Dəməşq aeroportu yanvarın 7-dən beynəlxalq uçuşları bərpa edəcək
Tarix: 4-01-2025, 17:56 |
Çap et
Dəməşq hava limanında beynəlxalq uçuşlar yanvarın 7-dən bərpa olunacaq.
“Report” xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Suriya Mülki Aviasiya İdarəsinin rəhbəri Əşhəd əs-Suleybi bildirib.
“2025-ci il yanvarın 7-dən etibarən Dəməşq hava limanının beynəlxalq uçuşları qəbul edəcəyini elan edirik”, - o deyib.
Eyni zamanda, Əs-Suleybi hava limanının hansı aviaşirkətlərin uçuşlarını qəbul edəcəyini dəqiqləşdirməyib.
“Ərəb və digər xarici hava yollarını əmin edə bilərəm ki, tərəfdaşlarımızın köməyi ilə Dəməşq və Hələb hava limanlarının işinin tam bərpasına çalışırıq”, - o əlavə edib.
Xatırladaq ki, 2024-cü ilin sonunda Dəməşq hava limanı daxili reysləri bərpa edib.