"Amma nə mal var, nə pul..." - NARAZILIQ VAR...
Tarix: 8-02-2024, 11:58 |
Çap et
"İş yoldaşım bu səhifədən məhsul sifariş verib, kartına pul da atıb (kart nömrəsi və çek də var). Amma nə mal var, nə pul..." dia-az.life bildirir ki, bunu öz paylaşımında tanınmış jurnalist Famil Cəfərli qeyd edib.
F.Cəfərli eyni zamanda hüquq-mühafizə orqanlarına müraciət edərək, onları hərəkətə keçməyə də çağırıb.
Jurnalistt bildirib: "Haqqını istəyəni, irad bildirib tənqid edənləri də blok edirlər.
Müvafiq dövlət qurumları bu cür dələduzlarla ciddi məşğul olmalıdır".