Cavid Qurbanov “Azərbaycan Dəmir Yolları”nda MAFİYA YARADIB - NARAZILIQ VAR!
Tarix: 28-02-2022, 10:34 |
Çap et
DİA.AZ: - Həm “Azərbaycan Dəmir Yolları” QSC-nin və həm də AZAL-ın da rəhbərliyində dəyişikliyin olacağı haqda xəbərlər yayılmışdı. Amma bu proses olduqca ləng gedir. Doğrudur, AZAL rəhbərliyində iki vitse-prezident yola salındı. Amma gözlənilən bu deyildi və hər iki qurumdan artan narazılıqlar əslində rəhbər dəyişikliklərini zəruri edir.
Bu barədə DİA.AZ-a müraciət edən “Azərbaycan Dəmir Yolları” QSC-nin bir qrup işçisi bildirir ki, Cavid Qurbanovun bu quruma gəlişindən sonra tayfabazlıq, yerlibazlıq faktları o qədər artıb ki, artıq “Azərbaycan Dəmir Yolları”nı QOHUMLARIN BİRLİYİ adlandırmaq olar.
Müraciətdə deyilir: "Cavid Qurbanov “Azərbaycan Dəmir Yolları” QSC-də bir Kəlbəcər mafiyası qurub. Bunu bilməyən yoxdur. Dövlətin rəhbərliyi əgər maraqlıdırsa, bunu təftiş edə bilər. Digər regionlardan olanlar rəsmən sıxışdırılır, ya da aşağı vəzifələrə keçirilir. Proses bu gün də davam edir.
Bütün "GƏLİRLİ YERLƏR" Cavid Qurbanovun adamlarının əlindədir. Təsadüfi kimsənin orda olması imkansızdır. Tenderləri də Qurbanovun adamları "qazanır". Bunu bir durduran, yoxlayan yoxdur?"
İddia olunanlarla bağlı dia-az.life olaraq qarşı tərəfi də dinləməyə hazırıq...