"İki ildir küçələrdə QALMIŞAM..." - Ağsuda Şəhid ailəsi ÇARƏSİZ DURUMDA...
Tarix: 6-12-2023, 09:24 |
Çap et
Ağsuda Şəhid ailəsi narazılıq edir. 1-ci Qarabağ Savaşı zamanı şəhid olmuş Xəlilov Mirfəti Məmməd oğlunun həyatt yoldaşı Qəribə xanım bildirir ki, onlara dövlət tərəfindən 2020-ci ildə tikilərək verilmiş ev qəzalı vəziyyətdədir.
Evdə yaşayışın rəsmən qadağan olunduğunu bildirən Şəhid ailəsi qeyd edir ki, 2 ildir küçələrdə qalmasına baxmayaraq... onun şikayətlərini eşidən yoxdur.
Narazı vətəndaş Prezident İlham Əliyevə müraciət edərək köməklik istəyir:
"Mənim ümidim cənab Prezidentədir. İki ildir ki küçələrdə - kirayələrdə sürünürük. 7 nəfərlik ailə ilə çöldə qalmışıq. ƏƏSMN tərəfindən bizə ttikilən ev FHN tərəfindən "qəzalı" elan olunub və bizim evə buraxılmağımız qadağan edilib.
Bizi eşidən yoxdur, bizə köməklik edin..."
Təqdim etdi: DİA-AZ.COM (Ərsoyun Bloqu)
Səhifəmiz bütün maraqlı tərəflərin rəyləri üçün açıqdır...