Xaçmaz rayon sakinləri paytaxta gedib-gələn avtobusların durumundan və hər zaman təhlükə baş verə biləcəyindən gileylənirlər. "DİA-AZ" xəbər verir ki, bu barədə müraciət ünvanlayan narazı sakinlər söyləyir ki, illərdir Bakı-Xaçmaz və eləcə də əks isty=iqamətə hərəkət edən avtobusların acınacaqlı vəziyyətindən gileylənsələr də kimsə onları dinləmir. "Hər an təhlükə baş verə bilər. Baş verir də. Neçə dəfə olub Bakı-Xaçmaz xəttində avtobus qəzası yaşanıb. Bizim rayonda nə vaxt yeni avtobuslar olacaq? Avtovağzalda oturursan marşuruta elə bil maşın yelləncəkdir, bu dəqiqə dağılacaq. Axşam üstü qayıdırsan... eyni vəziyyət.. Neçə illərdir rayonumuz əziyyət çəkir. Bakı Avtovağzalında digər rayonların maşınlarına və onların komfortlu olmağına baxırsan, adamın öz halına ağlamağı gəlir.. Biz seyrə balonlarla çıxmaq istəmirik... normal avtobusumuz olsun... yetər..."