İcra başçısının sədrliyi ilə Tərtər Rayon İcra Hakimiyyəti başçısı aparatında şura iclası keçirilib
İclasda şura üzvləri ilə yanaşı idarə, müəssisə, təşkilat rəhbərləri və inzibati ərazi dairələri üzrə nümayəndələr iştirak ediblər. Əvvəlcə Ümummilli Lider Heydər Əliyevin və torpaqlarımızın bütövlüyü uğrunda canından keçmiş şəhidlərin ruhu bir dəqiqəlik sükutla yad edilib. Şura iclasını Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov açaraq iştirakçıları gündəlikdə duran məsələlər ilə tanış edib, bildirib ki, gündəlikdə 2 məsələ durur: 1. Tərtər Rayon İcra Hakimiyyəti başçısı yanında Şuranın 2025-ci il üçün İş Planının və rayon İcra hakimiyyəti başçısı aparatının Tədbirlər Planının təsdiqi haqqında. 2. 2024-cü ildə Tərtər Rayon İcra Hakimiyyəti başçısı aparatında və yerlərdə vətəndaşların qəbulu, onların təklif, ərizə və şikayətlərinə baxılmasının vəziyyəti haqqında. Sonra rayon rəhbəri çıxış edərək Tərtər Rayon İcra Hakimiyyəti başçısı aparatında 2024-cü ildə vətəndaşların müraciətlərinə baxılması, onların qəbulunun təşkili, qaldırılan problemlərin həll olunması və vaxtında cavab verilməsinin daim nəzarətdə saxlanıldığını bildirib. Qeyd edib ki, rayon icra hakimiyyətinə daxil olan bütün vətəndaş müraciətləri elektron informasiya sisteminə işlənib, müvafiq olaraq aidiyyəti üzrə icraçılara verilib, “Vətəndaşların müraciətlərinə baxılması haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq icrasına nəzarət olunubdur. Şura yığıncaqlarında vətəndaşların qəbulu, onların müraciətlərinə baxılması məsələləri 2 dəfə müzakirə olunub, aidiyyəti üzrə müvafiq tapşırıq və tövsiyələr verilibdir. İcra başçısı bildirib ki, hər bir dövlət məmuru öz işini planlaşdırarkən vətəndaşların müraciətlərinə baxılması və onun icrası məsələsinə geniş yer ayırmalı və qaldırılan məsələlərin maksimum həllinə çalışmalıdır. Vurğulayıb ki, rayon icra hakimiyyəti başçısının 09 dekabr 2024-cü il tarixli, 191 nömrəli əmri ilə 2025-ci ildə rayon icra hakimiyyəti başçısı aparatında vətəndaşların qəbulu haqqında cədvəl təsdiq edilərək “Yeni Tərtər” qəzetində vətəndaşların məlumatlandırılması üçün dərc edilmişdir. Həftənin beş günü rayon icra hakimiyyətinin başçısı, başçının birinci müavini, başçının müavinləri və şöbə müdirləri vətəndaşları qəbul edəcəklər. Tərtər RİHB aparatının Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinin müdiri Kənan Mehdiyev çıxış edərək bildirmişdir ki, 2024-cü ildə rayon icra hakimiyyəti başçısı aparatına 794 müraciət daxil olmuşdur ki, bu müraciətlərin 358-i eyni vətəndaşlardandır. Belə ki, həmin vətəndaşların bir çoxu eyni məzmunlu ərizə ilə eyni vaxtda müxtəlif dövlət orqanlarına müraciət etmişlər. Daxil olmuş 794 müraciətin 585-i məktub, 167-si elektron məktub, 42-si isə teleqram olmuşdur. Müraciətlərdən 8-i nəzarətə götürülmüşdür. Bu müraciətlərin 143-ü Azərbaycan Respublikası Prezidentinin Administrasiyasından, 110-u Azərbaycan Respublikası Birinci vitse-prezidentinin Katibliyindən, 45-i Nazirlər Kabinetindən, 5-i Milli Məclisdən, 68-i Respublikanın digər təşkilatlarından, 423-ü isə vətəndaşlardan bilavasitə icra hakimiyyətinə ünvanlanan müraciətlər olmuşdur. Rayon icra hakimiyyəti başçısı aparatında 2561 nəfər vətəndaş qəbul olunmuşdur. Onlardan 979 nəfəri icra hakimiyyəti başçısı tərəfindən, 1582 nəfəri isə başçının müavinləri və şöbə müdirləri tərəfindən qəbul edilmişdir. Rayon icra hakimiyyəti başçısının 2024-cü ildə yerlərdə keçirdiyi səyyar qəbul-görüşlər praktikası davam etdirilmiş, il ərzində 48 yaşayış məntəqəsində icra hakimiyyəti başçısının səyyar qəbul-görüşləri keçirilmişdir. Bu görüşlərdə 3553 vətəndaş iştirak etmiş, 157 nəfər vətəndaşın 174 məsələ ilə bağlı müraciətinə baxılmışdır. Qaldırılan məsələlərin 69-u həll edilmiş, 32-si ilə bağlı aidiyyəti dövlət qurumlarına rəsmi müraciətlər ünvanlanmış, 73-nə müvafiq izahatlar verilmişdir. 2024-cü ildə daxil olmuş müraciətlərin 2023-cü illə müqayisəli təhlili zamanı müəyyən olmuşdur ki, 2024-cü ildə Azərbaycan Respublikası Prezidentinin Administrasiyasından daxil olan müraciətlər 96 sayda, Milli Məclisdən daxil olan müraciətlər 10 sayda, Nazirlər Kabinetindən daxil olan müraciətlər 58 sayda, vətəndaşlardan bilavasitə daxil olan müraciətlər 25 sayda azalmış, respublikanın digər təşkilatlarından daxil olan müraciətlər isə 1 sayda artmışdır. Ümumilikdə, 2023-ci illə müqayisədə rayon icra hakimiyyətinə daxil olan müraciətlər 188 sayda azalmışdır. 2023-cü illə müqayisədə 2024-cü ildə həll olunmuş və qismən həll olunmuş müraciətlərin sayı artmışdır. Belə ki, 2023-cü ildə müraciətlərin 14,7 %-i, 2024-cü ildə isə 28,6 %-i həll olunmuşdur. 2024-cü il ərzində rayon icra hakimiyyətinə daxil olan müraciətlər əsasən Vətən müharibəsi iştirakçılarının və şəhid ailələrinin sosial müdafiəsi, işlə təmin olunma, erməni işğalçılarından azad olunmuş ərazilərdə yaşamaq, Vətən müharibəsindən zərər çəkmiş evlərin bərpası və əmlaka dəyən zərərin ödənilməsi, mənzillə təmin olunma, evlərin təmiri, Qarabağ müharibəsi əlilləri və şəhid ailələrinin mənzillə təmin olunması, evlərin sənədləşdirilməsi, ehtiyatda olan hərbçilərə mənzillə təmin olunana qədər kirayə pullarının ödənilməsi, qəyyumluq və övladlığa götürülmə, pay torpaqlarının sərhədlərinin müəyyən edilməsi, kənd təsərrüfatının və sahibkarlığın inkişafı üçün torpaq sahələrinin ayrılması, qaçqınlarla və məcburi köçkünlərlə bağlı məsələlər, qəbul məsələləri, kənd təsərrüfatı məsələləri, torpaq məsələləri, şəhərsalma və tikinti məsələləri, subartezian quyularının qazılması, birdəfəlik maddi yardım, sosial yardım və müavinətlərlə bağlı olmuşdur. Müzakirə edilən məsələlər barədə Tərtər rayon İcra Hakimiyyəti başçısının birinci müavini Elvin Umudov, RİHB aparatının Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Ülvi Nəcəfov, Hüquq şöbəsinin məsləhətçisi Çingiz İsayev şıxış edidlər. Şura iclasında müvafiq qərar qəbul edilib, Tərtər Rayon İcra Hakimiyyəti başçısı yanında Şuranın 2025-ci il üçün İş Planı və rayon icra hakimiyyəti başçısı aparatının Tədbirlər Planı təsdiqlənib, rayon İcra Hakimiyyətinin başçısı tərəfindən problemlərin aradan qaldırılması məqsədilə aidiyyəti şəxslərə müvafiq tapşırıqlar verilib.
"DİA-AZ"
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Mirzoyan Qarabağdan köçən ermənilərin geri qayıdacağına İNANMIR
Bu gün, 16:56 |
|
|
|
• Mirzoyan Hakan Fidanla telefon danışığının təfərrüatlarını açıqlayıb - “news.am”
Bu gün, 16:53 |
|
|
|
• AZƏRİQAZ ÇİLƏSİ: `Soyuğa görə məcbur olub Bakıya qayıtdıq...` - NARAZILIQ VAR...
Bu gün, 16:51 |
|
|
|
• Avropa Azərbaycandan hidrogen almağa hazırdırmı? – Rusiyalı ekspertin fikri
Bu gün, 16:48 |
|
|
|
• Tarif Şurası əsasnaməsinə zidd hərəkətlərə yol verir - AXI NİYƏ?..
Bu gün, 16:46 |
|
|
|
• Gəncə Dövlət Filarmoniyasının binası çökür: Xəbərdarlıq edildi - FOTOLAR
Bu gün, 16:43 |
|
|
|
• MN-in 9 milyonluq mənimsəməyə görə tutulan sabiq xidmət rəisinin apellyasiya şikayəti üzrə məhkəmə başlayıb
Bu gün, 16:40 |
|
|
|
• Ramazan ayında Qədr gecələrinin vaxtları məlum olub - DİQQƏT!
Bu gün, 16:39 |
|
|
|
• Azərbaycan gəmiləri İranın sifarişi ilə həbs edilib? - İDDİA
Bu gün, 16:36 |
|
|
|
• Vladimir Karasevin sərsəmləmələrinə rusiyalı politoloqdan SƏRT CAVAB
Bu gün, 16:27 |
|
|
|
• Makron özünü "yeni Napoleon" zənn edir - GÖRÜNƏNİ BUDUR...
Bu gün, 16:24 |
|
|
|
• Bakıdan Tehrana açıq mesajlar və tələb: İndi “top” İran tərəfdədir - BUNDAN SONRA...
Bu gün, 16:19 |
|
|
|
• Hüseyn Əsgərov vəzifəsindən azad edildi - ƏMR
Bu gün, 16:16 |
|
|
|
• "Instagram"da tanış olduğu həmyaşıdını öldürənə 19 İL HƏBS TƏLƏBİ - VİDEO
Bu gün, 16:14 |
|
|
|
• “RRM TƏMİR-TİKİNTİ” MMC-yə bir ay arzinə milyonlarla manat dəyəri olan dörd müqavilə bağlamağa şəraiti kimlər yaradıb - İLGİNC FAKTLAR...
Bu gün, 16:10 |
|
|
|
• Ermənistan yenidən müharibə istəyir - Azərbaycan hazırlıq görməlidir
Bu gün, 16:08 |
|
|
|
• Dünyanın məşhur jurnalı “Forbes” Veysəloğlu Şirkətlər Qrupundan yazdı
Bu gün, 16:05 |
|
|
|
• Xəstə uşaqların 1 milyon qanpulu hansı “böyük adam”ın cibindədir? - DETALLAR
Bu gün, 15:32 |
|
|
|
• "Caspian Marine Services B.V.” gəmilərinin saxlanılmasına dair açıqlama yayıb - MƏTN
Bu gün, 15:26 |
|
|
|
• Provkasiyon fotosessiya onları bir araya gətirdi - FOTO
Bu gün, 15:20 |
|
|
|
• Amiliyə Qırğızıstandan da ETİRAZ GƏLDİ - "Onun fikri nədir?"
Bu gün, 15:17 |
|
|
|
• Bakı 107 illik sənədi masaya gətirə bilər – Tramp da təkzib etmir…
Bu gün, 15:01 |
|
|
|
• Qeyri-rəsmi yaşadığı qadına karxana bağışlayan başçı kimdir? - İLGİNC
Bu gün, 14:57 |
|
|
|
• Binanı sökən şirkət intihara cəhd edən qadınla RAZILAŞDI - TƏFƏRRÜAT
Bu gün, 14:55 |
|
|
|
• Aİ missiyası Azərbaycanla sərhədin tam delimitasiyasına qədər monitorinqi davam etdirəcək - Ermənistan XİN
Bu gün, 14:51 |
|
|
|
• Xalq artisti Ağadadaş Ağayev balta atdığı mühafizəçi ilə barışıb - FOTO
Bu gün, 14:50 |
|
|
|
• Azərbaycanda hemofiliyalı xəstə müalicədən imtina etdi - Rəsmi açıqlamada nə deyilir
Bu gün, 14:10 |
|
|
|
• Azərbaycan əleyhinə konsensus bitəcəkmi? - Bahəddin Həzi yazır...
Bu gün, 14:02 |
|
|
|
• Ermənistanın himayədarı İrandır - BUNA GÖRƏ DƏ...
Bu gün, 14:00 |
|
|
|
• Gədəbəy İcra Hakimiyyəti 139 minlik tenderdən məhrum edildi
Bu gün, 13:58 |
|
|
|
• "Adil Əliyev bizi çağırıb dedi ki..." - DSX mayoru davadan DANIŞDI
Bu gün, 13:06 |
|
|
|
• Deputatlar Həcc ziyarətində - VİDEO
Bu gün, 13:03 |
|
|
|
• Cərimələrin artımı nə üçün bütün qanun pozuntularına aid edilmir? - AÇIQLAMA
Bu gün, 13:01 |
|
|
|
• “Qara qutu” niyə Azərbaycana gətirilmədi? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 12:59 |
|
|
|
• Ömrünü kirayələrdə keçirdi, xərçəngin qurbanı oldu: - Novruz Qartalın ANIM GÜNÜDÜR
Bu gün, 12:57 |
|
|
|
• "Facebook" fakt-yoxlamanı və senzuranı dayandırır - "Dezo" çoxalacaq?
Bu gün, 12:54 |
|
|
|
• Ermənistan Azərbaycana sülh sazişi layihəsinin iki bəndi ilə bağlı təkliflər göndərib
Bu gün, 12:49 |
|
|
|
• Tiktoker "Nurdan" həbs edildi - TƏFƏRRÜAT
Bu gün, 12:47 |
|
|
|
• Mülayim cənub-qərb küləyi əsəcək - belə deyirlər...
Bu gün, 12:43 |
|
|
|
• Baş prokurorluqda YENİ TƏYİNATLAR - ƏMR
Bu gün, 12:40 |
|
|
|
• Eritreyadakı gəmilərdə heyət üzvlərindən 18 nəfər Azərbaycan vətəndaşıdır, XİN məsələni nəzarətə götürüb
Bu gün, 12:33 |
|
|
|
• "Juninyonun cibindən bir milyon ödəyəcəyi yalan xəbər idi" - "Qarabağ" rəsmisi
Bu gün, 12:32 |
|
|
|
• Paşinyanla görüşlə bağlı Misir Mərdanovdan AÇIQLAMA
Bu gün, 12:31 |
|
|
|
• “İcra başçısı olanda 3 il birgə yaşadıq, obyekti də özü hədiyyə etmişdi” - TƏFƏRRÜAT
Bu gün, 12:24 |
|
|
|
• İran Təhlükəsizlik Şurasının katibi Azərbaycana gəlib - “Tasnim”
Bu gün, 12:21 |
|
|
|
• Fransa əgər bizimlə dil tapmaq istəyirsə... - Makron buyurub BAKIYA GƏLƏ BİLƏR...
Bu gün, 12:19 |
|
|
|
• Müəllimlərin də maaşı artırılacaq? - Deputatdan REAKSİYA
Bu gün, 12:12 |
|
|
|
• Azərbaycanla delimitasiya üzrə Komissiyanın iclası yaxın vaxtlarda keçiriləcək - Paşinyanın müavini
Bu gün, 12:09 |
|
|
|
• “Deyirlər ki, get, hara istəyirsən şikayət et” - GİLEY
Bu gün, 12:07 |
|
|
|
• Tramp Kopenhagendən də cavab aldı - “TV 2” telekanalı
Bu gün, 12:02 |
|
|
|
|