Bərdə regional mədəniyyət idarəsində də TƏFTİŞ QƏRARI VERİLİB... - Rəhbərlik isə İZ İTİRMƏYƏ ÇALIŞIR...
Tarix: 10-06-2022, 10:50 |
Çap et
DİA.AZ: - Bir neçə gün əvvəl Şəmkirdə səs-küylü həbslərin həyata keçirildiyini xəbər vermişdik. Onu da bildirmişdik ki, Regional Mədəniyyət İdarələri ilə bağlı hüquqi araşdırmalar davam etdiyindən digər idarə rəhbərləri də əl-ayağa düşüblər.
Bərdə mədəniyyətinin GÜNLƏRİ QABAQDADIR... - İLGİNC İDDİALAR...
DİA.AZ-a daxil olan məlumatlardan aydın olur ki, artıq Bərdə Regional Mədəniyyət İdarəsi ilə bağlı da təftiş qərarı verilib.
Bu barədə DİA.AZ-a danışan rayondakı mənbə iddia edir ki, baş verən proseslərdən narahatçılıq keçirən Bərdə Regional Mədəniyyət İdarəsinin rəisi Vəsilə Möhsümova əməlli-başlı tədarük içindədir:
"Həm işini ehtiyatla tutmağa başlayıb, həm də buraxdığı yanlışları aradan qaldırmağa... daha çox isə iz itirməyə çalışır... Hər halda, bu gün xanım müdirənin davranışlarından anlaşılanı budur".
İddia olunanlarla bağlı dia-az.life olaraq qarşı tərəfi də dinləməyə hazırıq.
Əlavə bilgilərimiz olacaq. Bizi izləməkdə davam edin...