Təhsil Nazirliyindən görünməmiş xərc – Bir mühafizəçiyə ildə 50 min manat
Tarix: 18-04-2022, 11:00 | Çap et
Məktəbdənkənar təhsilin uşaq və gənclərin fərdi inkişafında, maraq dairələrinin genişləndirilməsində mühüm rol oynadığı bir çoxumuza bəllidir. Elə ona görə də uşaqlarımızın fərdi inkişafı naminə dövlət tərəfindən bu məqsədlərlə yaradılmış yaradıçılıq mərkəzlərinə üz tuturuq. Belə mərkəzlər məktəbdənkənar tərbiyə müəssisəsi kimi paytaxtdan əlavə regionlarda da uşaq, yeniyetmə və gənclərin asudə vaxtlarını səmərəli və faydalı təşkil etmələri üçün fəaliyyət göstərir. Müəllim kollektivinin isə əsas vəzifəsi dərin və hərtərəfli biliyə, bacarığa, yüksək mədəniyyətə, mütərəqqi dünyagörüşə malik olan və onu daim inkişaf etdirən, müstəqil və yaradıcı düşünən, yüksək əxlaqi və mənəvi keyfiyyətli insan yetişdirməkdir.
İnsafən qeyd etməliyik ki, son illər bu tip yaradıcılıq mərkəzlərinin inkişaf etdirilməsi dövlətimizin diqqət mərkəzində olan məsələlərdəndir. Bu mərkəzlərə dövlət tərəfindən hər il külli miqdarda vəsait ayrılır. Amma bu dövlət vəsaitləri uşaq və yeniyetmələrin gələcəyinə xərclənirmi?
Təhsil Nazirliyinə tabeli Nizami rayon Uşaq və Yeniyetmələrin Yaradıcılıq Mərkəzinin fəaliyyətində bu bir az şübhələr döğurur. Belə ki, sözügedən mərkəz tərəfindən 2020-2021-ci illərdə elan olunmuş, lakin nəticələrinin ictimaiyyətdən gizlədildiyi şübhəsi doğuran kotirovka sorğuları həyata keçirilmişdir. Dövlət satınalmalarının vahid internet portalı vasitəsi ilə elan olunmuş kotirovka sorğuları bunlardır.
İstehlakyönlü müxtəlif xidmətlər (keçiriləcək müxtəlif tədbirlərdə lazım olan mallar və xidmətlər) üzrə 21.05.2021-ci il tarixdə elan olunmuş kotirovka sorğusunun nəticələri;
Mühafizə xidməti üzrə 04.11.2020-ci il tarixdə elan olunmuş kotirovka sorğusunun nəticələri;
Qeyd edək ki, dövlət satınalmalarının vahid internet portalı üzərindən apardığımız araşdırmalar zamanı bəlli oldu ki, Nizami rayon Uşaq və Yeniyetmələrin Yaradıcılıq Mərkəzinin Tender Komissiyası dövlət əhmiyyətli tədbirlərin təşkili ilə əlaqədar müxtəlif malların və xidmətlərin satın alınmasını, dəftərxana və təsərrüfat mallarının alınmasını 2020-2021-ci illər üçün satınalma planlarına daxil etmiş, lakin bu kotirovka sorğularının keçirilməsi və nəticələri barədə məlumatları ictimaiyyətə açıqlamamaşdır.
Mühafizə xidməti üzrə 05.11.2019-ci il tarixdə elan olunmuş kotirovka sorğusunda isə “Alov Mühafizə” MMC-nin 9 saylı Fililalı ilə 49 800 manat məbləğində satınalma müqaviləsinin bağlanılması barədə məlumat satınalmaların vahid internet portalına 16.01.2020-ci il tarixdə yerləşdirilmişdir. Lakin birbaşa bağlanılmış bu müqavilədə Yaradıcılıq Mərkəzinin neçə nəfər tərəfindən mühafizə olunacağı bəlli olmur ki, bu da ayrılmış vəsaitin şişirdildiyini deməyə əsas verir.
Bunun şişirdildiyi nədən bəlli olur? Əvvəla, qeyd etdiyimiz kimi Yaradıcılıq Mərkəzinin neçə nəfər tərəfindən mühafizə olunacağı açıq göstərilmir. Amma bizim əldə etdiyimiz məlumata görə mərkəzi bir nəfər tərəfindən, səhər saatlarından başlayaraq axşama qədər mühafizə edilir. Həftənin bir günü isə istirahət günüdür. Gecə saatlarında Yaradıcılıq Mərkəzinin qapıları bağlı olur. Mərkəzdə kamera və siqnalizasiya sisteminin quraşdırıldığını da istisna etmirik. Özəl mühafizə sahəsində çalışanlardan əldə etdiyimiz məlumatlara ayda ən yaxşı halda 500-600 manat məbləğində maaş alırlar. “Alov Mühafizə” MMC isə hər mühafizəçiyə ayda 400-450 manat civarında maaş verir. Daha əvvəlki illərdə isə “Alov Mühafizə” MMC-nin mühafizəçilərə verdiyi maaş 300-350 manat olub. Nizami rayon Uşaq və Yeniyetmələrin Yaradıcılıq Mərkəzinin mühafizəsi üçün “Alov Mühafizə” MMC bağladığı 50 min manat civarında olan müqavilədən belə çıxır ki, MMC mühafizəçiyə ayda 4 150 manat manat maaş verib. Yaradaıcılıq Mərkəzinin 2, hətta 3 nəfər tərəfindən də mühafizə olunmasına ayrılmış vəsait çoxdur. Burada təbii ki, MMC-nin bir sıra xərclərini də nəzərə almaq lazımdır. Amma özəl mühafizə sahəsində çalışmış şəxslərdən aldığımız məlumata görə “Alov Mühafizə” MMC mühafizəçi işinə qəbul etdiyi hər kəsdən ilkin olaraq geyim pulu adı ilə 300 manat alır. Əgər geyim pulunu mühafizəçi özü verirsə daha hansı xərc qalır? Gün ərzində 3 dəfə qidalanmasını və geyim pulunu da bu xərcin içinə daxil etsək, bir mühafizəçi xidmətinə il ərzində 50 min manat vəsait ayırmaq Təhsil Nazirliyi üçün qat-qat çox deyilmi? Bu, bu günə qədər görünməmiş bir korrupsiya halı deyilmi?
Burada bir nüans da var. İddia oluna bilər ki, kotirovka sorğusu 2019-cu ilin sonunda elan olunub, 2020-ci ilin yanvarında satınalma müqaviləsi bağlanılıb. Bu Ceyhun Bayramovun Təhsil naziri olduğu dövrlərə təsadüf edir. Amma fakt-faktlığında qalır. Dövlət satınalmalarının vahid internet portalında 49 800 manat məbləğində satınalma müqaviləsinin bağlanıldığı göstərilir. Müqaviləni “Alov Mühafizə” MMC-nin 9 saylı Fililalı ilə kimin, Təhsil Nazirliyinin yoxsa sözügedən nazirliyə tabeli Nizami rayon Uşaq və Yeniyetmələrin Yaradıcılıq Mərkəzi tərəfindən bağlanıldığı bəlli deyil. Digər tərəfdən, yeni nazır Emin Əmrullayevin dövründə bağlanan müqavilələrdən isə ümumiyyətlə məlumat yoxdu. çünki, Yaradıcılıq Mərkəzi 04.11.2020-ci il tarixdə 2021-ci il üçün mühafizə xidmətinin satınalması üzrə kotirovka sorğusunun keçirilməsini elan etmiş, lakin nəticələri barədə dövlət satınalmalarının vahid internet portalına heç bir məlumat yerləşdirməmişdir. O cümlədən də 2022-ci il üçün. Bu isə o deməkdir ki, Təhsil Nazirliyi ya tebeliyində olan qurumlara nəzarət edə bilmir, ya da elan olunmuş və keçirilmiş kotirovka sorğuları üzrə bağlanmış müqavilələrdə saxtakarlıq hallarına yol verilməsinin, habelə satın alınan malların (xidmətlərin) qiymətlərinin süni şəkildə şişirdilməsinə yol açan ciddi qanun pozuntularının başında durur.
Qeyd etdiyimiz kimi, Nizami rayon Uşaq və Yeniyetmələrin Yaradıcılıq Mərkəzi Tender Komissiyası yalnız yuxarıda göstərilən tarixlərdə iki kotirovka sorğularının keçirilməsi barədə elan versə də, satınalma planlarına daxil edilmiş digər kotirovka sorğuları barədə məlumatları gizlətmiş, keçirilmiş kotirovka sorğularının nəticələri, habelə müqavilələrin bağlanması barədə heç bir məlumat açıqlamamış, ayrılan vəsaitlər barədə məlumatları gizlətmişdir. Yuxarıda qeyd etdiyimiz elanlardan da görsəndiyi kimi Mərkəz tərəfindən keçirilmiş kotirovka sorğularında “Dövlət Satınalmaları Haqqında” Azərbaycan Respublikası Qanununun 5 və 10-cu maddələrinin aşagıdakı tələbləri kobud şəkildə pozulmuşdur.
Göstərdiklərimiz şübhəli məqamlara aydınlıq gətirmək məqsədi ilə Yaradıcılıq Mərkəzinin e-mail adresinə ünvanladığımız sorğuya cavab olaraq bildirdilər ki, mövzu ilə bağlı Təhsil Nazirliyinin Mətbuat Xidmətinə müraciət edək. Əminik ki, Nazirliyin Mətbuat Xidməti bu göstərilənlərə aydınlıq gətirəcək. Aktualinfo.org
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Ermənistanın COP29-da deməyə sözü yoxdur - ONA GÖRƏ GƏLMƏDİLƏR...
Bu gün, 19:00 |
|
|
|
• Sülhə doğru addım Zəngəzurdan keçir - Başqa cür ola da bilməz...
Bu gün, 18:57 |
|
|
|
• Bu tarixlərdə salınan armud bağının hər hektarına 8000 manat subsidiya veriləcək - TƏFƏRRÜAT
Bu gün, 18:53 |
|
|
|
• "İlhamə Quliyevanın 380 mini və bir seyf qızılı qaldı" - AÇIQLAMA
Bu gün, 18:49 |
|
|
|
• Alkoqolun qiymətinin qalxması təhlükəli tendensiyaya yol açacaq
Bu gün, 18:46 |
|
|
|
• ABŞ konqresmeni Bakıdan qaçmağa hazırlaşır - Görüşləri ləğv edildi
Bu gün, 18:43 |
|
|
|
• "Kainat gözəli" seçildi - FOTO
Bu gün, 14:18 |
|
|
|
• Təəccüb içindəyəm: Əliyev razıdır, Paşinyan yox – Oskanyan
Bu gün, 14:15 |
|
|
|
• Abxaziya gərginliyində erməni izi - əslində NƏ BAŞ VERİR?
Bu gün, 13:40 |
|
|
|
• Tramp kimi dost seçəcək: Azərbaycanı, yoxsa Ermənistanı? - AKTUAL
Bu gün, 13:22 |
|
|
|
• 36 ildir səhnədə birinciliyini heç kimlə paylaşmır
Bu gün, 13:12 |
|
|
|
• Bu da Ranın son ünvanı... - FOTO
Bu gün, 13:10 |
|
|
|
• “Mehriban düşmən”lər yollarını ayırır? - İNCƏLƏMƏ
Bu gün, 12:55 |
|
|
|
• "Əlbəttə, bu, qeyri-ciddi, gülünc və absurd iddiadır..." - ŞƏRH
Bu gün, 12:52 |
|
|
|
• Azərbaycana qarşı qarayaxma yarışı gedir - NƏ ETMƏLİ?
Bu gün, 12:48 |
|
|
|
• İsrail Prezidenti COP29-a niyə gəlmədi? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 12:43 |
|
|
|
• Prezident İlham Əliyev Kuala Lumpur şəhərinin meri ilə görüşüb
Bu gün, 12:25 |
|
|
|
• Tramp gəldi: bizim üçün ən pis hadisə baş verəcək – Sərkisyan
Bu gün, 12:22 |
|
|
|
• Ermənistanın Rusiyaya yeganə yolu bağlandı
Bu gün, 12:19 |
|
|
|
• Prezident İlham Əliyev Beynəlxalq Kanoe, Avarçəkmə və Draqon Qayıqları federasiyalarının prezidentləri ilə görüşüb
Bu gün, 12:16 |
|
|
|
• Prezident İlham Əliyev ABŞ Nümayəndələr Palatası üzvünün başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb
Bu gün, 12:14 |
|
|
|
• Tramp kürəkəninə vəzifə verəcək
Bu gün, 11:03 |
|
|
|
• Bakıda kafenin qarşısında QƏTL
Bu gün, 10:55 |
|
|
|
• "Bu barədə ciddi şəkildə düşünməliyik" - deputat
Bu gün, 10:27 |
|
|
|
• “525-ci qəzet” və "Qol.az"ın təsis günüdür
Bu gün, 10:23 |
|
|
|
• Ukraynanın ikinci ən böyük şəhəri işğal olunur? - CNN
Bu gün, 10:19 |
|
|
|
• 7 rayonda DOST filialları təmir olunacaq - QALİB ŞİRKƏT
Bu gün, 10:13 |
|
|
|
• “Uşaq Avroviziyası”nın qalibi bu ölkə oldu
Bu gün, 10:08 |
|
|
|
• Buralar rəsmən yiyəsiz qalıb... - BUNUN BAŞQA ADI YOXDUR...
Bu gün, 09:58 |
|
|
|
• Deputat üçün özəl gün - DOSYE
Bu gün, 09:50 |
|
|
|
• Zaur Mikayılovun kadrları yeni təyinatları ilə "gül vururlar" - Qudanın tələbə yoldaşı əmisi oğluna yüksək vəzifə verib
Bu gün, 09:44 |
|
|
|
• Nazir ona sual verən jurnalisti “WhatsApp”da əngəllədi - AXI NİYƏ?..
Bu gün, 09:35 |
|
|
|
• İrəvandan Bakıya qarşı YENİ İTTİHAM - “Onlar Azərbaycan Xalq Cümhuriyyətinə istinadı dilə gətirirlər”
Bu gün, 09:31 |
|
|
|
• Saxtakarların meydan suladığı ünvan... - REAKSİYA
Bu gün, 09:25 |
|
|
|
• Azərbaycan QHT təmsilçiləri ABŞ konqresmeninin göstərişi ilə şiddətə məruz qaldılar - ŞOK BƏYANAT
Bu gün, 09:22 |
|
|
|
• Antiazərbaycan və antitürk ritorikası ilə çıxış edən siyasətçilər... - Azərbaycanın düz işinə də əyri baxırlar
Bu gün, 09:18 |
|
|
|
• Tanınmış həkim vəfat edib
Bu gün, 09:15 |
|
|
|
• Sevinc Osmanqızının “mikrofonçuluğu” - BU NƏDİ BELƏ?
Bu gün, 09:11 |
|
|
|
• "Düşmən ayağa baxar misalı ilə razı deyiləm" - FOTO
Bu gün, 09:07 |
|
|
|
• Bu universitetin tələbələri təqaüdlərini ala bilmirlər - AÇIQLAMA
Bu gün, 08:59 |
|
|
|
• Ukraynadakı münaqişə danışıqlar yolu ilə həll olunacaq - Pentaqon rəhbəri
Bu gün, 08:57 |
|
|
|
• Fransa öz uğursuzluğu ilə barışa bilmir - FAKT BUDUR!
Bu gün, 08:49 |
|
|
|
• Əgər Paşinyan Bakıya gəlsəydi... - Cəsarət çatışmazlığı
Bu gün, 08:46 |
|
|
|
• Yevangelistlər iki kritik ölkə üzərindən dünyanı dəyişir - Böyük plan işə düşüb
Bu gün, 08:42 |
|
|
|
• Kremlin Ermənistana pulsuz göndərdiyi silahlar – Şarmazanov
Bu gün, 08:39 |
|
|
|
• Vətəndaşın 100 manatına rəsmən `ƏL QOYDU` - GİLEY
Bu gün, 02:02 |
|
|
|
• Azərbaycanda Milli Dirçəliş Günü qeyd edilir - Bayramınız mübarək...
Bu gün, 00:45 |
|
|
|
• “Finex Kredit” BOKT-da yığıncaq keçiriləcək, Müşahidə şurasının tərkibi müzakirə ediləcək
Bu gün, 00:02 |
|
|
|
• İki yerdə işləyənlər niyə hər iki işdə ayrıca icbari tibbi sığorta haqqı ödəyir? - HƏQİQƏTƏN DƏ...
Dünən, 18:00 |
|
|
|
• Dövriyyələri 1 milyard manatı keçən 7 şirkət - SİYAHI
Dünən, 17:58 |
|
|
|
|