"Ermənistan" layihəsi başa çatdı: Bakının sülh şərtləri dəyişir... - keçmiş nazir ŞƏRH EDİR
Tarix: 6-01-2025, 11:51 | Çap et
Azərbaycanın sabiq xarici işlər naziri, politoloq Tofiq Zülfüqarov Teleqraf.com-un suallarını cavablandırıb.
Onunla müsahibəni təqdim edirik:
- Azərbaycanın sülhlə bağlı əsas tələblərindən biri də ATƏT-in Minsk Qrupundan imtina ilə bağlıdır. Ermənistan ancaq sülh sazişindən sonra Minsk Qrupundan imtinanın mümkünlüyünü gündəmə gətirir...
- Sülhə əsas maneələr hələ də mövcuddur. Hətta Ermənistan konstitusiyasında Azərbaycana qarşı olan ərazi iddiaları da hələ qüvvədədir. Onun hansı şəkildə bu sənəddə əksini tapması sual altındadır. Ona görə də proseslərin davamında hər şey ortaya çıxacaq. Çünki Ermənistan tərəfi bir çox məsələlərin həllində o qədər də həvəsli görünmür. Bu da onların iddialarının hələ də mövcudluğu ilə izah olunur.
- 2024-cü ildə iki ölkə arasında aparılan sülh danışıqlarında xeyli irəliləyişlər əldə edildi. Bu il üçün əsas gözləntilər nədən ibarətdir?
- Yekun sülh və yaxud çərçivə razılaşması iki ölkə arasında bütün problemlərin həlli demək deyil. Bu əslində hamıya bəlli olan məsələdir. Ona görə də sülh anlayışına bir qədər geniş baxmaq lazımdır. Çünki hansısa bir sənədə imza atılsa belə, bu, əslində, proseslərin hansısa mərhələsini tamamlamış olur. Amma yekun sülh müxtəlif sahələri əhatə edir.
- Bütün məsələlərin bir sülh sazişində həlli ilə bağlı yanaşmalar necədir? Hansı tələblər var?
- Burada sosial-ictimai konsensusla bağlı məsələlər mövcuddur. Əsas amil şüurlu və bir-birinə yanaşma baxımından sülhmeyilli dəyişikliklərin olmasıdır. Azərbaycan və Ermənistan cəmiyyətlərinin buna yanaşması çox önəmlidir. Çünki bu proses hələ də qalır. Əgər bu il üçün sülhə ümidlər varsa, əsas işlər də görülməlidir. Yəni bəzən bu və ya digər sənədi prosesin yekunu kimi göstərmək çox da məntiqli görünmür. Ona görə də bu məsələyə diqqət edilməlidir. Sülh prosesi davam etməlidir.
- Azərbaycanın əsas məqsədi nədən ibarətdir? Yekun sülhü necə təsəvvür etmək olar? Burada əsas meyarlar necə təsvir ediləcək?
- Yekun və əhatəli sülh Bakının əsas məqsədləri sırasındadır. Faktlar və reallıqlar hər iki cəmiyyətə aydınlaşmalıdır. Çünki ictimaiyyətin əksəriyyəti bu yaxınlarda Ermənistan konstitusiyasında Azərbaycana qarşı ərazi iddiasının olmasından xəbər tutub. Bundan öncə həmin iddiaların sülh prosesinə təsiri nisbi idi. Ermənistan konstitusiyasında olan həmin iddialar aradan qaldırıldıqdan sonra onların azərbaycanlılara sülh və dostluq hissləri ilə yanaşacağını da düşünmək olmaz.
- Belə çıxır ki, cəmiyyətlərin sülhə hazırlanması və yanlış ideologiyaların aradan qaldırılması hələ uzun müddət davam edə bilər...
- Sülh dedikdə, məhz bu amillər nəzərdə tutulmalıdır. İki ölkə arasında düşmənçiliyə birdəfəlik son qoyulmalıdır. Amma görünən odur ki, erməni cəmiyyəti buna hazır deyil. Formal olaraq Ermənistan konstitusiyasında Azərbaycana qarşı ərazi iddialarından əl çəkmək istəmirlər. Bu gün Ermənistan cəmiyyətində və media məkanında revanşizmdən başqa heç nə eşidilmir. Əsas problem məhz budur.
- Bu yanlış ideologiyaya necə son qoymaq olar?
- Proses gedir. Ermənistanın siyasi elitası yavaş-yavaş bunu qəbul etməyə başlayır. Artıq onlar cəmiyyətlərinə suallar verməyə başlayırlar. Cəmiyyətdə bu mövzular müzakirə olunmalıdır.
- Sizcə, "Ermənistan" dedikdə, o ölkənin vətəndaşları nəyi və hansı əraziləri nəzərdə tuturlar?
- Elə məhz bu mövzu aydınlaşmalıdır. Erməni cəmiyyətində bu anlayışlar ortadan qalxmalıdır. Mifik və yaxud indiki real Ermənistanın mövcudluğu qəbul edilməlidir. Anlamalıdırlar ki, onların dövlətçilik anlayışları bir layihə idi. Bu türklərə qarşı formalaşdırılmış məqsədlərə xidmət edən dövlətçilik oyunu olub. Məqsəd Türkiyəyə və Azərbaycana problemlər yaratmaq idi. Erməni cəmiyyəti bunu nəhayət dərk etməlidir. Bir neçə əsr davam etmiş oyuna indi son qoyulduğunu başa düşməlidirlər. İndi erməni cəmiyyətinin buna hazır olub-olmaması aydınlaşmalıdır.
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Dövlət qurumu 1 milyon manata yaxın laborator avadanlıqlar aldı - QALİB ŞİRKƏT
Bu gün, 00:05 |
|
|
|
• Xankəndidə 100 manat sərmayə ilə tibb mərkəzi yaradılıb
Bu gün, 00:02 |
|
|
|
• Prezident İlham Əliyevdən İranla bağlı sərt mesajlar - “O molla qovulmalıdır, Azərbaycandan üzr istəməlidir"
Dünən, 22:38 |
|
|
|
• Azərbaycanın 3 gəmisi heyətlə birgə girov götürülüb - VİDEO
Dünən, 22:36 |
|
|
|
• Biri-birini təkzib edən açıqlamalar: - İranda hakimiyyət bir nöqtədən idarə olunmur
Dünən, 19:00 |
|
|
|
• "Nikol Paşinyan Ermənistan ordusuna nəzarəti itirib, sülh müqaviləsini gündəlikdən çıxartmağa çalışır"
Dünən, 18:58 |
|
|
|
• Paşinyanın qadınlarla bağlı qərarı etiraz yaratdı
Dünən, 18:09 |
|
|
|
• Sülh olmasa, müharibə başlaya bilərmi? - ŞƏRH
Dünən, 18:08 |
|
|
|
• Kiyev xaricdəki ukraynalıları geri qaytarmaq istəyir
Dünən, 18:01 |
|
|
|
• Ərini öldürüb, meyitini parçalayan qadınla bağlı ŞOK FAKTLAR - VİDEO
Dünən, 17:56 |
|
|
|
• Azərbaycanda dəhşət: Fəhlə betonqarışdıranın içində öldü - "İş düzgün araşdırılmır"
Dünən, 17:52 |
|
|
|
• İki ölkəni hədəf alan plan Bakıda məhv edildi – Qafqazda yeni təhlükə
Dünən, 17:48 |
|
|
|
• “Premium Bank”a sığorta agenti fəaliyyəti lisenziyası verilib
Dünən, 17:45 |
|
|
|
• Yardımlı sakini ünvanlı sosial yardım ala bilmir - nazirlikdən xahiş edir
Dünən, 17:36 |
|
|
|
• Naxçıvan Dövlət Milli Dram Teatrına direktor təyin edilib - FOTO
Dünən, 17:35 |
|
|
|
• Köçəryanın oğlunun işi üzrə məhkəmə iclası keçirilir
Dünən, 17:23 |
|
|
|
• Nazirin bacanağının şirkəti ilə dövlət qurumu arasında sığorta qalmaqalı - TƏFƏRRÜAT
Dünən, 17:21 |
|
|
|
• Suraxanıda ağacları kəsib yerində obyekt tikirlər - BU DA BU...
Dünən, 17:16 |
|
|
|
• Moskvanın “ölüm səssizliyi”... DAVAM EDİR!
Dünən, 17:10 |
|
|
|
• "Putinin dövlət başçımıza iki dəfə zəng etməsi və üzr istəməsi..." - deputat
Dünən, 17:06 |
|
|
|
• Sankt-Peterburqdan Özbəkistana uçan təyyarə Moskvaya məcburi eniş edib
Dünən, 17:00 |
|
|
|
• İsrail Türkiyə ilə müharibəyə hazır olmalıdır? - AKTUAL
Dünən, 16:45 |
|
|
|
• Türkiyə 2 min km mənzilli raket istehsal edib - Ərdoğan
Dünən, 16:40 |
|
|
|
• Bu şirkət icarə xidmətindən 1,5 milyon manat – QAZANACAQ
Dünən, 16:36 |
|
|
|
• Naxçıvanda camaata NƏ YEDİRİRLƏR: BİLMƏK İSTƏYİR... - "...camaat da məcbur qalıb keyfiyyətsiz çörək alır"
Dünən, 16:30 |
|
|
|
• Saxta həkimlərin qurbanı olanlar: Bu qadınlar ərindən xəbərsiz süni mayalanmaya gedir - BU NƏDİ BELƏ?..
Dünən, 16:26 |
|
|
|
• Qazaxıstan ədalətli araşdırmadan yayınacaqmı? - SUAL BUDUR... BU!
Dünən, 16:17 |
|
|
|
• Şahin Bağırov şöbə rəisini işdən çıxardı: Xidmətə müavin təyin etdi - FOTO
Dünən, 16:13 |
|
|
|
• Gəncədəki Mərkəzi Qan Bankına SU DAMIR... - VİDEO
Dünən, 16:08 |
|
|
|
• Azərbaycanda bir sıra büdcə təşkilatlarında əməkhaqları artırılıb - SİYAHI
Dünən, 16:03 |
|
|
|
• "Mən ailəmin çörəyindən kəsib, odun alıram" - NARAZILIQ VAR...
Dünən, 16:01 |
|
|
|
• “Dedilər ki, bu qədər ödə, sizə “Əməkdar artist” adı verək" - İTTİHAM VAR...
Dünən, 15:55 |
|
|
|
• AYNA-dan qulaqardı YANAŞMA – “Təkliflər versəm də, nəzərə almadılar”
Dünən, 15:52 |
|
|
|
• Sərhəddə atılan güllələrin üzərində hansı paytaxtların adı yazılıb? - Ermənistan hücuma keçdi
Dünən, 15:49 |
|
|
|
• Vüqar Qurbanov onu baş həkim təyin etdi - ƏMR
Dünən, 15:47 |
|
|
|
• ABŞ-dan Bakıya gözlənilən məktub: - Əliyev 13 gün sonra Vaşinqtona gedəcək?
Dünən, 15:28 |
|
|
|
• Lalə Şövkətdən yeni qərar: Əvəz Temirxana qadağa qoydu - AÇIQLAMA
Dünən, 15:26 |
|
|
|
• Azərbaycan niyə İranda bu qədər qıcıq yaradır? - ZİBİLƏ DÜŞMÜŞÜK...
Dünən, 15:24 |
|
|
|
• “Veysəloğlu”da yeni təyinat - ƏMR
Dünən, 15:22 |
|
|
|
• Pentaqon “WeChat”ın tərtibatçısını Çin ordusu ilə əlaqəli olan şirkətlərin siyahısına saldı - “Reuters”
Dünən, 15:22 |
|
|
|
• Azərbaycanda DƏHŞƏT: - Qollarını doğradı, sonra özünü asdı
Dünən, 15:15 |
|
|
|
• MN-də 143 milyon mənimsəmə faktına görə təqsirləndirilən sabiq vəzifəli şəxslər barələrindəki hökmdən apellyasiya şikayəti veriblər - DETALLAR
Dünən, 15:13 |
|
|
|
• AQTA-da hansı ölkənin qanunları işləyir? - HƏQİQƏTƏN DƏ...
Dünən, 15:08 |
|
|
|
• Ukraynaya Belarusu müharibəyə sürükləmək əmri verilib - Lukaşenko
Dünən, 15:02 |
|
|
|
• BRICS-in Kazan sammiti narahatedici siqnaldır - Fransa XİN
Dünən, 15:01 |
|
|
|
• İran-Azərbaycan münasibətləri niyə gərginləşib? - AKTUAL
Dünən, 14:02 |
|
|
|
• Tehran Zəngəzur dəhlizi problemini Türkiyəyə "aparır" - RƏY
Dünən, 14:00 |
|
|
|
• “Unibank”da səhmdarların növbədənkənar yığıncağı keçiriləcək
Dünən, 13:58 |
|
|
|
• Tehranın Zəngəzur qorxusu: - Pərdə arxasındakı 4 SƏBƏB
Dünən, 13:05 |
|
|
|
• Bakı Tbilsi və İrəvandan daha ucuz şəhərdir - “Numbeo”
Dünən, 13:02 |
|
|
|
|