Müşfiq Həşimov .....                     Raqif Abbasovun məhkəməsi başladı .....                     “Həyatı boyu pul yemərəm, mən ancaq pulu saymışam” .....                     Hacı İbrahim Nehrəmlinin şirkəti .....                     Partiyalar bələdiyyə seçkilərinə neçə namizədlə qatılacaq? .....                     Adil Əliyev də KÖHNƏ YOLU GEDİR... .....                     Mirzoyan Qarabağdan köçən ermənilərin geri qayıdacağına .....                     Mirzoyan Hakan Fidanla telefon danışığının təfərrüatlarını açıqlayıb .....                     AZƏRİQAZ ÇİLƏSİ: `Soyuğa görə məcbur olub Bakıya qayıtdıq...` .....                     Avropa Azərbaycandan hidrogen almağa hazırdırmı? .....                     Tarif Şurası əsasnaməsinə zidd hərəkətlərə yol verir .....                     Gəncə Dövlət Filarmoniyasının binası çökür: Xəbərdarlıq edildi .....                     MN-in 9 milyonluq mənimsəməyə görə tutulan sabiq xidmət rəisinin .....                     Ramazan ayında Qədr gecələrinin vaxtları məlum olub .....                     Azərbaycan gəmiləri İranın sifarişi ilə həbs edilib? .....                     Vladimir Karasevin sərsəmləmələrinə rusiyalı politoloqdan .....                     Makron özünü "yeni Napoleon" zənn edir .....                     Bakıdan Tehrana açıq mesajlar və tələb: İndi “top” İran tərəfdədir .....                     Hüseyn Əsgərov vəzifəsindən azad edildi .....                     "Instagram"da tanış olduğu həmyaşıdını öldürənə 19 İL HƏBS TƏLƏBİ .....                     “RRM TƏMİR-TİKİNTİ” MMC-yə bir ay arzinə milyonlarla manat dəyəri olan dörd müqavilə bağlamağa şəraiti kimlər yaradıb .....                     Ermənistan yenidən müharibə istəyir .....                     Dünyanın məşhur jurnalı “Forbes” Veysəloğlu Şirkətlər Qrupundan yazdı .....                     Xəstə uşaqların 1 milyon qanpulu hansı “böyük adam”ın cibindədir? .....                     "Caspian Marine Services B.V.” gəmilərinin saxlanılmasına dair açıqlama yayıb .....                     Provkasiyon fotosessiya onları bir araya gətirdi .....                     Amiliyə Qırğızıstandan da ETİRAZ GƏLDİ .....                     Bakı 107 illik sənədi masaya gətirə bilər .....                     Qeyri-rəsmi yaşadığı qadına karxana bağışlayan başçı kimdir? .....                     Binanı sökən şirkət intihara cəhd edən qadınla RAZILAŞDI .....                     Aİ missiyası Azərbaycanla sərhədin tam delimitasiyasına qədər monitorinqi davam etdirəcək .....                     Xalq artisti Ağadadaş Ağayev balta atdığı mühafizəçi ilə barışıb .....                     Azərbaycanda hemofiliyalı xəstə müalicədən imtina etdi .....                     Azərbaycan əleyhinə konsensus bitəcəkmi? .....                     Ermənistanın himayədarı İrandır .....                     Gədəbəy İcra Hakimiyyəti 139 minlik tenderdən məhrum edildi .....                     "Adil Əliyev bizi çağırıb dedi ki..." .....                     Deputatlar Həcc ziyarətində .....                     Cərimələrin artımı nə üçün bütün qanun pozuntularına aid edilmir? .....                     “Qara qutu” niyə Azərbaycana gətirilmədi? .....                 

Qubada bələdiyyə seçkisi TƏLAŞI... - İTTİHAM VAR...
Tarix: Dünən, 07:01 | Çap et
Qubada bələdiyyə seçkisi TƏLAŞI...
Hökümətin verdiyi vədə görə, bu ildən etibarən bələdiyyə seçkilərində və bələdiyyələrin fəaliyyətində böyük yeniliklər gözlənilir. Baxmayaraq ki, parlament seçkiləri xalqın bu kimi seçkilərə inamını tamamilə 0-a endirdi, amma yenə də yerlərdə icra başçıları özlərinin seçdikləri bələdiyyə sədrlərini indidən xalqa sırımaq üçün hər vasitəyə əl atırlar.

Rəsmi olaraq bələdiyyə ilə icra hakimiyyəti ayrı qurumlar olsalar da, heç bir bələdiyyə sədri yerli icra başçısının əmrindən çıxmağa cəsarət edə bilməz, çünki onu o, vəzifəyə gətirən elə həmin icra başçısıdır ki, bu barədə Mingəçevir, İmişli və digər rayonlardan misal gətirə bilərik.

Xatırlayırsınızsa, Mingəçevir şəhər bələdiyyəsinin keçmiş üzvü Fərhad adlı şəxsin redaksiyamıza müraciəti zamanı, məktubunda qeyd etdiyi bu cümləni portalımızda dərc etmişdik - "Məni bu vəzifəyə təyin etdiyinə görə cənab başçıya təşəkkür edirəm". Cənab başçı da kirvəsinin bu minnət dolu çıxışına dərhal müdaxilə edərək, "səni xalq seçib" deyə işarə vurub ki, "kirvə, bizi yandırma".

Əlqərəz, əslində hamının ondan narazı olmasına baxmayaraq, yenidən bələdiyyə sədri olmağa çalışan, bunun üçün də arası yaxşı olan 1-2 şəhid ailəsini istifadə edən Ramiz Əliyevin, eləcə də İmişli şəhər ərazisinin torpaqlarını satıb "evləri"nə ("evləri" deyərkən nəyi nəzərdə tutduğumuzu qarşıdakı günlərdə ətraflı izah edəcəyik) xərcləyən Mehman İsmayılovun barəsində qarşıdakı günlərdə geniş yazı təqdim edəcəyik. Bu dəfə isə Quba rayonunun hələ cəmi 1-2 kəndinin bələdiyyə sədri olan Şahin Tağıyevdən danışırıq.

Doğrusu bu adamın barəsində məlumatları eşitdiyimizdə yadımıza lap, "Sehirli xalat" filmi düşdü. Deyir, - "Bu uşağın böyüyüb kim olacağını fikirləşəndə adamın tükləri biz-biz durur". İndi, bir-iki kəndin bələdiyyə sədri olaraq, o, kəndlərin sakinlərinin başına gətirdiyi oyunları eşidəndə, adam bir də onun səlahiyyətlərinin daha da böyüyəcəyini düşünüb, özündən biixtiyar taxtaya vurur.

"DogruXeber.az" qeyd edir ki, bir müddət əvvəl Quba rayon Ağbil kənd sakini Müzəffərov Ümid Cavanşir oğlu redaksiyamıza müraciət edərək, kəndin bələdiyyə sədri Şahin Tağıyevin kəndin örüş sahələrini və əkinə yararlı torpaq sahələrini qanunsuz zəbt edərək, özünün və yaxınlarının istifadəsinə verdiyini, örüş sahəsində ferma tikdirdiyini, geniş ərazidə süni göl yaradaraq, balıqçılıq təsərrüfatı ilə məşğul olduğunu bildirmişdi.

Bələdiyyə sədri Şahin Tağıyev isə mövqeyini öyrənmək üçün əlaqə saxladığımızda, yayıma bağlanar-bağlanmaz. ilk növbədə Ümidə uşaq vaxtı aldığı kostyumu xatırladıb, dolayısıyla "nankor"luqda ittiham etdi.



Adamdakı uzaqgörənliyə baxın !
Sən demə o, illər əvvəl aldığı uşaq kostyumu ilə gələcəkdə görəcəyi qanunsuz işləri qanundan mühafizə etmək üçün nəzərdə tutubmuş.

Əlqərəz...

Ardından isə özü də bilmədən Ümidin verdiyi bütün məlumatları təsdiqlədi ki, "ferma var, amma mən tikməmişəm".

Yerli sakinlərin bəzilərinə pulunu alıb satdığı torpaq sahəsini belə əlindən alan bələdiyyə sədri, güya o, fermanı tikən adamlara qarşı aciz qalıb, "bu qanunsuzdur" deyə bilməyib.

Üstəlik, "Kimsə işlətmək istəsə, götürüb işlədə bilər" deyə, səxavət nümayiş etdirməyi də unutmadı.

"Süni göl var, amma balıq saxlamıram.
Qanunsuz tikintini aparan da ki, şəhid ailəsidir, oranı zəbt edib tikib, ona nə deyə bilərik ki?!"

Bütün bu məsələlərlə bağlı redaksiyamız adından aidiyyatı üzrə Quba rayon İcra Hakimiyyətinə, Ekologiya və Təbii Sərvətlər Nazirliyinə və Ədliyyə Nazirliyinə rəsmi sorğu göndərdik.

Sosial şəbəkələrdə bu barədə paylaşdığımız məlumatın şərh bölməsində Ümid Müzəffərovu "yalançı" çıxaran Quba rayon icra hakimiyyəti, nədənsə rəsmi sorğuya verəcək rəsmi cavab tapa bilmədi. Ədliyyə nazirliyi də görünür bələdiyyə sədrinə "gözün üstə qaşın var" deyib, "torpaqdan pul çıxaran" bacarıqlı sədrin xətrinə dəyməyi rəva bilmədi. Ekologiya və Təbii Sərvətlər Nazirliyi isə yönləndirdi ərazi üzrə 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinə.

İdarə də əvvəl işə canfəşanlıqla yanaşıb, öz əməkdaşını Ümid Müzəffərovun iştirakı ilə ərazini yoxlamağa göndərdi.

Hətta, Ümidin bildirdiyinə görə, yoxlama zamanı Şahin Tağıyevin adamları Ekologiya idarəsinin məsul nümayəndəsinə təzyiq göstərib, araşdırma aparmasına mane olmağa çalışıblar. Amma, bu yoxlamadan bir neçə gün sonra Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Dövlət Ekologiyanın Təhlükəsizliyi Xidməti (DETX) redaksiyamıza cavab məktubu göndərdi ki, "Ümid Müzəffərovun verdiyi məlumatlar öz təsdiqini tapmayıb. Ümid Müzəffərov yazılı izahat verərək, mətbuata dəqiqləşdirmədən məlumat verdiyini qeyd edib".

DETX-nin verdiyi bu cavab, yenidən redaksiyamıza müraciət edən Ümid Müzəffərovun bizə göndərdiyi videogörüntülərin tam əksi idi.



Kəndin ətraf ərazilərinin çirkab içində, antisanitar vəziyyətdə olması, geniş süni göl, məhv edilmiş yaşıllıqlar və rəsmi cavabda sözün əsl mənasında bələdiyyə sədrinin "sudan quru çıxarılması" bizə işarə verir ki, Şahin Tağıyev bu ərəfədə 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin rəisi Elnur Cəlilovun "əlini sıxıb". Yoxsa, "kor-kor, gör-gör", hər şey açıq-aydın görünür.

Yeri gəlmişkən, Ümidin sözlərinə görə, bu ərəfədə Şahin Tağıyev bəlkə də bələdiyyə sədri işlədiyi illər ərzində ilk dəfə "gücləndirilmiş iş rejiminə keçib".

Belə ki, günlərdir tələm-tələsik texnikalar vasitəsilə antisanitariyanın hökm sürdüyü - tullantıların atıldığı əraziləri şumladaraq, biabırçı mənzərənin üstünü basdırmağa çalışır.

Bəzi ərazilərdə isə tullantılar yandırılaraq, hava çirkləndirilir, yerli sakinlər üçün daha təhlükəli vəziyyət yaradılır.

Torpaq satışı ilə bələdiyyəsinin "qaz vurub, qazan doldurduğu" Ağbil və Əlibəyqışlaq kəndinin yolları barəsində növbəti yazımızda bəhs edəcəyik.

Bizi izləməkdə davam edin.

Redaksiamız hər kəsin söz haqqını tanıyır.

DogruXeber.az








 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Müşfiq Həşimov həbsdə ÖLDÜ
Bu gün, 17:22
Raqif Abbasovun məhkəməsi başladı - DETALLAR
Bu gün, 17:17
“Həyatı boyu pul yemərəm, mən ancaq pulu saymışam” - MƏHKƏMƏ
Bu gün, 17:16
Hacı İbrahim Nehrəmlinin şirkəti MƏHKƏMƏ QARŞISINDA
Bu gün, 17:09
Partiyalar bələdiyyə seçkilərinə neçə namizədlə qatılacaq? – SORĞU
Bu gün, 17:06
Adil Əliyev də KÖHNƏ YOLU GEDİR... - İTTİHAM VAR...
Bu gün, 17:03
Mirzoyan Qarabağdan köçən ermənilərin geri qayıdacağına İNANMIR
Bu gün, 16:56
Mirzoyan Hakan Fidanla telefon danışığının təfərrüatlarını açıqlayıb - “news.am”
Bu gün, 16:53
AZƏRİQAZ ÇİLƏSİ: `Soyuğa görə məcbur olub Bakıya qayıtdıq...` - NARAZILIQ VAR...
Bu gün, 16:51
Avropa Azərbaycandan hidrogen almağa hazırdırmı? – Rusiyalı ekspertin fikri
Bu gün, 16:48
Tarif Şurası əsasnaməsinə zidd hərəkətlərə yol verir - AXI NİYƏ?..
Bu gün, 16:46
Gəncə Dövlət Filarmoniyasının binası çökür: Xəbərdarlıq edildi - FOTOLAR
Bu gün, 16:43
MN-in 9 milyonluq mənimsəməyə görə tutulan sabiq xidmət rəisinin apellyasiya şikayəti üzrə məhkəmə başlayıb
Bu gün, 16:40
Ramazan ayında Qədr gecələrinin vaxtları məlum olub - DİQQƏT!
Bu gün, 16:39
Azərbaycan gəmiləri İranın sifarişi ilə həbs edilib? - İDDİA
Bu gün, 16:36
Vladimir Karasevin sərsəmləmələrinə rusiyalı politoloqdan SƏRT CAVAB
Bu gün, 16:27
Makron özünü "yeni Napoleon" zənn edir - GÖRÜNƏNİ BUDUR...
Bu gün, 16:24
Bakıdan Tehrana açıq mesajlar və tələb: İndi “top” İran tərəfdədir - BUNDAN SONRA...
Bu gün, 16:19
Hüseyn Əsgərov vəzifəsindən azad edildi - ƏMR
Bu gün, 16:16
"Instagram"da tanış olduğu həmyaşıdını öldürənə 19 İL HƏBS TƏLƏBİ - VİDEO
Bu gün, 16:14
“RRM TƏMİR-TİKİNTİ” MMC-yə bir ay arzinə milyonlarla manat dəyəri olan dörd müqavilə bağlamağa şəraiti kimlər yaradıb - İLGİNC FAKTLAR...
Bu gün, 16:10
Ermənistan yenidən müharibə istəyir - Azərbaycan hazırlıq görməlidir
Bu gün, 16:08
Dünyanın məşhur jurnalı “Forbes” Veysəloğlu Şirkətlər Qrupundan yazdı
Bu gün, 16:05
Xəstə uşaqların 1 milyon qanpulu hansı “böyük adam”ın cibindədir? - DETALLAR
Bu gün, 15:32
"Caspian Marine Services B.V.” gəmilərinin saxlanılmasına dair açıqlama yayıb - MƏTN
Bu gün, 15:26
Provkasiyon fotosessiya onları bir araya gətirdi - FOTO
Bu gün, 15:20
Amiliyə Qırğızıstandan da ETİRAZ GƏLDİ - "Onun fikri nədir?"
Bu gün, 15:17
Bakı 107 illik sənədi masaya gətirə bilər – Tramp da təkzib etmir…
Bu gün, 15:01
Qeyri-rəsmi yaşadığı qadına karxana bağışlayan başçı kimdir? - İLGİNC
Bu gün, 14:57
Binanı sökən şirkət intihara cəhd edən qadınla RAZILAŞDI - TƏFƏRRÜAT
Bu gün, 14:55
Aİ missiyası Azərbaycanla sərhədin tam delimitasiyasına qədər monitorinqi davam etdirəcək - Ermənistan XİN
Bu gün, 14:51
Xalq artisti Ağadadaş Ağayev balta atdığı mühafizəçi ilə barışıb - FOTO
Bu gün, 14:50
Azərbaycanda hemofiliyalı xəstə müalicədən imtina etdi - Rəsmi açıqlamada nə deyilir
Bu gün, 14:10
Azərbaycan əleyhinə konsensus bitəcəkmi? - Bahəddin Həzi yazır...
Bu gün, 14:02
Ermənistanın himayədarı İrandır - BUNA GÖRƏ DƏ...
Bu gün, 14:00
Gədəbəy İcra Hakimiyyəti 139 minlik tenderdən məhrum edildi
Bu gün, 13:58
"Adil Əliyev bizi çağırıb dedi ki..." - DSX mayoru davadan DANIŞDI
Bu gün, 13:06
Deputatlar Həcc ziyarətində - VİDEO
Bu gün, 13:03
Cərimələrin artımı nə üçün bütün qanun pozuntularına aid edilmir? - AÇIQLAMA
Bu gün, 13:01
“Qara qutu” niyə Azərbaycana gətirilmədi? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 12:59
Ömrünü kirayələrdə keçirdi, xərçəngin qurbanı oldu: - Novruz Qartalın ANIM GÜNÜDÜR
Bu gün, 12:57
"Facebook" fakt-yoxlamanı və senzuranı dayandırır - "Dezo" çoxalacaq?
Bu gün, 12:54
Ermənistan Azərbaycana sülh sazişi layihəsinin iki bəndi ilə bağlı təkliflər göndərib
Bu gün, 12:49
Tiktoker "Nurdan" həbs edildi - TƏFƏRRÜAT
Bu gün, 12:47
Mülayim cənub-qərb küləyi əsəcək - belə deyirlər...
Bu gün, 12:43
Baş prokurorluqda YENİ TƏYİNATLAR - ƏMR
Bu gün, 12:40
Eritreyadakı gəmilərdə heyət üzvlərindən 18 nəfər Azərbaycan vətəndaşıdır, XİN məsələni nəzarətə götürüb
Bu gün, 12:33
"Juninyonun cibindən bir milyon ödəyəcəyi yalan xəbər idi" - "Qarabağ" rəsmisi
Bu gün, 12:32
Paşinyanla görüşlə bağlı Misir Mərdanovdan AÇIQLAMA
Bu gün, 12:31
“İcra başçısı olanda 3 il birgə yaşadıq, obyekti də özü hədiyyə etmişdi” - TƏFƏRRÜAT
Bu gün, 12:24
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru