“Çox insanlar tənqidlə təhqir etməyi səhv salırlar” .....                     Ermənistan və Türkiyə diplomatları görüşdü .....                     Aİ-nin müşahidə missiyası Azərbaycanla sərhəddən gedir? .....                     Kiyevin Qərbin qeyri-nüvə raketlərindən Rusiyaya qarşı istifadə etməsi nüvə reaksiyasına səbəb ola bilər .....                     Paşinyan Alagöz dağını paylaşdı, ermənilər etiraz etdi .....                     Təhlükəli proses başlayır, Ermənistan ordusu... .....                     Rza Pəhləvi Trampdan Xamnei rejimini bitirməyi istədi .....                     "Şou əhli qış yuxusuna gedib" .....                     Arabir yağış yağacağı ehtimalı var .....                     İran gizli şəkildə Xamneyinin varisini seçdi .....                     MMC vətəndaşın mənzilini dağıdıb, indi də obyektini ələ keçirmək istəyir .....                     Putin Rusiyanın yenilənmiş nüvə doktrinasını təsdiqləyib .....                     “Mars Overseas”ın istehsal etdiyi “Natura” şirəsinin içindən .....                     “Gələn il minimum pensiya məbləği ən azı 300 manat olmalıdır” .....                     “ABŞ Ukraynadakı müharibədə iştirak etmir” .....                     “Düşünürdü ki, onlar kimdir Amerika senatoruna nəsə desin...” .....                     Erməni səfir Fransanın keçmiş prezidentləri ilə görüşdü .....                     “Anti-Azərbaycan qüvvələri bu dəfə də COP29-da məğlub oldular” .....                     Aqrar sektora ayrılmış subsdiyalar nəticə verməyib, milyardlar havaya uçub .....                     "Söyüş söydüyünə görə vintaçanla vurdum" .....                     "Respublikanski" “köçürüldü", xəstələr yollarda qaldı .....                     Ərini öldürüb həbsdə ana olan Əfsanənin dramı... .....                     Messi Ağ Evin qapısına zərbə vurmaq istəyir .....                     COP29 çərçivəsində hansı sazişlər imzalanıb? .....                     Minimum əməkhaqqı və minimum pensiya artımı üçün büdcədə vəsait nəzərdə tutulub .....                     Rəsmi rəqəmlər deyir, ARTIM VAR... reallıq isə... .....                     Agentlikdə yeni sədr müavini TƏYİNAT .....                     Marketlərdə satılan farş nə ətindən hazırlanır? .....                     "Hizbullah" ABŞ-nin atəşkəs təklifi ilə razılaşıb" .....                     Sülh prosesində iki çətin məsələ hansıdır? .....                     Generalın həyat yoldaşına vəzifə verildi .....                     Sülh yaxud müharibə: Bölgə üçün son seçim belədir... .....                     Ağdərənin bu kəndində 1,5 milyon manatlıq yenidənqurma işlərinə başlanılır .....                     Azərbaycan cəmiyyətinin Peloniyə reaksiyası çox təbiidir .....                     “Freedom House”dən görünməmiş həyasızlıq .....                     Aİ-95 markalı benzinin qiyməti dövlət tərəfindən tənzimlənəcək .....                     “Ruslar o templə Avropaya yönəlsəydi, indi bir çox dövlətlər Tatarıstan statusundaydı” .....                     ADAU-da büdcə pulları BELƏ MƏNİMSƏNİLİR... .....                     Azərbaycanda İran vətəndaşı iki gündür itkin düşüb .....                     “İstəmirəm sizin fiber-optik 110 manatlıq xidməti” .....                 

Ayda 1 milyon dollarlıq «qara» icarə haqqı... - ARAŞDIRMA
Tarix: 23-01-2019, 12:33 | Çap et
Ayda 1 milyon dollarlıq «qara» icarə haqqı...
Bir neçə il əvvəl Azərbaycan Mərkəzi Bankında (AMB) maraqlı hadisə baş vermişdi – bankın gənc, amma perspektivli, necə deyərlər «ümidverici» mütəxəssislərindən biri işdən getmək istədiyini bəyan edir.

AMB rəhbəri Elman Rüstəmov bunun səbəbi ilə maraqlananda məlum olur ki, kommersiya banklarından birinin sahibi həmin mütəxəssisə öz bankında yüksək vəzifə və AMB-da aldığından az qala 20 dəfə (!) artıq maaş təklif edir. Təbii ki, AMB rəhbərliyi həmin işçinin getməsinə imkan vermir, üstəlik E.Rüstəmovun bir zəngi ilə kommersiya bankının sahibi də bu təklifi birdəfəlik yaddan çıxarır.

Amma belə təkliflərin gələcəkdə də təkrarlanacağı nəzərə alınaraq məsələni birdəfəlik həll etmək üçün AMB əməkdaşları dövlət qulluqçuları siyahısından çıxarılır və onlara daha yüksək, maliyyə sektorundakılarla müqayisə olanacaq səviyyədə maaşlar təyin edilir. Nəticədə kənar təkliflərin işçiləri şirnikləndirməsinə son qoyulur. İşdən çıxmaq istəyən gənc isə doğrudan da ümidləri doğrultdu – o, uzun müddət AMB-nin rəhbərlərindən biri oldu və Mərkəzi Bankı bir necə ay əvvəl tərk etdi, indi başqa qurumdadır.

Son günlər Azərbaycanda baş verən hadisələr, daha dəqiqi mətbuatda ayrı-ayrı məmurların gəlirləri barədə yayılan məlumatlar və onlara verilən reaksiya mənə bu hadisəni xatırlatdı. Azərbaycanda dövlət məmurlarının gəlirləri və onların ictimaiyyətə açıqlanması ilə bağlı çağırışlar çoxdan unudulsa da, son vaxtlar baş verən bəzi hadisələr, ictimaiyyətə açıqlanan məlumatlar bu məsələləri yenidən gündəmə gətirib.

Məmurlara verilən böyük məbləğli aylıq paketlər, büdcədən yayındırılan və müxtəlif üsullarla mənimsənilən pullar barədə məlumatlar məmurların rəsmi və qeyri-rəsmi gəlirləri arasında böyük fərqlərin olduğunu aşkarladı.

Nazir çox qazanır, yoxsa sürücüsü?

Gəlin, dövlət məmurlarının rəsmi maaşlarına baxaq. Dövlət orqanlarının rəhbərlərinin aylıq əmək haqqı prezident İlham Əliyevin 2004-cü ildə imzaladığı «Azərbaycan Respublikasının bəzi dövlət orqanlarının rəhbər işçilərinə yeni vəzifə maaşlarının müəyyən edilməsi haqqında» sərəncamı ilə müəyyən olunub. İndiyədək sərəncama və məbləğlərə bəzi dəyişikliklər edilib, hazırki durum belədir:

Elə həmin sərəncamla adı çəkilən şəxslərə səlahiyyətlərinin icrası ilə bağlı təmsilçilik xərclərinin ödənilməsi üçün vəzifə maaşlarının 25 faizi məbləğində aylıq əlavə pul təminatı verilir. Bu 25%-i də nəzərə alanda baş nazirin “təmiz” aylıq gəliri 2787 manat, nazirlərin maaşları 2187 manat və s. təşkil edir. Rayon icra hakimiyyətlərinin rəhbərlərində isə məbləğlər 1000-2187 manat arasındadır.

Aylıq 300 min manatlıq paket

Amma bu rəsmi rəqəmlərdir. Reallıq isə fərqlidir. Ölkə ictimaiyəti dövlət məmurlarının gəlirlərinin əsl miqyasından «Rabitə işi» məhkəməsində xəbər tutdu. İlk dəfə açıq etilarf edildi ki, nazir və onun müavinləri öz rəsmi maaşlarından əlavə hər ay “dolanışıq üçün” fantastik məbləğdə «paketlər» alırmışlar. Nazir müavinləri ayda 30 min manat (məhkəmədə özləri etiraf ediblər və hazırda bu vəzifədə çalışırlar), nazir isə 300 min manatlıq paketlə təmin edilirmişlər. Halbuki, müavinlərin rəsmi maaşları bu məbləğdən 20 dəfə, nazirin maaşı isə az qala 150 dəfə az idi.

Ayda 1 milyon dollarlıq «qara» icarə haqqı

Məmurların real gəlirləri ilə bağlı ikinci «keys» də məhkəmədə ortaya çıxdı. Keçmiş MTN-in generalı Akif Çovdarov və digərlərinin cinayət işi üzrə aparılan məhkəmə prosesində Çovdarov, ölkənin ən tanınmış məmurlarından olan «Bakı metropoliteni»nin sabiq sədri Tağı Əhmədovun gəlirlərini açıqlayıb. Keçmiş MTN-çi bildirib ki, təkcə metronun ətrafındakı ticarət obyektlərindən hər ay yığılan 1 milyon dolların 90%-i gizlədilib. Qatarların təmiri, yeni qatarların alınıb gətirilməsində milyonlarla manat və dollar vəsait mənimsənilib və s. Məhkəmədə keçmiş məmurun əmlakları da sadalanıb və müttəhimə inansaq, onların real dəyəri minimum 30-40 milyon dollar təşkil edib. Tağı Əhmədovun illik 20-22 min manatlıq rəsmi əmək haqqı ilə belə sərvət toplamaq mümkün deyildi. Qeyd edək ki, artıq sonuncunun yaxınları bu məlumatları təkzib ediblər.

Paketsiz həyat mövcuddurmu?

Vaxtilə Mərkəzi Bankda baş verən və yuxarıda xatırlatdığımız hadisə hazırda müxtəlif dövlət təşkilatlarında kütləvi şəkildə təkrarlanmaqdadır. Xüsusilə sahibkarlarla sıx kontaktda olan təşkilatların aparıcı müxətəssisləri qeyri-rəsmi gəlirlərinin azaldığını, rəsmi maaşla işləməyin isə mümkün olmadığını görərək daha böyük gəlirlər müqabilində «cəbhənin o tərəfinə», biznesə xidmət etməyə keçirlər. Necə deyərlər, dövlət təşkilatlarından biznesə «beyin axını» baş verir.

Ölkədə ən sox maaş alan məmur kimdir?

Təqribən iki il əvvəl isə KİV-lərdə Maliyyə Bazarlarına Nəzarət Palatasının (MBNP) rəhbərlərinin maaşları açıqlandı. Həmin məlumatlara görə, Palatanın Direktorlar Şurasının sədri Rüfət Aslanlının (indi DŞ ləğv olunub və R.Aslanlı da işdən azad edilib) aylıq maaşı 65 min manat idi. KİV-də hay-küy qalxdı ki, DŞ sədrinin maaşı prezidentin maaşından 4 dəfə, ölkədəki orta aylıq əməkhaqqıdan 130, orta aylıq pensiyadan isə düz 325 dəfə çoxdur.

Bəs əslində vəziyyət necədir?

Əslində real rəqəmlər də bundan çox fərqlənmirdi. Palatanın keçmış rəhbərinin aylıq əmək haqqı doğrudan da, ildə təqribən 400 min dollar və ya 700 min manat, yəni ayda təqribən 58 min manat ətrafında olmuşdu. Həmin məbləğdən 38% (35% vergi +3% DSMF-ə ödənişlər) çıxıldan sonra təmiz maaş 36 min manat təşkil edirdi. İlk baxışdan, ayda hətta 36 min manat da çox yüksək məbləğ sayılır. Onu həvəslə prezidentin, baş nazirin və nazirlərin maaşları ilə müqayisə edib, uzağa gedən nəticələr çıxarmaq olar.

Amma müqayisədən əvvəl maliyyə sektorundakı maaşlarla tanış olaq, ümumiyyətlə vəziyyətə bir qədər kənardan baxaq.

50 min manatlıq maaşlar, 1 milyonluq bonuslar

Maliyyə sektorunda – bank və sığorta şirkətlərində maaşların təyin edilməsi prinsipi tamamilə fərqlidir. Əvvəla burada maaşlar qat-qat yüksəkdir. Bankın sıravi işçilərinin maaşlarını yuxarıda xatırlatdıq – nazirlərin əmək haqqına bərabərdir. Rəhbər işçilərə gəlincə isə, bankların müşahidə şurasının və ya idarə heyətinin sədrinin aylıq əmək haqqı 20-35 min manat arasında dəyişir. Sistem banklarının (yəni aktivlərinin həcmi və digər göstəricilərə görə, ölkənin bank sistemi üçün mühüm əhəmiyyət daşıyan) rəhbərlərinin əmək haqqı isə 50 min manata çatır. Amma bu da hamısı deyil. Bir qayda olaraq bank rəhbərləri maaşla yanaşı, ilin sonunda ödənilən bonuslar da əldə edirlər. Bonusların məbləği bankın fəaliyyətinin nəticələrindən ibarətdir və orta hesabla ildə 100-500 min manat arasında dəyişir. Amma həddən artıq böyük məbləğlərə də rast gəlinir.

Məsələn, bir neçə il əvvəl riteyl banklarından birinin aparıcı rəhbəri, indi isə başqa bir holdinqə rəhbərlik edən şəxs ilin nəticələrinə görə 5 milyon dollarlıq bonus almışdı.

İlk baxışdan fantastik məbləğlərdir. Amma nəzərə alanda ki, bu şəxslər bir neçə milyard dollarlıq aktivləri idarə edir və öz banklarına çoxmilyonluq gəlirləri gətirir, onların gəlirlərinin nəyə görə belə yüksək olduğu aydınlaşır. Yeri gəlmişkən, hazırda bank sektorunda top menecerlərin həvəsləndirilməsi üçün onların formal səhmdara çevrilməsi praktikasından istifadə edilir. Belə ki, bankın rəhbəri işlədiyi müddətdə bankın müəyyən səhminin sahibi olur və sahib olduğu səhm paketinə uyğun olaraq bankın gəlirlərinə şərik olur. Təsirli, ən əsası, ədalətli üsuldur.

Bankirlərin maaşı və bonusları açıqlanacaq

Yeri gəlmişkən, bu ilin aprelində Mülki Məcəlləyə edilən dəyişikliklərə görə, şirkətlərin idarəçilərinin, o cümlədən, bank rəhbərlərinin fəaliyyətinə nəzarət gücləndiriləcək. Məcəllənin 99-cu maddəsinə edilmiş dəyişikliyə görə isə ASC-lər (o cümlədən banklar) digər məlumatlarla yanaşı İdarəetmə orqanlarında çalışan şəxslərə verilən ödənişlər yəni əmək haqqları, bonuslar və s. barədə məlumatları da açıqlamalı olacaqlar.

AMB-də baş verən və yuxarıda xatırlatdığımız hadisədən sonra maliyyə sektorundakı yüksək maaşlar nəzarət qurumlarında da tətbiq olunur. Hələ bir neçə il əvvəldən AMB-nin rəhbər işçilərinin aylıq əmək haqqı 10-15 min manat ətrafında dəyişir. Bu mənada maliyyə sektorunun bir hissəsi olan və yüksək peşəkarların işlədiyi Palatada da əmək haqlarının yüksək olması başa düşüləndir. Amma əsas məsələ başqadır.

Paket, yoxsa leqal maaş?

Yaxşı yadımdadır, ilk dəfə televiziyada işə qəbul ediləndə maaşımın yüksək olması üçün gələcək bosslarımla əməlli-başlı mübahisəyə qalxmışdım, qarşı tərəfin gətirdiyi bütün arqumentlərə bircə cavabım vardı: «Mən rüşvət alan deyiləm, gəlirim yalnız bundan ibarət olacaq, ona görə də yüksək olmalıdır». «Təmiz işləmək» çalışacağım şirkət üçün də az qala müqəddəs səviyyədə vacib olduğuna görə, rəhbərlik mənimlə razılaşmalı oldu.

Bu hadisəni niyə xatırladım? Cəmiyyət, o cümlədən mətbuat daima ölkə rəhbərliyindən, dövlət qurumlarından və məmurlardan şəffaflıq, obyktivlik tələb edir. Bu, digər məsələlərlə yanaşı, məmurların real gəlirlərinin açıqlanması və verilən qərarların obyektivliyi deməkdir.

Yüksək maaşlar əslində maliyyə sektorunun reallığı ilə yanaşı, həm də cəmiyətin tələb etdiyi həmin şəffaflığın göstəricisidir. Birdəfəlik qəbul etməliyik ki, bazar iqtisadiyyatında yaşayırıq – əmək haqları görülən işə və məsuliyyətə mütənasib olmaldır.

Nazirlər bu pulla dolana bilirmi?

İndi gələk nazirlərin rəsmi maaşlarına. Doğrudanmı, bu qədər böyük və məsuliyyətli fəaliyyətlə məşğul olan, çoxsaylı (bəzən bir neçə min nəfərlik) kollektivə rəhbərlik edən, müxtəlif sahələrdə dövlət siyasətini müəyyənləşdirən, onu həyata keçirən, nəzarət edən və bu sahədə baş verən bütün proseslərə görə (özü də birbaşa prezidentin qarşısında) başı ilə cavabdeh olan şəxslər bu maaşa işləyirlər? Həmin məbləğlərə görə – hətta vəzifənin gətirdiyi digər imtiyazları (xidməti maaş, mükafatlar, ev və s.) da nəzərə alanda, bu qədər böyük məsuliyyəti üzərinə götürməyə dəyərmi?

Açıq etiraf olunmasa da, hazırda Azərbaycanda dövlət məmurlarının maaşlarının müəyyən olunmasında məsuliyyət-maaş bağlılığı pozulub. Hər halda rəsmi maaşlar onların nəzərdə tutulduğu vəzifənin nə məsuliyyətinə, nə də yükünə uyğun gəlmir.

Təsəvvür edin, indi Azərbaycanda nazirlərin rəsmi maaşı qədər pulu hansısa şirkətdə təhlükəsizlik əməkdaşı kimi, qat-qat rahat şəkildə almaq olarsa, adam nəyə görə bu qədər məsuliyyət və stressə razılaşmalı, nazirlərdən birinin də etiraf etdiyi kimi, az qala telefon qulağında yatmalıdır? Nə qədər qəribə də olsa, hazırda nazirlər üçün nəzərdə tutulan maaşı onların ailə sürücüləri də asanlıqla qazanırlar, tamamilə rəsmi şəkildə.

Bir imzanın qiyməti nə qədərdir?

Ümumilikdə, dövlət və özəl sektorunun maaşları arasında – əlbəttə ki söhbət rəsmi gəlirlərdən gedir – böyük bir uçurum yaranıb. Nazirlər üçün nəzərdə tutulan rəsmi maaşı banklardakı kredit mütəxəssisləri asanlıqla qazanır, baş nazirin maaşını qazanmaq üçün isə tikinti sahəsində icraçısı və mobil operatorların birində aparıcı sıravi mütəxəssis olaraq bütün gün ərzində bir-iki cümlə yazmaq və ya telefon zənglərini cavablandırmaq kifayətdir.

İndi baxın, 5-10 milyonluq obyektin tikilib-tikilməməsi məsələsini bircə imza ilə həll etmək gücündə olan icra hakimiyyəti başçısı cəmi 1200 manatla dolanarmı? Və ya yenə də hər hansı qərarı ilə böyük biznes strukturuna milyonlarla manat fayda və yə zərər gətirə bilən nazir 1750 manatla razılaşarmı?

Bura olduqca məsuliyyətli, eyni zamanda korrupsiüya üçün potensial imkanların böyük olduğu sahələri və vəzifələri, o cümlədən məhkəmə hakimlərini, prokurorları, polis rəislərini və sairi də əlavə etmək olar.

Əlbəttə ki, razılaşmırlar, yuxarıda xatırlanan məlumatlar göstərir ki, məmurlar arasında məsuliyyətin monetizasiyasının fərqli formaları da var. Söhbət onların paket adı ilə tanınan qeyri-rəsmi gəlirlərindən gedir. Və nə qədər qəribə səslənsə də, ikinci sistem daha ədalətli görünür.

Harvardı bitirib 1000 manatlıq “paket” alanlar

Özü də məsələ təkcə nazirlərdə deyil. Son vaxtlar ölkədə aparılan həm struktur islahatları, həm yeni yanaşmalar, həm də kadr dəyişiklikləri fonunda dövlət strukturlarına yeni, xaricdə təhsil almış kadrlar gətirilir. Bunların demək olar ki, əksəriyyəti xarici təhsillidir, yəni elə təhsil aldıqları ölkələrdə, lap elə Azərbaycanın özəl strukturlarında da aylıq 5-10 min dollarlıq maaşla iş tapa bilərdilər. Dövlət orqanlarında onlara nə qədər maaş verilir?

Xarici ölkənin nüfuzlu universitetdərində bir neçə il təhsil alaraq ən müasir biliklərə yiyələnən, aldığı təhsilə görə xaricdə də işləmək imkanı olan perspektivli gənc, hansısa dövlət qurumunda ayda 400-500 manata aparıcı mütəxəssis işləməyə razılaşarmı? Bu sualın cavabı yoxdur, sadəcə qeyri-ciddi söhbətdir.

Nə etmək lazımdır?

Bir anlıq fikirləşək, biz nə istəyirik – rəsmi maaşı 1500 manat olan, amma əslində, Allah bilir, hansı mənbədən ayda 40-50 min manatlıq paket alan və mümkün olan hər addımda yeyinti və korrupsiyaya həvəslənən məmur, yoxsa, heç bir mənbədən asılılığı olmayan, məsuliyyətli və həddən artıq mürəkkəb mühitdə düzgün və obyektiv qərar verməyə qadir olan idarəçi?

Əslində, dövlət orqanlarında aparılacaq islahatların nəticəsi, məmurlara və onların işinə yanaşmanın necə olacağı, cəmiyyətin və ölkə rəhbərliyinin bu suala verəcəyi düzgün cavabdan asılıdır.

/FED.az/









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
“Çox insanlar tənqidlə təhqir etməyi səhv salırlar”
Bu gün, 13:20
Ermənistan və Türkiyə diplomatları görüşdü – Sərhədlər açılacaq?
Bu gün, 13:09
Aİ-nin müşahidə missiyası Azərbaycanla sərhəddən gedir? - Rəsmi açıqlama
Bu gün, 13:04
Kiyevin Qərbin qeyri-nüvə raketlərindən Rusiyaya qarşı istifadə etməsi nüvə reaksiyasına səbəb ola bilər - Kreml açıq şəkildə HƏDƏLƏDİ
Bu gün, 13:02
Paşinyan Alagöz dağını paylaşdı, ermənilər etiraz etdi - FOTO
Bu gün, 12:59
Təhlükəli proses başlayır, Ermənistan ordusu... - Abramyan
Bu gün, 12:56
Rza Pəhləvi Trampdan Xamnei rejimini bitirməyi istədi
Bu gün, 12:54
"Şou əhli qış yuxusuna gedib"
Bu gün, 12:45
Arabir yağış yağacağı ehtimalı var - belə deyirlər...
Bu gün, 12:42
İran gizli şəkildə Xamneyinin varisini seçdi - onun haqqında məlum olanlar
Bu gün, 12:39
MMC vətəndaşın mənzilini dağıdıb, indi də obyektini ələ keçirmək istəyir - FOTOLAR
Bu gün, 12:29
Putin Rusiyanın yenilənmiş nüvə doktrinasını təsdiqləyib
Bu gün, 12:21
“Mars Overseas”ın istehsal etdiyi “Natura” şirəsinin içindən GÖRÜN NƏ ÇIXDI
Bu gün, 12:19
“Gələn il minimum pensiya məbləği ən azı 300 manat olmalıdır” - ÇAĞIRIŞ
Bu gün, 12:08
“ABŞ Ukraynadakı müharibədə iştirak etmir” - Sallivan
Bu gün, 12:06
“Düşünürdü ki, onlar kimdir Amerika senatoruna nəsə desin...” - maləsəf... BU FAKTDIR...
Bu gün, 12:03
Erməni səfir Fransanın keçmiş prezidentləri ilə görüşdü
Bu gün, 12:01
“Anti-Azərbaycan qüvvələri bu dəfə də COP29-da məğlub oldular” - HƏQİQƏTƏN DƏ...
Bu gün, 11:56
Aqrar sektora ayrılmış subsdiyalar nəticə verməyib, milyardlar havaya uçub -EKSPERT ŞƏRHİ
Bu gün, 11:54
"Söyüş söydüyünə görə vintaçanla vurdum" - Salam almaq üstündə qətl
Bu gün, 11:52
"Respublikanski" “köçürüldü", xəstələr yollarda qaldı - GİLEY
Bu gün, 11:50
Ərini öldürüb həbsdə ana olan Əfsanənin dramı... - TƏFƏRRÜAT
Bu gün, 11:48
Messi Ağ Evin qapısına zərbə vurmaq istəyir – İmpiçment çağırışı
Bu gün, 11:46
COP29 çərçivəsində hansı sazişlər imzalanıb? - AKTUAL
Bu gün, 11:37
Minimum əməkhaqqı və minimum pensiya artımı üçün büdcədə vəsait nəzərdə tutulub - Nazirdən MÜJDƏ
Bu gün, 11:33
Rəsmi rəqəmlər deyir, ARTIM VAR... reallıq isə... - FOTOFAKT
Bu gün, 11:31
Agentlikdə yeni sədr müavini TƏYİNAT - BUNDAN SONRA...
Bu gün, 11:21
Marketlərdə satılan farş nə ətindən hazırlanır? - Qəssabdan şok AÇIQLAMA
Bu gün, 11:20
"Hizbullah" ABŞ-nin atəşkəs təklifi ilə razılaşıb" - Reuters
Bu gün, 11:18
Sülh prosesində iki çətin məsələ hansıdır? - Detallar açıqlandı
Bu gün, 11:01
Generalın həyat yoldaşına vəzifə verildi - ƏMR
Bu gün, 10:59
Sülh yaxud müharibə: Bölgə üçün son seçim belədir... - AKTUAL
Bu gün, 10:48
Ağdərənin bu kəndində 1,5 milyon manatlıq yenidənqurma işlərinə başlanılır
Bu gün, 10:46
Azərbaycan cəmiyyətinin Peloniyə reaksiyası çox təbiidir - RƏY
Bu gün, 10:36
“Freedom House”dən görünməmiş həyasızlıq - Bakıdan şillə kimi cavab
Bu gün, 10:34
Aİ-95 markalı benzinin qiyməti dövlət tərəfindən tənzimlənəcək - AÇIQLAMA
Bu gün, 10:32
“Ruslar o templə Avropaya yönəlsəydi, indi bir çox dövlətlər Tatarıstan statusundaydı” - HƏQİQƏTƏN DƏ...
Bu gün, 10:21
ADAU-da büdcə pulları BELƏ MƏNİMSƏNİLİR... - BU DA FAKT!
Bu gün, 10:15
Azərbaycanda İran vətəndaşı iki gündür itkin düşüb
Bu gün, 10:04
“İstəmirəm sizin fiber-optik 110 manatlıq xidməti” – Vətəndaşdan haqlı narazılıq
Bu gün, 10:03
NİYƏ 285 MANAT?... - Və ya bir ailənin aylıq minimum yaşam xərci nə qədərdir?
Bu gün, 09:57
Frank Peloni Bakıda kimlərlə görüşəcəkdi? - AÇIQLAMA
Bu gün, 09:49
Vasif Talıbovun yaratdığı PROBLEM... HƏLƏ DƏ QALIR...
Bu gün, 09:48
Tələbələrin təqüdü 285 manata qədər artırıla bilər - MÜJDƏ
Bu gün, 09:42
Ermənistan ATƏT-ə missiya rəhbəri TƏYİN ETDİ
Bu gün, 09:39
Paşinyan üzünü qırxmağı da bir həftə öncə komanda üzvləri ilə müzakirə edib... - “Hraparak”
Bu gün, 09:37
Azərbaycanda nəqliyyat şirkəti - LƏĞV EDİLİR
Bu gün, 09:32
“İstifadə edilməyən məzuniyyətə görə kompensasiya ödənilməlidir” - QANUN BELƏ DEYİR...
Bu gün, 09:28
Oqtay Şirəliyevin tibb müəssisəsi yüksək məbləğdə cərimələndi - SƏBƏB
Bu gün, 09:23
"Şöbə müdiri deyir ki, Maştağadan həkim gətizdirib sizi yoxlatdıracağam, narkomansınız..." - Qarabağ qazisinə YAĞI MÜNASİBƏTİ?
Bu gün, 09:21
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru