"“TikTok”da özlərini apara bilməyən, tərbiyəsizliyi və əxlaqsızlığı təbliğ edənlərə qarşı əməliyyat keçirilib və bir sıra şəxslər saxlanılıb. Gec də olsa belə bir addımın atılması təqdirəlayiqdir. Saxlanılanların arasında Azər Zahid kimi bir nadürüstün olması sevindiricidir". "DİA-AZ" xəbər verir ki, bu açıqlama ilə keçmiş deputat Etibar Əliyev çıxış edib.
O daha sonra əlavə edib: "Bu yaramaz 2017-ci ildə 171 saylı məktəbin direktoru Telman Qardaşovun insult keçirməsinin baiskarıdır. ATV-də urvatsız bir "Yoxlama" verilişinin aparıcısı olan Azər Zahid Telman Qardaşovun rəhbərlik etdiyi məktəbə soxularaq direktoru təhqir etmişdi. T. Qardaşov insult keçirdi və dünyasını dəyişdi. Bu nadürüst Azər o zaman həbs olunmalı idi. Telman Qardaşav təşkilatçı məktəb direktoru olmaqla yanaşı, həm də yaxşı riyaziyyatçı idi. Allah Rəhmət eləsin".