Paşinyan etiraf etdi: Trampla görüş alınmadı - KİV
ABŞ-a səfərin əsas məqsədi dini etiqad azadlığı ilə bağlı sammitdə iştirak etməkdir, orada prosedur tədbiri keçirilir, ABŞ prezidenti ilə görüş nəzərdə tutulmur. Hazırda proqramımızda belə bir maddə yoxdur.
Axar.az xəbər verir ki, bunu Ermənistan Baş naziri Nikol Paşinyan deyib.
“Ancaq bu, çox vacib bir səfərdir. Mən də həmkarlarımla məsləhətləşdim və belə qənaətə gəldik ki, mütləq gedib iştirak etməliyik. Elə tədbirlər də var ki, iştirak etmək üçün dəvət alırıq, bəziləri üst-üstə düşür, təəssüf ki, hansı tədbirdə iştirak etməyimizlə bağlı seçim etməli olacağıq”, - Paşinyan bildirib.
Qeyd edək ki, erməni mediası Ermənistan Baş naziri Nikol Paşinyanın ABŞ-a səfəri zamanı Prezident Donald Trampla görüşmək üçün Ağ Ev administrasiyasına dəfələrlə müraciət etdiyini yazmışdı.