
Azərbaycanın mobil rabitə sektorunun lideri və qeyri-neft sektorunun ən böyük vergi ödəyicisi və sərmayəçisi Azercell Telekom MMC 1996-cı ildə təsis edilmişdir. Azərbaycanın mobil rabitə sektorunda 48% bazar payına malik olan Azercell-in şəbəkəsi ölkə ərazisinin 80% (işğal altında olan 20% ərazi istisna olmaqla), əhalinin isə 99,8% əhatə edir. Hazırda 4,5 milyon abunəçi Azercell-in xidmətlərindən istifadə edir. Ölkəyə bir sıra yenilikləri ilk dəfə olaraq məhz Azercell gətirib: GSM texnologiyası, öncədən ödəmə sistemi, mobil internet xidmətləri, metropoliten ərazisində şəbəkənin qurulması, 24/7 Telefon Mərkəzi, həftənin 7 günü fasiləsiz ön ofis xidmətləri, M2M xidmətləri, 1 nöqtədə 3 xidmət göstərən Azercell Ekspres ofisləri, mobil müştəri xidmətləri, onlayn müştəri xidmətləri və sosial mediada müştəri xidmətləri, mobil elektron imza xidməti “Asan İmza” və s. 2012-ci ildə Azercell ölkədə ilk dəfə 4G xidmətini təqdim etmişdir. Radio siqnalların şəbəkə keyfiyyətini ölçən Global Wireless Solutions şirkəti, eləcə də “Opensignal” və “Testmy.net” kimi simsiz rabitənin əhatə dairəsi üzrə ixtisaslaşan beynəlxalq sistemlər tərəfindən aparılmış araşdırmaların nəticələrinə əsasən, Azercell şəbəkəsi Azərbaycanın mobil operatorları arasında ən yüksək göstəricilər nümayiş etdirmişdir.
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• "Kainat gözəli" seçildi - FOTO
Bu gün, 14:18 |
|
|
|
• Təəccüb içindəyəm: Əliyev razıdır, Paşinyan yox – Oskanyan
Bu gün, 14:15 |
|
|
|
• Abxaziya gərginliyində erməni izi - əslində NƏ BAŞ VERİR?
Bu gün, 13:40 |
|
|
|
• Tramp kimi dost seçəcək: Azərbaycanı, yoxsa Ermənistanı? - AKTUAL
Bu gün, 13:22 |
|
|
|
• 36 ildir səhnədə birinciliyini heç kimlə paylaşmır
Bu gün, 13:12 |
|
|
|
• Bu da Ranın son ünvanı... - FOTO
Bu gün, 13:10 |
|
|
|
• “Mehriban düşmən”lər yollarını ayırır? - İNCƏLƏMƏ
Bu gün, 12:55 |
|
|
|
• "Əlbəttə, bu, qeyri-ciddi, gülünc və absurd iddiadır..." - ŞƏRH
Bu gün, 12:52 |
|
|
|
• Azərbaycana qarşı qarayaxma yarışı gedir - NƏ ETMƏLİ?
Bu gün, 12:48 |
|
|
|
• İsrail Prezidenti COP29-a niyə gəlmədi? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 12:43 |
|
|
|
• Prezident İlham Əliyev Kuala Lumpur şəhərinin meri ilə görüşüb
Bu gün, 12:25 |
|
|
|
• Tramp gəldi: bizim üçün ən pis hadisə baş verəcək – Sərkisyan
Bu gün, 12:22 |
|
|
|
• Ermənistanın Rusiyaya yeganə yolu bağlandı
Bu gün, 12:19 |
|
|
|
• Prezident İlham Əliyev Beynəlxalq Kanoe, Avarçəkmə və Draqon Qayıqları federasiyalarının prezidentləri ilə görüşüb
Bu gün, 12:16 |
|
|
|
• Prezident İlham Əliyev ABŞ Nümayəndələr Palatası üzvünün başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb
Bu gün, 12:14 |
|
|
|
• Tramp kürəkəninə vəzifə verəcək
Bu gün, 11:03 |
|
|
|
• Bakıda kafenin qarşısında QƏTL
Bu gün, 10:55 |
|
|
|
• "Bu barədə ciddi şəkildə düşünməliyik" - deputat
Bu gün, 10:27 |
|
|
|
• “525-ci qəzet” və "Qol.az"ın təsis günüdür
Bu gün, 10:23 |
|
|
|
• Ukraynanın ikinci ən böyük şəhəri işğal olunur? - CNN
Bu gün, 10:19 |
|
|
|
• 7 rayonda DOST filialları təmir olunacaq - QALİB ŞİRKƏT
Bu gün, 10:13 |
|
|
|
• “Uşaq Avroviziyası”nın qalibi bu ölkə oldu
Bu gün, 10:08 |
|
|
|
• Buralar rəsmən yiyəsiz qalıb... - BUNUN BAŞQA ADI YOXDUR...
Bu gün, 09:58 |
|
|
|
• Deputat üçün özəl gün - DOSYE
Bu gün, 09:50 |
|
|
|
• Zaur Mikayılovun kadrları yeni təyinatları ilə "gül vururlar" - Qudanın tələbə yoldaşı əmisi oğluna yüksək vəzifə verib
Bu gün, 09:44 |
|
|
|
• Nazir ona sual verən jurnalisti “WhatsApp”da əngəllədi - AXI NİYƏ?..
Bu gün, 09:35 |
|
|
|
• İrəvandan Bakıya qarşı YENİ İTTİHAM - “Onlar Azərbaycan Xalq Cümhuriyyətinə istinadı dilə gətirirlər”
Bu gün, 09:31 |
|
|
|
• Saxtakarların meydan suladığı ünvan... - REAKSİYA
Bu gün, 09:25 |
|
|
|
• Azərbaycan QHT təmsilçiləri ABŞ konqresmeninin göstərişi ilə şiddətə məruz qaldılar - ŞOK BƏYANAT
Bu gün, 09:22 |
|
|
|
• Antiazərbaycan və antitürk ritorikası ilə çıxış edən siyasətçilər... - Azərbaycanın düz işinə də əyri baxırlar
Bu gün, 09:18 |
|
|
|
• Tanınmış həkim vəfat edib
Bu gün, 09:15 |
|
|
|
• Sevinc Osmanqızının “mikrofonçuluğu” - BU NƏDİ BELƏ?
Bu gün, 09:11 |
|
|
|
• "Düşmən ayağa baxar misalı ilə razı deyiləm" - FOTO
Bu gün, 09:07 |
|
|
|
• Bu universitetin tələbələri təqaüdlərini ala bilmirlər - AÇIQLAMA
Bu gün, 08:59 |
|
|
|
• Ukraynadakı münaqişə danışıqlar yolu ilə həll olunacaq - Pentaqon rəhbəri
Bu gün, 08:57 |
|
|
|
• Fransa öz uğursuzluğu ilə barışa bilmir - FAKT BUDUR!
Bu gün, 08:49 |
|
|
|
• Əgər Paşinyan Bakıya gəlsəydi... - Cəsarət çatışmazlığı
Bu gün, 08:46 |
|
|
|
• Yevangelistlər iki kritik ölkə üzərindən dünyanı dəyişir - Böyük plan işə düşüb
Bu gün, 08:42 |
|
|
|
• Kremlin Ermənistana pulsuz göndərdiyi silahlar – Şarmazanov
Bu gün, 08:39 |
|
|
|
• Vətəndaşın 100 manatına rəsmən `ƏL QOYDU` - GİLEY
Bu gün, 02:02 |
|
|
|
• Azərbaycanda Milli Dirçəliş Günü qeyd edilir - Bayramınız mübarək...
Bu gün, 00:45 |
|
|
|
• “Finex Kredit” BOKT-da yığıncaq keçiriləcək, Müşahidə şurasının tərkibi müzakirə ediləcək
Bu gün, 00:02 |
|
|
|
• İki yerdə işləyənlər niyə hər iki işdə ayrıca icbari tibbi sığorta haqqı ödəyir? - HƏQİQƏTƏN DƏ...
Dünən, 18:00 |
|
|
|
• Dövriyyələri 1 milyard manatı keçən 7 şirkət - SİYAHI
Dünən, 17:58 |
|
|
|
• “Daşnaksütyun” Paşinyanı öldürmək istəyir – SENSASİON İDDİA
Dünən, 17:06 |
|
|
|
• Hakimiyyətə bu şəxs hazırlanır – “Varis planı” işə düşüb
Dünən, 17:02 |
|
|
|
• Azərbaycanda sabah banklar və “Azərpoçt” fəaliyyət göstərəcək - DİQQƏT
Dünən, 16:58 |
|
|
|
• Zəngəzur dəhlizi ilə bağlı yenilik: -Bu halda məqbul sayıla bilər!
Dünən, 16:07 |
|
|
|
• Moskva Tiflisin ümidini kəsdi - Separatçı bölgələrlə bağlı inanılmaz tələb
Dünən, 16:04 |
|
|
|
• Xocalının Ballıca və Ağdərənin Həsənriz kəndlərinə köç olacaq
Dünən, 15:59 |
|
|
|
|