İl ərzində "Mənim Bakcellim" 17 mln. dəfədən çox istifadə olunub
Tarix: 18-09-2020, 18:15 | Çap et
DİA.AZ: - 2018-ci ildə istifadəyə verilən “Mənim Bakcellim” Azərbaycanın mobil rabitə bazarında ilk virtual müştəri xidməti tətbiqetməsidir.
DİA.AZ xəbər verir ki, müştəri və şirkət arasında şəxsi rəqəmsal interfeys olan “Mənim Bakcellim” 700 min nəfər istifadəçi ilə yerli telekommunikasiya sahəsinin ən çox seçilən tətbiqidir. “Mənim Bakcellim” Azərbaycan üzrə “həyat tərzi” və “məhsuldarlıq” kateqoriyalarında daim ən yüksək yerlərdə olmaqla, “Google Play” və “App Store” mağazalarında 4.6 və 4.4 kimi yüksək müştəri reytinqinə malikdir.
““Mənim Bakcellim” sayəsində biz abunəçilərimizə heç bir yerə getmədən və vaxt itirmədən smartfon vasitəsilə öz mobil nömrələrinə tam nəzarət etmək imkanı yaradırıq. Sosial məsafənin saxlanılmasının vacib olduğu və fiziki ünsiyyətin tövsiyə olunmadığı bir vaxtda bu xüsusi əhəmiyyət kəsb edir. Bundan əlavə, “Mənim Bakcellim” Azərbaycanda iqtisadi inkişafın hərəkətverici qüvvələrindən biri olan rəqəmsallaşma prosesinə böyük töhfədir. Bu tətbiq mobil operator və abunəçi arasında ünsiyyəti tam yeni bir rəqəmsal mərhələyə çatdırır”, - deyə “Bakcell”in baş kommersiya direktoru Reinhard Zuba bildirib.
İl ərzində “Bakcell” abunəçiləri tərəfindən 17 milyon dəfədən çox istifadə olunmuş “Mənim Bakcellim” ən üstün müştəri təcrübəsi təmin etməklə məlumat mərkəzinə zəng etmədən və xidmət mərkəzinə getmədən mobil nömrə ilə istənilən əməliyyatı həyata keçirmək üçün çox rahat və sadə üsuldur. Abunəçinin gündəlik müştəri xidmətlərinə olan ehtiyacları sadəcə “bir klik” məsafəsində smartfonun ekranındadır. Çünki balansı, qalıq meqabayt və dəqiqələri, aylıq ödənişin tarixini görmək və yaxud balansı mikrokredit vasitəsilə dərhal artırmaq üçün proqramda əlavə bölməyə girməyə ehtiyac yoxdur. “Mənim Bakcellim” paket təkliflərini müqayisə etmək və almaq, tarifi dəyişmək, nömrənin istifadə tarixçəsinə və xərclənən məbləğlərə baxmaq kimi bir çox əlverişli funksiyalara malikdir.
Həmçinin, “Mənim Bakcellim” tətbiqinin daxilində təqdim olunan onlayn çat vasitəsilə abunəçilər Bakcell Müştəri Xidməti ilə əlaqə saxlayıb bütün suallarına tez bir zamanda cavab ala bilirlər. Bu platforma daxilində müştəri xidməti əməkdaşları cəmi bir neçə saniyə ərzində abunəçilərin sorğularını cavablandırırlar.
“Mənim Bakcellim” bir neçə hesabın idarə edilməsi, rouminq paketlərinin rahat şəkildə əldə olunması, ən yaxın “Bakcell” mağazalarını tapmaq üçün xəritə, “Ulduzum” tərəfdaşlarından endirimlər və ən əsası zəng olunan nömrələr və xərclənən məbləğlərin siyahısı kimi unikal funksiyalara malikdir.
“Mənim Bakcellim” mobil tətbiqetməsini “Android” və “iOS” sistemləri ilə çalışan cihazlar üçün “Google Play” və “Appstore” portallarından pulsuz yükləmək olar.
Ətraflı məlumat və proqramı yükləmək üçün linklər https://www.bakcell.com/az/my-bakcell səhifəsində yerləşdirilib.
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• "Kainat gözəli" seçildi - FOTO
Bu gün, 14:18 |
|
|
|
• Təəccüb içindəyəm: Əliyev razıdır, Paşinyan yox – Oskanyan
Bu gün, 14:15 |
|
|
|
• Abxaziya gərginliyində erməni izi - əslində NƏ BAŞ VERİR?
Bu gün, 13:40 |
|
|
|
• Tramp kimi dost seçəcək: Azərbaycanı, yoxsa Ermənistanı? - AKTUAL
Bu gün, 13:22 |
|
|
|
• 36 ildir səhnədə birinciliyini heç kimlə paylaşmır
Bu gün, 13:12 |
|
|
|
• Bu da Ranın son ünvanı... - FOTO
Bu gün, 13:10 |
|
|
|
• “Mehriban düşmən”lər yollarını ayırır? - İNCƏLƏMƏ
Bu gün, 12:55 |
|
|
|
• "Əlbəttə, bu, qeyri-ciddi, gülünc və absurd iddiadır..." - ŞƏRH
Bu gün, 12:52 |
|
|
|
• Azərbaycana qarşı qarayaxma yarışı gedir - NƏ ETMƏLİ?
Bu gün, 12:48 |
|
|
|
• İsrail Prezidenti COP29-a niyə gəlmədi? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 12:43 |
|
|
|
• Prezident İlham Əliyev Kuala Lumpur şəhərinin meri ilə görüşüb
Bu gün, 12:25 |
|
|
|
• Tramp gəldi: bizim üçün ən pis hadisə baş verəcək – Sərkisyan
Bu gün, 12:22 |
|
|
|
• Ermənistanın Rusiyaya yeganə yolu bağlandı
Bu gün, 12:19 |
|
|
|
• Prezident İlham Əliyev Beynəlxalq Kanoe, Avarçəkmə və Draqon Qayıqları federasiyalarının prezidentləri ilə görüşüb
Bu gün, 12:16 |
|
|
|
• Prezident İlham Əliyev ABŞ Nümayəndələr Palatası üzvünün başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb
Bu gün, 12:14 |
|
|
|
• Tramp kürəkəninə vəzifə verəcək
Bu gün, 11:03 |
|
|
|
• Bakıda kafenin qarşısında QƏTL
Bu gün, 10:55 |
|
|
|
• "Bu barədə ciddi şəkildə düşünməliyik" - deputat
Bu gün, 10:27 |
|
|
|
• “525-ci qəzet” və "Qol.az"ın təsis günüdür
Bu gün, 10:23 |
|
|
|
• Ukraynanın ikinci ən böyük şəhəri işğal olunur? - CNN
Bu gün, 10:19 |
|
|
|
• 7 rayonda DOST filialları təmir olunacaq - QALİB ŞİRKƏT
Bu gün, 10:13 |
|
|
|
• “Uşaq Avroviziyası”nın qalibi bu ölkə oldu
Bu gün, 10:08 |
|
|
|
• Buralar rəsmən yiyəsiz qalıb... - BUNUN BAŞQA ADI YOXDUR...
Bu gün, 09:58 |
|
|
|
• Deputat üçün özəl gün - DOSYE
Bu gün, 09:50 |
|
|
|
• Zaur Mikayılovun kadrları yeni təyinatları ilə "gül vururlar" - Qudanın tələbə yoldaşı əmisi oğluna yüksək vəzifə verib
Bu gün, 09:44 |
|
|
|
• Nazir ona sual verən jurnalisti “WhatsApp”da əngəllədi - AXI NİYƏ?..
Bu gün, 09:35 |
|
|
|
• İrəvandan Bakıya qarşı YENİ İTTİHAM - “Onlar Azərbaycan Xalq Cümhuriyyətinə istinadı dilə gətirirlər”
Bu gün, 09:31 |
|
|
|
• Saxtakarların meydan suladığı ünvan... - REAKSİYA
Bu gün, 09:25 |
|
|
|
• Azərbaycan QHT təmsilçiləri ABŞ konqresmeninin göstərişi ilə şiddətə məruz qaldılar - ŞOK BƏYANAT
Bu gün, 09:22 |
|
|
|
• Antiazərbaycan və antitürk ritorikası ilə çıxış edən siyasətçilər... - Azərbaycanın düz işinə də əyri baxırlar
Bu gün, 09:18 |
|
|
|
• Tanınmış həkim vəfat edib
Bu gün, 09:15 |
|
|
|
• Sevinc Osmanqızının “mikrofonçuluğu” - BU NƏDİ BELƏ?
Bu gün, 09:11 |
|
|
|
• "Düşmən ayağa baxar misalı ilə razı deyiləm" - FOTO
Bu gün, 09:07 |
|
|
|
• Bu universitetin tələbələri təqaüdlərini ala bilmirlər - AÇIQLAMA
Bu gün, 08:59 |
|
|
|
• Ukraynadakı münaqişə danışıqlar yolu ilə həll olunacaq - Pentaqon rəhbəri
Bu gün, 08:57 |
|
|
|
• Fransa öz uğursuzluğu ilə barışa bilmir - FAKT BUDUR!
Bu gün, 08:49 |
|
|
|
• Əgər Paşinyan Bakıya gəlsəydi... - Cəsarət çatışmazlığı
Bu gün, 08:46 |
|
|
|
• Yevangelistlər iki kritik ölkə üzərindən dünyanı dəyişir - Böyük plan işə düşüb
Bu gün, 08:42 |
|
|
|
• Kremlin Ermənistana pulsuz göndərdiyi silahlar – Şarmazanov
Bu gün, 08:39 |
|
|
|
• Vətəndaşın 100 manatına rəsmən `ƏL QOYDU` - GİLEY
Bu gün, 02:02 |
|
|
|
• Azərbaycanda Milli Dirçəliş Günü qeyd edilir - Bayramınız mübarək...
Bu gün, 00:45 |
|
|
|
• “Finex Kredit” BOKT-da yığıncaq keçiriləcək, Müşahidə şurasının tərkibi müzakirə ediləcək
Bu gün, 00:02 |
|
|
|
• İki yerdə işləyənlər niyə hər iki işdə ayrıca icbari tibbi sığorta haqqı ödəyir? - HƏQİQƏTƏN DƏ...
Dünən, 18:00 |
|
|
|
• Dövriyyələri 1 milyard manatı keçən 7 şirkət - SİYAHI
Dünən, 17:58 |
|
|
|
• “Daşnaksütyun” Paşinyanı öldürmək istəyir – SENSASİON İDDİA
Dünən, 17:06 |
|
|
|
• Hakimiyyətə bu şəxs hazırlanır – “Varis planı” işə düşüb
Dünən, 17:02 |
|
|
|
• Azərbaycanda sabah banklar və “Azərpoçt” fəaliyyət göstərəcək - DİQQƏT
Dünən, 16:58 |
|
|
|
• Zəngəzur dəhlizi ilə bağlı yenilik: -Bu halda məqbul sayıla bilər!
Dünən, 16:07 |
|
|
|
• Moskva Tiflisin ümidini kəsdi - Separatçı bölgələrlə bağlı inanılmaz tələb
Dünən, 16:04 |
|
|
|
• Xocalının Ballıca və Ağdərənin Həsənriz kəndlərinə köç olacaq
Dünən, 15:59 |
|
|
|
|