10 fevral 2025- ci il, saat 17.00-da “Rabitəbank” ASC-nin Müşahidə Şurasının 6 yanvar 2025-ci il tarixli, 1 nömrəli qərarına əsasən, bankın səhmdarlarının növbədənkənar ümumi yığıncağı keçiriləcəkdir.
FEDaz xəbər verir ki yığıncağın gündəliyində aşağıdakı məsələlər durur:
1. Bankın 2024-cü il maliyyə ili üzrə balansının, mənfəət və zərər haqqında hesabatının təsdiq. 2. Bankın audit komitəsinin hesabatının təsdiqi.
3. Bankın səhmdarlarına dividendlərin ödənilməsi.
4. Bankın müşahidə şurası üzvlərinə mükafat ödənilməsi.
5. Təşkilati və cari məsələlər.
Yığıncağın keçiriləcəyi ünvan – Bakı şəhəri, 28 May küçəsi 33 (Rabitəbank ASC-nin inzibati binası).