DİA.AZ: - Göyçay rayonunun 9 saylı tam orta məktəbi acınacaqlı vəziyyətdədir. DİA.AZ bildirir ki, bu barədə sosial şəbəkələrdə informasiya paylaşılıb.
Narazı Göyçay sakinləri sosial şəbəkələr vasitəsilə Təhsil Naziri Emin Əmrullayevə müraciət edərək sözügedən təhsil ocağının uçma təhlükəsi ilə üz-üzə qaldığını, nazirlik dərhal hərəkətə keçməli olduğunu bildirirlər.
Sakinlər bildirir ki, şagirdlərin həyatı açıq təhlükə altındadır.
Məsələ ilə əlaqədar dia-az.life olaraq bütün maraqlı tərəflərin mövqelərini işıqlandırmağa hazırıq...