Məktəblilərimizin 32-ci Beynəlxalq İnformatika Olimpiadasında uğuru - FOTO
Tarix: 25-09-2020, 15:15 | Çap et
DİA.AZ: - Yüksək texnologiyaların məkanı sayılan Sinqapurda təşkil olunan 32-ci Beynəlxalq İnformatika Olimpiadası başa çatıb. 13-19 sentyabr tarixlərində baş tutan bilik yarışmasına 87 ölkədən 343 iştirakçı qatılıb. Ölkənin lider mobil operatoru Azercell Telekom-un dəstəklədiyi Azərbaycan komandasının üzvləri olimpiadada uğurlu nəticə göstərərək 3 medal əldə ediblər.
DİA.AZ xəbər verir ki, bu beynəlxalq yarışmada Azərbaycanı dörd məktəblidən ibarət komanda təmsil edib. Onlar onlayn formatda keçirilən olimpiadaya ADA Universitetindən qoşulublar. Şagirdlərimiz olimpiadadan öncə AR Təhsil Nazirliyinin təşkilatçılığı və Azercell-in dəstəyi ilə xüsusi hazırlıq dərsləri keçiblər.
İki mərhələdən ibarət olan olimpiadanın hər günü şagirdlərə 3 alqoritmik tapşırığı həll etmək və proqramlaşdırmaq üçün 5 saat vaxt verilib. Gərgin keçən yarışma nəticəsində komanda üzvlərindən üçü - Gəncə şəhəri M.Əzizbəyov adına 15 nömrəli tam orta məktəbin X sinif şagirdi Əziz Hüseynov, AR Təhsil Nazirliyinin tabeliyindəki Fizika, riyaziyyat və informatika təmayüllü liseyin XI sinif şagirdləri Abutalıb Namazov və Murad Eynizadə bürünc medal qazanıblar.
Qeyd edək ki, Azərbaycan 1994-cü ildən etibarən bu mötəbər müsabiqədə təmsil olunur. Bu 25 il ərzində şagirdlərimiz 5 medal -1 gümüş, 4 bürünc medal qazanıblar. Odur ki, təkcə bu il komandamızın 3 medal əldə etməsini rekord göstərici kimi qiymətləndirmək olar.
Məktəblilərimizin bu nüfuzlu yarışmada möhtəşəm nəticə göstərməsi Azərbaycanda elm və təhsil sisteminin böyük potensialından xəbər verir. Qeyd edək ki, informatika fənni üzrə beynəlxalq olimpiadalara hazırlıq prosesi 2017-ci ildən etibarən Azercell şirkətinin dəstəyi ilə həyata keçirilir. Builki nəticə bir daha onu təsdiqləyir ki, şirkətin Təhsil Nazirliyi və digər qurumlarla effektiv əməkdaşlığı ölkədə xüsusi istedadlı şagirdlərin aşkarlanması, onların özünütəsdiqi və inkişafı üçün lazımi şərait yaradır.
1989-cu ildən etibarən keçirilən Beynəlxalq İnformatika Olimpiadası bütün dünyadan iştirakçıları əhatə edən azsaylı yarışmalardan biridir. Bundan əvvəl Olimpiada Zaqreb, Tehran, Afina, Qahirə, Almatı, Kazan və sair şəhərlərində keçirilib. Ötən il 31-ci Beynəlxalq İnformatika Olimpiadası Azərbaycanın paytaxtında təşkil olunmuşdu. Bakıda keçirilən olimpiadada Azercell şirkəti istedadların rəqəmsal sponsoru qismində təmsil olunmuşdu. Bununla yanaşı, Azercell, həm də, yarışma iştirakçıları ilə birlikdə onları müşayiət edən nümayəndə heyətini üzvlərini mobil internetlə təmin etmişdi.
Xatırladaq ki, ölkəmizdə COVİD-19 pandemiyasının yayılması ilə əlaqədar elan olunan sosial təcrid şəraitində də Azercell müəllim və məktəblilərin yeni tədris üsullarına uyğunlaşmasına və tədris effektivliyinin artırılması məqsədilə AR Təhsil Nazirliyinin “Virtual məktəb” layihəsi çərçivəsində müəllimlərə 5GB həcmində mobil internet hədiyyə edib. Eyni zamanda, qəbul imtahanları zamanı yüksək
bal toplamış 10 nəfər abituriyent Azercell tərəfindən planşet və daha 300 nəfər isə “Busuu” xarici dil öyrənmə əlavəsinə pulsuz abunəlik qazandı. Bundan əlavə, şirkət aprel, iyul döyüşlərində şəhid olmuş hərbçilərin tələbə övladları üçün xüsusi Tələbə Təqaüdü, məktəbə qədəm qoyan övladları üçün isə hədiyyələr təqdim etdi.
Azercell Telekom fəaliyyəti boyunca Azərbaycanda gənclərin peşəkar və fərdi inkişafına daim dəstək olub, Korporativ Sosial Məsuliyyət strategiyasında təhsilin inkişafına töhfəsini əsirgəməyib.
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• "Kainat gözəli" seçildi - FOTO
Bu gün, 14:18 |
|
|
|
• Təəccüb içindəyəm: Əliyev razıdır, Paşinyan yox – Oskanyan
Bu gün, 14:15 |
|
|
|
• Abxaziya gərginliyində erməni izi - əslində NƏ BAŞ VERİR?
Bu gün, 13:40 |
|
|
|
• Tramp kimi dost seçəcək: Azərbaycanı, yoxsa Ermənistanı? - AKTUAL
Bu gün, 13:22 |
|
|
|
• 36 ildir səhnədə birinciliyini heç kimlə paylaşmır
Bu gün, 13:12 |
|
|
|
• Bu da Ranın son ünvanı... - FOTO
Bu gün, 13:10 |
|
|
|
• “Mehriban düşmən”lər yollarını ayırır? - İNCƏLƏMƏ
Bu gün, 12:55 |
|
|
|
• "Əlbəttə, bu, qeyri-ciddi, gülünc və absurd iddiadır..." - ŞƏRH
Bu gün, 12:52 |
|
|
|
• Azərbaycana qarşı qarayaxma yarışı gedir - NƏ ETMƏLİ?
Bu gün, 12:48 |
|
|
|
• İsrail Prezidenti COP29-a niyə gəlmədi? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 12:43 |
|
|
|
• Prezident İlham Əliyev Kuala Lumpur şəhərinin meri ilə görüşüb
Bu gün, 12:25 |
|
|
|
• Tramp gəldi: bizim üçün ən pis hadisə baş verəcək – Sərkisyan
Bu gün, 12:22 |
|
|
|
• Ermənistanın Rusiyaya yeganə yolu bağlandı
Bu gün, 12:19 |
|
|
|
• Prezident İlham Əliyev Beynəlxalq Kanoe, Avarçəkmə və Draqon Qayıqları federasiyalarının prezidentləri ilə görüşüb
Bu gün, 12:16 |
|
|
|
• Prezident İlham Əliyev ABŞ Nümayəndələr Palatası üzvünün başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb
Bu gün, 12:14 |
|
|
|
• Tramp kürəkəninə vəzifə verəcək
Bu gün, 11:03 |
|
|
|
• Bakıda kafenin qarşısında QƏTL
Bu gün, 10:55 |
|
|
|
• "Bu barədə ciddi şəkildə düşünməliyik" - deputat
Bu gün, 10:27 |
|
|
|
• “525-ci qəzet” və "Qol.az"ın təsis günüdür
Bu gün, 10:23 |
|
|
|
• Ukraynanın ikinci ən böyük şəhəri işğal olunur? - CNN
Bu gün, 10:19 |
|
|
|
• 7 rayonda DOST filialları təmir olunacaq - QALİB ŞİRKƏT
Bu gün, 10:13 |
|
|
|
• “Uşaq Avroviziyası”nın qalibi bu ölkə oldu
Bu gün, 10:08 |
|
|
|
• Buralar rəsmən yiyəsiz qalıb... - BUNUN BAŞQA ADI YOXDUR...
Bu gün, 09:58 |
|
|
|
• Deputat üçün özəl gün - DOSYE
Bu gün, 09:50 |
|
|
|
• Zaur Mikayılovun kadrları yeni təyinatları ilə "gül vururlar" - Qudanın tələbə yoldaşı əmisi oğluna yüksək vəzifə verib
Bu gün, 09:44 |
|
|
|
• Nazir ona sual verən jurnalisti “WhatsApp”da əngəllədi - AXI NİYƏ?..
Bu gün, 09:35 |
|
|
|
• İrəvandan Bakıya qarşı YENİ İTTİHAM - “Onlar Azərbaycan Xalq Cümhuriyyətinə istinadı dilə gətirirlər”
Bu gün, 09:31 |
|
|
|
• Saxtakarların meydan suladığı ünvan... - REAKSİYA
Bu gün, 09:25 |
|
|
|
• Azərbaycan QHT təmsilçiləri ABŞ konqresmeninin göstərişi ilə şiddətə məruz qaldılar - ŞOK BƏYANAT
Bu gün, 09:22 |
|
|
|
• Antiazərbaycan və antitürk ritorikası ilə çıxış edən siyasətçilər... - Azərbaycanın düz işinə də əyri baxırlar
Bu gün, 09:18 |
|
|
|
• Tanınmış həkim vəfat edib
Bu gün, 09:15 |
|
|
|
• Sevinc Osmanqızının “mikrofonçuluğu” - BU NƏDİ BELƏ?
Bu gün, 09:11 |
|
|
|
• "Düşmən ayağa baxar misalı ilə razı deyiləm" - FOTO
Bu gün, 09:07 |
|
|
|
• Bu universitetin tələbələri təqaüdlərini ala bilmirlər - AÇIQLAMA
Bu gün, 08:59 |
|
|
|
• Ukraynadakı münaqişə danışıqlar yolu ilə həll olunacaq - Pentaqon rəhbəri
Bu gün, 08:57 |
|
|
|
• Fransa öz uğursuzluğu ilə barışa bilmir - FAKT BUDUR!
Bu gün, 08:49 |
|
|
|
• Əgər Paşinyan Bakıya gəlsəydi... - Cəsarət çatışmazlığı
Bu gün, 08:46 |
|
|
|
• Yevangelistlər iki kritik ölkə üzərindən dünyanı dəyişir - Böyük plan işə düşüb
Bu gün, 08:42 |
|
|
|
• Kremlin Ermənistana pulsuz göndərdiyi silahlar – Şarmazanov
Bu gün, 08:39 |
|
|
|
• Vətəndaşın 100 manatına rəsmən `ƏL QOYDU` - GİLEY
Bu gün, 02:02 |
|
|
|
• Azərbaycanda Milli Dirçəliş Günü qeyd edilir - Bayramınız mübarək...
Bu gün, 00:45 |
|
|
|
• “Finex Kredit” BOKT-da yığıncaq keçiriləcək, Müşahidə şurasının tərkibi müzakirə ediləcək
Bu gün, 00:02 |
|
|
|
• İki yerdə işləyənlər niyə hər iki işdə ayrıca icbari tibbi sığorta haqqı ödəyir? - HƏQİQƏTƏN DƏ...
Dünən, 18:00 |
|
|
|
• Dövriyyələri 1 milyard manatı keçən 7 şirkət - SİYAHI
Dünən, 17:58 |
|
|
|
• “Daşnaksütyun” Paşinyanı öldürmək istəyir – SENSASİON İDDİA
Dünən, 17:06 |
|
|
|
• Hakimiyyətə bu şəxs hazırlanır – “Varis planı” işə düşüb
Dünən, 17:02 |
|
|
|
• Azərbaycanda sabah banklar və “Azərpoçt” fəaliyyət göstərəcək - DİQQƏT
Dünən, 16:58 |
|
|
|
• Zəngəzur dəhlizi ilə bağlı yenilik: -Bu halda məqbul sayıla bilər!
Dünən, 16:07 |
|
|
|
• Moskva Tiflisin ümidini kəsdi - Separatçı bölgələrlə bağlı inanılmaz tələb
Dünən, 16:04 |
|
|
|
• Xocalının Ballıca və Ağdərənin Həsənriz kəndlərinə köç olacaq
Dünən, 15:59 |
|
|
|
|