"Dövlət bu dərmanları bizə ayırırsa, TƏBİB niyə vermir?" - NARAZILIQ VAR!
Tarix: 13-12-2022, 15:55 |
Çap et
Bakı şəhər sakini, 1 qrup əlil olan Qarabağ qazisi Heydərov Əşrəf Heydər oğlu Hurriyyet.az saytının redaksiyasına şikayət məktubu göndərib. Qarabağ qazisi məktubunda TƏBİB-dən şikayətlənir.
“Əvvəl səhiyyə sistemi rahat idi, dərmanlarımızı alıb, pulsuz istifadə edirdik. 1 ildir bu məsələni TƏBİB-ə veriblər, dərmanlarımızı ala bilmirik. Dövlət bu dərmanları bizə ayırırsa, TƏBİB niyə vermir?
Mənə su kimi lazım olan dərmanın 1 qutusu 35 AZN-dir. Özümün almağa imkanım çatmır, TƏBİB də xəstəxanalara vermir. Bəs, biz necə edək? Bir ayağım və böyrəyim yoxdur. Dializə gedirəm, sağolsunlar, onlardan narazılığım yoxdur.
Sizin sayt vasitəsilə müraciət edirəm: Hörmətli TƏBİB, belə ölə bilmirik, başqa cür necə köməklik edə bilərsiniz?”
Redaksiaydan: Mövzunu araşdıracağıq.