Onların Mixail Saakaşvilisi, bizim də Mikayıl Cabbarovumuz var... - YANA-YANA QALIN HA...
Tarix: 28-06-2022, 10:51 | Çap et
Azərbaycanda ən çox vəzifələri daşıyan şəxs- Mikayıl Cabbarov ictimaiyyətə “təyyarə qalmaqalı” ilə tanınıb. Amma sonradan təhsil naziri kimi strateji bir posta təyin olunarkən o özünü reformist, Qərbpərəst, xarici dil bilən intellektual, “Çto? Qde? Koqda?” yarışmasının intellegenti, liberal düşünən biri kimi təqdim etmişdi. Misir Mərdanovun gedişindən sonra hər kəs gənc və qərbli kimi fikirləşən bir nazirə böyük ümidlər bəsləyirdi. Cəmiyyətin gözləntisi Mikayıl Cabbarovun Gürcüstanın keçmiş prezidenti Mixail Saakaşvili kimi reformist olacağı idi. Amma nə təhsil naziri, nə vergilər naziri, nə də iqtisadiyyat naziri kimi cənab Cabbarov bu ümidləri doğrultmadı. O, sovet sistemini tətbiq edən qaydaları dəyişmədi. Əksinə, sələflərindən qalan pis-yaxşı nümunələri də dağıtdı, yan-yörəsini dostları ilə doldurdu. Bu yazımızda bütün postlarda Mikayıl Cabbarovu kölgə kimi izləyən iki kadr haqqında bəhs edəcəyik. İlk öncə Mikayıl Cabbarovun “psixoloji problemləri olan” Elnur Əliyev sevgisi haqda. Söhbət İqtisadiyyat nazirinin birinci müavini Elnur Əliyevdən gedir. Əliyev Elnur Aydın oğlunun rəsmi tərcümeyi halını cumhuriyyet.az olaraq təqdim edirik: Elnur Əliyev ixtisasca hüquqşunasdır. BDU-nun hüquq fakültəsində bakalavriat səviyyəsi üzrə hüquqşünaslıq, magistratura səviyyəsi üzrə cinayət hüququ ixtisaslarına yiyələnib. 2008-2009-cu illərdə Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə təsdiq edilmiş “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı” çərçivəsində Böyük Britaniyanın London Kral Kollecində (King’s College London) beynəlxalq biznes hüququ ixtisası üzrə təhsil alaraq Azərbaycana qayıdıb. 2005-2008-ci illərdə Azərbaycan İqtisadi İnkişaf Nazirliyində Hüquq şöbəsində, Beynəlxalq əməkdaşlıq və xarici investisiyalar şöbəsində məsləhətçi vəzifəsində çalışıb. Daha əvvəl “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsində işləyib. 2013-cü ilin aprel-iyun aylarında təhsil nazirinin köməkçisi, 2013-cü ilin iyulundan 2017-ci ilin dekabr ayınadək Təhsil Nazirliyində İnformasiya şöbəsinin müdiri vəzifəsində çalışıb. Bundan snra isə Vergilər Nazirliyində nazirin müşaviri olub. 2020-ci ilin may ayında iqtisadiyyat nazirinin müavini, 2022-ci ilin fevralında isə iqtisadiyyat nazirinin birinci müavini təyin olunub. 39 yaşlı Elnur Əliyev Mikayıl Cabbarova elə də yad sima deyil. Belə ki, onlar daha öncə də eyni qurumlarda birgə çalışıblar. Yuxarıda da qeyd edildiyi kimi Elnur Əliyev vaxtı ilə “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsində Mikayıl Cabbarovun köməkçisi kimi fəaliyyət göstərib. M.Cabbarov Təhsil naziri ikən Elnur Əliyev Nazirliyin informasiya şöbəsinin müdiri vəzifəsində gətirilib. O, eyni zamanda bir müddət Bakı şəhəri üzrə Təhsil İdarəsinin müdir müavini və müdir əvəzi olub. 2017-ci ildə M.Cabbarov Vergilər naziri təyin ediləndə, E.Əliyev onun müşaviri vəzifəsinə gətirilib. Eyni zamanda cumhuriyyet.az olaraq onu da diqqətə çatdıraq ki, dövrü mətbuatda yayılan xəbərlərdə Elnur Əliyevin Mikayıl Cabbarovun yaxın qohumu (xalası oğlu) olduğu bildirilir. Mətbuatda E.Əliyevlə bağlı yayılan bir məlumat xüsusilə diqqət çəkir: “Elnur Əliyevi yaxından tanıyanlar bilirlər ki, onun psixi problemləri var və bu problem özündən tez çıxma, əxlaqsız ifadələr işlətməklə və həmsöhbətləri ilə sadə ünsiyyət bacarığını qura bilməməsi ilə müşahidə olunur”. “Xaloğlu”nun fəaliyyəti haqda media üzərindən apardığımız araşdırmalar zamanı belə nəticəyə gəldik ki, hələ də “JEK təfəkküründən” uzaqlaşa bilməyən, idarəetdiyi sahəyə şəxsi hissləri səviyyəsində yanaşan E.Əliyevin təhsilimizə vurduğu zərbələrin yaraları hələ uzun müddət sızıldayacaq: “Dərsliklərdən gələn gəlir və dərsliklərin çapı Elnur Əliyevin nəzarətindədir. Bakı Şəhər Təhsil İdarəsi birbaşa Elnur Əliyevin nəzarəti altında qalmaqda davam edir. Ölkənin ümumtəhsil məktəbləri üzrə təhsilalanların 1/3-ni, təhsilverənlərinin 1/5-ni özündə birləşdirən Bakı Təhsilini Elnur Əliyev Rəşad Tağıyevin vasitəsi ilə idarə edir. Elnur Əliyev həmçinin, regional təhsil idarələrinin rəhbərlərinin təyinində əsas söz sahibi olub”. Bir zamanlar Mikayıl Çabbarov təhsil naziri olarkən E.Əliyev faktik olaraq alternativ nazirə çevrilib. İndi M.Cabbarov özü alternativ Baş Nazir statusundadır, E.Əliyevin indiki fəaliyyətini təsəvvür etmək çətin deyil… Mikayıl Cabbarovun gizli “kölgəsi”: Mətin Eynullayev necə “lyubimçik” kadra çevrilib? Mikayıl Cabbarovun heç cür ayrılmaq istəmədiyi və bütün vəzi fələrdə onu izləyən digər bir kadr Eynullayev Mətin Balasən oğludur. M.Eynullayev 1975-ci il 22 mart tarixində Bakı şəhərində anadan olmuşdur. 1992-ci ildə Bakı Dövlət Universitetinin hüquq fakültəsinə daxil olmuş, 1997-ci ildə həmin universiteti hüquqşünaslıq ixtisası üzrə fərqlənmə diplomu ilə bitirmişdir. “Azleks” beynəlxalq hüquq firmasında müşavir, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin nəzdində Əlillərin Sosial Müdafiə Fondunda baş hüquqşünas, Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyinin Korporativ idarəetmə sektorunun baş məsləhətçisi, Nazirlər Kabineti yanında “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin sektor müdiri, şöbə müdirinin müavini, şöbə müdiri vəzifələrində çalışmışdır. 2013-2016-cı illərdə Azərbaycan Respublikası Təhsil Nazirliyinin Aparat rəhbərinin müavini və Aparat rəhbəri vəzifələrində çalışmışdır. Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 22 iyun tarixli Sərəncamı ilə “Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə təltif edilmişdir. Dövlət qulluğunun kiçik müşaviridir. Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 11 yanvar tarixli Sərəncamı ilə Azərbaycan Respublikası təhsil nazirinin müavini vəzifəsinə təyin edilmişdir. Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 17 yanvar tarixli Sərəncamı ilə Azərbaycan Respublikası vergilər nazirinin müavini vəzifəsinə təyin edilmişdir. 2021-ci ilin mayından Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin rəisidir. Bu məlumatla paralel Mikayıl Cabbarovun da həyat yoluna nəzər salsaq görərik ki, indiki nazir tələbə olandan bu yana harda olubsa M.Eynullayev də kölgə kimi onun yanında olub. Amma M.Eynullayevlə bağlı planlar həmişə gerçəkləşməyib. Zamanında Təhsil Nazirliyi Aparatının rəhbəri olmuş M.Eynullayev indiki nazir Ceyhun Bayramovla konfliktdə olub. Bu iki şəxs arasında təhsil naziri olmaq uğrunda mübarizə gedib. Ceyhun Bayramovun da Mikayıl Cabbarovun sinif yoldaşı və yaxın dostu olduğunu vurğulayan məlumatlı şəxsin cumhuriyyet.az-a bildirdiyinə görə, onlar “Çto? Qde? Koqda?” yarışmasında bir komandada mübarizə aparıblar. Hər iki şəxs Mikayıl Cabbarova çox yaxın adamlar olsa da, nüfuz savaşında bu amil ikinci plana keçib və sonda C.Bayramov qalib gəlib (bu qələbədə C.Bayramovun qardaşı – maliyyə nazirinin müavini Azər Bayramov faktoru xüsusi rol oynayıb). Məlumatlarda o da bildirilir ki, Mikayıl Cabbarovun köməkçisi Anar Mahmudovun Mətin Eynullayevin qaynıdır. cumhuriyyet.az
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• "Kainat gözəli" seçildi - FOTO
Bu gün, 14:18 |
|
|
|
• Təəccüb içindəyəm: Əliyev razıdır, Paşinyan yox – Oskanyan
Bu gün, 14:15 |
|
|
|
• Abxaziya gərginliyində erməni izi - əslində NƏ BAŞ VERİR?
Bu gün, 13:40 |
|
|
|
• Tramp kimi dost seçəcək: Azərbaycanı, yoxsa Ermənistanı? - AKTUAL
Bu gün, 13:22 |
|
|
|
• 36 ildir səhnədə birinciliyini heç kimlə paylaşmır
Bu gün, 13:12 |
|
|
|
• Bu da Ranın son ünvanı... - FOTO
Bu gün, 13:10 |
|
|
|
• “Mehriban düşmən”lər yollarını ayırır? - İNCƏLƏMƏ
Bu gün, 12:55 |
|
|
|
• "Əlbəttə, bu, qeyri-ciddi, gülünc və absurd iddiadır..." - ŞƏRH
Bu gün, 12:52 |
|
|
|
• Azərbaycana qarşı qarayaxma yarışı gedir - NƏ ETMƏLİ?
Bu gün, 12:48 |
|
|
|
• İsrail Prezidenti COP29-a niyə gəlmədi? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 12:43 |
|
|
|
• Prezident İlham Əliyev Kuala Lumpur şəhərinin meri ilə görüşüb
Bu gün, 12:25 |
|
|
|
• Tramp gəldi: bizim üçün ən pis hadisə baş verəcək – Sərkisyan
Bu gün, 12:22 |
|
|
|
• Ermənistanın Rusiyaya yeganə yolu bağlandı
Bu gün, 12:19 |
|
|
|
• Prezident İlham Əliyev Beynəlxalq Kanoe, Avarçəkmə və Draqon Qayıqları federasiyalarının prezidentləri ilə görüşüb
Bu gün, 12:16 |
|
|
|
• Prezident İlham Əliyev ABŞ Nümayəndələr Palatası üzvünün başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb
Bu gün, 12:14 |
|
|
|
• Tramp kürəkəninə vəzifə verəcək
Bu gün, 11:03 |
|
|
|
• Bakıda kafenin qarşısında QƏTL
Bu gün, 10:55 |
|
|
|
• "Bu barədə ciddi şəkildə düşünməliyik" - deputat
Bu gün, 10:27 |
|
|
|
• “525-ci qəzet” və "Qol.az"ın təsis günüdür
Bu gün, 10:23 |
|
|
|
• Ukraynanın ikinci ən böyük şəhəri işğal olunur? - CNN
Bu gün, 10:19 |
|
|
|
• 7 rayonda DOST filialları təmir olunacaq - QALİB ŞİRKƏT
Bu gün, 10:13 |
|
|
|
• “Uşaq Avroviziyası”nın qalibi bu ölkə oldu
Bu gün, 10:08 |
|
|
|
• Buralar rəsmən yiyəsiz qalıb... - BUNUN BAŞQA ADI YOXDUR...
Bu gün, 09:58 |
|
|
|
• Deputat üçün özəl gün - DOSYE
Bu gün, 09:50 |
|
|
|
• Zaur Mikayılovun kadrları yeni təyinatları ilə "gül vururlar" - Qudanın tələbə yoldaşı əmisi oğluna yüksək vəzifə verib
Bu gün, 09:44 |
|
|
|
• Nazir ona sual verən jurnalisti “WhatsApp”da əngəllədi - AXI NİYƏ?..
Bu gün, 09:35 |
|
|
|
• İrəvandan Bakıya qarşı YENİ İTTİHAM - “Onlar Azərbaycan Xalq Cümhuriyyətinə istinadı dilə gətirirlər”
Bu gün, 09:31 |
|
|
|
• Saxtakarların meydan suladığı ünvan... - REAKSİYA
Bu gün, 09:25 |
|
|
|
• Azərbaycan QHT təmsilçiləri ABŞ konqresmeninin göstərişi ilə şiddətə məruz qaldılar - ŞOK BƏYANAT
Bu gün, 09:22 |
|
|
|
• Antiazərbaycan və antitürk ritorikası ilə çıxış edən siyasətçilər... - Azərbaycanın düz işinə də əyri baxırlar
Bu gün, 09:18 |
|
|
|
• Tanınmış həkim vəfat edib
Bu gün, 09:15 |
|
|
|
• Sevinc Osmanqızının “mikrofonçuluğu” - BU NƏDİ BELƏ?
Bu gün, 09:11 |
|
|
|
• "Düşmən ayağa baxar misalı ilə razı deyiləm" - FOTO
Bu gün, 09:07 |
|
|
|
• Bu universitetin tələbələri təqaüdlərini ala bilmirlər - AÇIQLAMA
Bu gün, 08:59 |
|
|
|
• Ukraynadakı münaqişə danışıqlar yolu ilə həll olunacaq - Pentaqon rəhbəri
Bu gün, 08:57 |
|
|
|
• Fransa öz uğursuzluğu ilə barışa bilmir - FAKT BUDUR!
Bu gün, 08:49 |
|
|
|
• Əgər Paşinyan Bakıya gəlsəydi... - Cəsarət çatışmazlığı
Bu gün, 08:46 |
|
|
|
• Yevangelistlər iki kritik ölkə üzərindən dünyanı dəyişir - Böyük plan işə düşüb
Bu gün, 08:42 |
|
|
|
• Kremlin Ermənistana pulsuz göndərdiyi silahlar – Şarmazanov
Bu gün, 08:39 |
|
|
|
• Vətəndaşın 100 manatına rəsmən `ƏL QOYDU` - GİLEY
Bu gün, 02:02 |
|
|
|
• Azərbaycanda Milli Dirçəliş Günü qeyd edilir - Bayramınız mübarək...
Bu gün, 00:45 |
|
|
|
• “Finex Kredit” BOKT-da yığıncaq keçiriləcək, Müşahidə şurasının tərkibi müzakirə ediləcək
Bu gün, 00:02 |
|
|
|
• İki yerdə işləyənlər niyə hər iki işdə ayrıca icbari tibbi sığorta haqqı ödəyir? - HƏQİQƏTƏN DƏ...
Dünən, 18:00 |
|
|
|
• Dövriyyələri 1 milyard manatı keçən 7 şirkət - SİYAHI
Dünən, 17:58 |
|
|
|
• “Daşnaksütyun” Paşinyanı öldürmək istəyir – SENSASİON İDDİA
Dünən, 17:06 |
|
|
|
• Hakimiyyətə bu şəxs hazırlanır – “Varis planı” işə düşüb
Dünən, 17:02 |
|
|
|
• Azərbaycanda sabah banklar və “Azərpoçt” fəaliyyət göstərəcək - DİQQƏT
Dünən, 16:58 |
|
|
|
• Zəngəzur dəhlizi ilə bağlı yenilik: -Bu halda məqbul sayıla bilər!
Dünən, 16:07 |
|
|
|
• Moskva Tiflisin ümidini kəsdi - Separatçı bölgələrlə bağlı inanılmaz tələb
Dünən, 16:04 |
|
|
|
• Xocalının Ballıca və Ağdərənin Həsənriz kəndlərinə köç olacaq
Dünən, 15:59 |
|
|
|
|