“Siyəzən Broyler”in “KənDad” məhsuluna ETİRAZ! - QALMAQAL
Tarix: 23-06-2022, 09:46 | Çap et
Yerli quş əti istehsalçı “Siyəzən Broyler” ASC "KənDad" markalı məhsulunun satışını gücləndirir. Şirkətin "KənDad" ticarət nişanı və “kəndin adı, kəndin dadı” sloqanı müzakirələrə səbəb olub. Bir neçə gün öncə “kənd toyuğu” adı ilə Belarus toyuqları satdıqlarına görə cərimələnən idxalçılar bu ifadənin də "Kənd toyuğu" ifadəsilə eyni dərəcədə istehlakçılara yanlış məlumat verdiyini iddia edilər. Belə bir vəziyyət Azərbaycan Quş Əti, Yumurta İstehsalçıları və İxracatçıları Assosiasiyasının da Assosiasiyanın apardığı mübarizəsiyə zidd ola bilər. DİA.AZ xəbər verir ki, bir müddət əvvəl APEPEA-nın yaydığı məlumatında qeyd edilmişdi: "Belarusdan gətirilən və broyler fabrikində istehsal olunan toyuqların üzərində “Kənd toyuğu” yazılmasıdır. “Broyler fabriki necə kənd toyuğu istehsal edə bilər?"
Həmçinin APEPEA İdarə Heyətinin sədri Mürvət Həsənli Belarus toqyularının Azərbaycana idxalı ilə məşğul olan "AFM" MMC-nin Direktoru Anar İsmayılov ilə görüşündə demişdir: "Siz bu toyuğu gətirib üzərinə “Kənd toyuğu” yazıb satmaqla istehlakçıların hüquqlarını pozursunuz, onları aldadırsınız. Bu, həm də qanun pozuntusudur. Eyni zamanda yerli quş əti istehsalçılarının mənafeyinə zərbə vurursunuz”.
Belarusdan toyuq əti idxalı ilə məşğul olan iş adamı Anar İsmayılov Marja-ya bildirdi ki, əgər APEPEA-nın sədri Mürvət Həsənlinin dedikləri bütün şəxslərə aiddirsə, “Siyəzən Broyler” də fabrik olduğundan "KənDad" ticarət nişanı və “kəndin adı, kəndin dadı” sloqanı ilə məhsul istehsalını dayandırmalıdır. ““Kəndin adı, kəndin dadı” nə deməkdir?! Elə bu sloqandan da “kənd toyuğu” demək çıxır. “Siyəzən Broyler”in kənd şəraiti var? Bizə məhsullarımızın üzərində “kənd toyuğu” yazmaq olmaz, amma “Siyəzən Broyler” oxşar addan istifadə edə bilər?!”, - Belarusdan toyuq ətinin idxalı ilə məşğul olan “AFM” MMC-nin təsisçisi və direktoru Anar İsmayılov Marja-ya bildirdi.
AQTA: FABRİK TOYUQLARININ "KƏND TOYUĞU" ADI ALTINDA SATILMASI İSTEHLAKÇILARIN ALDADILMASINA SƏBƏB OLUR
Xatırladaq ki, Azərbaycan Quş Əti, Yumurta İstehsalçıları və İxracatçıları Assosiasiyasının (APEPEA) mətbuata təqdim etdiyi məlumatlardan sonra Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyi (AQTA) "Belarus toyuqları" ilə bağlı məsələyə aydınlıq gətirmişdir.
AQTA bildirmişdir ki, sənaye şəraitində yetişdirilməsinə, həmçinin toyuqların üzərində rus dilində “ikinci sort dondurulmuş toyuq” qeyd olunmasına baxmayaraq, “kənd toyuğu” və ya “Belarus kənd toyuğu” adı altında satılması istehlakçılara yanlış məlumat verilməklə onların aldadılmasına səbəb olur. Göstərilənlərə əsasən, həmin şirkətlərdə plandankənar yoxlama aparılıb və sözügedən toyuq məhsullarının ticarət şəbəkələrindən geri çağırılması ilə bağlı “məhdudlaşdırıcı tədbirlərin tətbiqi barədə qərar” qəbul edilib. Geri çağırılmış məhsullarla əlaqədar qanunvericilik çərçivəsində zəruri tədbirlərin görülməsi nəzərdə tutulub.
““SİYƏZƏN BROYLER”İN TOYUQLARININ KƏND TOYUQLARINDAN HEÇ BİR FƏRQİ YOXDUR”
Azərbaycan Quş Əti, Yumurta İstehsalçıları və İxracatçıları Assosiasiyasının (APEPEA) sədri Mürvət Həsənli iddialara cavab verib. O Marja-ya açıqlamasında qeyd edib ki, “Siyəzən Broyler”in toyuqlarının kənd toyuqlarından heç bir fərqi yoxdur:
“Bizim əsas mübarizəmiz Belarusdan idxal edilən 2-ci növ toyuqların, yəni çıxdaş edilmiş, yumurtadan kəsilmiş qoca toyuqların “kənd toyuğu” və “Belarus kənd toyuğu” adları ilə satılaraq istehlakçıların ciddi aldadılmasına qarşı idi. Bu toyuqlar Belarusdan əsasən ən kasıb Afrika ölkələrinə göndərilir və ya Belarusda kolbasa və sosiska istehsalında istifadə edilir. Biz mübarizə aparırdıq ki, bu məhsullar Azərbaycana gətirilməsin, çünki bu toyuqların 24 həftəsindən sonra heç bir xəstəliyə qarşı vaksin proqramı olmur. Yumurtadan kəsilən vaxtadək bu toyuqlar nə dərman, nə də vaksin olunur, ona görə xəstə toyuq kimi qəbul edilir. Yumurtadan kəsilmiş toyuq yumurtladığı dövrdə ətinin vitaminlərinin, ətinin böyük hissəsini itir. Bu toyuqların sümüyünün çəkisi ətindən çox olduğuna görə istehlakçılar aldadılırdı.
Məndə olan məlumata görə, “Siyəzən Broyler”in “KənDad” markası bazarda 3-4 ildir mövcuddur, amma son vaxtlar geniş tanıtmağa başlayıblar. Məhsulun üzərində “Kənd toyuğu” deyil, “KənDad” yazılıb. Həmçinin məhsulun üzərində “Siyəzən Broyler” ASC-nin istehsalı olduğu da qeyd edilib. Bu, istehlakçının aldadılması deyil. “Siyəzən Broyler” fabriki nəyinki Cənubi Qafqazda, Rusiyadakı fabriklər ilə yarışa biləcək səviyyədədir. Bu fabrikin gündə 350-380 min toyuq kəsmək qabiliyyəti var, ölkənin toyuq ətinə olan təlabatının 60-70 faizini ödəyə bilər. Son dövrlər fabrikdə çox böyük yenilənmələr olub. “Siyəzən Broyler”də qurulan kəsimxanalar çox müasir səviyyədədir. Müasir yem zavodu qurulub, 60-a yaxın fermalar tikilib. Nümunə ola biləcək, bizim qürur duya biləcəyimiz bir fabrikdir.
“Siyəzən Broyler”in “KənDad” markası ilə satılan toyuq əti məhsulu ətlik, yeriyən toyuqlardır. Əgər kənd toyuqları çəmənliyin işərisində təbii qidalanıb böyüyürsə, “Siyəzən Broyler”də də ətlik istiqamətli toyuqlar buğda, soya, qarğıdalı qəbul edirlər. Fabrikdə toyuqlar vitaminləri emal olunmuş şəkildə, kənd toyuğu isə göydən-göyərtidən, cücülərdən, çəyirtkələrdən alırlar. Eyni bir şeydir, hər ikisi təbii qidalanırlar. “Siyəzən Broyler” toyuqlarının kənd toyuqlarından heç bir fərqi yoxdur. Mən öz evimdə “Siyəzən Broyler” toyuqlarını yeyirəm”.
Qeyd edək ki, “KənDad” toyuq məhsulunun bahalaşdığı müşahidə olunur. Əgər İyunun 19-da bu məhsulun 1 kiloqramı 4,85 manatdan təklif olunurdusa, 22 İyunda qiyməti 5,89 manat təşkil edib (qiyməti 1 manat 4 qəpik və ya 21,4% artıb).
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• "Kainat gözəli" seçildi - FOTO
Bu gün, 14:18 |
|
|
|
• Təəccüb içindəyəm: Əliyev razıdır, Paşinyan yox – Oskanyan
Bu gün, 14:15 |
|
|
|
• Abxaziya gərginliyində erməni izi - əslində NƏ BAŞ VERİR?
Bu gün, 13:40 |
|
|
|
• Tramp kimi dost seçəcək: Azərbaycanı, yoxsa Ermənistanı? - AKTUAL
Bu gün, 13:22 |
|
|
|
• 36 ildir səhnədə birinciliyini heç kimlə paylaşmır
Bu gün, 13:12 |
|
|
|
• Bu da Ranın son ünvanı... - FOTO
Bu gün, 13:10 |
|
|
|
• “Mehriban düşmən”lər yollarını ayırır? - İNCƏLƏMƏ
Bu gün, 12:55 |
|
|
|
• "Əlbəttə, bu, qeyri-ciddi, gülünc və absurd iddiadır..." - ŞƏRH
Bu gün, 12:52 |
|
|
|
• Azərbaycana qarşı qarayaxma yarışı gedir - NƏ ETMƏLİ?
Bu gün, 12:48 |
|
|
|
• İsrail Prezidenti COP29-a niyə gəlmədi? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 12:43 |
|
|
|
• Prezident İlham Əliyev Kuala Lumpur şəhərinin meri ilə görüşüb
Bu gün, 12:25 |
|
|
|
• Tramp gəldi: bizim üçün ən pis hadisə baş verəcək – Sərkisyan
Bu gün, 12:22 |
|
|
|
• Ermənistanın Rusiyaya yeganə yolu bağlandı
Bu gün, 12:19 |
|
|
|
• Prezident İlham Əliyev Beynəlxalq Kanoe, Avarçəkmə və Draqon Qayıqları federasiyalarının prezidentləri ilə görüşüb
Bu gün, 12:16 |
|
|
|
• Prezident İlham Əliyev ABŞ Nümayəndələr Palatası üzvünün başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb
Bu gün, 12:14 |
|
|
|
• Tramp kürəkəninə vəzifə verəcək
Bu gün, 11:03 |
|
|
|
• Bakıda kafenin qarşısında QƏTL
Bu gün, 10:55 |
|
|
|
• "Bu barədə ciddi şəkildə düşünməliyik" - deputat
Bu gün, 10:27 |
|
|
|
• “525-ci qəzet” və "Qol.az"ın təsis günüdür
Bu gün, 10:23 |
|
|
|
• Ukraynanın ikinci ən böyük şəhəri işğal olunur? - CNN
Bu gün, 10:19 |
|
|
|
• 7 rayonda DOST filialları təmir olunacaq - QALİB ŞİRKƏT
Bu gün, 10:13 |
|
|
|
• “Uşaq Avroviziyası”nın qalibi bu ölkə oldu
Bu gün, 10:08 |
|
|
|
• Buralar rəsmən yiyəsiz qalıb... - BUNUN BAŞQA ADI YOXDUR...
Bu gün, 09:58 |
|
|
|
• Deputat üçün özəl gün - DOSYE
Bu gün, 09:50 |
|
|
|
• Zaur Mikayılovun kadrları yeni təyinatları ilə "gül vururlar" - Qudanın tələbə yoldaşı əmisi oğluna yüksək vəzifə verib
Bu gün, 09:44 |
|
|
|
• Nazir ona sual verən jurnalisti “WhatsApp”da əngəllədi - AXI NİYƏ?..
Bu gün, 09:35 |
|
|
|
• İrəvandan Bakıya qarşı YENİ İTTİHAM - “Onlar Azərbaycan Xalq Cümhuriyyətinə istinadı dilə gətirirlər”
Bu gün, 09:31 |
|
|
|
• Saxtakarların meydan suladığı ünvan... - REAKSİYA
Bu gün, 09:25 |
|
|
|
• Azərbaycan QHT təmsilçiləri ABŞ konqresmeninin göstərişi ilə şiddətə məruz qaldılar - ŞOK BƏYANAT
Bu gün, 09:22 |
|
|
|
• Antiazərbaycan və antitürk ritorikası ilə çıxış edən siyasətçilər... - Azərbaycanın düz işinə də əyri baxırlar
Bu gün, 09:18 |
|
|
|
• Tanınmış həkim vəfat edib
Bu gün, 09:15 |
|
|
|
• Sevinc Osmanqızının “mikrofonçuluğu” - BU NƏDİ BELƏ?
Bu gün, 09:11 |
|
|
|
• "Düşmən ayağa baxar misalı ilə razı deyiləm" - FOTO
Bu gün, 09:07 |
|
|
|
• Bu universitetin tələbələri təqaüdlərini ala bilmirlər - AÇIQLAMA
Bu gün, 08:59 |
|
|
|
• Ukraynadakı münaqişə danışıqlar yolu ilə həll olunacaq - Pentaqon rəhbəri
Bu gün, 08:57 |
|
|
|
• Fransa öz uğursuzluğu ilə barışa bilmir - FAKT BUDUR!
Bu gün, 08:49 |
|
|
|
• Əgər Paşinyan Bakıya gəlsəydi... - Cəsarət çatışmazlığı
Bu gün, 08:46 |
|
|
|
• Yevangelistlər iki kritik ölkə üzərindən dünyanı dəyişir - Böyük plan işə düşüb
Bu gün, 08:42 |
|
|
|
• Kremlin Ermənistana pulsuz göndərdiyi silahlar – Şarmazanov
Bu gün, 08:39 |
|
|
|
• Vətəndaşın 100 manatına rəsmən `ƏL QOYDU` - GİLEY
Bu gün, 02:02 |
|
|
|
• Azərbaycanda Milli Dirçəliş Günü qeyd edilir - Bayramınız mübarək...
Bu gün, 00:45 |
|
|
|
• “Finex Kredit” BOKT-da yığıncaq keçiriləcək, Müşahidə şurasının tərkibi müzakirə ediləcək
Bu gün, 00:02 |
|
|
|
• İki yerdə işləyənlər niyə hər iki işdə ayrıca icbari tibbi sığorta haqqı ödəyir? - HƏQİQƏTƏN DƏ...
Dünən, 18:00 |
|
|
|
• Dövriyyələri 1 milyard manatı keçən 7 şirkət - SİYAHI
Dünən, 17:58 |
|
|
|
• “Daşnaksütyun” Paşinyanı öldürmək istəyir – SENSASİON İDDİA
Dünən, 17:06 |
|
|
|
• Hakimiyyətə bu şəxs hazırlanır – “Varis planı” işə düşüb
Dünən, 17:02 |
|
|
|
• Azərbaycanda sabah banklar və “Azərpoçt” fəaliyyət göstərəcək - DİQQƏT
Dünən, 16:58 |
|
|
|
• Zəngəzur dəhlizi ilə bağlı yenilik: -Bu halda məqbul sayıla bilər!
Dünən, 16:07 |
|
|
|
• Moskva Tiflisin ümidini kəsdi - Separatçı bölgələrlə bağlı inanılmaz tələb
Dünən, 16:04 |
|
|
|
• Xocalının Ballıca və Ağdərənin Həsənriz kəndlərinə köç olacaq
Dünən, 15:59 |
|
|
|
|