"Smartdom" MMC Bakıda QOÇULUQ EDİR... - ÖZBAŞINALIQ!
Tarix: 15-04-2022, 11:19 | Çap et
Bakıda bir qrup sakin tikinti şirkətinin özbaşınalığına etiraz aksiyası keçirib. Yasamal rayonu A.M. Şərifzadə və İ. Talıblı küçələrinin kəsişməsində yerləşən 192 və 24 A, 26, 28 saylı binaların sakinləri onlarla razılaşdırılmamış, həmçinin ərazidəki binaların sakinləri köçürülməmiş binaların ətrafının hasarlanmasından şikayət edirlər. dia-az.life-ın məlumatına görə, sakinlər Sputnik Azərbaycan-a bildiriblər ki, "Smartdom" MMC tikinti şirkəti Şərifzadə 192 ünvanında yerləşən 112 mənzilli binanı alaraq söküb yerində yeni bina inşa edəcək. 1, 74 hektar torpaq sahəsində yeni binanın tikintisinə sakinlərlə qarşılıqlı razılaşmadan sonra başlanılmalı olsa da, tikinti şirkəti artıq ərazinin bir hissəsini hasarlamağa başlayıb. Sakin Nişad Mehdiyev bildirib ki, ərazidə yerləşən binalardan yalnız birinin sakinləri ilə müqavilə bağlanaraq köçürülüb. Digər binaların sakinləri ilə isə heç bir müqavilə bağlanılmayıb. Buna baxayaraq artıq şirkət sakinləri köçürülən binanı, həyətdəki qarajları sökərək yeni binanın tikintisinə başlamağa hazırlıq işləri görür: "Burada yaşayan sakinlər bu həyətdən istifadə edirlər. Biz 47 ildir ki, bu binada yaşayırıq. İndi tikinti şirkəti bizə narahatlıq yaradır. Yolumuzu bağlayır, binanı hasara alır".
Sakinlər məsələ ilə bağlı Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsinə də müraciət ediblər. Onların İdarəyə ünvanladığı narazılıq məktubuna rəsmi cavabda da qeyd edilir ki, "Smartdom" MMC yalnız qarşılıqlı razılaşma əsasında, sənədləşmə işləri tam başa çatdıqdan sonra yeni yaşayış binasının tikintisinə başlaya bilər. Buna nəzarət isə Yasamal Rayon İcra Hakimiyyətinə tapşırılıb. Biz ərazidə olarkən Yasamal Rayon İcra Hakimiyyətlərinin əməkdaşlarına rast gəlməsək də, ərazidə çoxlu polislər vardı. Sakinlər tikinti şirkətinin onları polislərlə hədələdiklərini bildirdilər. Onlar iddia edir ki, binaların həyətindəki ağaclar kəsilərək tikintiyə hazırlıq işləri aparılır. Sakin Ziya Məmmədov deyir ki, ərazi hasara alındıqdan sonra onlar blokada şəraitində yaşamalı olacaqlar: "Qərarda da göstərilib ki, ərazidəki dörd binanın sakinləri ilə razılaşdırıldıqdan sonra tikintiyə başlanılmalıdır. Amma şirkət yalnız bir binanın sakinləri ilə razılaşıb. Buna baxmayaraq bütün ərazini hasara alıb. Digər üç binanın sakinləri çətin durumda qalıb".
Digər sakin Əliağa Cəbrayılov binaların 1963-cü ildə inşa edildiyini söyləyib. Onun sözlərinə görə, artıq tikinti şirkətləri həyətin bir hissəsini hasara alıb. Digər binalarda yaşayan sakinlərin şikayətini isə qəti nəzərə almır. Yaşayış binalarının həyətində tikintiyə hazırlıq işlərinin aparıldığının biz də şahidi olduq. Artıq həyətin bir hissəsində quyular qazılaraq hasara almaq üçün dirəklər basdırılırdı. Həyətdəki ağacların isə bir qismi kökündən çıxardılmışdı. "Smartdom" tikinti şirkətinin direktoru Eldəniz Əliyev Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, sakinlər iddialarında haqsızdırlar: Bu ərazidə beş bloklu bina inşa ediləcək. Ərazidəki digər binalar da söküləcək. Biz o binaların sakinləri ilə müqavilə bağlamağa çalışsaq da onlar gəlib razılaşmaq istəmirlər. Bizdən daha yüksək məbləğ tələb edirlər".
Onun sözlərinə görə, bütün binanın ətrafının hasarlanması təhlükəsizlik məqsədi daşıyır: "Biz binanı təhlükəszlik məqsədilə hasara alırıq. Sakinlərə Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsindən verilən cavab məktubunda da bildirilib ki, sənədlər toplandıqdan sonra tikinti işlərinə başlanıla bilər. Biz də bütün sənədləri toplamışıq. Amma sakinlər gəlib imza atmaq istəmirlər. Onlar hazırda yaşadıqları mənzilin dəyərindən qat-qat artığını tələb edirlər". Sakinlər isə direktorun dediklərinin doğru olmadığını söylədilər. Onlar bildirdilər ki, yaşadıqları binanın sökülməsi ilə bağlı onlarla heç bir danışıq aparılmayıb. Yasamal Rayon İcra Hakimiyyətindən isə sakinlərin şikayəti ilə bağlı sualımıza cavab verən olmadı.
Qeyd edək ki, bir müddət öncə Şərifzadə 192 ünvanında yerləşən binanın sökülməsi zamanı "Smartdom" MMC ilə sakinlər arasında narazılıq yaranmışdı. Şirkət binanın sökülmədiyini bildirilsə də, binada yaşayış olmasına baxmayaraq əksər mənzillərin qapı-pəncərələrinin çıxarılmış, arakəsmələr sökülmüşdü. Sakinlər bildirmişdi ki, şirkət sakinlərlə razılaşmadan əl altından, digər sakinlərin adı ilə binanı sökür: "Guya söküntünü şirkət yox, onlarla razılığa gələn sakinlər aparırlar. Tikinti şirkəti elə bir təəssürat yaradır ki, binanı sakinlər özləri sökürlər. Amma onların niyyəti bu yolla sakinləri mənzilindən çıxmağa razı salmaqdır" . Xatırladaq ki, sakinlərlə tikinti şirkəti arasında narazılıq ötən ilin mart ayından bəri davam edir.
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Ermənistanın COP29-da deməyə sözü yoxdur - ONA GÖRƏ GƏLMƏDİLƏR...
Bu gün, 19:00 |
|
|
|
• Sülhə doğru addım Zəngəzurdan keçir - Başqa cür ola da bilməz...
Bu gün, 18:57 |
|
|
|
• Bu tarixlərdə salınan armud bağının hər hektarına 8000 manat subsidiya veriləcək - TƏFƏRRÜAT
Bu gün, 18:53 |
|
|
|
• "İlhamə Quliyevanın 380 mini və bir seyf qızılı qaldı" - AÇIQLAMA
Bu gün, 18:49 |
|
|
|
• Alkoqolun qiymətinin qalxması təhlükəli tendensiyaya yol açacaq
Bu gün, 18:46 |
|
|
|
• ABŞ konqresmeni Bakıdan qaçmağa hazırlaşır - Görüşləri ləğv edildi
Bu gün, 18:43 |
|
|
|
• "Kainat gözəli" seçildi - FOTO
Bu gün, 14:18 |
|
|
|
• Təəccüb içindəyəm: Əliyev razıdır, Paşinyan yox – Oskanyan
Bu gün, 14:15 |
|
|
|
• Abxaziya gərginliyində erməni izi - əslində NƏ BAŞ VERİR?
Bu gün, 13:40 |
|
|
|
• Tramp kimi dost seçəcək: Azərbaycanı, yoxsa Ermənistanı? - AKTUAL
Bu gün, 13:22 |
|
|
|
• 36 ildir səhnədə birinciliyini heç kimlə paylaşmır
Bu gün, 13:12 |
|
|
|
• Bu da Ranın son ünvanı... - FOTO
Bu gün, 13:10 |
|
|
|
• “Mehriban düşmən”lər yollarını ayırır? - İNCƏLƏMƏ
Bu gün, 12:55 |
|
|
|
• "Əlbəttə, bu, qeyri-ciddi, gülünc və absurd iddiadır..." - ŞƏRH
Bu gün, 12:52 |
|
|
|
• Azərbaycana qarşı qarayaxma yarışı gedir - NƏ ETMƏLİ?
Bu gün, 12:48 |
|
|
|
• İsrail Prezidenti COP29-a niyə gəlmədi? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 12:43 |
|
|
|
• Prezident İlham Əliyev Kuala Lumpur şəhərinin meri ilə görüşüb
Bu gün, 12:25 |
|
|
|
• Tramp gəldi: bizim üçün ən pis hadisə baş verəcək – Sərkisyan
Bu gün, 12:22 |
|
|
|
• Ermənistanın Rusiyaya yeganə yolu bağlandı
Bu gün, 12:19 |
|
|
|
• Prezident İlham Əliyev Beynəlxalq Kanoe, Avarçəkmə və Draqon Qayıqları federasiyalarının prezidentləri ilə görüşüb
Bu gün, 12:16 |
|
|
|
• Prezident İlham Əliyev ABŞ Nümayəndələr Palatası üzvünün başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb
Bu gün, 12:14 |
|
|
|
• Tramp kürəkəninə vəzifə verəcək
Bu gün, 11:03 |
|
|
|
• Bakıda kafenin qarşısında QƏTL
Bu gün, 10:55 |
|
|
|
• "Bu barədə ciddi şəkildə düşünməliyik" - deputat
Bu gün, 10:27 |
|
|
|
• “525-ci qəzet” və "Qol.az"ın təsis günüdür
Bu gün, 10:23 |
|
|
|
• Ukraynanın ikinci ən böyük şəhəri işğal olunur? - CNN
Bu gün, 10:19 |
|
|
|
• 7 rayonda DOST filialları təmir olunacaq - QALİB ŞİRKƏT
Bu gün, 10:13 |
|
|
|
• “Uşaq Avroviziyası”nın qalibi bu ölkə oldu
Bu gün, 10:08 |
|
|
|
• Buralar rəsmən yiyəsiz qalıb... - BUNUN BAŞQA ADI YOXDUR...
Bu gün, 09:58 |
|
|
|
• Deputat üçün özəl gün - DOSYE
Bu gün, 09:50 |
|
|
|
• Zaur Mikayılovun kadrları yeni təyinatları ilə "gül vururlar" - Qudanın tələbə yoldaşı əmisi oğluna yüksək vəzifə verib
Bu gün, 09:44 |
|
|
|
• Nazir ona sual verən jurnalisti “WhatsApp”da əngəllədi - AXI NİYƏ?..
Bu gün, 09:35 |
|
|
|
• İrəvandan Bakıya qarşı YENİ İTTİHAM - “Onlar Azərbaycan Xalq Cümhuriyyətinə istinadı dilə gətirirlər”
Bu gün, 09:31 |
|
|
|
• Saxtakarların meydan suladığı ünvan... - REAKSİYA
Bu gün, 09:25 |
|
|
|
• Azərbaycan QHT təmsilçiləri ABŞ konqresmeninin göstərişi ilə şiddətə məruz qaldılar - ŞOK BƏYANAT
Bu gün, 09:22 |
|
|
|
• Antiazərbaycan və antitürk ritorikası ilə çıxış edən siyasətçilər... - Azərbaycanın düz işinə də əyri baxırlar
Bu gün, 09:18 |
|
|
|
• Tanınmış həkim vəfat edib
Bu gün, 09:15 |
|
|
|
• Sevinc Osmanqızının “mikrofonçuluğu” - BU NƏDİ BELƏ?
Bu gün, 09:11 |
|
|
|
• "Düşmən ayağa baxar misalı ilə razı deyiləm" - FOTO
Bu gün, 09:07 |
|
|
|
• Bu universitetin tələbələri təqaüdlərini ala bilmirlər - AÇIQLAMA
Bu gün, 08:59 |
|
|
|
• Ukraynadakı münaqişə danışıqlar yolu ilə həll olunacaq - Pentaqon rəhbəri
Bu gün, 08:57 |
|
|
|
• Fransa öz uğursuzluğu ilə barışa bilmir - FAKT BUDUR!
Bu gün, 08:49 |
|
|
|
• Əgər Paşinyan Bakıya gəlsəydi... - Cəsarət çatışmazlığı
Bu gün, 08:46 |
|
|
|
• Yevangelistlər iki kritik ölkə üzərindən dünyanı dəyişir - Böyük plan işə düşüb
Bu gün, 08:42 |
|
|
|
• Kremlin Ermənistana pulsuz göndərdiyi silahlar – Şarmazanov
Bu gün, 08:39 |
|
|
|
• Vətəndaşın 100 manatına rəsmən `ƏL QOYDU` - GİLEY
Bu gün, 02:02 |
|
|
|
• Azərbaycanda Milli Dirçəliş Günü qeyd edilir - Bayramınız mübarək...
Bu gün, 00:45 |
|
|
|
• “Finex Kredit” BOKT-da yığıncaq keçiriləcək, Müşahidə şurasının tərkibi müzakirə ediləcək
Bu gün, 00:02 |
|
|
|
• İki yerdə işləyənlər niyə hər iki işdə ayrıca icbari tibbi sığorta haqqı ödəyir? - HƏQİQƏTƏN DƏ...
Dünən, 18:00 |
|
|
|
• Dövriyyələri 1 milyard manatı keçən 7 şirkət - SİYAHI
Dünən, 17:58 |
|
|
|
|