Balaxanı və Suraxanı ƏŞ-lərdə KÜTLƏVİ İXTİSAR... - NARAZILIQ!
Tarix: 20-05-2022, 11:50 |
Çap et
DİA.AZ: - Suraxanı OİL, AzGerneft MMC, Balaxani OİL şirkətlərində işçilərin kütləvi ixtisarına başlanılıb. Bu barədə DİA.AZ-a sözügedən idarələrin birindəki işçilər məlumat verib.
Narazı işçilər qeyd edirlər ki, ilk növbədə rəhbər şəxslərin ixtisarı aparılır, elələri də var ki, səbəbsiz yerə işdən çıxarılır:
"Fəhlələrin də eyni qaydada ixtisar olunacağını deyirlər. Bunun axırı hara gedir, bilmirik..."
İddia olunanlarla bağlı dia-az.life olaraq bütün maraqlı tərəfləri dinləməyə hazırıq...***
DİA.AZ bildirir ki, “Balakhani Operating Company Limited” şirkətinin Azərbaycan Respublikasındakı filialının İnsan Resursları üzrə Nəzarətçi Vüqar Quliyev redaksiyamıza münasibət açıqlayıb. Açıqlamanı olduğu kimi təqdi edirik:
"Bildirmək istərdik ki, internet saytınızda 20.05.2022-ci il tarixində gedən Suraxanı və Balaxanı Əməliyyat Şirkətlərində ixtisarlarla bağlı xəbərniz əsassızdır.
Hər iki Şirkətdə ümümilikdə təqaüd yaşına çatmış 3 işçi işdən öz xahişi ilə ərizə yazaraq azad olunublar.
Əlavə olaraq onu da qeyd etmək istərdik ki bu həftə ərzində 2 nəfər 2-ci Qarabağ müharibəsi iştirakçısını Balaxanı Əməliyyat Şirkətinə işə qəbul etmişik".