Təyyarə qəzasında İTV-nin keçmiş əməkdaşı həlak olub.
Lent.az xəbər verir ki, İTV-nin keçmiş rejissoru Könül Əlizadə də qəzaya uğrayan təyyarədə olub.
Qəza nəticəsində o həlak olub.
Qeyd edək ki, bu gün səhər saatlarında Bakıdan Qroznıya uçan AZAL-a məxsus sərnişin təyyarəsi Aktau limanına məcburi eniş edərək, qəzaya uğrayıb. Məlumata görə, təyyarənin göyərtəsində 67 nəfər olub. Son məlumatlara əsasən, qəzadan sonra 32 nəfərin sağ qaldığı bildirilir.